Məhkəmə qərarları › İş №2-1(112)-8376/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8376/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8376/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X9, X14 və X15 iddiaçının yaşadığı ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci ildə Nərimanov rayon məhkəməsi qətnaməsinə əsasən ev iddiaçının qayınatası X10 tərəfindən X11 bağışlanmışdır. İddiaçının oğlu və gəlini arasında nikah bağlanan zaman iddiaçının əri X18 müvəqqəti olaraq Əliyev Turala evdə yaşama hüququ vermişdir. İddiaçının əri X18 xx.xx.2020-ci ildə ölmüşdür. Odur ki, ddiaçı hazırda məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir.

4. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(005)-148/2008 nömrəli Qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 34 saylı evdən istifadə qaydası müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 34 saylı evin digər otaqlardan təcrid olunmuş ayrıca giriş-çıxışa malik olan sahəsi 30,0; 24,2; 17,5; 10,0; 16,4; 14,0 kv.m-dən ibarət altı yaşayış otağı, 15,0 kv.m olan mətbəx, 4,0 kv.m dəhliz vo 1,0 kv.m olan hamamayaqyolu tikililəri X19 ilə birlikdə iddiaçı X3 istifadəsinə, sahəsi 23,5; 20,3 kv.m-don ibarət iki yaşayış otağı, 5,0 kv.m olan mətbəx, 4,0 kv.m hamam və 2.0 kv.m olan ayaqyolu tikililəri İddiaçı, X16, X21 və X22 ilə birlikdə cavabdeh X6 istifadəsinə, sahəsi 20,3 kv.m-dən ibarət bir yaşayış otağı, 11,3 kv.m olan dəhliz, 4,9 kv.m mətbəx, 2,3 kv.m hamam-ayaqyolu tikililəri X17, X5, X7, X12 ilə birlikdə X4 istifadəsinə verilmişdir. İddiaçı X3, X6 və X4 adına ayrıca şəxsi maliyyə hesab vərəqəsi açılmışdır. Cavabdeh X1 azyaşlı uşağı X8 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 34 saylı evə olan istifadə hüququ itirilmişdir və qeydiyyatdan çıxarılmışdır.

5. İş materiallarına əlavə olunmuş İİİ-JQ 472126 nömrəli Nikahın Bağlanması haqqında Şəhadətnamədən görünür ki, X18 və X13 arasında xx.xx.1985-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir.

6. İş materiallarına əlavə olunmuş AZ-İİ 127418 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

7. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh Nərimanov Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iddia tələbi üzrə məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

10. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

11. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından aydın olur ki, İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildən X9, X14 və X15 qeydiyyat çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini əsaslandırmaq üçün hüquqmüəyyənedici sənəd olaraq Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(005)-148/2008 nömrəli Qətnaməsini məhkəməyə təqdim etmişdir.

13. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd edilən mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur və istinad olunan Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçıya həmin əmlak üzərində yalnız istifadə hüququ verilmişdir (müvafiq qətnamə ilə evdən istifadə qaydası müəyyən edilmişdir). Bu isə iddiaçıya həmin yaşayış yeri üzrə qeydiyyatda olan şəxsin qeydiyyyatdan çıxarılmasını tələb etməsi üçün hər hansı (subyektiv) hüquq yaratmır.

14. İddiaçı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan digər şəxslərlə eyni hüquqi vəziyyətdədir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

15. Odur ki, iddia mümkün sayılmamalıdır.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar