Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8378/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Baki İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı müraciətə cavab verilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı cavabdehin üzərinə “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyun 1993-cü il tarixli, 257 saylı sərəncamına, Maliyyə Nazirliyinin 30.05.2019cu il tarixli, 05/02-83-651 saylı Azərbaycan Respublikası Baş Nazirinə cavab məktubunu, Azərbaycan Respublikasının Hesablama Palatasının 13.11.2019-cu il tarixli cavab məktubuna və Mülki Məcəllənin tələblərinə istinad edərək, sağlamlıq ocaqlarında məskunlaşdırılmış qaçqın və məcburi köçkünlərin saxlanılmasından yaranmış zərərin ilk növbədə əmək haqqı və sosial ödəmə borclarının (01.04.2021-ci il tarixinə 76458.8 manat məbləğində) ödənilməsinə və müvafiq qaydada icarə müqavilələrinin bağlanması məsələlərinin həllinə köməklik göstərilməsi barədə 09 aprel 2021-ci il tarixli, 51/19-22 nömrəli müraciətinə cavab verilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinə verilmiş 02/1615 nömrəli, 30.11.2021-ci il tarixli cavab məktubunu təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə icraata xitam veriləmsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırki işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin müraciətinə cavab olaraq verilmiş 02/1615 nömrəli, 30.11.2021-ci il tarixli cavab məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 7 iyun tarixli 257 nömrəli Sərəncamına əsasən, sanatoriya, profilaktoriya, istirahət evləri, turist bazaları və başqa ictimai yerlərdə müvəqqəti yaradılmış qaçqın və məcburi köçkünlərə göstərilən xidmətlərin haqqının (yeməkdən əlavə) faktiki xərclər həcmində Azərbaycan Respublikasının Qaçqınların və X5 iüzrə Dövlət Komitəsi vasitəsilə respublika büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. Sərəncamın 3-cü bəndinə uyğun olaraq Komitə tərəfindən nəzarət hüququnun həyata keçirilməsi məqsədilə, məktuba əlavə olunaraq Komitəyə təqdim olunmuş sənədlər nəzərdən keçirilən zaman, üzləşmə aktında və hesab-faktura sənədlərində göstərilən bir sıra xərclərin faktiki xərclərə aid edilmədiyi, habelə həmin xərcləri təsdiq edən müvafiq sənədlərin təqdim olunmaması müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, büdcə vəsaitinin qaçqın və məcburi köçkünlərin yerləşdirilmiş sanatoriya, profilaktoriya, istirahət evləri, turist bazaları və başqa ictimai yerlərə faktiki xərclərin ödənilməsi məqsədilə Komitəyə tam vəsait ayrılmışdır. Göründüyü kimi, iddiaçının müraicətinə cavabdeh tərəfindən, mahiyyəti üzrə cavab verildiyindən, işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı cavabdehin üzərinə “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyun 1993-cü il tarixli, 257 saylı sərəncamına, Maliyyə Nazirliyinin 30.05.2019cu il tarixli, 05/02-83-651 saylı Azərbaycan Respublikası Baş Nazirinə cavab məktubunu, Azərbaycan Respublikasının Hesablama Palatasının 13.11.2019-cu il tarixli cavab məktubuna və Mülki Məcəllənin tələblərinə istinad edərək, sağlamlıq ocaqlarında məskunlaşdırılmış qaçqın və məcburi köçkünlərin saxlanılmasından yaranmış zərərin ilk növbədə əmək haqqı və sosial ödəmə borclarının (01.04.2021-ci il tarixinə 76458.8 manat məbləğində) ödənilməsinə və müvafiq qaydada icarə müqavilələrinin bağlanması məsələlərinin həllinə köməklik göstərilməsi barədə 09 aprel 2021-ci il tarixli, 51/19-22 nömrəli müraciətinə cavab verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbinə dair 2-1(112)- 8378/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8378/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8378/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver