Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8379/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR-a) qarşı bağ sahəsinə dair sənədlərin verilməsi barədə inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR-a) qarşı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhəri keçmiş X9 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli, 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X14 və Layihə İnstitutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində anası X6 məxsus 254-259 saylı sahənin 285-295 saylı sahəyə əvəzləşdirərək ona dair bağçılığa üzvlük kitabçası, protokoldan çıxarış, əmr-qərarın və cizgi planın surətlərinin təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası Azərbaycan Respublikası Dövlət Neft Şirkətində 48 (qırx səkkiz) ildən artıq işləmiş, “Əmək veteranı” medalı ilə təltif olunmuşdur. 1987-ci ildə "Azneft” İstehsalat birliyinin Azərbaycan X14 və Layihə İnstitutunun nəzdində “Yaylaq” Bağçılıq Yoldaşlığı yaradılmış və onun anası İnstitutun nəzdidnə “Yaylaq” Bağçılıq Yoldaşlığında, Bakı şəhər keçmiş X9 18.09.1987-ci il tarixli, 19/340 nömrəli Qərarına əsasən Zirə qəsəbəsində 254-259 nömrəli torpaq sahəsi ayrılmışdır. Onu da, qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş AzNSETLİ-nin əməkdaşlarının bağçılıq, yoldaşlıq torpaq sahəsinin bölgü sxemindən göründüyü kimi, 259 nömrəli bağ sahəsi üç ədəddir və onlardan tək biri 254-259 nömrəlidir. Hələ, anası X2 onlar bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırmalarına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məsələyə biganə yanaşıb və onlara qanuni mülkiyyətə sahib çıxmasına maneələr törədib. Sonradan onun şəxsi səyi nəticəsində, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş AzNETSLİ-nin əməkdaşlarının bağçılıq, yoldaşlıq torpaq sahəsinin üzvlərinin siyahısını əldə edə bilmişdir. Həmin siyahıdan göründüyü kimi, onlar 254-259 nömrəli torpaq sahəsi sonradan saxtakarlıq yolu ilə başqa işçilərin adına (X8) sənədləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 27.07.2017-ci il tarixli, **********54 saylı və 09.03.2013-cü il tarixli, **********79 saylı iki məktubları X5 adına torpaq sahəsinin ayrılması faktını təsdiq etmişdir. Ərizəyə əlavə edilən sənədlərdən göründüyü kimi, “Yaylaq” Bağçılıq Yoldaşlığının sədri tərəfindən saxtakarlığa yol verilmiş, anasına məxsus olan torpaq sahəsi başqasının adına sənədləşdirilmişdir. Bununla bağlı tərəflərindən dəfərlərə müraciət edildikdən sonra “Yaylaq” Bağçılığının keçmiş sədri onların yerinin 285-295 nömrəli bağ sahəsi ilə əvəzləşdirilməsi haqda onlara məlumat vermiş və onlar da, həmin sahənin özəlləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İdarəsinə dəfələrlə 2007, 2008, 2014 və 2017-ci illərdə yazılı və şifahi müraciətlərinə baxmayaraq, onlara məxsus torpaq sahəsinin özəlləşdirilməsi üçün tələb olunan sənədləri ala bilməmişlər. 10 dekabr 2015-ci il tarixində torpaq sahəsinə aid bağçılıq üzvlük kitabçasının, protokoldan çıxarışın, əmr-qərarın və cizgi planının itirilməsi haqda “Respublika” qəzetinə elan vermişlər. Sonuncu dəfə 25.05.2021-ci il tarixdə SOCAR-a müraciət etdikdən sonra SOCAR-ın Baş Ofisinin Mərkəzi Arxivindən aldıqları 03.06.2021ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, X12 “Yaylaq” Bağçılıq X1 torpaq sahəsi ayrılması barədə heç bir sənəd aşkar olunmamışdır . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq iclası 23.09.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, işin hallarından görünür ki, İddiaçı hazırda, mərhum anası (iş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən) X6 ayrıldığını iddia etdiyi bağ sahəsinə dair sənədlərin cavabdeh tərəfindən ona təqdim edilməsi barədə iddia tələbi irəli sürür. Halbuki, iş materiallarında onun hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququnu təsdiq edən müvafiq hüquqmüəyyənedici sənəd (vərəsəlik hüququ haqqında şəhadətnamə) aşkar edilməmişdir. Bu hal isə, iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüqunun olmasını istisna edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə eləcə də, qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. X13 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə istər inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürmüş iddiaçı, istərsə də, tələbin ona qarşı irəli sürüldüyü cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati orqan deyildirlər. Eləcə də, tərəflər arasındakı mübahisənin predmeti xüsusi hüquq sahəsinə aid olmaqla, xüsusi huququn subyektləri olan fiziki və hüquqi şəxs arasında yaranan hüquq münasibətləri təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə tərəflər subyektiv tərkibinə görə inzibati orqan olmadığından, həmçinin mübahisənin predmetini xüsusi hüquq sahəsinə aid olan mübahisə təşkil etdiyindən, hazırki mübahisənin predmeti inzibati məhkəmə icraatına aid deyildir. Eləcə də, məhkəmə tərəfindən iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmış, bununla bağlı iddiaçıya məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələbi müdafiə edilərək, iddiaya olduğu kimi baxılaraq, iddinın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Odur ki, İddiaçı iddia tələbinə inzibati icraat qaydasında baxılmasının mümkün olmaması məhkəmə tərəfindən müəyyən olunduğundan, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərtərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8379/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8379/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver