Məhkəmə qərarları › İş №2-1(112)-8385/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8385/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8385/2024 19.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Quliyev Nazim Babaş oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı 1-ci dərəcəli gözdən əlil İddiaçı 7 (yeddi) nəfər ailə üzvü ilə birlikdə, adambaşına düşən uçot norması və 2002ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla Bakı şəhərində 2 (iki) otaqlı mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov RİH başçısının xx.xx.2011 -ci il tarixli 412 nömrəli sərəncamı ilə 1-ci dərəcəli gözdən əlil olan İddiaçı ailə tərkibi 5 nəfər (özü, əri, oğlu və 2 nəvəsi) olmaqla güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. 2 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 2-1(82)-2015/2016 saylı, 6 may 2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Nərimanov İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə dair” iddia tələbi təmin edilmiş, İddiaçı 2002-ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Nərimanov İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Nərimanov İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 208 №-li sərəncamı ilə məhkəmə qərarının icrası təmin edilmiş, 1-ci dərəcəli gözdən əlil olan İddiaçı mənzil növbəsinə götürülməsi haqqında Nərimanov RİH-nin xx.xx.2011-ci il tarixli 412 №-li sərəncamı ləğv edilmiş və onun 2002-ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi qərara alınmışdır. Hal-hazırda anası İddiaçı ünvan 2 ünvanında ailə tərkibi 7 nəfər (özü, əri, oğlu, gəlini və 3 nəvəsi) olmaqla yaşayır. Nərimanov RİH başçısının xx.xx.2022-ci il tarixli 289 №-li sərəncamı ilə, 1-ci dərəcəli gözdən əlil olan anası İddiaçı yaşayış yeri üzrə Nərimanov İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 208 №-li sərəncamı üzrə olan mənzil-uçot işi üzrə ailə tərkibi siyahısında dəyişiklik edilmiş, gəlini X2 və nəvəsi X3 7 nəfərdən ibarət ailə tərkibi siyahısına daxil edilmişdir. “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş məzunların sosialməişət şəraitinin yaxışlaşdırılması barədə əlavə tədbirlər haqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək (2021-ci il 16 avqust) uçotda olan gözdən əlilliyi olan şəxslərin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. İddiaçı 2002-ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürüldüyü üçün, onun mənzillə təmin olunması barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmişlər. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi müraciətə cavab olaraq göndərdiyi 07 aprel 2023-cü il tarixli məktubda (həmin məktub onlara xx.xx.2023-cü ildə təqdim olunmuşdur) göstərmişdir ki, Nərimanov İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəliliik siyahılarında 23 iyun 2016-cı il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etdiyiniz sənədlərə baxılmış, mövcud ailə tərkibi nəzərə alınmaqla Bakı şəhərində 1 (bir) otaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Nazirliyin balansına Bakı şəhəri üzrə birotaqlı mənzillər verildikdən sonra mənzil təminatına növbəlilik qaydasında baxılacaqdır. Bildirir ki, cavabdehin həmin imtinası və müraciətə cavab məktubunda göstərdiyi hallar tamamilə qanunsuz və əsassızdır. Belə ki, ilk növbədə qeyd edir ki, anası İddiaçı 23 iyun 2016-cı il tarixdən deyil, məhkəmənin qərarına əsasən 2002-ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. Digər bir qanunsuz məqam isə mövcud ailə tərkibinin nəzərə alınmaqla Bakı şəhərində 1 (bir) otaqlı mənzillə təmin olunacaqları qeyd olunmasıdır. Belə ki, Nərimanov RİH başçısının xx.xx.2022-ci il tarixli 289 №-li Sərəncamı ilə, 1-ci dərəcəli gözdən əlil olan İddiaçı yaşayış yeri üzrə Nərimanov İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 208 №-li Sərəncamı üzrə olan mənzil-uçot işi üzrə ailə tərkibi siyahısında dəyişiklik edilmiş, gəlini X2 və nəvəsi X3 7 nəfərdən ibarət ailə tərkibi siyahısına daxil edilmişdir. Yəni, mövcud ailə tərkibi və qanunvericiliyin aşağıdakı müddəaları ilə İddiaçı 1 (bir) otaqlı deyil, 2(iki) otaqlı mənzillə təmin olunmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın əsassız hesab edilməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Etiraza əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidedntinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinə mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2001-ci il tarixli 492 s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Bildirirlər ki, Nərimanov rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 2002-ci il tarixindən 7 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, gəlini və üç nəvəsi) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin, sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim olunan sənədlərə baxılarkən oğlu Quliyev Naizm Babaş oğlunun mülkiyyətində ünvan 3 ünvanında ümumi sahəsi 73.5 kv.m olan mənzilin olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında 459 nöməli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında veirlən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv.m müəyyən edilmişdir. Həmçinin, o da, bildirilmişdir ki, iddiaçının oğlunun mülkiyyətində olan mənzil 6 nəfər ailə tərkibinin adambaşına düşən minimum yaşayış sahəsini ehtiva etdiyindən iki otaqlı mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyil.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 may 2016-cı il tarixli 2-1(82)-2015/2016 nömrəli qətnaməsinin icrasını təmin etmək məqsədilə 1-ci qrup gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi haqqında Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 412 nömrəli sərəncamı ləğv edilmiş və o, 2002-ci il tarixdən güzəştli şərtlərlə yaşayış yer üzrə Bakı şəhəri, Nərimanov rayonunda mənzil növbəliliyinə uçota götürülmüşdür.

8. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 289 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamına əsasən 1-ci qrup gözdən əlil İddiaçı yaşayış yeri üzrə Nəriamnov rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 208 nömrəli sərəncamı üzrə olan mənzil-uçot işi üzrə ailə tərkibi siyahısında dəyişiklik edilmiş, gəlini X2 və nəvəsi X3 7 nəfərdən ibarət ailə tərkibi ilə siyahıya daxil edilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 01 mart 2024-cü il tarixli 3-17-3/2-Q-10403/2024 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında 23 iyun 2016-cı il tarixindən 7 nəfə ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, gəlini və üç nəvəsi) nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Müvafiq olaraq, təqdim etdiyi sənədlərə baxılarkən oğlu - Quliyev Nazim Babaş oğlunun mülkiyyətində ünvan 3 ünvanında ümumi sahəsi 73.5 kvadratmetr, yaşayış sahəsi 48 kvadratmetr olan mənzilin olduğu nəzərə alınmaqla birotaqlı mənzillə təmin edilməsi barədə qərar verilmiş, lakin, hazırda Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunan mənzillərin arasında bir otaqlı mənzil olmadığına görə mənzil təminatlarını həyata keçirmək mümkün olmamışdır. Nazirlik tərəfindən birotaqlı mənzillər verilməyə başlandıqda onlara mövcud qanunvericiliyə uyğun olaraq mənzil təklif ediləcəkdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 73.50 kv.m olan ünvan 3, mənzil 40 xüsusi mülkiyyət hüququ ilə Quliyev Nazim Babaş oğlunun mülkiyyətindədir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 28 iyun 2024-cü il tarixli 3-48-2F/2-1341/2024 nömrəli məktubla Nərimanov RİH-nin arxiv fondu üzrə xx.xx.2011-ci il tarixli 412 və xx.xx.2016-cı il tarixli 208 saylı sərəncamlarının və onlara əlavə edilmiş sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası barədə iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, məhkəmə ilk öncə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:

19. Mənzil Məcəlləsi: Maddə 4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: ... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. ... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; ... 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.

20. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci iltarixli 2449 nömrəli Sərəncamının: Bənd 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: Bənd 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; Bənd 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

21. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2001-ci il tarixli 492 s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

24. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sonuncu dəfə Nərimanov rayon İcra Hakimiyyəti başçısının 289 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamına əsasən 1-ci qrup gözdən əlil olaraq yaşayış yeri üzrə Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 208 nömrəli sərəncamı üzrə olan mənzil-uçot işi üzrə ailə tərkibi siyahısında dəyişiklik edilmiş, gəlini X2 və nəvəsi X3 7 nəfərdən ibarət ailə tərkibi ilə siyahıya daxil edilmişdir. İddiaçı ona mənzil ayrılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən oğlunun 5 nəfər ailə tərkibinə müvafiq olaraq mülkiyyətində ümumi sahəsi 73.50 kv.m, yaşayış sahəsi isə 48 kv. olan olan mənzil sahəsinin olması nəzərə alınmaqla 1 otaqlı mənzilin verilməsinin məqsədəmüvafiq hesab edilməsi bildirilmişdir.

25. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağının 2 otaqlı mənzil sahəsi ilə təmin olunmasına nail olmaqdan ibarət olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya əsassız olaraq 2 otaqlı mənzil sahəsi ayrılmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 459 nömrəli 27 noyabr 2019-cu il tarixli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Belə olan təqdirdə iddiaçıya 7 nəfər ailə üzvü ilə birlikdə ayrılacaq yaşayış sahəsinin norması 112 kv.m (7×16 kv.m) təşkil etməlidir. İşin hallarından göründüyü kimi, iddiaçının oğlunun mülkiyyətində artıq ümumi sahəsi 73.50 kv.m, yaşayış sahəsi isə 48 kv.m olan olan mənzil mövcuddur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mövcud ailə tərkibi üzrə uçot norması ilə iddiaçıya ayrılmalı olan 112 kv.m sahədən hazırda oğlunun mülkiyyətdə olan ümumi sahəsi 73,50 kv.m təşkil edən sahə çıxıldıqda, iddiaçıya ayrılmalı olan sahənin ölçüsü 38,5 kv.m təşkil edir ki, bu ölçü də, ayrılmalı olan mənzilin otaqlarının sayının 1 otaqlı olmasını istisna edir.

26. Beləliklə işin hallarına məcmu halında qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 2008-ci il 13 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarı).

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 1-ci dərəcəli gözdən əlil İddiaçı mənzil sahəsi ayrılan zaman onun 2 (iki) otaqlı mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar