Məhkəmə qərarları › İş №2-1(112)-8386/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8386/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8386/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə 60 yaşının tamam olması ilə bağlı həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci il tarixli ИT-İ ******* N-li əmək kitabçanın surətindən görünür ki, iddiaçı: xx.xx.1978-ci il tatixdən xx.xx.1981-ci il tarixədək "Xəzərdənizgəmitəmir" X3 Sturua adına istehsalat vahidinin 4 N-li şəhər ixtisaslaşdırımış texniki məktəbində oxumuşdur. xx.xx.1981-ci ildən xx.xx.1982-ci il tarixədək həmin istehsalat vahidinin korpus sexində 3-cü dərəcəli ekelktrik qaz qaynaqçısı kimi əmək fəaliyyəti göstərmişdir. xx.xx.1982-ci ildən 31.05 1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü ildən xx.xx.1987-ci il tarixədək "Xəzərdənizgəmitəmir" X3 Sturua adına istehsalat vahidi zavodundan korpus sexində 3-cü, 4-cü və 5-ci dərəcəli elektrik qaz qaynaqçısı kimi əmək fəaliyyətində olmuşdur. xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Kirovabad Təmir Quraşdırma İdarəsində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı kimi fəaliyyət göstərmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək "Xəzərdənizgəmitəmir" X3 Sturua adına istehsalat vahidi zavodundan korpus sexində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı kimi əmək fəaliyyətində olmuşdur. xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək "Elekom" kooperativində 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə əmək fəaliyətində olmuşdur. xx.xx.1992-ci ildən, xx.xx.1998-ci il tarixədək Azərbaycan Milli Elmlər X1 5-ci dərəcəli elektrik qaz qaynaqçısı kimi əmək fəaliyyətində olmuşdur. xx.xx.1999-cu ildən xx.xx.2000-ci il tarixdək "Yaşar" firmasında çilingər-mexanik vəzifəsində işləmişdir. xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Milli Elmlər Akademiyasının "Geologiya" İnstitutunun 43 N-li şöbəsində qaz elektrik quraşdırıcısı vəzifəsində çalışmışdır. xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixədək "Sənan -M" firmasında baş elektrik vəzifəsində işləmişdir. xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək "ABU Petrol" firmasında mexanik vəzifəsində işləmişdir. 60 yaş həddimə çatmasını, ümumi iş stajının 34 ildən çox olmasını və bunun 13 il 6 ay 13 gün hissəsinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə olmasını nəzərə alıb cavabdehə müraciət edib ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. xx.xx.2023cü il tarixli 3-17-l/2-k-45064/2023 N2-1İ cavab məktubunda cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkızi Filialı bildirmişdir ki, "Mərkəzi Filiala tədim etdiyiniz xx.xx.1981-ci il tarixli FİT-İ ******* N-li əmək kitabçanızda xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində kooperativ "Elekom" müəssisəsində elektrik qaynaqçısı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyiniz dövrün dəqiqləşdirilməsi məqsədilə "Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatçısında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Sığorta Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrləri ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilən hal istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü sizin güzəştli stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 10 ay 22 gün...)) təşkil edir. Qeyd olunaları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir." Cavabdehin qeyd olunan cavabı ilə razı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı V.Timofeyeviç 01 fevral 2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçı V.Timofeyeviçin güzəştli iş stajının 12 il 06 aydan az (11 il 10 ay 22 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il və xx.xx.1992-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, iddiaçı V.Timofeyeviç iddia ərizəsində ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı V.Timofeyeviçin mərkəzi filiala təqdim etdiyi 27 iyul 1981-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında onun xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Kooperativ “Elekom” müəssisəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı V.Timofeyeviçin adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçı V.Timofeyeviçin güzəştli iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (11 il 10 ay 22 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1987-ci il,xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il və xx.xx.1992-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı V.Timofeyeviçin güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 22 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982xx.xx.1984-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur (02 il 20 gün); - B 816076 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Bakı şəhəri 4 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş xx.xx.1981-ci ildə elektroqazqaynaqçısı peşəsi üzrə bu məktəbin tam kursunu bitirmişdir (02 il 10 ay 14 gün); - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, iddiaçı:  xx.xx.1981-ci ildən xx.xx.1982-ci il tarixədək "Xəzərdənizgəmitəmir" X3 Sturua adına istehsalat vahidinin korpus sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı;  xx.xx.1984-cü ildən xx.xx.1987-ci il tarixədək "Xəzərdənizgəmitəmir" X3 Sturua adına istehsalat vahidi zavodundan korpus sexində 3-cü, 4-cü və 5-ci dərəcəli elektrik qaz qaynaqçısı;  xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Kirovabad Təmir Quraşdırma İdarəsində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı;  xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək "Xəzərdənizgəmitəmir" X3 Sturua adına istehsalat vahidi zavodundan korpus sexində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı;  xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək "Elekom" kooperativində 5ci dərəcəli elektrik qaynaqçısı;  xx.xx.1992-ci ildən, xx.xx.1998-ci il tarixədək Azərbaycan Milli Elmlər X2 5-ci dərəcəli elektrik qaz qaynaqçısı;  xx.xx.1999-cu ildən xx.xx.2000-ci il tarixdək "Yaşar" firmasında çilingərmexanik;  xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Milli Elmlər Akademiyasının "Geologiya" İnstitutunun 43 №-li şöbəsində qaz elektrik quraşdırıcısı;  xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixədək "Sənan -M" firmasında baş elektrik;  xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək "ABU Petrol" firmasında mexanik vəzifəsində işləmişdir (33 il 06 ay 18 gün); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-K-45064/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 27 iyul 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçada xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Kooperativ “Elekom” müəssisəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü onun güzəştli stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 22 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il və xx.xx.1992-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir; - Geologiya və Geofizika İnstitutunun xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, onun tərəfindən təqdim olunmuş ИT-İ ******* №-li əmək kitabçasına əsasən: 1) xx.xx.1978-ci il tatixdən xx.xx.1981-ci il tarixədək "Xəzərdəniz- gəmitəmir" İB Vano Sturua adına istehsalat vahidinin 4 №-li şəhər ixtisaslaşdırımış texniki məktəbində oxumuşdur. 2) xx.xx.1981-ci ildən xx.xx.1982-ci il tarixədək həmin istehsalat vahidinin korpus sexində 3-cü dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 3) xx.xx.1982-ci ildən 31.05 1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 4) xx.xx.1984-cü ildən xx.xx.1987-ci il tarixədək "Xəzərdənizgəmitəmir" İB Vano Sturua adına istehsalat vahidi zavodunun korpus sexində 3-cü, 4- cü və 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 5) xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Kirovabad Təmir Quraşdırma İdarəsində 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 6) xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək "Xəzərdəniz- gəmitəmir" İB Vano Sturua adma istehsalat vahidi zavodunun korpus sexində 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 7) xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək "Elekom" kooperativində 5-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. 8) xx.xx.1992-ci ildən, xx.xx.1998-ci il tarixədək Azərbaycan Milli Elmlər Akdemiyası Geologiya institutu Geofizcihaz ixtisaslaşdırılmış konstruktor bürosunda 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 9) xx.xx.1999-cu ildən xx.xx.2000-ci il tarixdək "Yaşar" firmasında çilingər-mexanik işləmişdir. 10) xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Milli Elmlər Akademiyasının "Geologiya" İnstitutunun 43 №-li şöbəsində qaz elektrik qaynaçısı işləmişdir. 11) xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixədək "Sənan-M" firmasında baş elektrik işləmişdir. 12) xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək "ABU Petrol" firmasında mexanik işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı"nın ********. XXİİİ. Ümumi peşələr bəndinin, 12100000-11620 rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, 12100000-19906. rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları yarımbəndlərinə, Həmin qərarla təsdiq edilmiş 2 №-li Siyahının ********. XXXİİİ. Ümumi peşələr bəndinin - 23200000-11620 qaz qaynaqçıları, 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları yarımbəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35. Ümumi peşələr bəndinin: - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları, - əl ilə qaynaq aparan elektrik qaynaqçıları yarımbəndlərinə əsasən İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. V. Kutukovun ümumi iş stajı 34 il, zərərli iş stajı 13 il, 6 ay, 13 gündür. Geologiya institutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 104 №-li qərarı ilə Geologiya və Geofizika İnstitutu adlandırılmışdır. Azərbycan Respublikası Prezidentinin xx.xx.2022-ci tarixli Fərmanı ilə Geologiya və Geofizika institutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyindən çıxarılaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq inzibati icraat materiallarının surəti məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını (ünvan 1əti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (29 iyun 2022-ci il tarixdən qüvvədə olan redaksiya) Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən 27 iyul 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçada xx.xx.1990xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Kooperativ “Elekom” müəssisəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü onun güzəştli stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 22 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il və xx.xx.1992xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh məhkəmə icraatında iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Cavabdehin imtina dəlili iddiaçının güzəştli iş stajının olmamasıdır. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır. İddiaçının hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:

1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;

2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı;

3. Ümumi iş stajı minimum 25 il olmalı; İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 60 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi. İş materiallarından da göründüyü kimi, cavabdeh iddiaçının yaşını, pensiya kapitalını və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının 25 il ümumi sosial sığorta stajının və tələb olunan məbləğdə pensiya kapitalının mövcud olduğunu qəbul edir. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Məhkəmə, iş materiallarındakı müvafiq sənədlərə və qanunvericilik normalarına istinad edərək cavabdehin etirazının əsassız olduğunu hesab edir. İddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. İddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan (12 il 6 ay) güzəştli iş stajı yoxdur. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi Geologiya və Geofizika İnstitutu tərəfindən verilən Arayışla, həmçinin iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, o həqiqətən: 1) xx.xx.1978-ci il tatixdən xx.xx.1981-ci il tarixədək "Xəzərdəniz- gəmitəmir" İB Vano Sturua adına istehsalat vahidinin 4 №-li şəhər ixtisaslaşdırımış texniki məktəbində oxumuşdur. 2) xx.xx.1981-ci ildən xx.xx.1982-ci il tarixədək həmin istehsalat vahidinin korpus sexində 3-cü dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 3) xx.xx.1982-ci ildən 31.05 1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 4) xx.xx.1984-cü ildən xx.xx.1987-ci il tarixədək "Xəzərdənizgəmitəmir" İB Vano Sturua adına istehsalat vahidi zavodunun korpus sexində 3-cü, 4- cü və 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 5) xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Kirovabad Təmir Quraşdırma İdarəsində 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 6) xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək "Xəzərdəniz- gəmitəmir" İB Vano Sturua adma istehsalat vahidi zavodunun korpus sexində 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 7) xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək "Elekom" kooperativində 5-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. 8) xx.xx.1992-ci ildən, xx.xx.1998-ci il tarixədək Azərbaycan Milli Elmlər Akdemiyası Geologiya institutu Geofizcihaz ixtisaslaşdırılmış konstruktor bürosunda 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işləmişdir. 9) xx.xx.1999-cu ildən xx.xx.2000-ci il tarixdək "Yaşar" firmasında çilingər-mexanik işləmişdir. 10) xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Milli Elmlər Akademiyasının "Geologiya" İnstitutunun 43 №-li şöbəsində qaz elektrik qaynaçısı işləmişdir. 11) xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixədək "Sənan-M" firmasında baş elektrik işləmişdir. 12) xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək "ABU Petrol" firmasında mexanik işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı"nın ********. XXİİİ. Ümumi peşələr bəndinin, 12100000- 11620 rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, 12100000-19906. rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları yarımbəndlərinə, Həmin qərarla təsdiq edilmiş 2 №-li Siyahının ********. XXXİİİ. Ümumi peşələr bəndinin - 23200000-11620 qaz qaynaqçıları, 23200000-19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları yarımbəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35. Ümumi peşələr bəndinin: - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları, - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları, - əl ilə qaynaq aparan elektrik qaynaqçıları yarımbəndlərinə əsasən İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. V. Kutukovun ümumi iş stajı 34 il, zərərli iş stajı 13 il, 6 ay, 13 gündür. Geologiya institutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 104 №-li qərarı ilə Geologiya və Geofizika İnstitutu adlandırılmışdır. Azərbycan Respublikası Prezidentinin xx.xx.2022-ci tarixli Fərmanı ilə Geologiya və Geofizika institutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyindən çıxarılaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. “Siyahı”nın 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—11620 kodu ilə “qaz qaynaqçıları”, 23200000—19906 kodu ilə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. “Siyahı”nın 35. Ümumi peşələr bölməsində - “qaz qaynaqçıları” və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” müəyyən edilmişdir. İmtina məktubundan və iddiaya dair yazılı etirazdan göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının 11 il 10 ay 22 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il və xx.xx.1992xx.xx.1998-ci il tarixləri arasındakı işlədiyi dövrlər) güzəştli iş stajının mövcudluğunu qəbul edir. Göründüyü kimi, cavabdehin mövqeyinə görə iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxması üçün 7 ay 8 gün güzəştli iş stajı çatmır. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi dövr iddiaçının xx.xx.1990xx.xx.1992-ci il tarixləri arasındakı Kooperativ “Elekom” müəssisəsində elektrik qaynaqçısı peşəsində işlədiyi dövrə aiddir. Cavabdeh inzibati orqan həmin dövrün iddiaçının iş stajına daxil edilməməsini onunla əsaslandırmışdır ki, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü iddiaçı V.Timofeyeviçin güzəştli iş stajına daxil etmək mümkün deyil. Məhkəmə cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı Kooperativ “Elekom” müəssisəsində elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə ilk növbədə cavabdeh inzibati orqanın “həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və buna görə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi” dəlili ilə bağlı bildirir ki, iddiaçı işlədiyi “Elekom” müəssisəsinin cavabdeh inzibati orqanda qeydiyyatda olmaması iddiaçının təqsiri deyil, nəzərə alınsa ki, müəssislər tərəfindən MDSS-lərin ödənilməsinin təmin edilməsi vəzifəsi cavabdeh inzibati orqanın məsuliyyət sferasına aiddir. Həmçinin, müəssisənin qeydiyyatda olmaması onun tərəfindən MDSS-lərin ödənilməməsi kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, müəssisə tərəfindən MDSS-lərin ödənilməməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh bu halı yalnız müəssisənin qeydiyyatdan keçməməsi ilə əlaqəndirərək bu qənaətə gəlməklə sübut etməyə çalışır. Halbuki, inzibati prosessual qanunvericilikdən də göründüyü kimi tərəflər gətirdiyi əsasları mötəbər sübutlarla isbat etməlidir. Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının əmək kitabçasının məlumatlarına görə onun əmək fəaliyyətinin xx.xx.2006-cı ilədək davam etmiş müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002- ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 1 yanvar 2002-ci il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti əmək stajına daxil edilir. Yəni həmin müddətədək şəxsin iş stajı nəzərə alınarkən onun işlədiyi dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi tələb edilmir. Yuxarıda qeyd olunanlardan da müəyyən olunur ki, iddiaçının mübahisəli olan əmək fəaliyyəti müddəti 2002-ci ilədək olan dövrə təsadüf edir. İş materiallarında olan iddiaçının əmək kitabçasında onun xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı Kooperativ “Elekom” müəssisəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuş, qeyd qanunvericiliklə nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən imzalanmış və müəssisələrin möhürü ilə təsdiq olunmuşdur. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlili əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirilən müəssisədə işlədiyi dövr ilə əlaqədar həmin müəssisələrin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Göründüyü kimi, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Odur ki, iddiaçının əmək kitabçasına əsasən 25 ildən (38 il 6 ay 22 gün) artıq iş stajı mövcuddur. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir. Eyni zamanda iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. İddiaçının çalışdığı həmin vəzifələrin güzəştli pensiya hüququ verən peşələrə aid olduğu işin hallarında sadalanan güzəştli arayışla da təsdiq olunur. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən) Beləliklə də, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinaya əsas olan faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (60 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Məhkəmə nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən, yəni 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən, yəni 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar