Məhkəmə qərarları › İş №2-1(112)-8389/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8389/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8389/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti 3-cü şəxs qismində göstərilməklə “sərəncamın verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadə etdiyi ünvan 1 ünvanda yerləşədən fərdi yaşayış evinin 309,7 kv.m (həyətyanı və tikintialtı) torpaq sahəsi ilə birlikdə bir torpaq sahəsinin eskizinin və göstərilən torpaq sahəsinin ona verilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən, 26 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin ev ümumi sahəsi 36,7 kv.m olmaqla bir mərtəbəli fin tipli həyət evindən ibarətdir, həyətyanı torpaq sahəsi isə 307,9 kv.m təşkil edir və hər tərəfdən hasara alınmışdır. O, qanunvericiliklə tələb olunan sənədləri ərizəsinə əlavə edərək, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 2019-cü ildə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə 27.12.2019-cu il tarixli **********99 nömrəli məktubla onun ərizəsini təmin etməmiş, imtinaya əsas kimi ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsi göstərilmişdir. O, hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur ona görə ki, onun mülkiyyətində olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı bütün hüquq müəyyənedici sənədlər idarənin arxivində toplanmış, həmçinin 120 saylı MKİS tərəfindən tərtib edilməklə möhürlə təsdiq edilmiş sxemdə torpaq sahəsinin faktiki olaraq 307,9 kv.m olması barədə qeydiyyat aparılmışdır. Bundan əlavə, qüvvədə olan qanunvericilik normalarına əsasən ona məxsus olan torpaq sahəsi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Qeyd olunan yaşayış evi 1940-1950-ci illərdə finski layihə əsasında inşa olunmaqla, o, həmin evi özəlləşdirmişdir ki, hazırkı vəziyyətdə evin torpaq sahəsinə dair hər hansı dövlət təşkilatından sənəd tələb etmək qeyri-mümükündür. Halbuki “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, onun mülkiyyətində olan evin torpaq sahəsi mərz boyu hasara alınmış, qonşu torpaqlardan təcrid olunmuş vəziyyətdə olmaqla, onun qanuni istifadəsindədir. Cavabdeh onun ərizəsinin icrasından əsassız olaraq imtina etdiyinə görə, onun hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki DƏDRX Bakı şəhər ərazi idarəsinin daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata almaqdan imtina etməsi ilə onun konstitusiya ilə qorunmalı olan mülkiyyət hüquqları pozulmuş, mülkiyyət hüququ ilə ona məxsus olan əmlak üzərində azad şəkildə sərəncam vermək hüququnun həyata keçirilməsinə maneçilik yaranmışdır.Bununla əlaqədar olaraq ona bir torpaq sahəsinin eskizinin planını və göstərilən torpaq sahəsinin ona verilməsi barədə sərəncam verilməsi üçün Bakı şəhəri Cavabdehnə müraciət etmişdir, lakin müraciəti təmin olunmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbi üzrə dəqiqləşmənin aparılmasının zəruriliyini bildirmiş, iddiaçıya izah olunmuşdur ki, cavabdeh inzibati orqana müraciət ərizəsi və onun göndərilməsinə dair poçt qəbzinin surəti təqdim olunmalıdır. İş üzrə bir sıra prosedur hərəkətlər edildikdən sonra məhkəmə iclası 12 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, iddiaçı istifadə etdiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 309,7 kv.metr (həyətyanı və tikintialıt) torpaq sahəsi ilə birlikdə bir torpaq sahəsinin eskizinin və planını və torpaq sahəsinin ona verilməsi barədə sərəncam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş edir. Lakin iddiaçı məhkəmə iclasında iştirak edərək, cavabdeh inzibati orqana müraciət ərizəsini və (və ya) müraciətə imtina məktubunu təqdim etməmiş, həmçinin, “hüquqi yardım” məktubunda qeyd edildiyi kimi iddia tələbində dəqiqləşdirilmə aparmamışdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Mübahisə üzrə aydınlaşdırılmalı olan ilk məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehə bağlı məsələdir. İşin hallarından görünür ki, iddiaçı cavabdeh kimi Cavabdeh qeyd etmişdir. Hazırkı iddia tələbi üzrə Cavabdehlik daşıyan orqan hesab oluna bilməz. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi yerli icra hakimiyyətlərinin 01.01.2001-ci ildən sonra vətəndaşlara torpaq sahəsi ayrılması ilə bağlı səlahiyyətləri yoxdur. Belə olan halda, Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamış, həmçinin iddiaçının irəli sürdüyü tələb üzrə Cavabdehlik daşımamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar