Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-839/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X7 (Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 ildən artıq ümumi stajın olduğu və 12 il yarımdan artıq Bakı şəhəri XDS İK-nin X9 X13 4 saylı X18 İdarəsində bənna (kamenşik) vəzifəsində işləməsi nəzərə alınmaqla 57 yaşı tamam olduğu vaxtdan ona pensiya hüququnun yarandığı vaxt qüvvədə olan normalar əsasında güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməmiş fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 25 ildən artıq ümumi stajın olduğu və 12 il yarımdan artıq Bakı şəhəri XDS İK-nin X9 X13 4 saylı X18 İdarəsində bənna (kamenşik) vəzifəsində işləməsi nəzərə alınmaqla 57 yaşı tamam olduğu vaxtdan ona pensiya hüququnun yarandığı vaxt qüvvədə olan normalar əsasında güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməmiş fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. Əmək kitabçasında olan qeydlərə əsasən 2 il əsgərlik müddəti də daxil olmaqla 26 il 2 ay 28 gün ümumi iş stajı var. Bakı şəhəri XDS İK-nin X9 X13 4 saylı X18 İdarəsində asfalt beton daşlarının quraşdırılması üzrə bənna (kamenşik) vəzifəsində işlədiyi vəzifə zərərli işlərin 2 saylı siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a—12680 kodla-bənna briqadalarında xüsusi bənna manqalarında daim işləyən bənna nəzərdə tutulmuşdur. Cavabdeh orqana ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmiş, ərizəsinin təmin edilməsindən xx.xx.2019-cu il tarixli məktubla imtina edilmişdir. İmtinanın əsası kimi əsassız olaraq ümumi iş stajının 25 ildən az olduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən əmək kitabçasındakı qeydlər araşdırılarsa cavabdehin bu imtinasının əsassız olduğu müəyyən olunar. İddianın hüquqi əsası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 2.1.8-ci bəndinə əsasən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanuna xx.xx.1997-ci il tarixli qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş hədləri xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçı 25 il ümumi stajını təsdiq edən sənədləri İdarəyə təqdim etmədiyi üçün ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Həmçinin iddia tələbinin “ödənilməmiş fəqrin birdəfəlik ödənilməsi” ilə bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların ödənilməmiş hissəsinin birdəfəlik ödənilməsi müddəası mövcud deyildir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, 5/1983 saylı məktubdan görünür ki, Azərbaycan SSR Bakı şəhər X14 İcraiyyə Komitəsinin (4 №-li “Спецремдорстрой”) İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx xxx 1977-ci il tarixdən xx xxxx 1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx xxxxxxxx 1979-cu il tarixdə doldurulmuş AT-İİ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək “Pravdinskneft” Neft və X10 Təchizat Şöbəsinin bazasında yükvuran fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Avtomobil Sənayesi Nazirliyinin “Soyuzavtobusprom” ümumittifaq sənaye Birliyinin Bakı İxtisaslaşdırılmış X5 hissələri sexinə ikinci dərəcəli dəlikaçan vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdən “Xüsusi Tikinti” BGİ-nin 4 saylı X3 əməyin işəmuzd ödənilməsi ilə ikinci dərəcəli köməkçi işçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə üçüncü dərəcəli bənna ixtisas dərəcəsi verilmiş, xx.xx.1982-ci il tarixdən 4 saylı X1 adı xx.xx.1982ci il tarixli 2 saylı əmrə əsasən “Yol-təmir tikinti” Dövlət Təbiəti mühafizə müəssisəsinin 4 saylı İTİ-ə dəyişdirilmiş, xx.xx.1985-ci il tarixdən “Yol-təmir tikinti” Dövlət Təbiəti mühafizə müəssisəsi üzrə xx.xx.1985-ci il tarixli, 14 saylı əmrə əsasən 4 saylı İTİ-nin adı “Yol-təmir tikinti” Dövlət X16 mühafizə müəssisəsinin 4 saylı X4 İdarəsinə dəyişdirilmiş, xx.xx.1989cu il tarixdən Azərbaycan KPMK və Azərbaycan SSR Nazirlər Şurasının xx.xx.1987-ci il tarixli 249 saylı Qərarına əsasən 4 saylı X4 İdarəsinin adı 4 saylı X6 Təmir-Tikinti İdarəsinə dəyişdirilmiş, xx.xx.1997-ci il tarixdə ixtisarla əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Dövlət X11 təsərrüfat şöbəsi avtonəqliyyat bölməsində sürücü vəzifəsində, xx.xx.2009-cu il tarixdən Yolun Təsərrüfat şöbəsi istehsalat ştatının 6-cı dərəcəli rəngsaz vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixdən Yolun Təsərrüfat şöbəsinin Vİ dərəcəli rəngsaz vəzifəsindən “xxxx” QSC-nin “xxxx” MMC-nə Vİ dərəcəli rəngsaz vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********4 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad olunaraq, xx xxxx 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur və həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 57 yaşı tamam olan xx.xx.2015-ci il tarixədə tamam olduğundan ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olan normaları tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırki halda iddiaçıya 57 yaşı tamam olan olan xx.xx.2015-ci il tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını güzəştli iş stajı verən işlərdə işləməlidir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Bakı şəhəri XDS İK-nin X9 X13 4 saylı X18 İdarəsində işlədiyi dövr nəinki güzəştli iş stajına, ümumiyyətlə ümumi iş stajına hesablanmasından imtina edərək, onun 57 yaşı tamam olan tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi əsası ilə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının 57 yaşı tamam olan xx.xx.2015-ci il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması və həmin stajın 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edildiyindən, ona cavabdeh tərəfindən imtina edilməsi əsassız olmuşdur. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri XDS İK-nin X9 X13 4 saylı X18 İdarəsində işlədiyi dövrün ümumi iş stajına hesablanmasından imtina edilməsinə əsas qeyd olunan idarənin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilməməsi olmuşdur. Məhkəmə araşdırması dövründə göndərilən sorğular əsasında həqiqətən də idarəsinin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilməməsi və vergi uçotunda olması barədə məlumatın olmadığı müəyyən edilsə də, lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası əsasında onun həmin dövr üzrə işləməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir; 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi ümumi iş stajı mübahisələndirilir. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X17 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən onun xx.xx.1981ci il tarixdən “Xüsusi Tikinti” BGİ-nin 4 saylı X3 əməyin işəmuzd ödənilməsi ilə ikinci dərəcəli köməkçi işçi vəzifəsinə qəbul edilməsi, xx.xx.1981-ci il tarixdə ona üçüncü dərəcəli bənna ixtisas dərəcəsi verilməsi, xx.xx.1982-ci il tarixdən 4 saylı X1 adının xx.xx.1982-ci il tarixli 2 saylı əmrə əsasən “Yol-təmir tikinti” Dövlət Təbiəti mühafizə müəssisəsinin 4 saylı İTİ-ə dəyişdirilməsi, xx.xx.1985-ci il tarixdən “Yol-təmir tikinti” Dövlət Təbiəti mühafizə müəssisəsi üzrə xx.xx.1985-ci il tarixli, 14 saylı əmrə əsasən 4 saylı İTİnin adı “Yol-təmir tikinti” Dövlət X16 mühafizə müəssisəsinin 4 saylı X4 İdarəsinə dəyişdirilməsi, xx.xx.1989-cu il tarixdən Azərbaycan KPMK və Azərbaycan SSR Nazirlər Şurasının xx.xx.1987-ci il tarixli 249 saylı Qərarına əsasən 4 saylı X4 İdarəsinin adı 4 saylı X6 Təmir-Tikinti İdarəsinə dəyişdirilməsi, xx.xx.1997-ci il tarixdə ixtisarla əlaqədar olaraq iddiaçının işdən azad edilməsi müəyyən edilmişdir. İddiaçının qeyd olunan idarədə işlədiyi dövr üzrə ümumi iş stajı 16 il 22 gün təşkil edir. Əmək kitabçası ilə iddiaçının həmin dövr üzrə işləməsi öz təsdiqini tapdığından, cavabdeh tərəfindən həmin dövrün nəzərə alınmaması əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. Belə olan halda iddiaçının həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla, iş materiallarında olan əmək kitabçası əsasında onun 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixədək ümumilikdə 25 il 06 ay 03 gün ümumi iş stajının olması müəyyən edildi. Bu da qanunvericiliklə tələb edilən ümumi iş stajından artıq müddətdir. Məhkəmə tərəfindən həmin ümumi iş stajının 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı iddia tələbi üzrə Bakı şəhəri XDS İK-nin X9 X13 4 saylı X18 İdarəsində asfalt beton daşlarının quraşdırılması üzrə bənna (kamenşik) vəzifəsində işlədiyi peşənin zərərli işlərin 2 saylı siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a-12680 kodla-bənna briqadalarında xüsusi bənna manqalarında daim işləyən bənna peşəsinə uyğun olmasını göstərərək, həmin dövrün güzəştli iş stajına hesablanmasını tələb etmişdir. İşdə olan əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1997ci il tarixədək Bakı şəhəri XDS İK-nin X9 X13 4 saylı X18 İdarəsində 3-cü dərəcəli bənna vəzifəsində işləmişdir. Məhkəmə tərəfindən iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri XDS İK-nin X9 X13 4 saylı X18 İdarəsində işlədiyi bənna peşəsinin güzəştli iş stajı verən peşələrə aid olub-olmaması araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlı XXVİİ bölməsinin 2290000a kod nömrəli güzəştli iş stajı verən “fəhlələr” a yarımbəndinin 2290000a-12680 kod nömrəli bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsinə uyğundur və həmin peşə üzrə iddiaçının güzəştli iş stajı 15 il 03 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışıtəqdim edilməlidir. İddiaçı buna dair güzəştli arayış təqdim edə bilməsə də, göstərilən dövr ərzində, yəni idarədə bənna vəzifəsində işləməsi iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə təsdiq olunur. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməsi onun işlədiyi həmin idarənin ləğv edilməsi səbəbindən mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən arayış təqdim edilmədən həmin dövr güzəştli iş stajına hesablanmalıdır. Məhkəmə iddiaçının işlədiyi dövrün güzəştli iş stajına daxil edilməsi qənaətinə gələrkən qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1313/2020 saylı, xx.xx.2020-ci il tarixli (hakim R.Nəbizadə) qərarındakı hüquqi mövqeyindən də istifadə etmişdir. Məhkəmə iddia tələbinin pensiya hüququnun yarandığı vaxt qüvvədə olan normalar əsasında ödənilməmiş pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən bu günədək ödənilməmiş pensiya fərqinin ödənilməsini cavabdehdən tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının pensiya hüququ xx.xx.2015-ci il tarixdə yaransa da, lakin hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ötən dövr üzrə hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Belə olan halda iddiaçının pensiya hüququ yarandığı vaxtdan deyil, müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün yaranmış pensiya fərqinin ödənilməsini tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının 57 yaşı tamam olan xx.xx.2015-ci il tarixədək 25 ildən artıq ümumi stajının olduğu müəyyən edildiyindən, həmçinin Bakı şəhəri XDS İK-nin X9 X13 4 saylı X18 İdarəsində bənna vəzifəsində işlədiyi dövrün güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, həmin müddətin 12 il 06 aydan çox olmasını nəzərə alınaraq, ona hüququnun yarandığı 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün yaranmış pensiya fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-839/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-839/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver