Məhkəmə qərarları › İş №2-1(112)-839/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-839/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-839/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiаçı İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxx 2020-ci il tarixli, **********3 saylı cavab məktubunun qanunsuz hesab edilməsi, Prokurorluq işçiləri məzuniyyətə çıxarkən ödənilən 2 aylıq əmək haqqı məbləğində pul vəsaitini, müalicə ilə əlaqədar ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinəti və ildə bir dəfə ödənilən 3 qat əmək haqqı məbləğində maddi yardımı onun aylıq pensiya məbləğinə əlavə kimi daxil edilməsi, əmək haqqındakı sonrakı artımlar və indeksləşdirmə nəzərə alınmaqla 2018-ci ilin fevral ayından bu günədək ona ödənməli olan pul vəsaitinin, Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanaraq ödənilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, prokurorluq işçiləri məzuniyyətə çıxarkən ödənilən 2 aylıq əmək haqqı məbləğində pul vəsaitini, müalicə ilə əlaqədar ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinəti və ildə bir dəfə ödənilən 3 qat əmək haqqı məbləğində maddi yardımı onun aylıq pensiya məbləğinə əlavə kimi daxil edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilərək, prokurorluq işçiləri məzuniyyətə çıxarkən ödənilən 2 aylıq əmək haqqı məbləğində pul vəsaitini, müalicə ilə əlaqədar ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinəti və ildə bir dəfə ödənilən 3 qat əmək haqqı məbləğində maddi yardımı onun aylıq pensiya məbləğinə əlavə kimi daxil edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələblər əsassızdır. Azərbaycan Respublikası “X5” Qanun 1.0.1-cı maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Göründüyü kimi, Qanunverici qeyd edilən maddə də bilavasitə şəxsə pensiyanın onun pensiyaya çıxmazdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərindən hesablanmasını göstərmişdir. X1 Haqqında Qanunun 21.1-cı maddəsinə əsasən- Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə gorə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nın 157-ci maddəsinə əsasən Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə Ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddı marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Göründüyü kimi, maddi yardımlar əmək haqqına daxil deyil. Həmin Məcəllənin 177-ci maddəsinin 6-cı bəndinə əsasən Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı iddia ərizəsində “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq orqanlarının işçilərinə ildə bir dəfə 3 qat həcmində əmək haqqı məbləğində maddı yardım edilməsini göstərsə də qeyd edilən Qanunun 21.4-ci maddəsində göstərilmişdir kı, Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş və hal-hazırda da qüvvədə olan “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin sihası”da (bundan sonra Siyahı) nəzərə alınmayan ödənclərin siyahısına əsasən orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənişlərdən biri də birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla), həmçinin maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdi. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 17 /11 saylı arayışdan göründüyü kımı, AR Baş Prokurorunun əmrləri ilə Prokurorluq işçilərinə maddı yardımların məhz mart, oktyabr və dekabr aylarında verilməsi həmin mükafatların məhz bayram günləri ilə əlaqədar verilməsini göstərir. Həmçinin, qeyd edilən arayışda iddiaçıya hər hansı bir mükafat və ya maddi yardımın verilməsi və onların pensiya hesablanarkən nəzərə alınmasının mühüm şərti olan məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilməsi olan qeyd edilməmişdir. Beləliklə, göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdim edilmiş 17 /11 saylı arayışda göstərilən mükafatlar bilavasitə iddiaçıya verilmədiyindən və həmin mükafatlar digər Prokurorluq orqanları əməkdaşlarına ancaq bayramlarla əlaqədar verildiyindən Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli. 126 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya əsasən Orta əmək haqqı hesablanarkən nəzərə alınmayan vəsaitə daxildir və qeyd edilən vəsait iddiaçının pensiyası hesablanarkən nəzərə alınmamalıdır. Prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o 2000-ci ilədək prokurorluq orqanlarında çalışmışdır. İddiaçın təqdim etdiyi Baş Prokurorluq tərəfindən tərtib edilmiş 17 /11 saylı arayışdan isə onun 1983-cü ildən 1993-cü ilədək Prokurorluq orqanlarında işləməsi qeyd edilmişdir. İddiaçının tələb etdiyi Prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilməsi barədə müddəa isə onun istinad etdiyi xx.xx.2001-ci il tarixdə qəbul edilmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda qeyd edilmişdir. Beləliklə, göründüyü kimi, iddiaçın Prokurorluq orqanlarında işlədiyi müddət ərzində həmin müddüa olmamış, o həmin Qanunun 20.8-ci maddəsində olan pul təminatını almamış onlardan məcburi dövlət sosial ödənişlərini etməmişdir. Buna baxmayaraq, iddiaçı qeyd edilən vəsaitin ona pensiya ödənilərkən həmin pensiyasına əlavə edilməsi barədə iddia tələbi irəli sürsə də həmin vəsaitlərin işlədiyi müddət ərzində almasını və onlardan məcburi dövlət sosial ödənişləri etməsini göstərməmişdir. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik müavinat verilməsi barədə Qanunun 20.9-cu maddəsinə münasibətdə isə bir məqam diqqətə alınmalıdır. Maddənin dispozisiyasından görünür ki, 1ci cümlədə və 2-ci cümlədə istifadə edilmiş “prokurorluq işçiləri” ifadələrinin əhatə dairəsi fərqlidir. Belə kı, Qanunverici 1-cı cümlədə “prokurorluq işçiləri” deyərkən həm işləyən, həm də pensiyaya çıxmış işçiləri diqqətə almış 2-ci cümlədə isə yalnız işləyən prokurorluq işçilərini nəzərdə tutmuşdur. Yəni müalicə üçün müavinət işləyən işçilərə verilməlidir; pensiyada olan işçilər isə pulsuz tibbi xidmətlə təchiz edilirlər. Həmçinin, Azərbaycan Respublikası Baş Prokurorunun 09.11 2007-ci il tarixli 10/91 saylı əmri ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydalarına” əsasən bu Qaydalarla nəzərdə tutulan pul müavinəti müalicə ediləcək və ya müalicə edilən prokurorluq işçisinin Baş Prokurorluqda fəaliyyət göstərən müvafiq Komissiyasına müraciəti əsasında və eyni zamanda həmin Qaydaların 5-ci bəndində göstərilən sənədlər ərizəyə əlavə edilməklə verilir. Həmin Qaydaların 5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə, pul müavinətinin verilməsindən imtina edilir. İddiaçının ona müalicə olunması ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində pul müavinətinin verilməsi barədə vermiş iddiası Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iddiaçı həmin qətnamə ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi xx xxxxxx 2008-ci il tarixli 2- 1(103)-4062/2020 saylı qətnaməsi ilə iddiaçının həmin şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdı. Həmçinin, Azərbaycan Respublikası X2 20.8.2- ci maddəsinin həm 2017-ci ilin iyul ayının 1-dək olan mətnində, həmdə həmin tarixdən sonra qüvvəyə minmiş və hal-hazırda da qüvvədə olan mətnindən aydın olur ki, prokurorluq orqanlarının əməkdaşlarının pensiyasına əlavələr onun əmək haqqının 80 faizi miqdarından çox olmamalıdır. İddiaçının təqdim etdiyi Baş Prokurorluq tərəfindən tərtib edilmiş Arayışdan göründüyü kimi, hal-hazırda həmin vəzifədə işləyən şəxslər (arayışda qeyd edilən vəzifə maaşı, xidmət illərinə görə 45 faiz miqdarında əlavə və rütbəyə görə əlavə birlikdə hesbalnadıqda) cəmi 2095,5 manat əmək haqqı alır. İş materialından göründüyü kimi, hal-hazırda iddiaçı 1887,38 manat məbləğində pensiya alır. “X5” Qanunda imperativ norma olan 20.8.2-ci maddəsində birbaşa qeyd edilmişdir ki, “lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir”. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya 2002-ci ildən pensiya yaşı tamam olduğuna görə prokurorluq işçisi kimi əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış № **********3 saylı xx xxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, 'X5" Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanada bildirilmişdir ki, prokurorluq əməkdaşlarının əmək haqqları artırıldığı təqdirdə, həmin orqanda işləmiş və prokurorluq işçisi kimi qulluq stajına görə əlavə alan şəxslərin də pensiyalarının yenidən hesablanıb ödənilməsi təmin ediləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış № 17/11 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı fevral1983-cü ildən avqust 1988-ci il tarixə kimi Jdanov rayon prokuroru (indiki Beyləqan rayon), sentyabr 1988-ci ildən yanvar 1993-cü il tarixə kimi Kürdəmir rayon prokuroru vəzifələrində işləmiş, 1989- dekabr ayı 100 rubl (əmr №522,xx.xx.1989), 1990-sentyabr ayı 100% vəzifə maaşı həcmində mükafat, 1992-dekabr ayı 100% vəzifə maaşı həcmində mükafat almışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış 20/789 saylı xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, fevral 2018-ci ildə Beyləqan və Kürdəmir rayon prokurorunun aylıq vəzifə maaşı - 1350 (Bir min üç yüz əlli) manat təşkil edir. xx xxxx 2001-ci il tarixli «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq əmək haqqı məbləğində müalicə olunmaları ilə əlaqədar 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin qanunun 21.4 maddəsinə əsasən prokurorluq əməkdaşlarına Azərbaycan Respublikası Baş Prokurorunun ümumi əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumilikdə 1 dəfə aylıq əmək haqqı, 2 dəfə vəzifə maaşı həcmində maddi yardım verilməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçı pensiyasının hesablanması zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq əməkdaşlarına Azərbaycan Respublikası Baş Prokurorunun müvafiq əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 qat əmək haqqı həcmində verilən maddi yardımın nəzərə alınaraq pensiyasının yenidən hesablanması tələbi ilə cavabdehə ərizə ilə müraciət etmiş, sonuncu ərizəni təmin etməkdən imtina etmişdir Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, iddiaçının hazırki iddia tələbi ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddəsində nəzərdə tutulmuş əlavələrin alıb-almaması, əlavələri aldığı təqdirdə həmin əlavələrdən sosial sığorta haqqlarının ödənilib-ödənilməməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı aşağıdakı əlavələrin pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir: -prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı; -prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti; -prokurorluq işçilərinə hər il 3 qat əmək haqqı həcmində verilən maddi yardım. Bu vəsaitlərin verilməsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı kimi tənzimələnmişdir: - 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; - 20.9-cu maddəsinə əsasən, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; - 21.4-cü maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. - 20.14-cü maddəsinə görə pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «X5» Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Maddələrin tələblərindən göründüyü kimi, prokurorluq işçilərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına müəyyən əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Bunlara məzuniyyətlə bağlı müavinət, müalicə olunmaları lə bağlı müavinət və maddi yardım aiddir. Göstərilmiş məbləğlərin pensiyanın hesablanması zamanı nəzərə alınmasına münasibətdə isə Məhkəmə aşağıdakıları qeyd edir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Həmin Qanunun 3–cü maddəsinin a bəndinə əsasən, Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdəəməkmüqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlə üzvlük əsasında işləyənlər— Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslər əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 17-ci maddəsinə görə, pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Həmin Qanunun 63-1-ci maddəsinə görə, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri xidmət illərinə görə pensiya hüququna malikdirlər. “X5”Qanunun köhnə redaksiyasına görə: -1.0.1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi əmək pensiyasıdır. -9.4-cu maddəsinə əsasən, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır; -20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı sığorta olunanlara təyin edilir: -20.1.5. prokurorluq işçiləri; -20.8-ci maddəsinə əsasən: bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə — 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.8.3); -29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır; Maddələrin mətnindən göründüyü kimi, sabiq prokurorluq işçilərinə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin dövrdə qüvvədə olmuş qanunvericilikdə sabiq prokurorluq işçilərinin qulluq stajına görə əlavənin alınması yalnız prokurirluq orqanlarda ən azı 5 il qulluq etməsi müddəti ilə şərtləndirilmiş və əlavənin məbləği qulluq illərinin sayına uyğun olaraq faiz nisbi ilə müəyyən olunmuşdur. Habelə, əlavənin məbləğinin əmək haqqının məbləğindən asılılığı nəzərdə tutulmuşdur ki, onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyişiklik olduqda müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X5” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “X5” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“X5” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“X5” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əməkpensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “X5” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: -əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; -əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “X5” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “X5” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “X5” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. Göründüyü kimi vətəndaşın pensiya məbləği təyin olunarkən və ya hesablanarkən yalnız alınan və sosial sığorta haqqları ödənilən vəsait nəzərə alınır. Məhkəmənin hüquqi mövqeyinə görə iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar