Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8392/2021 18.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Miminat Hacıbəyоva Tacib qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) qarşı AR Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********343800 nömrəli qərarının qismən, yəni şikayətin təmin edilməyən hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) qarşı AR Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********343800 nömrəli qərarının qismən, yəni şikayətin təmin edilməyən hissəsində ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərarına əsasən iddiaçıya 11512,51 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında qəbul edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət qismən təmin edilərək hesablanmış vergi məbləğləri 4267,96 manata qədər azaldılmışdır. İddiaçı həmin qərarla qismən, yəni şikayətin təmin edilməyən hissəsi ilə razı olmadığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Lakin iddiaçı iddia müddətinə əməl etməklə məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddianın predmetini xx.xx.2019-cu il tarixli qərarın qismən ləğv edilməsini göstərmək əvəzinə yanlış olaraq məhkəmədən X1 Baş İdarəsinin qərarlarının ləğv edilməsini göstərmişdir. Cavabdeh iddiaçıya 4267,96 manat vergi borcunun hesablanması ilə qanuna zidd hərəkət etmişdir. Belə ki, iddiaçı Şotlandiya qanunvericiliyinə əsasən təsis edilmiş “MGB X2” Şirkətinin təsisçilərindən biridir. Cavabdeh isə iddiaçını özbaşına, vergi ödəyicisi kimi uçota alınmaq barədə ərizə olmadan vergi ödəyicisi kimi uçota almış və ona vergi hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsində vergi ödəyicisi kimi uçota alınmalı olan şəxslərin konkret siyahısı göstərilmişdir. İddiaçı həmin maddədə sadalanan şəxslərin siyahısına düşmür. Belə ki, iddiaçı hüquqi şəxs deyildir, qeyri-rezident deyildir, fərdi sahibkar deyildir, nə də bəyannamə verməli olan rezident fiziki şəxs deyildir, xüsusi notarius da deyildir. İddiaçı əmək haqqı alan işçi və dividend alan payçıdır ki, onlar da Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə bəyannamə verməli olan rezident şəxslər hesab edilmirlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2-1(112)- 1866/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərərk Bakı İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2-1(112)-1866/2020 nömrəli qərardadının ləğv edilməsi, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1722/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2-1(112)- 1866/2020 nömrəli qərardadı ləğv edilməsi, inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ) İddiaçı 18 avqust 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmədə işə baxılması zamanı vergi orqanı mübahisələndirilən vergi borcunun məbləğini kəskin şəkildə azaltmışdır və bugünə onun vergi borcu 100 AZN təşkil edir. Vergi borcunun azaldılması səbəbindən iddiaçı hazırki iddia ərizəsindən imtina etmək niyyətindədir. O cavabdeh Dövlət Vergi Xidmətinin xx.xx.2019-cu il tarixli **********343800 qərarın qismən ləğv edilməsi barədə iddia ərizəsindən tam imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə uyğun olaraq, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsindən imtina edilməsi barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85 ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) qarşı AR Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********343800 nömrəli qərarının qismən, yəni şikayətin təmin edilməyən hissəsində ləğv edilməsi” tələbindən imtina edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) qarşı AR Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********343800 nömrəli qərarının qismən, yəni şikayətin təmin edilməyən hissəsində ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8392/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8392/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver