Məhkəmə qərarları › İş №2-1(112)-8397/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8397/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8397/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdül oğlunun və İddiaçı3, 3-cü şəxs "xxxx" firmasının direktoru X5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdül oğlu və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" firması məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə "çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdül oğlu və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" firmasının ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində qeydə alınmış dövlət qeydiyyatının və onun əsasında verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin qərardadı ilə iş üzrə "xxxx" firması məhkəmə icraatına zəruri olaraq 3cü şəxs qismində cəlb edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçılara İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilmiş, hazırki iddia tələbinin irəli sürülməsi üçün iddiaçıların subyektiv hüququ ilə baglı hazırlıq icraatı üzrə iclasda iddianın mümkünlük məsələsinə baxılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ünvan 3 ünvanda yerləşən qeyri yaşayış sahəsinə dair "xxxx" firmasının adına xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli reyestdən çıxarışın ləğv edilməsi ilə bağlı müraciətinə baxan cavabdeh özünün **********49 saylı xx.xx.2022 ci il tarixli cavab məktubu ilə imtina etmiş və onlara məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İddiaçılar bunu inzibati orqanın qanunsuz hərəkəti kimi qiymətləndirlər. Belə ki, sözü gedən ünvanda yerləşən qeyriyaşayış sahəsinin hissələrini hazırda mübahisələndirdikləri çıxarışla X4 almışlar və sonradan orada əlverişli məişət şəraiti yaratmaq üçün əlavə tikililər inşa etməklə təmir bərpa işləri aparmışlar. Lakin 15 ildən sonra "xxxx" firması cavabdeh orqandan çıxarış alaraq iddiaçıların oradan çıxarılmasını tələb etmiş və tələbi təmin olunmuşdur. Beləliklə inzibati orqanın qanunsuz verdiyi çıxarış iddiaçıların faktiki olaraq yeganə yaşayış yerindən məhrum olmalarına səbəb olmuşdur. Buna da səbəb cavabdehin qeyri-yaşayış sahəsi yüklü olduğu halda orada çoxsaylı əlavə tikililər və bir neçə ailənin faktiki yaşadığı halda həmin obyektin üzərində dövlət qeydiyyatı aparıb çıxarış verməsi olmuşdur ki, bu da tamamilə qanunsuzdur. 3-cü şəxs "xxxx" firmasının direktoru X9 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (çörək sexi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2011-ci il tarixli texniki pasporta və daşınmaz əmlakın dövlət reyestrindən 25 iyul 2012-ci il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətindədir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X10 və X8 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" Firması) qarşı iddiası tərəflərin həmin əmlakla bağlı heç bir hüquqları olmadığından mümkünsüz sayılmalıdır. İddiaçıların göstərilən daşınmaz əmlakla bağlı heç bir hüquqlarının olmamağı qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq olunmuşdur. Belə ki, iddiaçıların eyni tələblərlə iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-1122/2022 nömrəli 15 noyabr 2022-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 27 aprel 2011-ci il tarixli 1939/5-378/2-2011 saylı qərardadından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə və Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1939/5- 378 saylı qərardadından işdə iştirak etməyən İddiaçı1, İddiaçı2, X10, İddiaçı3, X7 və X12 tərəfindən verilmiş şikayət təmin olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək iddianın mümkün hesab edilərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin direktoru yazılı etirazı müdafiə edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçlara ünvanlanmış **********49 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, **********35 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası (çörək sexi) "xxxx" firmasının xüsusi mülkiyyətindədir. - Çıxarışın verilməsi üçün əsas olmuş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1939/5-378 saylı qətnaməsindən görünür ki, "xxxx" firmasının iddia tələbi təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, S. Bəhlulzadə küçəsi, 10 “A”-da yerləşən daşınmaz əmlak üzərində "xxxx" firmasının mülkiyyət hüququ tanınmışdır. "xxxx" firmasının mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat Vəsiqəsinin verilməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1939/5-378 saylı qərardadından görünür ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2006-cı il tarixli 1939/5-378 nömrəli qətnaməsi hüquq və vəzifələrinə toxunmadığından işdə iştirak etməyən və apellyasiya şikayəti vermək hüququ olmayan İddiaçı1, İddiaçı2, X10, İddiaçı3, X7 və X8 apellyasiya şikayəti geri qaytarılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2011-ci il tarixli 1939/5-378/2-2011 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə iştirak etməyən İddiaçı1, İddiaçı2, X10, İddiaçı3, X7 və X12 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1939/5-378 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(010)- 423/2019 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilmiş cavabdehlər X7, İddiaçı1, İddiaçı2 Əbdül oğlu və X10 "xxxx" firmasına məxsus ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binasından çıxarılmaları qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-106/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(010)-23/2019 saylı qətnaməsi qismən, yəni iddia tələbinin cavabdeh X15 münasibətdə rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmiş, X13 "xxxx" firmasına məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehlər X3, İddiaçı2, X6 və İddiaçı1 apellyasiya şikayətləri təmin edilməmişdir. - Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" firması, cavabdeh İddiaçı1 tərəfindən ayrıayrılıqda və digər cavabdehlər X13 hüquqi varisi İddiaçı3, X7, İddiaçı2 və X10 tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-106/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı1 Azərbaycan Respublikası xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılması barərə şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul edilməsindən imtina edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2, X10, X7, İddiaçı1, X18 (hüquqi varis İddiaçı3) və X1 cavabdeh "xxxx" firmasına ("xxxx" MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddia təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdeh "xxxx" firmasına qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir, iddiaçı "xxxx" firmasının ("xxxx" MMC) cavabdehlər İddiaçı2, X10, X7, İddiaçı1, X18 (hüquqi varis İddiaçı3) və X2 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və “pul tələbinə” dair qarşılıqlı iddiası təmin edilməmişdir. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçılarının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququnun mövcudluğunu təsdiq edən sənədlərin mövcud olması zəruridir. Belə ki, iddiaçıların hüquqi maragına görə onlar öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs "xxxx" firmasının ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası (çörək sexi) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində cavabdeh tərəfindən aparılmış qeydiyyatının və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etmişlər. İş materiallarında olan Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından göründüyü kimi məhkəmələr tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ümumiyyətlə iddiaçıların 3-cü şəxsin mülkiyyətində olan əmlaka köçüb məskunlaşmaları mülki qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirilmiş, iddiaçıların 3-cü şəxsin əmlakına heç bir hüquqları rəsmi olaraq tanınmamış, onlar əmlaka hər hansısa hüquqlarının olmasına dair heç bir mötəbər sübut məhkəmələrə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Odur məhkəmə hesab edir ki, iddiaçılar sözügedən tələbləri irəli sürməyə subyektiv hüquq daşıyıcısı deyillər. Məhkəmə bundan əlavə qeyd edir ki, iddiaçılar arzuladığı məqsədə çatmaq üçün ilkin olaraq mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı - 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1939/5-378 saylı qətnaməsini məhkəmə müstəvisində mübahisələndirmiş olsalar da, Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1939/5-378 saylı qərardadından görünür ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2006-cı il tarixli 1939/5-378 nömrəli qətnaməsi hüquq və vəzifələrinə toxunmadığından işdə iştirak etməyən və apellyasiya şikayəti vermək hüququ olmayan İddiaçı1, İddiaçı2, X10, İddiaçı3, X7 və X8 apellyasiya şikayəti geri qaytarılmışdır. Beləliklə də göstərilənlər məhkəmə qətnaməsi əsasında verilmiş çıxarışın ləgv edilməsi barədə hazırkı məzmunda iddiaya baxılmasını mümkünsüz edir. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar