Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-84/2021 04.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Qaradağ rayon İcra Hakimiyyəti və X12 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka qeydiyyatın ləğv edilməklə, iddiaçının adına çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X12 göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1990-cı il tarixli, 30/5415 saylı qeydiyyat vəsiqəsi əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massivdə yerləşən 7 saylı ev üzərində X8 mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4cü massivdə yerləşən 7 saylı evi 1994-cü ildə həmin evin mülkiyyətçisi olmuş X6 o zamankı pulla 800.000 manat verməklə almış, həmin ev 1937-ci ildə tikildiyi üçün, bir hissəsinin damı ucmuş, qalan hissəsi isə yaşayış üçün yararsız olmuşdu, Nina Xudaynatova da bunu bilirdi. Sonradan ona məlum olub ki, N.Xudaynatova ondan xəbərsiz ona satdığı evin 2 otağı qonşu X1, sonuncu həmin hissəni Gülbuta adlı başqa şəxs satsa da, ona isə orada tikinti inşa etməyə icazə vermədikləri üçün, o həyətin başqa hissəsində tikinti inşa etmişdir. Tahir isə həmin iki otağı söküb, torpaq kimi öz ərazisinə daxil edib və texniki pasport alıb. Beləliklə, X8 evinin qalıqları son vaxtlara qədər mövcud olub. Həmin daş qalıqlarını isə digər qonşu X18 dağıdaraq öz hasarının bünövrəsinə töküb və bununla da, o evdən heç bir əsər-əlamət qalmayıb. Bu ev əslində alınan gündə artıq fiziki olaraq mövcud deyildi. O, həmin həyətin baş tərəfində özünə yeni ev inşa etdirmiş, yeni tikiləcək evin eskiz layihəsinin təsdiq edilməsi ərəfəsində həm DƏDRX-nin Qaradağ rayon şöbəsindən, həm də Qaradağ rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin mütəxəssisləri yerli baxış keçirərək, köhnə evin həqiqətən də mövcud olmadığını müəyyən etdikdən sonra, yeni tikiləcək evin eskiz layihəsini təsdiq etmişlər və tikintiyə icazə vermişlər. Beləliklə, xx xxxxxx 1990-cı il tarixli, 30/5415 saylı qeydiyyat vəsiqəsinin aid olduğu tikili hazırda mövcud deyildir. Həmin tikiliyə dair qeydiyyatın ləğvi tələbi ilə cavabdehə müraciət etmiş, lakin, həmin idarə xx xxxxxxxx 2018-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, qeydiyyatın ləğvi məhkəmə qaydasında həyata keçirilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X8 adına olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 7 saylı evin xx xxxxxx 1990-cı il tarixli 30/5415 saylı reyestrində aparılan qeydiyyat ləğv edilərək, Qaradağ rayon İcra Hakimiyyətinin x xxxxxx 2015-ci il tarixli, 160 saylı sərəncamı əsasında 4-cü massiv, 7 saylı evə dövlət reyestrindən müvafiq qeydiyyat aparılmaqla iddiaçının adına çıxarış verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(81)-701/2019 tarixli qərardadı ilə Qaradağ Rayon İcra Hakimiyyəti iş üzrə məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İş üzrə 3-cü şəxs X12 cavabdeh qismində Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətini və 3-cü şəxs qismində İddiaçı göstərməklə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Qaradağ rayon İcra Hakimiyyətinin 160 saylı, xx xxxxxx 2015-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-701/2019 saylı xx xxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Qaradağ rayon İcra Hakimiyyətinə və X11 cəlb edilməklə inzibati mübahisəyə dair 2-1(81)-701/2019 saylı iş üzrə icraat X12 cavabdeh Qaradağ rayon İcra Hakimiyyətinə və 3-cü şəxs İddiaçı qarşı Qaradağ rayon İcra Hakimiyyətinin 160 saylı, xx xxxxxx 2015-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-2138/2019 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2138/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 7 saylı evə dair İddiaçı adına verilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 160 saylı, xx xxxxxx 2015-ci il tarixli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-157/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2138/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-70/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İnzibati iş üzrə şifahi məhkəmə baxış iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsindən və işin məhkəmə araşdırması zamanı iddiaçının izahatından aydın olur ki, iddiaçı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2015-ci il tarixli 160 nömrəli sərəncamını əsas gətirərək, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massivdə yerləşən 7 saylı ev üzərində X9 mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsini və həmin evə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər, məhkəmə aktları: - Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-157/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarından aydın görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2138/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 7 saylı evə dair İddiaçı adına verilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 160 saylı, xx xxxxxx 2015-ci il tarixli sərəncamının ləğv edilməsi qərara alınmış, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2138/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı qanuni qüvvəsini almış, icra olunması üçün cavabdehə göndərilmişdir. - Azərbaycan SSR XDS İcraiyyə Komitetinin texniki X2 vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, 7 saylı evə dair X9 mülkiyyət hüquqları xx.xx.1990-cı il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı X7 və X15 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və pasport qeydiyyatından çıxarılması tələbi Bakı Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-1983/2009 saylı xx xxx 2009-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə Kollegiyasının xx xxxxxxx 2009-cu il tarixli 2(102)-2948/09 saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-1983/2009 saylı xx xxx 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(002)-2587/2017 saylı Qətnaməsi ilə iddiaçı X8 cavabdehlər İddiaçı, X10na, X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Qaradağ RPİ Qvə ŞVŞ-yə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı yaşayış sahəsindən çıxarılma, pasport qeydinin ləğv edilməsi, mülkiyyətçinin ailə üzvlərinin qeydiyyatının bərpa edilməsi tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X10, X4 Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi 4-cü massivdə yerləşən 7 saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçı X8 faktiki sahibliyinə qaytarılması qət edilmiş, Qaradağ rayon Məhkəməsinin 2(002)-2587/2017 saylı xx.xx.2017-cı il tarixli icra sənədi üzrə qətnamənin icrası həyata keçirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********71 nömrəli xx xxxxxx 2019-cu il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 4-cü massivdə yerləşən 7 saylı fərdi yaşayış evinin X8 adına qeydiyyata alınmasına əsas xx xxxxxxxx 1990-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Beləliklə, işin araşdırılmış hallarından aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 4-cü massivdə yerləşən 7 saylı fərdi yaşayış evinə dair X8 mülkiyyət hüquqları qeydiyyata alındığından, mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas qanun üzrə vərəsəlik haqqında şəhadətnamə olduğundan, həmin vərəsəlik şəhadətnaməsi ləğv edilmədiyindən, həmçinin, məhkəmə qətnamələri ilə X8 həmin fərdi yaşayış evinə dair hüquqları təsdiqini tapdığından, iddiaçının istinad etdiyi Qaradağ Rayon İcra hakimiyyətinin xx xxxxxx 2015-ci il tarixli, 160 nömrəli sərəncamı ləğv edildiyindən, sözügedən fərdi yaşayış evinə dair X8 mülkiyyət hüquqlarının qeydiyyatının ləğvi üçün əsas yoxdur. Belə olan halda iddiaçının sözügedən fərdi yaşayış evinə hüquqlarının qeydiyyatı mümkün deyil. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX iddiaçının həmin evə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmuşdur, belə imtina qanuna zidd qiymətləndirilə bilməz. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Qaradağ rayon İcra Hakimiyyəti və X13 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka qeydiyyatın ləğv edilməklə, iddiaçının adına çıxarışın verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Qaradağ rayon İcra Hakimiyyəti və X12 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka qeydiyyatın ləğv edilməklə, iddiaçının adına çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-84/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-84/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver