Məhkəmə qərarları › İş №2-1(112)-84/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-84/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-84/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti) qarşı «köşklərin götürülməsinin təmin edilməsi və iddiaçıya məxsus olmuş köşklərin müvafiq ünvanda yerləşdirilərək fəaliyyətinin bərpa edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti) qarşı «köşklərin götürülməsinin təmin edilməsi və iddiaçıya məxsus olmuş köşklərin müvafiq ünvanda yerləşdirilərək fəaliyyətinin bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Cavabdeh başçısının 154 nömrəli 7 fevral 1994-cü il tarixli və 619 nömrəli 9 avqust 1995-ci il tarixli sərəncamları ilə İddiaçı KM-ə Bakı – Salyan yolunun Lökbatan qəsəbəsi ərazisində 14-cü kilometrində dayanacaq və kommersiya köşklərinin qoyulmasına və kommersiya fəaliyyətinə icazə verilmişdir. İddiaçı tərəfindən həmin sərəncamlara uyğun olaraq köşklər quraşdırılmış və fəaliyyət göstərilmişdir. Fəaliyyət göstərən zaman dövlət orqanlarının İddiaçınə qarşı narazılığı olmamışdır. Həmin sərəncamlar ləğv edilməmiş və hazırda qanuni qüvvədədir. 6 noyabr 2009-cu il tarixdə müəssisəyə əvvəlcədən xəbərdarlıq edilmədən Bakı şəhəri Cavabdeh tərəfindən köşklər götürülmüş və bu hal Bakı – Astara yolunun genişləndirilməsi və yolun ətrafında abadlıq işlərinin aparılması ilə əlqələndirilmişdir. Bildirilmişdir ki, yolun təmir işləri başa çatdıqdan sonra köşklərin fəaliyyəti bərpa ediləcəkdir. Lakin sonradan köşklərin faəliyyətinə icazə verilməmiş və bu, abadlandırma işləri ilə əlaqələndirilmişdir. Bundan sonra köçkün qoyulmasının yolun təhlükəsizliyi və digər səbəblərlə bağlı mümkün olmadığı bildirilmişdir. Dəfələrlə Cavabdehnə yazılı və şifahi müraciətlər olunsa da, qurumdan cavab verilməmişdir. Məlum olmuşdur ki, həmin köşklərin yerində Bakı ŞİH Ticarət və Xidmət Departamenti tərəfindən yeni köşklər quraşdırılmışdır. Yenidən bununla bağlı Cavabdehnə müraciət olunmuş, lakin məsələ nəticəsiz qalmışdır. Yaxın ərəfədə İddiaçı nümayəndələri Bakı şəhəri Cavabdeh başçısının qəbulunda olmuş və yaranmış vəıziyyəti izah edərək ayrılmış yerin qaytarılmasını xahiş etmişlər. Lakin verilən cavab İddiaçı qane etməmişdir. Təkidli tələbdən sonra Cavabdeh rəsmisi müvafiq ərazidə köşk üçün digər yer ayrılacağına söz vermişdir. Lakin köşk üçün yer ayrılmamışdır. Cavabdeh 12 fevral 2020-ci il tarixli məktubu İddiaçınə poçt vasitəsilə 9 mart 2020-ci il tarixdə çatdırılmışdır. Məktubda göstərilmişdir ki, guya İddiaçınə yer təklif olunmuş və bu təklifi Müəssisə qəbul etməmişdir. Bu həqiqətə uyğun deyil. Köşk quraşdırılması üçün digər ərazi təklif olunsa da, köşkün dəqiq yeri bildirilməmişdir. Cavabdeh rəsmiləri əvvəlki yerin bərpa olunmamasını izah edə bilməmişlər. Hesab olunur ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə də müraciət olunmuşdur. Lakin qurumdan aidiyyəti orqanlara müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənlərə və İPM-in 2.2.3, 34.1-ci maddələrinə əsaslanaraq, Bakı – Salyan yolunun Lökbatan qəsəbəsi ərazisindən keçən 14-cü kilometrində Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən quraşdırılmış köşklərin götürülməsinin təmin edilməsi və həmin yerdə əvvəllər fəaliyyət göstərmiş İddiaçınə məxsus köşklərin qoyularaq fəaliyyətinin bərpa edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxcarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətnin məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı Kiçik Müəssissinin iddiası əsassızdır. Belə ki, Bakı şəhəri Cavabdeh başçısının 154 nömrəli 7 fevral 1994-cü il tarixli və 619 nömrəli 9 avqust 1995-ci il tarixli sərəncamlarına müvafiq olaraq kommersiya köşkünün fəaliyyətinə icazə verilmişdir. 6 noyabr 2009-cu il tarixdə Bakı – Astara yolunun genişləndirilməsi ilə əlaqədar Bakı – Salyan yolunun 14-cü km-də yerləşən 2 ədəd kommersiya köşkü götürülmüşdür. Köçk dsaşınar əmlak olduğundan və torpaqla bağlı olmadığından, İddiaçınə rayonun Lökbatan qəsəbəsi daxilində yer təklif olunmuş, lakin Müəssisə bu təkliflə razılaşmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Kiçik Müəssisənin iddiasının əsassız olduğundan rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bakı İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ləğv olunmuş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Qərardadda məhkəmə kollegiyası vurğulamışdır ki, birinci instansiya məhkəməsi iddianı qeyri-mümkün hesab edərkən hazırkı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüququnun pozulmadığını göstərsə də, işin araşdırılan halından görünür ki, cavabdeh inzibati orqanın müvafiq sərəncamları ilə iddiaçıya köşklərin quraşdırılmasına icazə verilmiş, iddiaçının müraciətlərinə cavabında qeyd olunan mübahisənin onun səlahiyyətlərinə aid olmadığını deyil, iddiaçıya köşk torpaqla əlaqədar olmayan ona təhkim olunmayan daşınar əmlak olduğundan, ona rayonun Lökbatan qəsəbəsi ərazisində yer təklif olunduğu, lakin onun razılaşmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdərılmamış, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması məsələsi müzakirə edilməmiş, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın qeyri-mümkün sayılması barədə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra işin məhkəmə icraatının gedişində məhkəmə tərəfindən iddiaçı tərəfə cavabdehin və iddianın dəyişdirilməsi təklif olunsa da, iddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək, Bakı şəhəri Cavabdehnə qarşı iddia tələbinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, İddiaçınə müvafiq sərəncamla ayrılmış köçk nəqliyyatın intensiv olduğu, dayanacağa yaxın ərazidə yerləşirdi. Cavabdeh yeni köşkün quraşdırılması üçün hazırda təklif etdiyi ərazi isə, yaşayış məntəqəsindən və nəqliyyat inftastrukturundan çox aralı məsafədədir və həmin yerdən gün ərzində cəmi bir neçə nəqliyyat vasitəsini görmək mümkün olar. Bu isə, müəssisənin fəaliyyəti üçün sərfəli deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi və qeyd etdi ki, iddiaçıya əvvəlki köşkün əvəzinə başqa yerdə köşk quraşdırlması təklif olunsa da, RİH ilə Müəssisə arasında köşklə bağlı hələ də yekdil fikir yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İşin məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı İddiaçınə Bakı şəhəri Cavabdeh başçısının 154 nömrəli 7 fevral 1994-cü il tarixli və 619 nömrəli 9 avqust 1995-ci il tarixli sərəncamları ilə Bakı – Salyan yolunun 14-cü km-də kommersiya köşkünün quraşdılıb fəaliyyət göstərməsinə icazə verilmişdir. Lakin sonradan 2009-cu ildə həmin ərazidə yolun genişləndirilməsi ilə əlaqədar köşklər götürülmüş və digər orqan Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən başqa şəxslərə köşk quraşdırlmasına icazə verilmişdir. İddiaçı sonradan əvvəllər özünə məxsus olmuş köşklərin öz yerlərində bərpa olunması xahişi ilə hazırkı cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin cavabdeh həmin yerdə köşkün bərpa olunmasının mümkünsüz olduğunu bildirmiş və digər ərazidə ticarət köşkünün quraşdırlmasını təklif etmişdir. İddiaçı yeni köşk quraşdırılması üçün nəzərdə tutulan ərazinin əlverişli olmamasını əsas gətirərək həmin təkliflə razılaşmadığından, ticarət köşkünün əvvəlki yerdə quraşdırılb bərpa olunmasının cavabdehə həvalə olunmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 6 uyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 1.4-cü bəndinə görə yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Əsasnamənin 3.5-ci bəndinə görə yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə istehlak bazarı, sahibkarlığın inkişafı və dəstəklənməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görür (3.5.1). Əsasnamənin 4.5-ci bəndinə görə müvafiq ərazidə istehlak bazarını təhlil etmək və inkişafını proqnozlaşdırmaq, istehlak bazarının, o cümlədən ticarət, ictimai iaşə və əhaliyə məişət xidmətinin inkişafına dair ünvanlı proqramların hazırlanmasını, həmin proqramların həyata keçirilməsini təşkil etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir (4.5.1). Hazırkı işin halları ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının qaldırdığı məsələnin həlli üzrə cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz qiymətləndirilə bilməz. Belə ki, məhkəmə icraatında iddiaçının tələb etdiyi ərazidə köşkün yerləşdirilməsinin mümkünsüzlüyünü, eləcə də rayonun ona təklif olunan ərazisində köşkün (köşklərin) qoyulmasının əlverişsizliyini müəyyən etmək olmur. Nəzərə alınmalıdır ki, üçüncü şəxs Bakı ŞİH Ticarət və Xidmət Departamenti tərəfindən icazə verilmiş (quraşdırılmış) köşklərin götürülməsi cavabdeh Bakı şəhəri Cavabdehnə aid deyil və yolun genişləndirilməsi və abadlıq işlərinin aparılması nəzərə alınmaqla iddiaçının arzulağını konkret yerdə köşk quraşdırılması digər amillərdən (görünüş, dayanacaqların dəyişdirilməsi, əlverişlilik, digər infrastruktura təsiri və s.) asılıdır. İddiaçının arzuladığı ərazidə əlavə ticarət köşkünün yerləşdirilməsi rayonun ticarət və istehlak bazarı sahəsində həyata keçirilən tədbirlərinə zidd olmamalıdır, halbuki, bu xüsusatın da qiymətləndirilməsi hazırkı icraatda mümkün deyil. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.3-cü maddəsi tətbiq oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı inzibati məhkəmə icraatında cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı hüquqlarının pozulması halları öz təsdiqini tapmır. Odur ki, iddia əsaslı sayıla bilməz. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «köşklərin götürülməsinin təmin edilməsi və iddiaçıya məxsus olmuş köşklərin müvafiq ünvanda yerləşdirilərək fəaliyyətinin bərpa edilməsi» tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «köşklərin götürülməsinin təmin edilməsi və iddiaçıya məxsus olmuş köşklərin müvafiq ünvanda yerləşdirilərək fəaliyyətinin bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar