Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-840/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Bayramova Dürdanə Paşa qızının (Naftalan şəhərində qeydiyyatdadır, ixtisası:mühasib,işləmir) iştirakı ilə, iddiаçı Bayramova Dürdanə Paşa qızının cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qаrşı “oğlunun şəhid hesab edilməsi” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Bayramova Dürdanə Paşa qızı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək oğlu Bayramov Elmir Cabbar oğlunun şəhid hesab edilməsi haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiаçı Bayramova Dürdanə Paşa qızının iddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçının oğlu X5 xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilədək N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. xx.xx.2019-cü ildə gecə saat 21-22 radələrində ona təhkim olunmuş “KAMAZ” markalı B195QQ hərbi nömrə nişanlı avtomobillə Tərtər rayon Talış kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən, şərti adı “Ruslan” adlandırılan 2 nömrəli döyüş mövqeyindən 4-cü taborun yerləşdiyi istiqamətdə hərəkətdə olarkən avtoqəzaya düşmüşdür. İddiaçının oğlu X5 açıq kəllə-beyin travması, sol ayağının yerdəyişmiş açıq sınığı diaqnozu ilə N nömrəli hərbi hissənin Naftalan şəhəri ərazisində yerləşən X8 gətirilmişdir. Vəziyyəti çox ağır olduğu üçün SQ BKH-nın reanimatoloq həkimin nəzarəti altında sanitar ambulansla SQ BKH-nın təxliyyə olunmuşdur. BKH-nın reanimasiya şöbəsində 55 gün komada qalmış və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə Müdafiə Nazirliyinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli əmrində N nömrəli hissə komandirinin xx.xx.2019cu il tarixli, N nömrəli əmrindən çıxarışda, N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli, 3255 nömrəli arayışında da göstərilmişdir ki, ölüm hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədardır.İddiaçı Bayramova Dürdanə Paşa qızı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmataraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə sərəncamını icra etməmiş, iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bayramova Dürdanə Paşa qızı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiаçının çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi qismən təmin еdilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Bayramova Dürdanə Paşa qızı Azərbaycan Respublikasının vətəndaşıdır. “Doğum haqqında şəhadətnamə”nin surətinə əsasən Bayramov Elmir Cabbar oğlunun anası Bayramova Dürdanə Paşa qızı qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin iddiaçı Bayramova Dürdanə Paşa qızına və X9 X4 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən X5 xidmət vəzifəsini yerinə yetirərkən vəfat etdiyinə görə xx.xx.2019cu il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2019-cu il tarixli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin 1574-cü motoatıcı taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər X5 vəfat etdiyi üçün xx.xx.2019-cu il tarixdən Azərbaycan Ordusunun şəxsi heyyətin siyahısından çıxarılmış hesab edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, Bayramov Elmir Cabbar oğlu xx.xx.2019-cu ildə saat 21.40 radələrində ona təhkim edilmiş KAMAZ 43114 markalı, B195 QQ hərbi nömrə nişanlı avtomobillə taborun Goranboy rayonu Tapqaraqoyunlu kəndində N №li hərbi hissənin 1574-cü taborunun ərazisində avtoqəza nəticəsində aldığı xəsarətlərə görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə olunmuşdir, xx.xx.2019-cu ildə saat 13.40 radələrində müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında kəskin ürək çatışmazlığı, kəskin böyrək çatışmazlığı və kəllə beyin travması nəticəsində hospitalda vəfat etmişdir.Ölüm hərbi xidməti vəzifəsinin icrası ilə əlaqəlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, əsgər X5 xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2019-cu il tarixdə ona təhkim olunmuş hərbi avtomobillə keçirdiyi avtomobil qəzasında xəsarətlər almış, hospitala təxliyyə olunmuş və müalicədə olduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə əlaqəlidır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə edilmiş sorğuya cavab olaraq Xidmətin xx.xx.2019-cu il tarixli, B/3411 nömrəli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli,1910 nömrəli bildirişinə (arayışına) və Silahlı Qüvvələr Qərargah rəisinin xx.xx.2019-cu il tarixli müvafiq əmrinə əsasən avtomobil manqasının sürücüsü X5 xx.xx.2019-cu il tarixdə N nömrəli hərbi hissədə xidmət keçərkən avtoqəza nəticəsində xəsarət almış, xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Kəskin ürək və böyrək çatışmamazlığı. Kəllə-beyin travması”ndan vəfat etmişdir. Müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) şəxslərin şəhid hesab edilməsi nəzərdə tutulmadığı üçün mərhum Elmir Babayevə şəhid statusunun verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2019-cu il tarixli əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün N №li hərbi hissənin atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissə olub olmaması barədə araşdıma aparıla bilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli, 1910 nömrəli bildirişinə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli müvafiq əmrinə və N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli, 3522 nömrəli məktubuna əsasən, avtomobil manqasının sürücüsü X5 xx.xx.2019-cu il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində xəsarət almış, xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Kəskin ürək və böyrək çatışmamazlığı. Kəllə-beyin travması”ndan vəfat etmişdir. “Sahid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştləri”n təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Qərarın 4.1-ci bəndinin 4-cü abzasına uyğun olaraq, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidirlər. Mövcud sənədlər əsasında X3 şəhid statusunun verilməsi hazırda mümkün deyidir. “xxxx” ASC-nin Bayramova Dürdanə Paşa qızının bank hesabından verdiyi çıxarışa əsasən Bayramov Elvin Cabbar oğlunun vərəsəsi kimi iddiaçının hesabına 11000 manat pul ödənilmişdir. Beləliklə, iş materiallarına əsasən iddiaçının oğlu X5 xx.xx.2019-cu il tarixdə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində xəsarət almış, xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında “Kəskin ürək və böyrək çatışmamazlığı. Kəllə-beyin travması”ndan vəfat etmişdir, Bayramov Elmir Cabbar oğlunun ölümü hərbi xidməti vəzifəsinin icrası ilə əlaqəli olmuşdur.İddiaçı Bayramova Dürdanə Paşa qızı oğlunun şəhid hesab edilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı Bayramova Dürdanə Paşa qızı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənlri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın preambulasına əsasən bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər:1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;1.2.2. xx xxxxxx 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab edilirlər. İddiaçının oğlu X1 ölümünün hərbi xidməti vəzifəsinin icrası ilə əlaqəli olması işin faktiki halıdır və cavabdehin müvafiq əmrləri ilə təsdiqlənir, lakin onun hərbi xidmət etdiyi hərbi hissənin atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissə olub olmaması barədə Aazərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən araşdırma aparılmamışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının oğlu Bayramov Elmir Cabbar oğlunun şəhid hesab olunub-olunmaması məsələsinin müəyyən edilməsi üçün onun hərbi xidmət etdiyi hərbi hissənin atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissə olub olmamasının aydınlaşdırılması ilə bağlı cavabdeh AR Müdafiə Nazirliyi tərəfindən zəruri və tam araşdırma aparılmasından sonra müvafiq (arayışın verilməsi barədə) inzibati akt qəbul oluna bilər. Azərbaycan Respublikasının İnziati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz:73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikasının İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının oğlu Bayramov Elmir Cabbar oğlunun şəhid hesab edilməsi barədə arayışın verilməsi üçün zəruri və tam araşdırılma apararaq müvafiq qərarın qəbul edilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2,34, 68, 85,72,73, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə məhkəmənin mövqeyi nəzərə alınmaqla İddiaçı Paşa qızının oğlu Bayramov Elmir Cabbar oğlunun şəhid hesab edilməsi barədə arayışın verilməsi üçün zəruri və tam araşdırılma apararaq müvafiq qərarın qəbul edilməsi vəzifəsi qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-840/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-840/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver