Məhkəmə qərarları › İş №2-1(112)-840/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-840/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-840/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 3-cü şəxs Bərdə rayon Mərkəzi Xəstəxanası olmaqla “əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq tibb müəssisəsi tərəfindən 0232003AAURA nömrəli forma 88 yazılıb elektron sisteme daxil edildiyi üçün əlillik dərəcəsi təyin olunması məqsədi ilə iddiaçının əyani müayinəyə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 3-cü şəxs Bərdə rayon Mərkəzi Xəstəxanası olmaqla “əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq tibb müəssisəsi tərəfindən 0232003AAURA nömrəli forma 88 yazılıb elektron sisteme daxil edildiyi üçün əlillik dərəcəsi təyin olunması məqsədi ilə iddiaçının əyani müayinəyə cəlb edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının 18 yaşı tamam olmuş və bu vaxta qədər daimi müalicələr almışdır. O 9-cu sinifə kimi təhsil almış, əqli cəhətdən çox zəif və inkişafdan geri qalmışdır. Hətta hərbi xidmətə yoxlama zamanıda yararsız hesab edilmişdir. Onun xəstəliyi ilə əlaqədar mülaicəsini və dərmanlarını almağa imkanı yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanası 15.10.2021-ci il tarixli, 1034 nömrəli müraciətində məhkəməyə bildirmişdir ki, iddiaçı ixtisas həkim komissiyasına müayənə üçün göndərilmiş, Həkim Məsləhət Komissiyası tərəfindən iddiaçının sənədləri TSERAS altsisteminə daxil edilmişdir. Məhkəmə iclasında cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə vəsatət təqdim edilərək, iddiaçının tələbi tərəfndən təmin olunduğu üçün iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Bərdə raton mərkəzi Xəstəxanasının 14.10.2021-ci il tarixli 0232003AAURA saylı göndərişi əsasında baxılmış və səbəbi ümumi xəstəlik: xəstəliklərin beynəlxalq təsnifatı: V sinif – psixi pozğunluqlar və davranış pozğunluqları = F70 – F79 - əqli gerilik = F70 – yüngül dərəcəli əqli gerilik; diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə; Zmeyar: 2.3 Üçüncü dərəcə əlillik = 2.5.24. gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-79); səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçıya qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları diaqnozu ilə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlillik müddətsiz təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsi müəyyən edildiyi üçün, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 3-cü şəxs Bərdə rayon Mərkəzi Xəstəxanası olmaqla “əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq tibb müəssisəsi tərəfindən 0232003AAURA nömrəli forma 88 yazılıb elektron sisteme daxil edildiyi üçün əlillik dərəcəsi təyin olunması məqsədi ilə iddiaçının əyani müayinəyə cəlb edilməsi” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar