Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8403/2025 18.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X10nin qərarının İddiaçı aid hissədə ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 1- ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı bir müddət ona təyin edilmiş əlilliyə görə pensiyanı almışdır. Sonradan ona təyin edilmiş pensiya dayandırılmış və o müayinəyə dəvət edilmişdir. Aparılmış müayinələrdən sonra İddiaçı təyin edilmiş əllik bərpa edilmişdir. Əlillik bərpa edilən zaman xx.xx.2018-ci ildən yox xx.xx.2019-cu il tarixdən qeyd edilmişdir. Yenə bir müddət pensiya aldıqdan sonra İddiaçı pensiyası yenidən dayandırılmışdır. Bununla bağlı İddiaçı rəhbəri olduğunuz quruma müraciət edərək dayandırılmış pensiyasınn bərpa edilməsini xahiş etmişdir. Agentlik tərəfindən ona təyin edilmiş əlilliyə görə pensiyanın qüvvədə olması bildirilmişdir. Daha sonra İddiaçı DSMF-yə müraciət edərək dayandırılmış pensiyanın ödənişinin bərpa dilməsini xahiş etsə də DSMF orqanı bundan imtina etmişdir. Daha sonra İddiaçı ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Filialın “əmək pensiyasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli, **********5 saylı qərarının ləğv edilməsi və ona təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2020ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6237/2022 SAYLİ. xx.xx.2022-Cİ İL TARİXLİ Qərarı ilə iddia tələbi təmin edilmişdir. Daha sonra həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardan verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 556/2023 saylı qərardadı qeyri-mümkün sayılmışdır. Hazırda icra mərhələsində müəyyən olunmuşdur ki, İddiaçı 1006 manat məbləğində pensiya təyin edilmiş və həmin pensiyamın ödənişinə bu ilin May ayından başlanılacaqdır. Halbuki İddiaçı pensiyası dayandırılmamışdan öncə yəni xx.xx.2018-xx.xx.2020-ci il tarixədək ödənilmiş əmək pensiyası; 2018-ci il aprel üçün 2057.06, manat, may ayı üçün 2057.06 manat, iyun üçün 2057.06 manat, iyul üçün 2447.93 manat, avqust üçün 2447.93 manat, sentyabr ayı üçün 2447.93 manat 2019-cu il üzrə 2861.10 manat, 2020-ci il yanvar ayı üzrə 5483.76 manat, fevral ayı üzrə 5483.76 manat, mart aı üzrə 2861.10 manat, aprel ayı üzrə 2861.10 manat, may ayı üzrə 2861.10 manat, iyun ayı üzrə 2861.10 manat, iyul ayı üzrə 2861.10 manat, avqust ayı üzrə 2861.10 manat, sentyabr ayı üzrə 2861.10 manat, oktyabr ayı üzrə 0.00, noyabr ayı üzrə 1 127.36 manat, dekabr ayı üzrə 563.68 manat pensiya ödənilmişdir. Göründüyü kimi şəxsə yüksək məbləğdə pensiya ödənişləri edilmişdir. İddiaçı DSMF orqanına müraciət edərək ona hansı səbəbdən ona 1006 manat pensiya təyin edildiyinə dair məlumatın verilməsini tələb edən zaman DSMF orqanı ona cavab olaraq əlillik təyinatında əvvəllər xx.xx.2018-ci il tarixi yazıldığı halda indi isə həmin tarix xx.xx.2019-cu il qeyd edildiyini və 2019-cu ildə qüvvədə olan qaydalara əsasən ona təyin edilmiş pensiya məbləğinin daha az olmalı olduğu cavabı verilmişdir. Daha sonra cavabdeh tərəfindən inzibati icraat qaydasında aparılmış araşdırmaya görə iddiaçının qüvvədə olan əlilliyi xx.xx.2019-cu ildən diaqnozun öz təsdiqini tapmaması əsası ilə ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı (FİN:xxxxxxx) dair Hacıqabul Dəmir yol xəstəxanasının 4086003AACAV nömrəli göndərişi TibbiSosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.9 bəndinə müvafiq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən mddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Binokulyar, ağır görmə pozğunluğu, OU-piqmentli tapetoretinal distrofiya.OS-Paralitik çəpgözlük. Başlanğıc fəsadlı katarakta .OD- Sadə hipermetropik astiqmatizm E və Hm 1.0 .VİS OD=0,03 k/etmir (yüzdə üç); VİS Os=0,01 k/etmir (yüzdə bir).” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-M-31905/2024 nömrəli məktub əsasında xx.xx.2025- ci il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilsin, xx.xx.2019-cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 13-cü bəndinə əsasən Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması ilə. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əməmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Heyətinin xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-574/2025 nömrəli qərarının İddiaçı aid hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-12708/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli xxxxxxx0009nömrəli qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə ilkin olaraq qiymətləndirilmiş, səbəb:ümumi xəstəlik=>gözdən əlil, TSEK-in diaqnozu: binokulyar, ağır görmə pozğunluğu, OU-piqmentli topetoretinal distrofiya,OS-Paralitik çəpgözlük. Başlanğıc fəsadlı katarakta. OD-sadə hipermetropik astiqmatizm E və HM 1.0.VİSOD=0.03 k/etmir(yüzdə üç); VİSOS=0.01k/etmir(yüzdə bir). Əlilliyin müəyyən olunması meyarı: 2.1.Birinci dərəcə əlillik=>2.1.9. hər iki gözün tam və ya əməli korluğu(yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması), (H54-H54.9); əmək zəmanəti barədə:kənar şəxsin qulluğuna ehtiyac var, olmaqla xx.xx.2019-cu il tarixdən birinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. -xx.xx.2024-cü il tarixli 3-17-4/2-M-31905/2024 nömrəli Bildirişdə göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəll cəlb edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qeyd edilənləri nəzərə alaraq siz xx.xx.2025-ci il tarixində saat 14:00-a qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə - "İZ" formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəkdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-1-1737/2025 nömrəli Qərarında göstərilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) nəfərə dair xx.xx.2025-ci il tarixə əyani müayinəyə çağırılmaları haqqında ünvanlarına sifarişli-xəbərnaməli məktublar göndərilmişdir. Aparılan araşdırmalar çərçivəsində bu vətəndaşlardan 4 (dörd) nəfər və digər tarixlərdə əyani müayinəyə dəvət edilmiş lakin xx.xx.2025-ci il tarixində komissiyada iştirak etmiş 2 (iki) vətəndaşın əyani müayinəsi həyata keçirilmiş, mövcud sənədləri araşdırılmış, 24 (iyirmi dörd) nəfər vətəndaş əyani müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, digər tarixlərdə komissiyada iştirak edərək müayinə edilmiş, xx.xx.2025-ci il tarixində müayinə sənədi təqdim etmiş 2 (iki) nəfər vətəndaş da daxil olmaqla ümumilikdə 32 (otuz iki) nəfər barəsində aşağıdakıları müəyyən etmişdir: 8. Kəlbəcər rayon sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Hacıqabul Dəmir yol xəstəxanasının 4086003AACAV nömrəli göndərişi Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.9 bəndinə müvafiq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən mddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Binokulyar, ağır görmə pozğunluğu, OUpiqmentli tapetoretinal distrofiya.OS-Paralitik çəpgözlük. Başlanğıc fəsadlı katarakta .OD- Sadə hipermetropik astiqmatizm E və Hm 1.0 .VİS OD=0,03 k/etmir (yüzdə üç); VİS OS=0,01 k/etmir (yüzdə bir).”olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17- 4/2-M-31905/2024 nömrəli məktub əsasında xx.xx.2025- ci il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilsin, xx.xx.2019-cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilsin. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Heyətinin xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-574/2025 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) nəfərin ünvanına xx.xx.2025-ci il tarixinə əyani müayinəyə çağırılmaları haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Tibbi-Sosial Ekspert Komissiyası həmin vətəndaşlardan 4 (dörd) nəfərin və digər tarixlərdə əyani müayinəyə dəvət edilmiş lakin xx.xx.2025-ci il tarixində müayinədə iştirak etmiş 2 (iki) nəfərin əyani müayinəsini həyata keçirmiş, 24 (iyirmi dörd) nəfər vətəndaş əyani müayinəyə gəlmədiyindən tibbi- ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış, digər tarixlərdə komissiyada iştirak edərək müayinə edilmiş və xx.xx.2025-ci il tarixində əlavə müayinə sənədi təqdim etmiş 2 (iki) nəfər vətəndaş da daxil olmaqla ümumilikdə 32 (otuz iki) nəfərin tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış barələrində qərar qəbul etmiş və müvafiq protokolla rəsmiləşdirmişdir. Aparılmış inzibati icraatın nəticələri və Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-467/2025 nömrəli qərarını xx.xx.2025-ci il tarixli və 3-17-4/3-1-1737/2025 nömrəli xidməti məruzəsini nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndini rəhbər tutaraq X10 qərara almışdır: Əlilliyin qiymətləndirilməsi nəticələrinə dair vətəndaşlar barədə aşağıdakı qərarlar qəbul edilsin: 1.1. İddiaçı - Əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilsin, xx.xx.2019-cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilsin; -xx.xx.2025-ci il tarixli 3-17-4/2-A-3412/2025 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ili 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş' Əlilliyin qiymətləndirilməsi Qaydasımın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymə ilən dirilməsi barədə Tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz 10 01 2025-ci il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədt rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuşunuz. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, barənizdə xx.xx.2019-cu il tarixindən Diaqnozun öz təsdiqini tapmaması" qərarı qəbul edilərək, qüvvədə olan əlilliyiniz ləğv edilmişdir. Nəzərinizə çatdırırıq ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində yuxarı inzibati orqan və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz. Qeyd: Qərarın mətni ilə e-sosial.az portalından öz şəxsi kabinetiniz vasitəsi ilə tanış ola bilərsiniz. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(112)-9991/2024 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş, İddiaçı Bakı Dəmiryol Xəstəxanasının 4083003AACYG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cü il tarixə qədər qüvvədə olması barədə məlumatı "Əlillik" altsisteminə daxil etməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İşin hallarından görünür ki, İddiaçı əlillik vəziyyəti Bakı Dəmiryol Xəstəxanasının 4083003AACYG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır Sonradan iddiaçı barəsində olan əlillik təyinatı xx.xx.2018-ci il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cu il tarixə qədər qüvvədə olması barədə məlumatı “Əlillik” altsisteminə daxil edilməsini məhkəmədə mübahisələndirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 9991/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı Dəmiryol Xəstəxanasının 4083003AACYG nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində təyin edilmiş birinci dərəcəli ilkin əlillik qiymətləndirilməsinin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilərək xx.xx.2019-cu il tarixə qədər qüvvədə olması barədə məlumatı "Əlillik" altsisteminə daxil etməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. İddiaçının əlillik təyinatı əlillik alt sistemində Bundan sonra İddiaçı xx.xx.2025-ci il tarixdə əyani müayinəyə dəvət edilmiş, vətəndaş əyani müayinədə iştirak etmədiyindən əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmiş, xx.xx.2019-cu il tarixdən diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. Daha sonra iddiaçı barəsində xx.xx.2025ci il tarixli qərarla İddiaçı barəsindəki əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmiş xx.xx.2019-cu il tarixdən “Diaqnozun öz təsidiqini tapmaması” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-1-1737/2025 nömrəli qərarı qəbul edilmiş, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmiş, xx.xx.2019-cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertiza və X7 Heyətinin xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-574/2025 nömrəli qərarına əsasən X8 barəsində əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmiş, iddiaçı barəsində xx.xx.2019-cu il tarixdən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilərək, iddiaçının əlilliyi xx.xx.2019-cu il tarixdən ləğv edilmişdir. Hazırkı iddiasında iddiaçı sözügedən qərarın ona münasibətdə ləğvini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Beləliklə, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsi ilə bağlı təyinatın dəyişdirilməsi imkanını tanımışdır. Bunun üçün iki şərt tələb olunur: -TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, -şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı işdən görünür ki, məhkəmənin qanuni qüvvəsinə minmiş qərarında iddiaçıya təyin edilən əlillik dərəcəsinin etibarsızlığı ilə bağlı cavabdehin hərəkətinə maddi deyil, prosessual hüquq normalarının tələblərinə uyğun qiymət verilmiş və cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun məhz inzibati icraatın aparılma qaydalarının pozulması təsbit edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15091/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının əlillik təyinatını bərpa edən cavabdeh sonradan yeni inzibati icraat başlayaraq, nəticədə iddiaçının əlillik dərəcəsinin ləğvi barədə yeni qərar qəbul etsə də, əlillik təyinatı barədə qərarında iddiaçının əlilliyini əyani müayinəyə dəvət edib yoxladığı və qərar qəbul etdiyi xx.xx.2025-ci il tarixdən deyil, 6 ilə əvvələ-məhkəmə qərarına əsasən əliliyin bərpa edildiyi xx.xx.2019-cu il tarixdən ləğv etmişdir. Halbuki, inzibati aktın etibarsızlığı qəbul edildiyi vaxtdan hüquqi nəticələri aradan qaldırdığı halda, inzibati aktın ləğvi ləğv edildiyi tarixdən sonraya şamil edilməklə, inzibati aktın ləğv edildiyi tarixdən hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, inzibati orqanın iddiaçının əlillik təyinatının ləğvini nəzərdə tutan qərarın hüquqi qüvvəsinin inzibati aktın qüvvədə olduğu dövrə şamil edilməsi, yeni inzibati aktın qəbul edildiyi tarixdən əvvəlki tarixə hüquqi nəticələri ləğv etməsi icraat haqqında qnaunvericiliyin tələblərinə zidd olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-574/2025 nömrəli qərarı İddiaçı aid hissədə- Əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi, xx.xx.2019-cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarın qəbul edilməsi hissəsində" ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8403/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8403/2025
18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver