Məhkəmə qərarları › İş №2-1(112)-8406/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8406/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8406/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarının, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106, 107 və 109-cu maddələrinin əvvəlki redaksiyalarının, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə uyğun olaraq ona 26 noyabr 2022-ci il tarixdən 5036,26 manat miqdarında pensiya təyin edilməsini təmin etmək barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia tələbi “bir aylıq vəzifə maaşının, hakimlik stajının hər beş ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq (hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi, 10 ilə görə 30 faiz, 15 ilə görə 45 faiz həcmində əlavə haqq), səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə pulu ilə bağlı iki aylıq əmək haqqı miqdarında pul təminatı, dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək hündürlüyə görə vəzifə maaşına 20 faiz əlavə olunmaqla əmək pensiyasının yenidən hesablanması, habelə həmin əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı (2015-2017-ci illər) ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında hesablanması və ödənilməmiş pensiya məbləğinin (fərqin) 26 noyabr 2022-ci il tarixdən iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, 2000-ci ilin 02 sentyabrından 2007-ci ilin iyul ayının 28dək Qusar Rayon Məhkəməsinin sədri, 2007-ci ilin 28 iyulundan 2013-cü ilin avqust ayının 07-ə kimi Qəbələ Rayon Məhkəməsinin sədri, 2013-cü ilin avqust ayının 07-dən 2017-ci ilin oktyabr ayının 13-ə kimi Daşkəsən Rayon Məhkəməsinin sədri vəzifəsində çalışmışdır. 26 noyabr 2022-ci il tarixdə 65 yaşı tamam olduğu üçün keçmiş hakim kimi ona 3886,54 manat miqdarında pensiya təyin olunmuş, lakin 2023-cü ilin mart ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətindən sonra əmək pensiyası yenidən hesablanaraq 4264,26 manat məbləğində müəyyən edilmişdir. Lakin ona təyin edilmiş pensiyanın miqdarı məndən az müddət hakim vəzifəsində çalışmış hakimlərin pensiyalarının miqdarından aşağıdır. Hesab edir ki, ona pensiya təyin olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarının tələblərinə əməl olunmamışdır. Belə ki, həmin Qərarın nəticəvi hissəsinin 2-ci bəndində göstərilir: Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. - 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasında göstərilirdi ki, səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliklə isə pensiya təminatı ilə bağlı müddəalar aşağıdakı kimi verilmişdir: “Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşma çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir”. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarının əsaslandırıcı hissəsində göstərilir ki, göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73-cü maddəsinin müddəaları Konstitusiyanın 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Yəni 26 noyabr 2022-ci il tarixdə 65 yaşım tamam olduğu vaxt mənə sabiq hakim kimi 5036,26 manat pensiya təyin edilməli olduğu halda, 4264,26 manat pensiya təyin edilmişdir. Belə ki, 26 noyabr 2022-ci il tarixdə rayon məhkəməsi sədrinin vəzifə maaşı 2485 manat idi və indi də o qədərdir. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106cı maddəsinə görə Ali Məhkəmənin sədrinin vəzifə maaşı 3550 manat, rayon məhkəmələrinin sədrlərinin vəzifə maaşları isə həmin miqdarın 70 faizi, yəni 2485 manatdır. Bundan başqa “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə görə, hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Həmçinin səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 17 ilə yaxın müddət ərzində hakim və məhkəmə sədri işləmişdir. Deməli, ona hakimlik stajına görə vəzifə maaşının 45 faiz həcmində əlavə haqq verilməlidir. 2485 manatın 45 faizi 1118,25 manatdır. Həmçinin ona vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilməlidir. 2485 manatın 25 faizi 621,25 manatdır. Bundan başqa “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarının 5-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin. Həmin Qərarın 1 nömrəli əlavəsinə görə, Daşkəsən şəhəri dəniz səviyyəsindən 1500 metrdən — 2000 metrədək olan intervalda yerləşir. Odur ki, 2013-cü ilin avqust ayının 7-dən 2017-ci ilin oktyabr ayının 13-nə kimi Daşkəsən Rayon Məhkəməsinin sədri vəzifəsində işlədiyi üçün onun vəzifə maaşına 20 faiz (1,2 əmsal) artım əlavə olunmalıdır. 2485 manatın 20 faizi 497 manatdır. Yəni sonrakı artımlar nəzərə alınmaqla onun əmək haqqı 4721,5 (2485+1118,25+621,25+497) manat olmuşdur. Bundan əlavə əvvəllər hakim vəzifəsində çalışmış şəxslərə məzuniyyətə çıxarkən iki əmək haqqı miqdarında müalicə pulu və iki əmək haqqı miqdarında müavinət verilirdi. Yəni hakimlərə 2 il ərzində 8 əmək haqqı həcmində müavinət və müalicə pulu verilir (4721,5x8=37772 manat). 2 il üçün müalicə və müavinət pullarının orta aylıq həcmi 1573,83 (37772:24) manatdır. Beləliklə, sonrakı artımlar nəzərə alınmaqla onun 2022-ci ilin noyabr ayına orta aylıq əmək haqqı 6295,33 (2485+1118,25+621,25+497+1573,83) manat olmuşdur. Ona görə də ona 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin tələblərinə uyğun olaraq 6295,33 manatın 80 faizi, yəni 5036,26 manat miqdarında pensiya təyin edilməlidir. Odur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarının tələblərinə əməl edilməklə ona sabiq hakim kimi 26 noyabr 2022-ci il tarixdən, yəni 65 yaşı tamam olduğu vaxtdan təyin edilmiş pensiyanı 5036,26 manat təyin etməklə yenidən hesablanmasını təmin etmək xahişi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 08 yanvar 2025-ci il tarixli 3-17-1/2-M-l 670/2025 nömrəli məktubla xahişinin təmin edilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 08 yanvar 2025-ci il tarixli 3-17-1/2- M-l670/2025 nömrəli məktubundan görünür ki, “...Qanuna əsasən hakimlərə son 24 ay üzrə ödənilmiş əmək haqqı əsasında pensiya hesablandıqda 25 ildən az hakim kimi iş stajı olan şəxslərin faiz dərəcələri 80 faizdən aşağı olur. Göründüyü kimi, sizə Qanunun 20.7.2-ci maddəsinə əsasən pensiya təyin edilsəydi pensiyanızın faizi 16 il 10 ay 26 gün hakimlik stajınıza uyğun olaraq 55,50 faiz müəyyən ediləcəkdir, yəni müvafiq Plenum Qərarı ilə müəyyən edilmiş faiz dərəcəsindən (80 faiz)aşağı olacaqdır. Belə ki, əmək pensiyanın müəyyən edilərkən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız xx.xx.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövr əsas götürülməklə hesablanıb. Vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 1118,25 manat, səlaiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəni 621,25 manat, yüksəkliyə görə əlavəni 422,45 manat, digər növ əlavəni 683,38 manat olmaqla orta aylıq əmək haqqını 5330,33 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 10 ay 26 gün hakim kimi iş stajınıza uyğun olaraq orta aylıq əmək haqqının (5330,33 manat) 80 faizi-4264,26 manat məbləğində müəyyən edilib... ” Hesab edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkəti qanunsuzdur və əslində pensiyasını yuxarıda göstərdiyi qaydada hesablamalı idi, yəni ona 5036,26 manat miqdarında pensiya təyin edilməli idi. Göründüyü kimi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarını səhv təfsir etmiş, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinə istinad etməli olduğu halda, istinad etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinə əsasən mənim istəyimə uyğun olaraq hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayını nəzərə almalı olduğu halda, mənim mənafeyimin ziyanına olaraq son ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqımın orta aylıq məbləğini nəzərə almışdır. Halbuki bu məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 avqust 2023-cü il tarixli 2-1(112)-5856/2023 nömrəli qərarı vardır. Həmin qərar həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır.

4. Cavabdeh tərəfədindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli artıq ödənilmiş pul vəsaiti və əmək pensiyasının hesablanması haqqında məktubda qeyd edilmişdir ki, pensiya işinə aid sənədlərdə sizə Fondun Səbail rayon şöbəsi tərəfindən 26 noyabr 2018ci il tarixindən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Əlillik dərəcənin “Əlillik” alt sistemində etibarsız hesab edilməsi ilə əlaqədar pensiya ödənişi 1 avqust 2020-ci il tarixindən dayandırılıb. Buna görə də xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə ödənilmiş ümumilikdə 18824,68 manat pensiya məbləği artıq ödənilmiş pul vəsaiti hesab edilir. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filiala daxil olmuş ərizəyə əsasən 2022-ci ilin yanvar ayında (26 noyabr 2022-ci il tarixindən hesablanmaqla) sizə sabiq hakim kimi yaşa görə 3886,54 manat məbləğində əmək pensiyası təyin edilib, həmçinin 2022-ci ilin noyabr (5 gün üçün) və dekabr ayları üzrə sizə ödənilməli olan 4534,30 manat pensiya məbləği hesablanıb. Mərkəzi Filiala 31 mart 2023-cü il tarixində təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 mart 2023-cü il tarixli 3-16-8/2-334/2023 nömrəli arayışına əsasən cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq 4891,11 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2022xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə sizə ödənilməli olan ümumilikdə 2173,68 manat fərq məbləği hesablanıb. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış ümumilikdə 6707,98 (4534,30+2173,68) manat pul vəsaiti sizə artıq ödənilmiş 18824,68 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 12116,70 (18824,68-6707,98) manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyandan tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur.

5. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli artıq ödənilmiş pul vəsaiti və əmək pensiyasının hesablanması haqqında məktubda qeyd edilmişdir ki, pensiya işinə aid sənədlərdə Fondun Səbail rayon şöbəsi tərəfindən 26 noyabr 2018-ci il tarixindən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Əlillik dərəcənin “Əlillik” alt sistemində etibarsız hesab edilməsi ilə əlaqədar pensiya ödənişi 1 avqust 2020-ci il tarixindən dayandırılıb. Buna görə də xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə ödənilmiş ümumilikdə 18824,68 manat pensiya məbləği artıq ödənilmiş pul vəsaiti hesab edilir. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filiala daxil olmuş ərizəsinə əsasən 26 noyabr 2022-ci il tarixindən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Belə ki, vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2402,16 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1080,97 manat, səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi miqdarında 600,54 manat, yüksəkliyə görə əlavəni 414,17 manat, digər növ əlavəniz 360,33 manat olmaqla orta aylıq əmək haqqının 4858,17 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanın "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 10 ay 26 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (4858,17 manat) 80 faizi-3886,54 manat məbləğində hesablanıb. Həmçinin 2022-ci ilin noyabr (5 gün üçün) və dekabr ayları üzrə ödənilməli olan 4534,30 manat pensiya məbləği hesablanıb. Mərkəzi Filiala 31 mart 2023-cü il tarixində təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 mart 2023-cü il tarixli 3-16-8/2-334/2023 nömrəli arayışına əsasən 2023-cü il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanaraq 4891,11 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan ümumilikdə 2173,68 manat fərq məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1,4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış ümumilikdə 6707,98 (4534,30+2173,68) manat pul vəsaiti artıq ödənilmiş 18824,68 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 12116,70 (18824,68-6707,98) manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyandan tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əlavə olaraq bildirilmişdir ki, artıq ödənilmiş pul vəsaiti haqqında tərəfindən 19 may 2023-cü il tarixli 3-17-1/2-M-112115/2023 nömrəli məktubla məlumat verilib.

6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi qeyd etmişdir ki, o, xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Qusar Rayon Məhkəməsinin sədri, xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Qəbələ Rayon Məhkəməsinin sədri, xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Daşkəsən Rayon Məhkəməsinin sədri vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olduğu üçün keçmiş hakim kimi ona 3886,54 manat miqdarında pensiya təyin olunmuş, lakin 2023-cü ilin mart ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciətindən sonar əmək pensiyası yenidən hesablanaraq 4264,26 manat məbləğində müəyyən edilmişdir. Bildirlmişdir ki, ona təyin edilmiş pensiyanın miqdarı ondan az müddət hakim vəzifəsində çalışmış hakimlərin pensiyalarının miqdarından aşağıdır və ona pensiya təyin olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli Qərarının tələblərinə əməl olunmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olduğu vaxt ona sabiq hakim kimi 5036,26 manat pensiya təyin edilməli olduğu halda, 4264,26 manat pensiya təyin edilmişdir. Halbuki, yuxarıda qeyd olunan tarixdə rayon məhkəməsi sədrinin vəzifə maaşı 2485 manat idi və hazırda da o qədərdir. Çünki “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsinə görə Ali Məhkəmənin sədrinin vəzifə maaşı 3550 manat, rayon məhkəmələrinin sədrlərinin vəzifə maaşları isə həmin miqdarın 70 faizi, yəni 2485 manatdır. Bundan əlavə, qeyd olunan Qanunun 106-cı maddəsinə görə, hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, həmçinin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 137 nömrəli Qərarına 1 nömrəli əlavəsi əsas götürülməklə onun xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Daşkəsən Rayon Məhkəməsinin sədri vəzifəsində işlədiyi üçün vəzifə maaşına 20 faiz (1,2 əmsal) artım və əvvəllər hakim vəzifəsində çalışmış şəxslərə məzuniyyətə çıxarkən verilən iki əmək haqqı miqdarında müalicə pulu və iki əmək haqqı miqdarında müavinət əlavə olunmaqla, 2022-ci ilin noyabr ayına orta aylıq əmək haqqı 6295,33 manat olmuşdur. Hesab edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin tələblərinə uyğun olaraq 6295,33 manatın 80 faizi, yəni 5036,26 manat miqdarında pensiya təyin edilməlidir. Hansı ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarını səhv təfsir etmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə istinad etməli olduğu halda, istinad etməmişdir. Yəni həmin Qanunun 20.7-ci maddəsinə əsasən onun istəyinə uyğun olaraq hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayını nəzərə almalı olduğu halda, onun mənafeyinin ziddinə olaraq son ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğini nəzərə almışdır. Halbuki bu məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2-1(112)- 5856/2023 nömrəli qərarı vardır və həmin qərar həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvvədə saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli Qərarının tələblərinə əməl edilməklə ona sabiq hakim kimi təyin edilmiş pensiyanın yenidən hesablanmasını təmin etmək barədə ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçı müraciəti üzrə araşdırma aparılmış, inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2025-ci il tarixli, 3-17-1/2-M-1670/2025 nömrəli imtina məktubu ünvanlanmışdır. Həmin imtina məktubunda “Əmək pensiyaları haqqında” Qanununun 20.7, 20.7.1 və 20.7.2-ci maddələrinə əsasən, sabiq hakimlərə əmək pensiyasının onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablandığı, pensiyanın faiz dərəcəsinin isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında (80 faizdən çox olmamaq şərtilə) müəyyən edildiyi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən xx.xx.2005-ci il tarixədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun hesablanmalı olduğu qeyd edilmiş, bu səbəbdən sözügedən Plenum Qərarına əsasən xx.xx.2005-ci il tarixədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə biləcəyi, həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısının son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalı olduğu, çünki “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışının mövcud olmadığı bildirilmişdir. İmtina məktubunda həmçinin o da qeyd olunmuşdur ki, Qanuna əsasən hakimlərə son 24 ay ərzində ödənilmiş əmək haqqı əsasında pensiya hesablandıqda 25 ildən az hakim kimi iş stajı olan şəxslərin faiz dərəcələri 80 faizdən aşağı olur. İddiaçıya Qanunun 20.7.2ci maddəsinə əsasən pensiya təyin edilsəydi pensiyasının faizi 16 il 10 ay 26 gün hakimlik stajına uyğun olaraq 55,50 faiz müəyyən ediləcəkdi, yəni müvafiq Plenum Qərarı ilə müəyyən edilmiş faiz dərəcəsindən (80 faiz aşağı) olacaqdı və qeyd olunan müddətə hakim kimi iş stajına uyun olaraq orta aylıq əmək haqqının (5622,31 manat) 55,50 faizi- 3120,38 manat məbləğində hesablanacaqdı. Yəni, qeyd edilən dövr vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülərsə, xx.xx.2022-ci il tarixinə əmək pensiyasının məbləği 4264,26 manatdan 3120,38 manata, cari tarixə isə 5438,91 manatdan 3979,94 manata azalacaqdı. (Əmək pensiyalarının 01.01,2023-cü il tarixdən 14,7 faiz və növbəti dəfə xx.xx.2024-cü il tarixdən 11,2 faiz indeksləşdirilməsi əlaqədar pensiyası 5438,91 manat məbləğində müəyyən edilmişdir.) Bundan başqa bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 126 saylı Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına əsasən istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Bundan narazı qalan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, cavabdehin imtinası qanunidir və əsaslı olduğundan iddia tələbi təmin edilməməlidir. İş ürzə icraat materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1957-ci il tarixdə Ucar Rayonunun Alpı kəndində anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarixədək müxtəlif yerlərdə müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müxtəlif rayonlarda hakim vəzifəsində işləmiş və xx.xx.2017-ci il tarixdə hakimlik səlahiyyəti müddətinin bitməsilə əlaqədar səlahiyyətlərinə həmin tarixdən xitam verilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 8/1056 saylı arayışında qeyd olunur ki, rayon məhkəməsi sədrinin vəzifə maaşı xx.xx.2022-ci il tarixdən 2485 manat təşkil edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakim stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi, 10 ilinə görə 45 faizi həcmində əlavə haqq ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinin səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı verilir. Həmçinin, xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-8282/2023 saylı qərarına əsasən İddiaçı yenidən hesablanmış pensiya məbləği 4264.26 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1-ci maddəsi: 15 il hakim işləmiş sabiq hakimlər- hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2-ci maddəsi: 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.1.4-cü, 20.7.1-ci və 20.7.2-ci maddələrinə müvafiq olaraq hakim kimi yaşa görə əmək pensiyası 15 il və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. Belə ki, 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasında göstərilirdi ki, səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliklə isə pensiya təminatı ilə bağlı müddəalar aşağıdakı kimi verilmişdir: «Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əməkhaqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir». Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki «Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya» sözləri «Pensiya» sözü ilə əvəz edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əməkhaqlarının 80 faizi miqdarında pensiya verilirdi və əməkhaqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilirdi. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək hakim təyin olunmuş şəxsə on beş il yuxarı iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması" anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əməkhaqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası: 20.7.1-ci maddəsi: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2-ci maddəsi: 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; Yuxarıda olunan qanunvericilik normalarının əlaqəli təhlili və eyni zamanda iş üzrə icraat materiallarına əlavə edilmiş əmək kitabçasının surətinə əsasən bildiririk ki, iddiaçıya münasibətdə əmək pensiyası təyin edilərkən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı xx.xx.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövr əsas götürülməklə hesablanmışdır. Bununla əlaqədar əmək pensiyası "Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 10 ay 26 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (5330,33 manat) 80 faizi-4264,26 manat məbləğində müəyyən edilmişdir. Belə ki, iddiaçının istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008- ci il tarixli Qərarının nəticəvi hissəsinin 2-ci bəndində göstərilir ki, xx.xx.2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə-həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsi tətbiq olunmalıdır. Qeyd olunan Qərarın tələbləri nəzərə alınmaqla iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı son 24 ay üzrə deyil, istənilən 5 il üzrə hesablanmışdır. Göründüyü kimi, “Məhkəmələr və hakimlər haqqında” Qanunun xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud olmadığından iddiaçının istəyinə uyğun olaraq hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayının nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-8406/2025 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. İddiaçı münasibətdə cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərara əsasən xx.xx.2022-ci il tarixdən 3886,54 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərara əsasən əlilliyin etibarsız edilməsi səbəbi ilə ləğv edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-8282/2023 nömrəli qərarında qeyd edilmişdir ki, 4457,86 manat pensiya məbləği yenidən hesablanaraq 4264,26 manat təyin edilmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş arayışlara əsasən: - Onun hakim işlədiyi dövrdə (2015-ci il noyabr ayından 2017-ci ilin oktyabr ayınadək) hakimlərə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məzuniyyətə çıxdıqda iki aylıq əməkhaqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı hesablanırdı. - Ona təqdim olunan son 2 illik əməkhaqqı barədə arayışda 2017-ci ilin dekabr ayında qeyd edilmiş 13.026,20 manat məbləğ illər üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə koompensasiyadır və aşağıdakılardan ibarətdir: 2014-cü il üçün 28 təqvim günü – 2941,40 manat 2015-ci il üçün 26 təqvim günü – 2731,30 manat 2016-cı il üçün 40 təqvim günü – 4202,00 manat 2017-ci il üçün 30 təqvim günü – 3151,50 manat Cəmi: 13026,20 manat

9. Məhkəmənin hazırlıq icraatı iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin aparıcı mütəxəssisi X1 izahatında bildirmişdir ki, iddiaçının əmək pensiyası hesablanarkən 2 dövr hesablanmışdır. İlkin olaraq son 24 ayın əmək haqqı arayışına əsasən orta aylıq dövlət məvacibinin 55,5 %-i və 60 ayın əmək haqqı arayışına əsasən orta aylıq dövlət məvacibinin 80 %-i məbləğində hesablanmışdır. Lakin əmək pensiyasının hesablaması zamanı 60 ayın əmək haqqı arayışı əsasında hesablanan məbləğ digər hesablanma qaydasına nisbətən daha çox olduğu üçün cavabdeh orqan həmin hesablanma qaydasını nəzərə almışdır. İddiaçının hakim kimi əmək stajı 16 il 10 ay 26 gündür. Sabiq hakimlərin əmək pensiyası hesablanarkən Konstitusiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli Plenum qərarına əsasən bu tarixə kimi hakim təyin olunmuş şəxslərin əmək pensiyası hesablanarkən 60 aylıq əmək haqqı arayışı əsasında orta aylıq dövlət məvacibinin 80 % nisbətində hesablana bilər. Hazırda iddiaçıya əmək pensiyası hesablanması zamanı bu qayda tətbiq edilmişdir. Son 24 aya nəzərən əmək pensiyası hesablanacağı təqdirdə iddiaçıya hazırda qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Qanunvericiliyə əsasən hakim kimi işlədiyi 15 il üçün 50%, 15 ildən artıq hər il üçün 3 % əlavə hesablanmaqla əmək pensiyası hesablanır.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

13. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Məhkəmənin mövqeyi

16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir.

18. xx.xx.2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddədə “əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

20. Məhkəmənin hazırkı iş üzrə mövqeyi sabiq hakimə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-48/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarına uyğundur.

21. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.

22. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır.

23. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalqhüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “X1” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.

25. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır.

27. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.

28. “Məhkəmələr və hakimlər haqqında” Qanundan: Maddə 106. Hakimlərin maddi təminatı Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Odur ki, iddiaçı xx.xx.2022-ci il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. ...Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir... ...Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Odur ki, iddiaçı xx.xx.2022-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Maddə 107. Hakimlərin məzuniyyət müddəti və haqqı ...Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. 8 iyul 2022-ci il tarixli 582- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılmışdır. Odur ki, iddiaçı xx.xx.2022-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Odur ki, məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət almışdır. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır. Həmin cümləyə əsasən, Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.

29. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasının surətindən aydın olur ki, iddiaçı xx.xx.2000-xx.xx.2017-ci illər ərzində hakim vəzifəsində işləmişdir. (16 il 11 ay) Faktiki olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına uyğun olaraq iddiaçının 16 il 11 ay stajı mövcud olduğundan ona münasibətdə həmin Qanunun 20.7.3-cü maddəsinin tətbiqinə əsas verir.

30. İddiaçı (16 il 11 ay) 10 ildən yuxarı hakim işlədiyi üçün hakim vəzifəsində aldığı 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla (55+6x5=85%), lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə (odur ki, iddiaçıya münasibətdə 80% tətbiq olunmalıdır) müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməlidir.

31. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (16 il 11 ay) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi.

32. Beləliklə, iddiaçı xx.xx.2000-xx.xx.2017-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq bir aylıq vəzifə maaşının, hakimlik stajının hər beş ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq (hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi, 10 ilə görə 30 faiz, 15 ilə görə 45 faiz həcmində əlavə haqq), səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə pulu ilə bağlı iki aylıq əmək haqqı miqdarında pul təminatı, dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək hündürlüyə görə vəzifə maaşına 20 faiz əlavə olunmaqla əmək pensiyasının yenidən hesablanması, habelə həmin əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı (2015- 2017-ci illər) ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında hesablanması və ödənilməmiş pensiya məbləğinin (fərqin) 26 noyabr 2022-ci il tarixdən iddiaçıya ödənilməsini tələb etməkdə haqlı sayılmalıdır.

33. Məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı sabiq hakim kimi hakimlərə bir aylıq vəzifə maaşının, hakimlik stajının hər beş ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq (hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi, 10 ilə görə 30 faiz, 15 ilə görə 45 faiz həcmində əlavə haqq), səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə pulu ilə bağlı iki aylıq əmək haqqı miqdarında pul təminatı, dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək hündürlüyə görə vəzifə maaşına 20 faiz əlavə olunmaqla əmək pensiyasının yenidən hesablanması, habelə həmin əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı (2015-2017-ci illər) ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında hesablanması və ödənilməmiş pensiya məbləği fərqinin 26 noyabr 2022-ci il tarixindən ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar