Məhkəmə qərarları › İş №2-1(112)-8409/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8409/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8409/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Üçüncü şəxs X3 nümayəndəsi (oğlu) X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X6) qarşı "çıxarışın və plan ölçü sənədinin verilməsi" haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 1993-cü il tarixli 2022 saylı sərən camına əsasən 4 nəfər ailə üzvlərimlə birlikdə Ləhiş bağlar sahəsində ayrılmış 0,12 ha torpaq sahəsindən ibarət olan 5973 nömrəli bağ sahəsinə mülkiyyətə dair çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsünün” verilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər hərbi xidmətçi olmuşdur və halhazırda təqaüddədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 1993-cü il tarixli 2022 saylı sərəncamına əsasən 4 nəfər ailə üzvü ilə birlikdə iddiaçıya Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsindən ibarət olan 5973 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin sərənsama əsasən Ləhiş bağlar sahəsindəki 248 nömrəli X2 tərəfindən 5973 nömrəli bağ sahəsinə xx.xx.1993-cü il tarixli 3 №-li Order verilmişdir. Həmin bağ sahəsi bü günə kimi iddiaçının istifdəsində və sərəncamındadır. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısı nın xx.xx.1993-cü il tarixli 2022 saylı sərəncamına əsasən Ləhiş bağlar sahəsində ona ayrılmış 0,12 ha sahəsi olan 5973 nömrəli bağ sahəsinin mülkiyyətinə verilməsinə dair Çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 3-21-3-30/2-İ-0255-8/2023233 ********* nömrəli cavab məktubunda göstərilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən 30474 nömrəli xx.xx.2001-ci il tarixli müqavilə əsasında iddiaçıya icarəyə verilmiş 5973 saylı bağ daha sonra iddiaçının ərizəsi əsasında digər şəxsin adına keçirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassızdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən 30474 nömrəli, xx.xx.2001-ci il tarixli müqavilə ilə sizə icarəyə verilmiş “5973” saylı bağ daha sonra ərizəniz əsasında digər şəxsin adına keçirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 saylı sərəncamına əsasən 4 nəfər ailə üzvləri ilə birlikdə Ləhiş bağlar sahəsində ona ayrılmış 0.12 ha torpaq sahəsindən ibarət olan 5973 nömrəli bağ sahəsinə mülkiyyətə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəl ilə müraciət etmiş və **********00 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən 30474 nömrəli, xx.xx.2001-ci il tarixli müqavilə ilə iddiaçıya icarəyə verilmiş “5973” saylı bağ daha sonra iddiaçının ərizəsi əsasında X1 adına keçirilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı iddiaçı tərəfindən göstərilən sahənin faktiki 0.1188 ha olduğu müəyyən edilmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5973 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

7. Üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanan yazılı ərizədə İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2022 saylı sərəncamına əsasən Ləhiş bağlar sahəsində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 5973 nömrəli bağ sahəsinə mülkiyyətə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsinə dair iddiasına etiraz edilmişdir və məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı ilə Məmmədova (İsayeva) Nəzakət Tahir qızı arasında xx.xx.2002-ci il tarixdə əldə olunmuş razılığa əsasən İddiaçı özünün (və bütün ailə tərkibinin) yazılı razılıq ərizəsi əsasında Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə Məmmədova (İsayeva) Nəzakət Tahir qızı arasında xx.xx.2002-ci il tarixli müqavilə bağlanmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin arxiv qovluğundakı sənədlərdən göründüyü kimi bağ sahəsinin icarəyə verilməsi ilə bağlı İddiaçı ilə Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi arasında xx.xx.2001-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin bağlanmasının əsasında İddiaçı Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinə təqdim etdiyi xx.xx.2001-ci il tarixli 3406 saylı ərizəsi dayanır. Həmən ərizənin əsasında isə Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 2022 saylı sərəncamı və həmən tarixli 3 nömrəli order dayanır. Beləliklə, İddiaçı 1993-cü il sərəncamına əsasən 2001-ci ildə bağlamış olduğu müqavilə ilə ona ayrılmış bağ sahəsini 2002-ci ildə Məmmədova (İsayeva) Nəzakət Tahir qızına (özü və bütün ailə tərkibinin yazılı razılığı əsasında) satmışdır. Bununla da Cavadbeh İddiaçı yuxarıda adları çəkilən İcarə müqavilələrinin əsasında dayanan xx.xx.1993-cü il tarixli 2022 saylı sərəncamı və həmən tarixli 3 nömrəli orderi üçüncü şəxsə satmışdır. Müqavilə üçüncü şəxslə İddiaçı arasında yox, iddiaçının razılığı əsasında üçüncü şəxslə Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi arasında bağlanmışdır. Yəni İddiaçı ona ayrılmış bağ sahəsini üçüncü şəxsə satmaq iradəsini ifadə etmişdir. İddiaçı və ya X7 tapşırığı əsasında onun vəkili məhkəməyə təqdim etdiyi iddia ərizəsində bağ sahəsinin İddiaçı faktiki istifadəsində olduğunu bildirir. Halbuki bağ sahəsi İddiaçı istifadəsində heç vaxt olmayıb. Çünki bağ sahəsini üçüncü şəxs və onun həyat yoldaşı X7 əvəzsiz istifadəsinə vermişdilər. Buna görə də hazırki iddia predmeti olan bağ sahəsinin İddiaçı faktiki istifadəsindən alınaraq üçüncü şəxsin sahibliyinə və sərəncamına verilməsi zərurəti yaranmışdır. Üçüncü şəxs adı çəkilən bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müvafiq ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29.2-ci maddəsinə əsasən yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Odur ki, üçüncü şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5973 saylı bağ sahəsinin İddiaçı və X7 faktiki istifadəsindən alınaraq üçüncü şəxsin sahibliyinə və sərəncamına verilməsi və bağ sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun tanınması və bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə vəsatət təmin edilməmişdir.

9. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək (elektron məhkəmə informasiya sistemi vasitəsilə) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürülmüş sayılmasını xahiş etmişdir.

10. Üçüncü şəxs məhkəməyə ərizə təqdim edərək məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsini və ədalətin bərqərar olması üçün hazırki iş üzrə məhkəmə icraatının davam etdirilməsini, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması ilə bağlı ərizənin iddiaçının iddiadan imtina etməsi kimi qiymətləndirilməsini və üçüncü şəxs tərəfindən məhkəməyə göndərilmiş tələbin təmin edilərək yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

11. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

14. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

15. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

16. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

17. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X8 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

18. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

19. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

20. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

21. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

22. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

23. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

24. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

25. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar