Məhkəmə qərarları › İş №2-1(112)-841/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-841/2022

10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-841/2022 10.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı “İddiaçı”-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və əmtəələrin tam mühafizəsi barədə qərar verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı “İddiaçı” cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və əmtəələrin tam mühafizəsi barədə qərar verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, “İddiaçı” tərəfindən 26 oktyabr 2018-ci il tarixdən Azərbaycan Respublikası ərazisinə şamil edilməklə verilmiş ******* saylı “MERCO” əmtəə nişanının beynəlxalq qeydiyyatına 07-ci sinif: “seperatorlar, sentrefuqalar, qarışıq mayelərdən bərk maddələrdən mərkəzdənqaçan qüvvə vasitəsilə tərkib hissələrinə ayırmaq üçün sənaye sentrefuqaları (Separators; centrifuges; centrifuge machines for industrial use for separating solid substances from liquids and for concentrating solid substances; parts for separators and centrifuges) əmtəələri üzrə Beynəlxalq Bürodan 14 noyabr 2019-cu il tarixdə alınmış ilkin rədd qərarına qarşı əsaslandırılmış etiraz ərizəsi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A35-7/20 nömrəli 27 noyabr 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Apellyasiya şurası qərar verərkən “İddiaçı” şirkətinin ******* saylı “MERCO” əmtəə nişanının beynəlxalq qeydiyyatına qarşı qoyulmuş 1057911, ******* və ******* saylı beynəlxalq qeydiyyatlarla daha əvvəli ilkinliklə 07-ci sinif əmtəələri üzrə mühafizə olunan “MERCK” əmtəə nişanları ilə “MERCO” əmtəə nişanının 07-ci sinif həmcins olmayan əmtəələr üzrə «Əmtəə nişanlarının qeydə alınması və ekspertizası Qaydaları»nın 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4 bəndlərinə əsasən səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlığının qarışdırılacaq dərəcədə oxşar olmadığı, istehlakçılar arasında yanıltma, qarışdırma yaratmadığını, bu sözlərin qarışdırılacaq dərəcədə oxşar olmadığı barədə sübutları nəzərə almadığı üçün, elecə də hüquq sahibi “Merck KgaA”, (ünvan: Frankfurter Strasse 250,64293 Darmstadt (DE) şirkəti 10 fevral 2020-ci il tarixli razılıq məktubunu qanunsuz olaraq nəzərə almamaqla, norma pozuntularına yol verdiyi üçün A35-7/20 nömrəli 5 noyabr 2019-cu il tarixli qərar ləğv edilməli iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “İddiaçı” tərəfindən ******* saylı “MERCO” əmtəə nişanının beynəlxalq qeydiyyatına 07-ci sinif: “seperatorlar, sentrefuqalar, qarışıq mayelərdən bərk maddələrdən mərkəzdənqaçan qüvvə vasitəsilə tərkib hissələrinə ayırmaq üçün sənaye sentrefuqalar” əmtəələri üzrə 26 oktyabr 2018-ci il tarixdən Azərbaycan Respublikası ərazisinə şamil edilməklə verilmişdir. “Merck KgaA” şirkəti ümümilikdə tibbi sahədə fəaliyyət göstərən şirkət olamaqla ona aid “MERCK” əmtəə nişanı ******* saylı beynəlxalq qeydiyyat 07, 11, 40, 42, 44-cü sinif, ******* saylı beynəlxalq qeydiyyatla 01, 02, 03, 05, 07, 09, 10, 11, 16, 17, 29, 30, 32, 35, 40, 41, 42, 44-cü sinif, ******* saylı beynəlxalq qeydiyyatla 01, 02, 03, 05, 07, 09, 10, 11, 16, 17, 29, 30, 32, 35, 40, 41, 42, 44-cü sinif, əmtəə və xidmətləri üzrə qeydə alınmış və 07-ci sinif “Maşınlar və dəzgahlar, motor və mühərriklər (yerüstü nəqliyyat vasitələri istisna edilməklə) kənd təsərrüfatı alətləri (əl alətlərindən başqa) yumurtalar üçün inkubatorlar; ticarət avtomatları və sairə” əmtəələri üzrə qüvvədə olması araşdırılmışdır. “Merck KgaA” (ünvan: Frankfurter Strasse 250,64293 Darmstadt (DE) şirkəti 1057911, ******* və ******* saylı beynəlxalq qeydiyyatlarla “MERCK” əmtəə nişanlarının sahibi olaraq “İddiaçı” (ünvan: Box 73,SE-221 00 Lund (SE) şirkəti tərəfindən Azərbaycan Respublikası ərazisinə mühafizə olunması üçün verilmiş ******* saylı “MERCO” əmtəə nişanının beynəlxalq qeydiyyatına Sinif 07-ci “seperatorlar, sentrefuqalar, qarışıq mayelərdən bərk maddələrdən mərkəzdənqaçan qüvvə vasitəsilə tərkib hissələrinə ayırmaq üçün sənaye sentrefuqaları” əmtəələri üzrə qeydiyyatına və istifadəsinə 10 fevral 2020-ci il tarixli razılıq məktubu araşdırılmışdır. Cavabdeh öz qərarını əsaslandırmaq üçün «Əmtəə nişanlarının qeydə alınması və ekspertizası Qaydaları»nın 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4 bəndlərini sadalamış, lakin düzgün hüquq qiymət verməmiş, göstərmişdir ki, Apellyasiya şurası “MERCO ” və qarşı qoyulmuş “MERCK”, “İS/İGRCX” və “MERCK” əmtəə nişanlarını müqayisə edərək müəyyən etdi ki “MERCO” sözü “mer-co” beşhərfli iki hecalı söz, müxtəlif şriftlərlə ifadə olunmuş “Merck” beşhərfli bir hecalı sözdür, həm “merco”, həm də müxtəlif şriftlərlə ifadə olunmuş “Merck” sözləri heç bir məna ifadə etmirlər. Bu halda cavabdeh heç də “MERCO” iki səs, “MERCK” bir səsdən (cavabdeh səhv olaraq səslənməni heca üzrə deyil, hərflərləgöstərməklə vermişdir) ibarət olmaqla səslənmə üzrə üzrə fərqin mövcud olmasına bu səslərin qarışdırılacaq dərəcədə oxşar olmadığına düzgün qiymət verməmiş, səhv nəticəyə gəlmişdir. “MERCK” sözünün müxtəlif şriftlərlə ifadə olunmasını göstərmiş, bu sözlərin yazılışında görünüşcə qrafiki fərqlərin olmasına qiymət verməmiş, bu nişanların görünüşcə, qrafiki kriteriya ilə qarışdırılacaq dərəcədə oxşar olmadığına düzgün qiymət verməmiş, səhv nəticəyə gəlmişdir. Həm “MERCO”, həm də “MERCK” sözləri heç bir məna ifadə etmirlər göstəsə də, bu nişanların mənaca müvafiq fərqin mövcud olmasına baxmayaraq, bu nişanların mənaca da qarışdırılacaq dərəcədə oxşar olmadığına qiymət verməmiş, səhv nəticəyə gəlmişdir. Cavabdeh qiymət verərək göstərmişdir ki, Apelyasiya şurası bildirir ki, qeyd edilən nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşmalıdır. Beləliklə, iddia edilən nişan və qarşı qoyulan nişanlar arasında oxşarlıq mövcuddur. Cavabdeh qiymət verərkən iddia edilən nişanlar üzrə əmtəələrin şənaye təyinatlı “seperatorlar, sentrefuqalar və sairə” olduğuna, bu əmtəələrin istehlakçılarının əmtəələri almdan öncə marketinq işləri apardıqlarml, daha diqqətli olduqlarına qiymət verməmişdir. Göstərilən oxşarlığın hec də qarışdırılacaq dərəcədə oxşar olmadığına, istehlakçlarda çaşma yaratmadığına düzgün qiymət verməmiş, səhv nəticəyə gəlmişdir. Cavabdeh təqdim edilən razılıq məktubuna qiymət verərək göstərmişdir ki, Apellyasiya şurası iddiaçı tərəfindən ekspertiza tərəfindən iddia edilmiş nişana qarşı qoyulmuş əmtəə nişanlarının sahibi “Merck KgaA ”, (ünvan:Frankfurter Strasse 250,64293 Darmstadt (DE) adından verilmiş 10 fevral 2020-ci il tarixli razılıq ərizəsinə baxaraq müəyyən etdi ki, razılıq ərizəsi xarici rəsmi sənədlərin leqallaşmasının ləğyi barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbinə uyğun verilməmişdir. Belə ki, 5 mart 2004-cü il tarixli «Xarici rəsmi sənıdlərin leqallaşdırılmasını tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 5 oktyabr 1961-ci il tarixli xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiyasının 1-ci maddəsinə əsasən notarial aktlar və özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdid edən imzaların notarial və rəsmi təsdiqlənmə sinə bərabər tutulan rəsmi sənədlər (qeydlər) həmin Konvensiya məqsədləri üçün rəsmi sənəd hesab edilir. Konvensiyanın 3-cü və 4cü maddələrinə uyğun olaraq həmin sənədlər üçün tələb olunan yeganə formallıq bu sənədlərə onların verildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən müvafiq şəhadətnamənin (apostil) sənədin özündə və ya sənədə əlavə şəklində təqdim edilməsidir. Baxılan iş üzrə təqdim edilmiş razılıq məktubu Merck KgaA hüquqi şəxsinin nümayəndələri tərəfindən imzalanmış, imzalar notarial orqanı tərəfindən təasdiq edilmiş, lakin sənədə leqallaşdırma şəhadətnaməsi (apostil) əlavə edilməmişdir. Odur ki, ərizə təmin edilməməlidir. Cavabdeh qiymət verərkən aşağıdakı pozutuları edilməmişdir. Merck KgaA tərəfindən təqdim edilən razılıq məktubu işin mübühisələndirilməyən halıdır. Təqdim edilən razılıq məktubu Merck KgaA hüquqi şəxsin rəsmi nümayəndələri tərəfindən imzalanmış, notarial təsdiq edilmiş, onun verildiyi dövlətin səlahiyyətli orqanı (Almaniya- Darmsttadt torpaq məhkəməsi) tərəfindən leallaşdırma şəhadətnaməsi verilmişdir. Yəni, sənədin notarial təsdiq edilimiş, surətindən göründüyü kimi, cavabdeh təqdim edilən sənədi diqqətlə tədqiq etməmişdir. Təqdim edilmiş sənəd razılıq məktubudur. Tərəflər tərəfindən mübahisələndirilməyən razılıq məktubunun notarial təsdiq, leqllaşdırma tələbi cavabdehin yeni və formal tələbidir. Bundan başqa cavabdehin istinad etdiyi Haaqa Konvensiyasında hüquqi şəxlər tərəfindən təqdim edilmiş məktubların, eləcə də razılıq məktublarının, kommersiya əməliyyatı olmayan sənədlərin notarial təsdiq və leqallaşdırılması tələbi yoxdur. Bu tələb formaldır və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinəziddir. Həmin maddədə göstərilir ki, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, cavabdeh qərar verərkən səhv etmiş, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin üçüncü abzasında göstərilənləri nəzərə almamış, nəticədə səhv qərar vermişdir. Sözügedən maddədə qeyd olunur ki, bu Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə' uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə, Apellyasiya şurasında nəzərə alına bilər. Göstərilənlərə və İPM-in 2, 8, 14, 32, 35, 45 və 47-ci maddələrinə, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublkası Qanununun 6-cı maddəsinin birinci hissəsinin “b” bəndinə, 15-ci maddəsinin üçüncü abzasına əsaslanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A35-7/20 nömrəli 27 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, "İddiaçı" adından ******* saylı “MERCO” əmtəə nişanının beynəlxalq qeydiyyatına 07-ci sinif: “seperatorlar, sentrefuqalar, qarışıq mayelərdən bərk maddələrdən mərkəzdənqaçan qüvvə vasitəsilə tərkib hissələrinə ayırmaq üçün sənaye sentrefuqalar” (Separators; centrifuges; centrifuge machines for industrial use for separating solid substances from liquids and for concentrating solid substances; parts for separators and centrifuges)” əmtəələri üzrə tam mühafizə verilməsi ilə bağlı son qərarın Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Beynəlxalq Büroya göndərilməsi barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında (10 yanvar 2022-ci il tarixli məktubda) aşağıdakılar bildirilir: - ******* beynəlxalq qeydiyyat “MERCO” əmtəə nişanı 28 oktyabr 2018-ci il tarixdə ƏXBT-nin 07-ci sinif əmtəələri (07-Separators, centrifuges, machines for industrial use for separating solid substansed from liquids and for consentrating solid substances, parts for separators and centrifuges) üzrə “İddiaçı” (ünvan: Box 73, SE-221 00 Lund (SE)) adına qeydiyyata alınmış və həmin qeydiyyat 6 dekabr 2018-ci il tarixdə (2018/47 Gaz) Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Ekspertizanın 14 oktyabr 2019-cu il tarixli qərarı ilə ******* beynəlxalq qeydiyyat “MERCO” əmtəə nişanının 07-ci sinifin iddia olunan əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilmişdir və bunun üçün əsas kimi iddia edilən nişanın Azəırbaycan Respublikasının ərazisində daha əvvəl “Merck KgaA” (ünvan: Frankfurter Strasse 250. 64293 Darmstadt (DE)) hüquqi şəxsin adına 07-ci sinif əmtəələri üzrə qeydiyyata alınmış ******* saylı beynəlxalq qeydiyyat “MERSK” nişanı (qeydiyyat tarixi: 7 oktyabr 2010-cu il), ******* saylı beynəlxalq qeydiyyat “MERSK” nişanı (qeydiyyat tarixi: 11 mart 2016-cı il), ******* saylı beynəlxalq qeydiyyat “MERSK” nişanı (qeydiyyat tarixi: 2 noyabr 2016-cı il) ilə oxşar olması göstərilmişdir. Qeyd olunmalıdır ki, müqayisə olunan nişanlar hər hansı bir semantik yük daşımır. Səslər üzrə (fonetik) və qrafik (görünüş) baxımdan isə, oxşarlıq mövcuddur. Fonetik baxımdan müqayisə edilən nişanlarda dörd səs üst-üstə düşür: ******* saylı beynəlxalq qeydiyyat “MERSK” nişanı (qeydiyyat tarixi: 7 oktyabr 2010-cu il) və ******* saylı beynəlxalq qeydiyyat “MERSK” nişanı (qeydiyyat tarixi: 2 noyabr 2016-cı il) ilə qrafik (görünüşlü) oxşarlıq da mövcuddur. Qeyd edilən nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşılmalıdır. Beləliklə, iddia edilən nişan və qarşı qoyulmuş nişanlar arasında oxşarlıq mövcuddur. İddiaçı tərəfindən ekspertiza tərəfindən iddia edilmiş nişana qarşı qoyulmuş əmtəə nişanlarının sahibi “Merck KgaA” (ünvan: Frankfurter Strasse 250, 64293 Darmstadt (DE)) adından verilmiş və notariat qaydasında təsdiq edilmiş 10 fevral 2020-ei il tarixli razılıq ərizəsi də təqdim edilmişdir. Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşmənin iki növü məlumdur ki, onlar apostilin verilməsi və konsul leqallaşdırması yolu ilə həyata keçirilir. Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vermək yolu ilə həyata keçirilir. Apostil rəsmi sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, həmin şəxsin səlahiyyətini, eləcə də rəsmi sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Apostil verilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Azərbaycan Respublikasının da tərəfdaş çıxdığı «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın 1-ci maddəsinə əsasən bu Konvensiya Razılığa gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər) rəsmi sənəd hesab edilir. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Həmin Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin “Apostille (Convention de la Haye du 5 octobre 1961)” adlı başlığı fransız dilində göstərilməlidir. Lakin baxılan iş üzrə təqdim edilmiş razılıq məktubundan “Merck KgaA” hüquqi şəxsinin nümayəndələri tərəfindən imzalandığı və imzaların notarial qaydada təsdiq edildiyi görünsə də, sənədə leqallaşdırma şəhadətnaməsi (apostil) əlavə edilməmiş və müvafiq sənəd tələb edilməsinə baxmayaraq Agentliyə təqdim edilməmişdir. Göstərilənlərə və İPM-in 1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsaslanaraq, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı və 15-ci maddələrini, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın müddəalarını rəhbər tutaraq məhkəmədən “İddiaçı”-nin iddiasının təmin edilməməsi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apelyasiya şurasının qərarının qüvvədə saxlanılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, müvafiq razılıq məktubunu apostil olunmaqla yenidən cavabdehə təqdim edilmişdir. Bu isə mötəbər sübut hesab olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, müvafiq razılıq məktubu tələb olunan qaydada leqallaşdırılmamışdır. Sənədə vurulmuş apostil müvafiq nümunəyə uyğun deyil. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 32.2-ci maddəsinə görə aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: (32.2.1) barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; (32.2.2) barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); (32.2.3) şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» AR Qanununun əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 4-cü maddəsinə görə əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Həmin Qanunun 10-cu maddəsinə əsasən əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən iddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər. Apellyasiya şurası etiraza daxil olduğu tarixdən 3 ay ərzində baxır. Bu Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə, Apellyasiya şurasında nəzərə alına bilər. İddiaçının və ya patent müvəkkilinin Apellyasiya şurasında iddiaya baxılmasında iştirak etmək və çıxarılmış qərarın materialları ilə tanış olmaq hüququ vardır. İddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət edə bilər. Həmin Qanunun 28-ci maddəsinin 1-ci hissəsinə görə əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq, əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə isə dövlət rüsumu ödənilmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydə alınır və onların barəsində məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunur. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə əsasən bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə əsasən imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, “Merck KgaA” (ünvan: Frankfurter Strasse 250, 64293 Darmstadt (DE)) şirkəti tərəfndən hazırkı iddiaçı “İddiaçı”-yə Azərbaycan Respublikasının ərazisində mühafizə olunması üçün verilmiş 14375514 saylı “MERCO” əmtəə nişanının beynəlxalq qeydiyyatına sinif – 07 “seperatorlar, sentrefuqalar, qarışıq mayelərdən, bərk maddələrdən mərkəzdənqaçan qüvvə vasitəsilə tərkib hissələrini ayırmaq üçün sənaye sentrefuqalar” əmtəələri üzrə qeydiyyatına və istifadəyə dair 20 fevral 2020-ci il tarixli razılıq məktubu hazırkı məhkəmə icraatına təqdim edilsə də, həmin razılıq məktubu müvafiq ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil”lə təsdiqlənməmişdir. Bu isə, «İnzibati icraat haqqında» Azərbaycan respublikası Qanununun 15, 19, 24-cü maddələrinə əsasən həmin razılıq sənədinin mötəbər sayılmamasına və iddiaçının inzibati icraatda qaldırdığı məsələnin müsbət həllindən imtinaya əsas verir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı”-nin tələbinə münasibətdə cavabdehin hərəkətləri (qərarı) qanunsuz qiymətləndirilə bilməz. Odur ki, iddia tələbi əsassızdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı”-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və əmtəələrin tam mühafizəsi barədə qərar verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “İddiaçı”-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və əmtəələrin tam mühafizəsi barədə qərar verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar