Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8410/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) “Bilgəh qəsəbə ərazisindən İddiaçı ayrılmış yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 1050.0 kv.m torpaq sahəsinin onun xüsusi mülkiyyətinə alqı-satqı yolu ilə satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində, İstiqlaliyyət küçəsində söküb yenidən inşa etdiyi 31 saylı fərdi yaşayış evinin altında yerləşən Bilgəh qəsəbə bələdiyyəsinin mülkiyyətində olan 555 kv.m. yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsinin İddiaçı mülkiyyətinə alqı-satqı yolu ilə satılması öhdəliyin qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçının fərdi yaşayış evi inşa etməsi üçün X5 “Vətəndaşların fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” 14 nömrəli xx.xx.2002-ci il tarixli qərarına əsasən, Bilgəh qəsəbə ərazisindən İddiaçı ayrılmış yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 1050.0 kv.m torpaq sahəsinin onun xüsusi mülkiyyətinə alqı-satqı yolu ilə satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin 1-ci hissənin məzmununda iddia tələbinə baxılmasını xahiş etmiş, məhkəmənin qərardadı ilə iddia tələbi “iddiaçının fərdi yaşayış evi inşa etməsi üçün X5 “Vətəndaşların fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” 14 nömrəli xx.xx.2002-ci il tarixli qərarına əsasən, Bilgəh qəsəbə ərazisindən İddiaçı ayrılmış yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 1050.0 kv.m torpaq sahəsinin onun xüsusi mülkiyyətinə alqısatqı yolu ilə satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilərək ərizə icraata qəbul edilmişdir.
4. Məhkəmənin qərardadı ilə iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
5. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, ailə üzvlərin ilə birlikdə uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən mülkiyyətində olan 0.0068 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsində inşa etdiyi, ümumi sahəsi 46.80 kv.m. olan birmərtəbəli 31 saylı fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi mülkiyyətçi olmaqla iddiaçının ailə üzvlərimin yaşamaları üçün çox darısqal olduğuna görə 2023-cü ildə sökülmüş, əvəzində ümumi sahəsi 298,7 kv.m. olan yeddi yaşayış otağından ibarət 1235 kv.m. yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsində yerləşən bir mərtəbəli və mansardlı fərdi yaşayş evi tikilmişdir və halhazırda orada yaşayırlar. Qeyd edilən bir mərtəbəli və mansardlı fərdi yaşayış evinin yerləşdiyi 1235 kv.m. yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsinin 680 kv.m. hissəsi üzərində onun tam xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alınsa da, qalan 555 kv.m. hissəsi cavabdeh Bilgəh qəsəbə bələdiyyəyə məxsusdur. Belə vəziyyətdə isə yeni tikilən bir mərtəbəli və mansardlı fərdi yaşayış evi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alınması mümkün deyildir. Yeni inşa etdiyi bir mərtəbəli və mansardlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 555 kv.m. hissəsi Bilgəh qəsəbə bələdiyyəsinə məxsus olsa da, 20 ildən artıqdır ki, o və ailə üzvləri tərəfindən faktik mülkiyyətçi hüququ ilə fasiləsiz və etirazsız olaraq istifadə edilir. Bundan başqa, halhazırda iddiaçının xüsusi mülkiyyətində olan 680 kv.m. torpaq sahəsi ilə Bilgəh qəsəbə bələdiyyəsinə məxsus 555 kv.m. torpaq sahəsi bir-birinə bitişikdir və heç bir qonşuya maneçilik yaratmır. Ona görə də Cavabdehnə ərizə ilə müraciət edərək, ona məxsus tikinti altında olan 555 kv.m. yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq mülkiyyətinə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təəssüf ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 42 nömrəli cavab məktubunda bildirilir ki, ölkə Prezidentinin 2007-ci il tarixi Sərəncamına əsasən, 2007-ci il dekabrın 1-dən sonra bələdiyyələrin mülkiyyətində olan torpaqlar yalnız hərrac yolu ilə icarəyə, habelə alqı-satqı yolu ilə mülkiyyətə verilə bilər. Sabunçu rayonu Bilgəh qəsəbəsində olan əmlak və torpaq sahələri ayrılmadığına görə vətəndaşa torpaq sahəsinin ayrılması mümkünsüzdür. Əlbəttə, ərizənin təmin edilməsindən imtinaya dair Cavabdeh cavabı ilə razılaşmaq olmaz. Qeyd edilənlər Cavabdeh xx.xx.2024-cü il tarixli 42 nömrəli cavab məktubunun qanuni və əsaslı olmadığını təsdiq hal sayılmalıdır. Hesab edir ki, Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində ailə üzvləriylə birlikdə uzun müddət və daimi yaşamağını, yaşayış yeri üzrə beş ildən artıq müddətdə qeydiyyatda olmağını, üzərində yeni inşa etdiyi bir mərtəbəli və mansardlı fərdi yaşayış evinin yerləşməsini və ona mülkiyyət hüququ ilə məxsus torpaq sahəsi ilə bitişik olmasını, 20 ildən artıq müddətdə faktik mülkiyyətçi hüququ ilə fasiləsiz və etirazsız olaraq ondan istifadə etməyini, ən nəhayət isə ailə üzvlərinin mənzilə ehtiyacının təmin edilməsinə yönəlməsini nəzərə alaraq, Cavabdeh 555 kv.m. yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaq sahəsini ona alqı-satqı yolu ilə satmalıdır.
6. İddiaçının vəkilinin müraciətinə cavab olaraq Bakı şəhəri Sabunçu rayonu Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Cənab Prezidentin 2007-ci il tarixli Sərəncamına əsasən 2007-ci il Dekabr ayının 1-dən sonra Bələdiyyələr mülkiyyətində olan torpaqların yalnız hərrac yolu ilə icarəyə, habelə alqı-satqı yolu ilə mülkiyyətə verə bilər. Sabunçu rayonu Bilgəh qəsəbə bələdiyyəsində olan əmlak və torpaq sahələri ayrılmadığına görə vətəndaşa torpaq sahəsi ayrılması mümkünsüzdür. Ona görə də vətəndaş İddiaçı müraciətinə müsbət cavab vermək mümkün deyil.”
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrə üzrə İddiaçı adına xüsusi mülkiyyətçi kimi dövlət tərəfindən qeydə alınmışdır. Torpaq sahəsi isə istifadədə olmaqla sahəsi 0,0068 ha təşkil edir.
8. X5 14 nömrəli xx.xx.2002-ci il tarixli torpaq sahəsinin ayrılması haqqında qərarının çıxarışından görünür ki, Cavabdeh xx.xx.2000-ci il tarixli 04 nömrəli protokoluna əsasən vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün Bilgəh qəsəbə ərazisindən 10,5 ha torpaq sahəsi ayrılmışdır.
9. Məhkəmənin sorğusuna əsasən cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Cavabdeh 2000-2008 ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün Arxiv İdarəsinin 18 fevral 2009-cu il tarixli akta əsasən məhv edildiyindən tələb etdiyiniz sənədlərin sürətlərini təqdim etmək imkanı yoxdur.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianını təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 iddianın mümkün sayılmamasını xahiş etdi.
12. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.
16. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
17. İddia tələbi Bilgəh qəsəbə ərazisində İddiaçı ayrılmış 1050.0 kv.m torpaq sahəsinin onun xüsusi mülkiyyətinə alqı-satqı yolu ilə satılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır.
18. Məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, Bilgəh Bələdiyyyəsinin 14 nömrəli xx.xx.2002-ci il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evi inşa etmək üçün 10,5 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırda sözügedən torpaq sahəsinin ona ayrılmasına baxmayaraq, yenidən torpaq sahəsinin onun xüsusi mülkiyyətinə alqı-satqı yolu ilə satılması xahiş edir.
19. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibətlərindən əmələ gələn hər hansı mübahisə mövcud deyil.
20. X9 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X8rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X6rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X2rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
21. Hazırkı mərhələdə məhkəmə müəyyən edir ki, iş üzrə “real” mübahisə mövcud deyil, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə baxılması zərurəti yaranmır, iddia mümkün sayılmamalıdır.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva