Məhkəmə qərarları › İş №2-1(112)-8414/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8414/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8414/2021 07.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı “cavabdeh tərəfindən vurulmuş maddi ziyan və əldən çıxmış fayda məbləği olaraq 4 368 753 manat pul və 30 manat dövlət rüsumu cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mübahisənin aidiyyət məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı “cavabdeh tərəfindən vurulmuş maddi ziyan və əldən çıxmış fayda məbləği olaraq 4 368 753 manat pul və 30 manat dövlət rüsumu cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı rayonunda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən “X1 Qurğuları Kompleksi” iddiaçıya məxsus 2 ha torpaq sahəsində inşa edilmişdir. İddiaçının şəxsi müılkiyyəti olan mal-qara üçün tikilmiş 30.2 x 6.5= 196.3 kv.m ölçüdə tövlə binası sanitar zonaya düşmüşdür. Torpaq sahəsi 2012-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən zəbt edilmişdir. 13.03.2015-ci ildə alan orqan kimi tanınmış Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə iddiaçı arasında akt imzalandı. Həmin aktın 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş 20.04.2010-cu il tarixli “Torpaqların dövlət ehtiyacları üçün üçün alınması haqqında ” Qanununa əsasən ”Alan orqan” torpaqın alınması və torpağa dəyən ziyana görə yaranmış xərclərin Azərbaycan Höküməti tərəfindən ayrılmış pul vəsaiti “Alan orqan”ın öz bank hesabına köçürüldükdə dəymiş ziyanın hesablanmış məbləği torpaq sahibliyinin bank hesabına köçürülür. Kompensasiya məbləğinə layihənin həyata keçirildiyi 3 il müddət ərzində məhsula dəyən ziyana görə yaranmış xərcləri, eləcə də, boru xəttinin keçdiyi gündəlik istifadə edilən torpaq sahəsinin xərcləri və öz torpağında 20 illik zəbt (servitut hüququ) nəticəsində ondan istifadəni və məhdudlaşdırmaqla yaranan gəlir itkisi daxil olacaqdır. 15.07.2016-ci ildə “AİMTEXAS Trading LLC”-nin nümayəndələri Yardımlı rayonu Dəryavar kəndində yerləşən iddiaçının əmlakına baxış keçirtdilər və mülkiyyətinə dəymiş ziyanın dəyərini müəyyət etdilər. Lakin bu günədək iddiaçıya heç bir ödəniş olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2.3.–ci bəndinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yaranmış kompensasiyanın ödənilməsi barədə inzibati mübahisə Yardımlı rayonunda yerləşən iddiaçıya məxsus torpağla bağlıdır. Belə olan halda tərəflər arasında olan hazırkı mübahisənin aidiyyəti İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinin 8.1.1- ci bəndinə uyğun tənzimlənir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində göstərilmişdir:” İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir.İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.” Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, 01.01.2020 tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Yardımlı rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İPM-nin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə ilə bağlı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 8-ci, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı “cavabdeh tərəfindən vurulmuş maddi ziyan və əldən çıxmış fayda məbləği olaraq 4 368 753 manat pul və 30 manat dövlət rüsumu cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCdən tutularaq iddiaçıya ödənilməsi” iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar