Məhkəmə qərarları › İş №2-1(112)-8414/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8414/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8414/2024 03.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə 03 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanına qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2802/2015 saylı mülki iş üzrə 29 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq X1 xx xxxxxx 2004-cü il tarixdə doğulmuş oğlu X4 birlikdə Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9/8 ünvanda yerləşən, əri-X5 məxsus ümumi sahəsi 20,8 kv.metr mənzilin 9,8 kv.metr sahəsi olan 1 otağına istifadə hüquqlarının tanınması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, o, 02 may 2017-ci il tarixdə həmin ünvana qeydiyyata alınmış və bugünədək orada yaşayır. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9/8 ünvanda yerləşən mənzilin ümumi sahəsi 49,1 kv.metr olmuşdur. O, qeydiyyata alınmamışdan əvvəl göstərilən ünvanda yerləşən mənzilin digər bir otağı ümumi razılıq əsasında başqa şəxsə satılmış və buna müvafiq olaraq istifadə hüququ tanınmış mənzilin ünvanı dəyişilərək ünvan 1dəcə mənzil 9 olmuşdur. Həmin mənzilə verilmiş dövlət reyestrindən çıxarışda da ünvan ünvan 2kin o mənzilə qeydiyyata alınarkən şəxsiyyət vəsiqəsində səhvən köhnə ünvan, yəni ünvan 3 Odur ki, şəxsiyyət vəsiqəlsindəki səhv ünvanın dəyişdirilərək mənzil 9 kimi göstərilməsinə zərurət yaranmışdır. X6 Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanına qeydyyata alınması barədə müraciətinə cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-2802/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1 xx xxxxxx 2004-cü il tarixdə doğulmuş oğlu X4 birlikdə Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9/8 ünvanda yerləşən, əri-X5 məxsus ümumi sahəsi 20,8 kv.metr mənzilin 9,8 kv.metr sahəsi olan 1 otağına istifadə hüquqlarının tanınması qət edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 7 saylı MKİS-in xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanında yaşadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, 9 saylı mənzil X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda ünvan 5 ünvanlı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir və əmlaka dair sənədlər təqdim edilmişdir. Həmin sənədlər: Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9/8 ünvanında yerləşən yaşayış sahəsinin 20.8 kv.metr hissəsində xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 mülkiyyət hüququ qeydə alınmışdır. Mənzilin 28.3 kv.metr hissəsi X2 paylı mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanında yerləşən, 20.8 kv.metr sahəsi olan mənzilə dair xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 mülkiyyət hüququ qeydə alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından məlum olur ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)- 2802/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9/8 ünvanda yerləşən, ümumi sahəsi 20,8 kv.metr mənzilin 9,8 kv.metr sahəsi olan 1 otağına istifadə hüquqlarının tanınması qət edilmişdir və həmin qətnamə əsasında iddiaçı ünvan 6 ünvanına qeydiyyata alınmışdır. Reyestrdən çıxarışdan görünür ki, həmin mənzilin ünvanı ünvan 7 İddiaçının faktiki olaraq yaşadığı və yaşayış yeri üzrə qeydiyyata alınmasını istədiyi Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanı əvvəl ünvan 8 alınmışdır və iddiaçının həmin mənzildə istifadə hüququ tanınmışdır. Hazırda mənzilin ünvanın dəyişdirilmiş olması onun istifadə hüququnun itirilməsi kimi təfsir oluna bilməz. Eyni zamanda bu ünvan dəyişikliyi iddiaçının faktiki yaşamadığı və istifadə hüququ olmadığı mənzildə qeydiyyatda olmasına səbəb ola bilməz. Belə olan halda cavabdehin imtinası qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanına qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 10, mənzil 9 ünvanına qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar