Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8415/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin bərpası, ödənilməmiş pensiya məbləğinin və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təqaüdünün ödənilməsinin bərpa edilməsi, cavabdehin 2020-ci ilin dekabr ayından ona ödəməli olduğu pensiyanın tam şəkildə, bir dəfəyə ödənilməsi və onun bu müddət ərzində çəkdiyi maddi çətinliklərə görə 5000 (beş min) manat kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-8415/2021 nömrəli hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8291/2021 nömrəli (iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair) inzibati işlə birləşdirilməli və 2-1(112)-8415/2021 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2- 1(112)-8291/2021 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməlidir. Belə ki, işdə olan 24.06.2021-ci il tarixli iddia ərizəsindən görünür ki, hazırkı iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırkı iş üzrə İddiaçı qarşı 07.07.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı artıq ödənilmiş 11165.51 manat pensiya məbləğinin Filialın hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş № 2-1(112)-8291/2021). Filial bu zaman ona istinad etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”na əsasən: kimya istehsalı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin rəhbərləri, mütəxəssisləri və fəhlələri bəndində (8.3.3) məmulatların emallaşdırılması və yandırılması, vakumlaşdırma işləri və hidrogen alınması üzrə işlərin işçiləri; metal emalı bölməsinin (11) rəngləmə işləri istehsalı (11.8) bəndinin fəhlələr yarım bəndində (a) 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələrin tətbiq olunduğu yerlərdə rəngləmə kamerasının və qarışdırma kamerasının təmizlənməsi ilə məşğul olan təmizləyicilər; abraziv və qrafit-puta istehsalatı (11.10) bəndinin fəhlələr (a) yarım bəndində isti sahələrdəki işlərdə məşğul olan təmirçi çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə İddiaçı pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə 22.09.1980-06.04.1998-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Soyuducular Zavodu”nun Rəngləmə sexində təmirçi-çilingər vəzifəsində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi işlədiyi sahə yuxarıda qeyd olunan sahələrə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, 13.04.2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırkı iş üzrə iddia ərizəsindən isə aydın olur ki, İddiaçı cavabdehin yuxarıda istinad olunan hala əsasən onun peniyasını dayandırmasından ibarət hərəkətini mübahisələndirir və pensiyasının bərpa olunması tələbini irəli sürür. Məhkəmə hesab edir ki, istinad olunan işlər bir-biri ilə əlaqəli olduğundan həmin işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Məhkəmə icraatında iştirak edən tərəflər iş üzrə icraatın birləşdirilməsinə etiraz etmədilər. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-in İPM-in 1.2-ci, 2.2-ci, 4.1-ci, 16.3-cü, 23.1-ci, 37ci, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8415/2021 nömrəli (İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin bərpası, ödənilməmiş pensiya məbləğinin və kompensasiyanın ödənilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-8291/2021 nömrəli (iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair) inzibati işə birləşdirilsin. 2-1(112)-8291/2021 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar 2-1(112)-8415/2021 nömrəli inzibati iş üzrə məhkəmə icraatına xitam verilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8415/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8415/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver