Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-842/2025 18.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisə mövcud olmadığından icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********148000 nömrəli Qərar üzrə hesablanmış 2802,80 manat vergi məbləği şəxsi hesab vərəqəsindən azaldılaraq həmin qərar üzrə hesablama ləğv edilmişdir. Kameral vergi yoxlaması keçirilərək xx.xx.2024-cü il tarixli **********083400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul edilmiş və iddiaçıya 2802,80 manat mənfəət vergisi hesablanmışdır. Daha sonra iddiaçı tərəfindən dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, bəyannamədə 61,20 manat vergi məbləği bəyan edilmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli **********083400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar üzrə hesablanmış 2802,80 manat vergi məbləği şəxsi hesab vərəqəsindən azaldılaraq həmin qərar üzrə hesablama ləğv edilmiş, (((70069/5*6- 70069)*20%)- 61,20)=2741,6 manat əlavə vergi məbləği hesablanmış və yeni hesablama ilə əlaqədar xx.xx.2024-cü il tarixli **********837300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Bundan sonra iddiaçı tərəfindən 2022-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilərək 1622,43 manat mənfəət vergisi hesablanmışdır. Vergi orqanı iddiaçının bu dəqiqləşməsi ilə razılaşmış və iddiaçının şəxsi hesab vərəqəsindən 2741,60 manat vergi məbləğini (mübahisələndirilən qərarlara əsasən hesablanmış) azaltmışdır. Odur ki, iddiaçının hal-hazırda mənfəət vergisi üzrə vergi borcu yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddianın mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı inzibati işin icraatına xitam verilməlidir. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-cü maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-842/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-842/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver