Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8421/2023 04.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 129 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək “Səttar” adının “Səddar” kimi, yazılması öhdəliyinin qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırır ki, həyat yoldaşı X8 xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası AZ-İİ seriyalı 338054 nömrəli Ölüm haqqında şəhadətnaməsində adı "Səddar' kimi göstərilmişdir. Həmçinin, həyat yoldaşına məxsus olan digər sənədlərdə, o cümlədən Nikahın bağlanılması haqqında 11-ЖГ № 493745 nömrəli Şəhadətnamədə, Azərbaycan Respublikası AZ № 656743 nömrəli Doğum haqqında şəhadətnamədə yoldaşının adı “Səddar' kimi göstərilmişdir. Lakin Cavabdeh tərəfindən tərtib edilmiş 129 nömrəli doğum haqqında akt qeydində yoldaşının adı “Səddar” əvəzinə "Səttar" kimi göstərilmişdir. İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş 129 nömrəli doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı yaşadığı ünvan üzrə aidiyyəti qeydiyyat şöbəsinə müraciət etsə də, Bakı şəhəri Cavabdeh tərəfindən müracətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli №3-16-5/7-B-91-68/23 nömrəli imtinasında sənədlərdə ziddiyyət olduğunu bildirərək aidiyyəti üzrə məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyə edilmişdir. Cavabdeh orqanın imtinası ilə bağlı bildirir ki, yoldaşına məxsus olan bütün sənədlərdə adı “Səddar" kimi göstərilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 129 nömrəli doğum haqqında akt qeydinin digər sənədlərlə ziddiyyət təşkil etməsi vətəndaşın günahı ola bilməz və bu səbəblə dövlət orqanı tərəfindən vətəndaşın hüquqlarını pozması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan ərizə təqdim edərək işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydində dəyişikliyin edilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Cavabdehnə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, X2 doğum haqqında akt qeydində adının “Səttar”dan “Səddar'a, nikah haqqında akt qeydində adının “Sərdar”dan “Səddar’a dəyişiklik edilməsi barədə iddiaçı tərəfindən Cavabdehnə daxil olmuş ərizəyə baxılmışdır. Sənədlər nəzərdən keçirilərkən Qaradağ rayon Ələt qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1954-cü il tarixdə tərtib edilmiş 129 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Səttar" yazıldığı halda, eyni akta əsasən xx.xx.2011-ci ildə verilmiş AZ-İİ 656743 nömrəli doğum haqqında təkrar şəhadətnamədə adının “Səddar” yazıldığı, Cavabdeh tərəfindən xx.xx.1982-ci ildə tərtib edilmiş 206 nömrəli nikah haqqınds akat qeydində kişi haqqında məlumat qrafasında adının “Sərdar", 3 saylı Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş 142 saylı ölüm haqqında akt qeydində adının “Səddar” qeyd edildiyi müəyyən edilmişdir. Doğum haqqında akt qeydində adının “Səttar"dan “Səddar”a dəyişiklik edilməsi mümkün olmamışdır. İddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 656743 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - xx.xx.1982-ci il tarixli, 493745 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Abbasova (Balayeva) Zərifə Abbas qızı arasında xx.xx.1982ci il tarixdə nikah bağlanmışdır. - xx.xx.2023-cü il tarixli, 338054 №-li Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - 3 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş **********7022023 №-li Ölüm haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, X2 doğumu xx.xx.1954-cü il tarixdə 129 saylı, nikahı xx.xx.1982-ci il tarixdə 206 saylı akt qeydi ilə Cavabdehndə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın tələblərinə əsasən qeydiyyat şöbələrində doğum haqqında trbbi şəhadətnamələr, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlər 1 il, nikaha daxil olmaq haqqında ərizələr, dövlət rüsumunun ödənilməsinə dair və ərizələrə əlavə edilən digər sənədlər 5 il, X1 dövlət qeydiyyatı haqqında təkrar şəhadətnamələrin və arayışların verilməsinə dair ərizələr və dövlət rüsumunun ödənilməsinə dair sənədlər 1 il saxlanılır. Həmin məktuba əlavə edilmiş xx.xx.1982-ci il tarixli, 206 №-li Nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, X8 ilə X7 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmışdır. xx.xx.1954-cü il tarixli, 129 №-li Doğum akt qeydinin surətindən görünür ki, X9 xx.xx.1954-cü il tarixdə doğulmuşdur. - İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1991-ci il tarixli, FV №502883 seriya və nömrəli Diplomun surətindən görünür ki, X8 xx.xx.1991-ci il tarixdə Daşkənd Ali Məktəbinin Hüquq fakültəsini bitirmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən X6 021323 saylı Vəsiqə (pensiyaçı) verilmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1972-ci il tarixli, ******* №-li Hərbi Bilet, xx.xx.1972-ci il tarixli Əmək Kitabçası və xx.xx.2019-cu il tarixli sürücülük vəsiqəsinin surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının həyat yoldaşının adı “Səddar” kimi qeyd edilmişdir. - İddiaçının uşaqları X3 məxsus xx.xx.1985-ci il tarixli, 423530 №-li və X4 məxsus xx.xx.1987-ci il tarixli, 344953 №-li Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ata adı qrafasında X8 qeyd edilmişdir. - X6 məxsus (deaktiv edilmiş) AZE04187705 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı həyat yoldaşı- xx.xx.1954-cü il təvəllüdlü X6 məxsus bütün sənədlərdə adının “Səddar” olaraq qeyd olunduğuna istinad edərək, Cavabdeh tərəfindən tərtib edilmiş doğum akt qeydində ad qrafasına dəyişiklik edilərək, şəxsin adının “Səttar”dan “Səddar”a dəyişdirilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı Cavabdehnə müraciət etsə də, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmiş, iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. - 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X1 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X1 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilməsi əsaslarından biri də vətəndaşların qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirməsidir. Müddəaların 5-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması halı ilə məhdudlaşdırmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərdə saxlamaqla hesab edir ki, iddiaçının ərinin deaktiv edilmiş şəxsiyyət vəsiqəsində, ali təhsil haqqında diplomunda, hərbi biletində, nikah haqqında şəhadətnaməsində, uşaqlarının doğum haqqında şəhadətnaməsində, əmək kitabçasında, sürücülük vəsiqəsində adı “Səddar” kimi göstərildiyindən dəyişikliyin edilməsi üçün kifayət qədər əsaslar var və hər hansı ziddiyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmənin qənaəti belədir ki, X2 doğum haqqında akt qeydində müvafiq dəyişikliyi etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1954-cü il tarixli, 129 №-li doğum haqqında akt qeydinin ad qrafasında X2 adının “Səttar”dan düzəliş edilərək “Səddar” qeyd edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8421/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8421/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver