Məhkəmə qərarları › İş №2-1(112)-8424/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8424/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8424/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, cavabdehin nümayəndəsi X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində hüquq şöbəsində hüquq məsləhətçisi işləyir),üçüncü şəxs X6 nümayəndəsi və vəkili X1(Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir), üçüncü şəxs X9 oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «borclu X4 tələbkar kimi iddiaçının xeyrinə 19214,25 manat pul məbləğinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli 03.08.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında 23.12.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının icra edilərək Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və iddiaçının adına ümumi paylı mülkiyyət hüququ üzrə həmin mənzilin 1/6 hissəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” tələbi barədə iddiası üzrə inzibati işə üçüncü şəxs qismində Yasamal rayon İcra və probasiya şöbəsi, X10 və X9 oğlu cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq borclu X4 tələbkar kimi iddiaçının xeyrinə 19214,25 manat pul məbləğinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli 03.08.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında 23.12.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının icra edilərək Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və iddiaçının adına ümumi paylı mülkiyyət hüququ üzrə həmin mənzilin 1/6 hissəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələblərini onunla əsaslandırmışdır ki, borclu X4 tələbkar kimi iddiaçının xeyrinə 19214,25 manat pul məbləğinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli 03.08.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən “İcra haqqında ” Qanunun 45.7-ci, 53.1-ci və 85-ci maddələrinə əsasən qəbul edilmiş “üzərinə həbs qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə verilməsi haqqında” 23.12.2020-ci il tarixli qərarda icra sənədi üzrə tələbin 19214,25 manat borc məbləğinin əvəzinə borclu X6 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar İddiaçı mülkiyyətinə verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin “üzərinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4808/2011 nömrəli 09.08.2011-ci il tarixli qərardad ilə həbs qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə verilməsi haqqında “ 23.12.2020-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Həmin qərar 09 yanvar 2021-ci il tarixdə cavabdehə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 23.12.2020-ci il tarixli qərarından X10 tərəfindən verilmiş şikayət Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-70/2021 nömrəli 18.02.2021-ci il tarixli qərardad ilə rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin “üzərinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4808/2011 nömrəli 09.08.2011-ci il tarixli qərardad ilə həbs qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə verilməsi haqqında “ 23.12.2020-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayət Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8(004)-10/2021 nömrəli 05.03.2021-ci il tarixli qərardadı ilə rədd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən uzun müddətdir ki, borclu X4 tələbkar kimi iddiaçının xeyrinə 19214,25 manat pul məbləğinin tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli 03.08.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 23.12.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı qanunsuz və əsassız olaraq icra edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddia tələbi ilə bağlı iddiaçının müraciəti olmamışdır. İddiaçı Azərbaycan Respublikası Milli Məclisin İnsan Hüquqları Komitəsinə müraciət etmiş və Komitə müraciəti aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa , məhkəmə qərarına əsasən həyata keçirilir. Eyni zamanda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyün)və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi ilə müəyyən olunmuşdur. Borclunun mülkiyyətində olan daşınmaz əmlakın tələbkara təklif edilməsi ilə bağlı icra məmurunun qərarı hüquqların qeyddiyyatı üçün əsasların müəyyən edildiyi adıçəkilən maddədə nəzərdə tutulmuşdur. Həmçinin Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi,528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzili üzərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4267/2020 saylı, 20.08.2020-ci il tarixli qərardadı əsasında qadağa qoyulmuşdur. Cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Ücüncü şəxs X6 məhkəməyə təqdim edilmiş iddiaya dair etirazında bildirilmişdir ki, borclu tərəf kimi icra məmurunun borcun əmlakın 1/6 hissəsinə yönəldilməsinə dair qərarı qərəzli olmuşdur.Belə ki, onun tərəfindən icra sənədində göstərilən məbləğdən hər ay ***- **** manat poçt vasitəsilə ödənişlər edilmiş, lakin tələbkar tərəf qəsdən ödənişləri qəbul etməmişdir. Bu hal təsdiq edir ki, tələbkar borcu qəbul etmir, məqsədi əmlakın 1/6 hissəsini mülkiyyətinə keçirməkdir. Həm tələbkarın, həm icra məmurunun hərəkətləri birbaşa hüquqdan sui-istifadəsidir və bu cür əsassız qərarları ilə borcluların mülkiyyət huquqlarını pozmaqdadırlar.Bundan başqa Yasamal rayon məhkəməsinin qətnaməsi vardır.Beləki məhkəmə iddiaçı X2 cavabdh X7 qarşı əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 avqust 2021-ci il tarixdə iddia tələblərini qismən təmin etməklə, cavabdeh X6 adına reyestrdə qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu,Ə.Ələkbərov küçəsi 528-ci məhəllə 13b nömrəli evin 1 nömrəli mənzilin ½ hissəsinə X2, qalan ½ hissəsinə isə X6 mülkiyyət hüququnun tanınması barədə 2(004)-345/2021 saylı qətnamə çıxarmışdır. Hazırda hər iki tərəf məhkəmənin bu qətnaməsindən narazı qaldıqlarından apellyasiya şikayətləri ilə yuxarı instansiya məhkəməsinə müraciət etmişlər. Hal-hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bu hal iddiaçının iddia tələbinin mümkünsüz sayılması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində mülkiyyət hüququnun reyestrdə qeydə alınması üçün əsaslar göstərilmişdir. Həmin əsaslar arasında icra məmurunun borcun əmlaka yönəldilməsi əsası göstərilməmişdir. Üçüncü şəxs qöstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X3 iddiaya dair etirazında bildirmişdir ki, icra məmuru mənzilin mübahisəli olması və məhkəmədə mənzillə bağlı mübahisəyə baxılmasını nəzərə almamış, qanunun tələblərinə riayət etmədən üzərinə məhdudiyyət qoyulmuş əmlakın 1/6 hissəsini digər tərəfə təklif etmişdir. İcra məmuru özbaşınalıq edərək əmlakın qiymətləndirilməsi barədə rəy almış, əmlakı hissələrə bölmüş və məhkəmənin səlahiyyətlərini mənimsəmişdir. İcra sənədində tələbkara pul məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur və məhkəmə tərəfindən icra sənədinin icra üsulu dəyişdirilməmişdir. Bu əmlakın üzərində məhdudiyyətin, həbsin olması, həmçinin məhkəmənin icra üsulunun dəyişdirilməsi barədə qərardadın olmadığı halda icra məmuru əmlakın 1/6 hissəsini tələbkara təklif etməklə qanunun tələblərini pozmuşdur. İddiaçı qanunvericilikdə nəzərdə tutulduğu qaydada rəsmi müraciət etməmişdir və Milli Məclisin İnsan Hüquqları Komitəsinə ünvanladığı ərizə Daşınmaz Əmlakın Dövlət Reyestrinə yönəldilmişdir. Cavabdehin hər hansı bir öhdəliyi yoxdur və üzərinə öhdəlik qoyulmamışdır və qanunvericilikdə də əmlakın tələbkara təklif edilməsi və tələbkar tərəfindən qəbul edilməsi qaydaları nəzərdə tutulmamışdır. Yasamal rayon məhkəməsi 23 avqust 2021-ci il tarixdə X2 X7 qarşı birgə nigah dövründə əldə edilmiş evin bölünməsi tələbinə dair iddiası qismən təmin edilməsi, birgə nigah dövründə əldə edilmiş və 26.11.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən X6 adına mülkiyyət kimi qeydiyyata alınmış Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə 13b nömrəli evin 1 nömrəli mənzili X3 və X10 arasında paylar ½ hissədə müəyyən edilməsinə, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmaqla ½ hissədə olmaqla X3 və X6 adlarına yeni çıxarışın verilməsinə dair qətnamə çıxarılmışdır. Göstərilənlərə əsasən üçüncü şəxs F.Rzayev iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir,üçüncü şəxs Yasamal rayon İcra və probasiya şöbəsi məhkəməyə nümayəndəsini göndərməmiş,bunun səbəbləri barədə məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə iddiaçının və üçüncü şəxs Yasamal rayon İcra və Probasiya şöbəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeganlı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia ərizəsinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X6 nümayəndəsi və vəkili M.Süleymanov iddiaya dair etirazına uyğun məzmunda izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs F.Rzayev iddiaya dair etirazına uyğun məzmunda izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı və üçüncü şəxslər iddia ərizəsində və iddiaya dair etirazlarında göstərdikləri qanuni qüvvəsini almış məhkəmə aktlarını sübut növündə məhkəməyə təqdim etmişdirlər. Məhkəmənin sorğusuna əsasən, üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsi Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6370/2018 saylı, 03 avqust 2018ci il tarixli icra vərəqəsi üzrə başlanılmış icra işində olan sənədləri məhkəməyə tədim etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçının müraciəti ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin imtina cavabı alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati icraat haqqında” Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından görünür ki, inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları... “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 2.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1. –ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Qanunun 57.2-ci maddəsinə əsasən mülkiyyət hüququ əsasında borclu hüquqi şəxsə məxsus olan əmlakın başqa yerdə və başqa şəxsdə olması tələbin həmin əmlaka yönəldilməsinə mane olmur. İşin faktiki hallarına əsasən iddiaçının əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının aparılması tələbi icra məmurunun (üzərinə həbs qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə verilməsi haqqında) 23.12.2020 –ci il tarixli qərarına əsaslanır, icra məmurunun bu qərarına (hərəkətinə ) münasibətdə artıq apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 434/2021 nömrəli,18.08..2021-ci il qərardadında ifadə olunan apellyasiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur: ”icra məmuru icra sənədinin könüllü icrasını təmin etmək məqsədilə borcluya icra sənədinin könüllü icrası üçün vaxt vermiş, borclu tələbin icrasını hazırkı vaxta kimi təmin etməmiş,borcunu ödəməmişdir; tələbkar isə üzərinə həbs qoyulmuş mənzili tam şəkildə almağa maddi imkanı olmadığını bildirmiş, lakin borcun məbləğinə uyğun olaraq mənzilin 1/6 hissəsini borcun əvəzində mülkiyyətinə qəbul etməyə yazılı razılıq verdiyinə görə, icra məmuru “İcra haqqında” qanunun 53.1-ci maddəsinə əsasən mənzilin 1/6 hissəsinin tələbkara təklif edilməsinə 07.08.2020-ci il tarixdə qərar qəbul etmiş, tələbkar həmin təklifi qəbul etdiyindən 23.12.2020-ci il tarixdə həmin əmlakın tələbkarın mülkiyyətinə verilməsinə dair qərar qəbul etmişdir. Borclu icra sənədini icra etmədiyinə görə icra məmuru bu qərarı qəbul etməklə haqlı olmuşdur” Azərbaycan Respublikasının İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)- 6370/2018 nömrəli 03.08.2018-ci il tarixli məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında 23.12.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı nəzərə almaqla Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə,13 b nömrəli evin 1 saylı mənzilinin 1/6 hissəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reystrində ümumi paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası əsaslı deyildir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Belə ki, sözügedən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuku iddiaçının xeyrinə borcun tutulması barədə məhkəmə qərarı, bu qərarın icrasına dair icra orqanının “üzərinə həbs qoyulmuş daşınmaz əmlakın Bakı şəhəri,Yasamal rayonu,E.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında” 23.12.2020-ci il tarixli qərarı qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli 03.08.2018-ci il tarxili məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin “üzərinə həbs qoyulmuş daşınmaz əmlakın Bakı şəhəri, Yasamal rayonu, E.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında” 23.12.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının icra edilərək Bakı şəhəri Yasamal rayonu E.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzilin 1/6 hissəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və iddiaçının adına bu haqda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,34, 68,69, 85,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6370/2018 nömrəli 03.08.2018-ci il tarxili məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin “üzərinə həbs qoyulmuş daşınmaz əmlakın Bakı şəhəri, Yasamal rayonu, E.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzilinin 1/6 hissəsinin tələbkar kimi iddiaçının mülkiyyətinə verilməsi haqqında” 23.12.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının icra edilərək Bakı şəhəri, Yasamal rayonu, E.Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən 13b saylı evin 1 saylı mənzilin 1/6 hissəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və iddiaçının adına bu haqda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar