Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8425/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı “yüksək gərginlikli hava xəttlərinin çıxarılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən mülkiyyət hüquqları ilə ona məxsus olan 280 saylı bağ sahəsinin üzərindən keçən yüksək gərginlikli hava xəttlərinin çıxarılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 280 saylı bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətində ********** nömrəli çıxarışla mülkiyyət hüquqları ilə onun adıa qeydiyyata alınmışdır. Qeyd edir ki, həmin bağ sahəsi 1966-cı il tarixdə hüquqmüəyyənedici sənədlər əsasında onun istifadəsinə verilib. Mülkiyyət hüquqları ilə ona məxsus olan bağ sahəsinə elektrik xəttinin çəkilməsi və sayğacın quraşdırılması tələbi ilə müraciət edib. Cavabdeh orqanın müraciətinə 27 may 2021-ci il tarixli 6-02\06\Ə-144\3\4126 saylı məktubda qeyd edilir ki, “Xəzər rayonu, Zirə bağlarında yerləşən bağ evinin ərazisindən keçən yüksək gərginlikli hava xəttinin ərazidən çıxarılması barədə müraciətə (xx.xx.2021-ci il, Ə-144\3) "xxxx" ASC də baxılmışdır. Məlumat üçün bildiririk ki, müraciətiniz əsasında "xxxx" ASC-nin əməkdaşları əraziyə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, Sizə məxsus bağ sahəsinin ərazisindən yüksək gərginlikli hava xətti keçir. Həmin hava xəttinin köçürülməsi üçün cari ildə müvafiq texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.” Bildirir ki, ona məxsus bağ sahəsinə yüksək gərginlikli hava xəttləri əmlak onun sahibliyində və istifadəsində olduğu vaxt çəkilib. Yəni cavabdeh orqan mənə məxsus bağ sahəsinə icazəsi olmadan daxil olaraq həmin xəttləri çəkilməsi işlərini icra etməklə onun mülkiyyətinə birbaşa müdaxilə edib. Bundan əlavə, həmin yüksək gərginlik xəttlərinin qanunsuz çəkilməsi nəticəsinə o, əmlakından sərbəst şəkildə istifadə edə bilmir. Belə ki, ona məxsus bağ sahəsində yüksək gərginlik xəttləri çəkildiyinə görə göstərilən bağ saəhisinin enerji təhcizatı şəbəkisən qoşulması mümükünsüz olub ki, bunun da nəticəsində ona məxsus bağ sahəsinə enerji verilmir, enerji olmadığına görə su quyusu qazdıra bilmir və nəticədə məcburən su təlabatını təmin etmək üçün su maşınları ilə su alır. Bundan əlavə, bağ sahəsindən keçən yüksək gərginlikli hava xəttləri ailəsi üçün potensial təhlükə mənbəyidir. Biz hər an ölüm ilə üz-üzədir. Məhkəmənin nəzərinə çatdırır ki, cavadeh orqana əvəllərdə dəfələrlə eyni tələblə müraciət etsə də, hər dəfə eyni cavabı alıb. Cavabdehin qanunsuz hərəkətlərini mübahisələndirmək məqsədilə birinci instansiya məhkəməsinə mülki qaydada iddia ərizəsi ilə müraciət edib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(003)-1020\2022 saylı qərarı ilə iddia təmin edilmiş, mənə məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 280 sayh bağ sahəsinin ərazisindən keçən yüksək gərginlik hava xəttlərinin çıxarılması öhdəliyi cavabdeh “Azərışıq! ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan cavabdeh "xxxx" ASC aprlyasiya şikayəti verərək Xəzər rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti vermişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cavadehin kassasiya şikayəti qismən təmin edilmiş, mənim cavadeh "xxxx" ASC-yə qarşı yüksək gərgiblik hva xəttinin mənə məxsus bağ sahəsindən çıxarılması tələbimə dair iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilmişdir.
3. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən sahəsi 0,1869 olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 280 saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi ona vərəsəlik qaydasında atası Əli-zadə Əyyub Əli- Heydər oğlundan keçmişdir. Qeyd edilən bağ sahəsi (sahəsi 0,20 ha) atası Əli-zadə Əyyub Əli-Heydər oğlunun istifadəsinə xx.xx.1983-cü il tarixdə verilmişdir.
4. İddiaçının atasının müracinə cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, Bakı şəhər İcra Hakimiyyətin Bağlar təsərrüfatı idarəsinin 18115 saylı xx.xx.1983-cü il tarixli müqaviləsi ilə Əliyev ( Əlizadə) X3 ayrılmış 280 saylı 0,20 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq arayış verilməsinə dair ərizəsinə baxılmışdır. Həmin bağ torpaq sahəsinin böyük hissəsinin kənarından keçən, lakin kiçik bir hissəsi əraziyə düşən 6 kV-luq YS “Zirə” - KTM 246 budaqlanma KTM 767 elektrik hava xətti 1998-ci ildə "xxxx" ASC-nin ehtiyacından yeni trassla çəkilmişdir.
5. İddiaçının atasının müracinə cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, ünvan ünvanında yerləşən fərdi yaşayış evi, xəttin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş "Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalan"nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bu qaydaların 12-ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də ünvanda göstərilən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, 160-İİQ nömrəli 29 iyun 2001-ci il tarixli "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.4 bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.
6. İddiaçının atasının müracinə cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 44 saylı həyətyanı sahəsindən keçən yüksək gərginlikli hava xəttinin başqa yerə köçürülməsi barədə müraciətə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, 6 kV-luq YS “Zirə”- KTM 246 budaqlanma KTM 767 hava xətti 1998-ci ildə yeni trassa ilə çəkilmişdir. Xəttin yerinin dəyişdirilməsi üçün “Asan Kommunal” Xidmətinə müraciəti əsasında ödəniş etməklə yerinə yetirilməsi mümkündür.
7. İddiaçının müraciətinə cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, Xəzər rayonu, Zirə bağlarında yerləşən bağ evinə sayğac quraşdırılması barədə müraciətə (Ə-0144) "xxxx"xxxx" ASC-nin əməkdaşları əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, ona məxsus bağ sahəsinin ərazisindən yüksək gərginlikli hava xətti keçir Bildirilmişdir ki, mövcud qaydalara görə yüksək gərginlikli hava xəttinin bağ sahəsindən kənara çıxarılması layihə-smeta sənədləri əsasında yerinə yetirilməlidir. Bu məsələ ilə əlaqədar o, “Asan xidmət” mərkəzinə müraciət etməlidir.
8. Xəzər rayonu, Zirə bağlarında yerləşən bağ evinin ərazisindən keçən yüksək gərginlikli hava xəttinin ərazidən çıxarılması barədə iddiaçının növbəti müraciətinə (xx.xx.2021-ci il tarixli) cavab olaraq bildirilmişdir ki, müraciəti əsasında "xxxx" ASC-nin əməkdaşları əraziyə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, Sizə məxsus bağ sahəsinin ərazisindən yüksək gərginlikli hava xətti keçir. Həmin hava xəttinin köçürülməsi üçün cari ildə müvafiq texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
9. Xəzər rayonu, Zirə bağlarında yerləşən bağ evinin ərazisindən keçən yüksək gərginlikli hava xəttinin ərazidən çıxarılması barədə iddiaçının növbəti müraciətinə (xx.xx.2021-ci il tarixli) eyni məzmunlu cavab verilmişdir.
10. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yüksək gərginlikli hava xəttinin ona məxsus bağ sahəsindən çıxarılması” tələbinə dair iddia tələbi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh "Azərişıq” ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(103)-6419/2022 nömrəli qətnaməsi ləğv edilmiş; İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yüksək gərginlikli hava xəttinin ona məxsus bağ sahəsindən çıxarılması” tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilmişdir. Ali Məhkəmə hesab etmişdir ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmir.
İİ. İddianın növü və mümkünlüyü
13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarından: - 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. - 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
15. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. Məhkəmə müəyyən edir ki, tərəflər arasında mülki (öhdəlik) hüquq münasibətləri yoxdur və hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi ümumi (publik) hüquq sahəsindəki tənzimləməni həyata keçirmə vəzifəsinin icra edilməməsi, hərəkətsizliyindən irəli gəlir.
18. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) aiddir.
19. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
20. Torpaq sahəsi iddiaçının mülkiyyətindədir.
21. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh ASC tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik hava xətti iddiaçının mülkiyyətində olan həmin sahədən keçirilmişdir. İddiaçı bundan narazıdır və xəttin sahədən çıxarılması barədə ASC-yə müraciətlər etmişdir.
22. ASC tərəfindən iddiaçının müraciətlərinə verilmiş xx.xx.2021-ci il tarixli və 27 05.2021-ci il tarixli cavao məktublarından görünür ki, həmin hava xəttinin köçürülməsi uçun cari ildə müvafiq texniki tədbirlərin həyala keçirilməsi nəzərdə tutulmuşdur.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə Rayon Məhkəməsinə verdiyi xx.xx.2022-ci il tarixli, 10/1770 nömrəli rəydən görünür ki, iddiaçıya məxsus bağ sahəsindən 6 kV-luq gərginlikli elektrik hava xətti keçir, qeyd olunan 6 kV-luq gərginlikli elektrik hava xəttinin "Elektrik qurğularının quraşdırılması qaydasının” və “Gərginliyi 1.000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının” tələblərini təmin etməklə iddiaçının bağ sahəsinin yanından keçən avtomobil yolunun kənarı ilə çəkməklə köçürülməsi mümkündür.
24. Texniki məsələ ilə bağlı mülki məhkəmə icraatı zamanı məhkəmə ekspertizası keçirildiyindən məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək təkrar olaraq məhkəmə-texniki ekspertizası keçirilməsini zəruri hesab etmir.
25. Həmin işin mahiyyəti üzrə cavabdehin dəlilləri ondan ibarət olmuşdur ki, ekspert öz rəyində elektrik hava xətlərinin yerinin dəyişdirilməsinin mümkünlüyü ilə bağlı hər hansı təhqiqat aparmamış və gəldiyi nəticəni texniki cəhətdən əsaslandırmamışdır. Digər tərəfdən ekspertin hava xətlərinin torpaq sahəsindən çıxarılaraq alternativ qaydada, yəni iddiaçının bağ sahəsinin duz yanından keçən avtomobil yolunun kənarı ilə çəkilməsi hava elektrik xətlərinin mühafizə zonasını tənzimləyən qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Gərginliyin 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə qaydaları"na əsasən 6 Kv-luq elektrik hava xətlərinin mühafizə zonası 10 metr nəzərdə tutulmuşdur. Ekspertin xətlərin köçürülməsini göstərdiyi ərazi ilə iddiaçının bağ sahəsinin hasarı arasında məsafənin maksimum 2 metr təşkil etdiyini nəzərə alsaq, elektrik hava xətlərinin həmin əraziyə köçürülməsi qanunvericiliyin tələblərinə tamamilə ziddir.
26. “Gərginliyin 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə qaydaları"ndan:
1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusu hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğuları.
4. Elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır.
27. Məhkəmə bildirir ki, cavabdehin dəlillərindən asılı olmayaraq elektrik hava xətləri iddiaçının və ya onun atasının (yəni əvvəlki mülkiyyətçinin) razılığı olmadan onun qanuni istifadəsində olduğu vaxt (1983-cü ildən qanuni istifadəsindədir) quraşdırıldığından (1998ci ildə quraşdırılmışdır) iddiaçının marağını təmin etmək üçün (razılaşdığı təqdirdə) kompensasiya ödənməli, müvafiq razılıq olmadığı təqdirdə yeri dəyişdirilməlidir və qeyd edilən hal mülkiyyət hüququndan sui-istifadə kimi qiymətləndirlə bilməz. İddiaçının müraciətinə cavablarında da cavabdeh ASC bildirir ki, həmin hava xəttinin köçürülməsi uçun cari ildə müvafiq texniki tədbirlərin həyala keçirilməsi nəzərdə tutulmuşdur. Lakin qeyd edilən müddət ərzində hər hansı tədbir görülməmişdir. Məhkəmə nəzərə alır ki, torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur və odur ki, hava xəttinin layihələndirilməsi və tikintisi üçün ayrıla bilməzdi.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Mülkiyyət hüququ subyektinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1).
29. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Beləliklə də, qeyd edilən maddi hüquq normalarının tələblərinin işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh ASC-nin hərəkəti iddiaçının mülkiyyət huququnu pozur. İddiaçı pozulmuş hüququnun bərpa edilməsini və müdaxilədən çəkinməyi tələb etməkdə haqlı olmuşdur.
31. Odur ki, iddiaçı X1 mülkiyyət hüquqlarını pozan qanunsuz müdaxilədən müdafiə edilməsi məqsədilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsinin üzərindən keçən yüksək gərginlikli hava xəttlərinin çıxarılması (yerinin dəyişdirilməsi) öhdəliyi cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə həvalə edilməlidir.
32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsinin üzərindən keçən yüksək gərginlikli hava xəttlərinin çıxarılması (yerinin dəyişdirilməsi) öhdəliyi cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva