Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8426/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X2 küçəsi, ev 3 H ünvanında inşa edilmiş fərdi yaşayış evinin dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X2 küçəsi, ev 3 H ünvanında yerləşən fərdi yaşayış evinin sökülərək yerləşdiyi 0.035 ha torpaq sahəsində 081387 saylı, xx.xx.2014cü il tarixli lisenziya ilə fəaliyyət göstərən X3 tərəfindən tərtib edilmiş layihəyə əsasən fərdi yaşayış evinin tikintisi barədə Binəqədi rayon İcra Hakimiyyətinə xx.xx.2017-ci il tarixində müraciət edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən başçının birinci müavini tərəfindən xx.xx.2017-ci il tarixli, 167 nömrəli sərəncam verilmişdir. Sərəncamla fərdi yaşayış evinin 081387 saylı xx.xx.2014-cü il tarixli lisenziya ilə fəaliyyət göstərən X3 tərəfindən tərtib edilmiş layihəyə əsasən tikintisinə icazə verilmişdir. Sərəncam verildikdən sonra tərəfindən fərdi yaşayış evi tikilmişdir. Bildirmək istəyir ki, əvvəlki tikilinin sökülərək yerində yeni fərdi yaşayış evinin tikintisi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatının tələblərinə uyğun olaraq aparılmışdır. Yeni fərdi yaşayış evinin inşa edilməsindən sonra mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə imtina cavabı verilmişdir. İmtinanın əsası kimi, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin bir hissəsinin mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən kənarda inşa edilməsinə, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı müvafiq daşınmaz əmlakın çoxmənzilli yaşayış binası kimi inşa edildiyi müəyyən edilmişdir. İmtinanı əsassız hesab edir. Belə ki, ona məxsus torpaq sahəsinin mülkiyyət sənədi mövcuddur. Həmin sənədə əsasən torpaq sahəsinin ölçüsü 3.5 sotdur. İnşa edilən fərdi yaşayış evinin sahəsi isə daha azdır. Həmçinin, torpaq sahəsinin qonşuluğunda olan bitişik sahələr, ona məxsus sahənin genişləndirilmə imkanının olmadığını göstərir. Bu da, o deməkdir ki, onun inşa etdiyi tikilinin ona məxsus olan sahədən kənara çıxması mümkünsüzdür. İmtinanın 2-ci əsası ilə bağlı bildirir ki, o, fərdi yaşayış evini qanunvericiliyin tələblərinə uyğun olaraq inşa etmişdir. Əvvəlcədən müvafiq layihə hazırlanmış, daha sonra İcra Hakimiyyətinə məlumat verilmiş və müvafiq razılıq alınmışdır. Məlumatlandırma icraatına uyğun olaraq, qanunda qeyd edilən ölçülərdən kənaraçıxmalara yol verilməmişdir. Tikilinin mərtəbə sayı 3-dən, hündürlüyü 12 metrdən çox deyildir. Bundan başqa, evinin tikintisi ilə əlaqədar qonşunun əsassız və qanunsuz müdaxiləsinin qarşısının alınması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin işin araşdırılması zamanı ekspertiza təyin edilmişdir. Həmin ekspert rəyinin nəticə hissəsinə nəzər yetirdikdə (2-ci sual üzrə) görünür ki, tədqiq olunan sahədə aparılacaq tikinti işlərinin həmin sahədə əvvəllər mövcud olmuş yaşayış evinin yerləşdiyi sahədən kənara çıxmadığını, qonşu sahədə yaşayış evlərindən aralıda yerləşdiyini və hər hansı keçid yolunu tutmadığını nəzərə alaraq həmin tikinti işlərinin qonşu evlərə hər hansı maneə törətməsi müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan əsassız ifadələrlə onun qanuni müraciətinə imtina cavabı vermişdir. Bununla da, onun fərdi yaşayış evinə dair sahiblik və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizələr ilə müraciət etmiş, **********87 saylı, xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin bir hissəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən kənarda inşa edilmişdir. Həmçinin, sahənin yaxınlığında orta təzyiqli qaz xətti keçir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı müvafiq daşınmaz əmlakın çoxmənzilli yaşayış binası kimi inşa edildiyi müəyyən edilmişdir. Odur ki, məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulmuş sənədlər təqdim edilməsi məqsədəmüvafiqdir. Həmçinin, yeni tikilmiş əmlakda təqdim edilmiş layihəyə əsasən rekonstruksiya işləri aparılmışdır və faktiki torpaq sahəsi ilə perimetrik ölçü və konfiqurasiya fərqi var.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarilxi, 3-21-3-30/2-2287/2025 **********87 nömrəli məktubla imtina edilmişdir.
8. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-1301xx-xx/2024 **********26 nömrəli məktubla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X2 küçəsi, ev 3 H ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin (X;Y) yazılı formada təqdim olunması barədə iddiaçının ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatlarını (X;Y) yazılı formada təqdim etmişlər.
9. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-R-02958/2024 **********12 nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, torpaq sahəsinə dair sənəd üzrə sahə ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Belə ki, sənəd üzrə sahə 350 kv.m qeyd edilsə də, faktiki tikintialtı sahə 308.0 kv.m təşkil edir.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsi, X2 küçəsi, ev 3 H ünvanında yerləşən 133.60 kv.m fərdi yaşayış evi və onun yerləşdiyi 0.0350 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2018-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
11. İş materiallarına iddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evinin Memarlıq və Planlaşdırma Bölməsi həlli, məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanına müraciət etməsini təsdiq edən məktub, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixdə olan vəziyyətinə uyğun tərtib edilmiş texniki pasport əlavə edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)-5985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X2 küçəsi, ev 3H ünvanında yerləşən 0.032 ha torpaq sahəsində 081387 saylı xx.xx.2014-cü il tarixli lisenziya ilə fəaliyyət göstərən X3 tərəfindən tərtib edilmiş layihəyə əsasən fərdi yaşayış evinin tikintisinin aparılmasına (davam etdirilməsinə) cavabdeh orqanların qanunsuz müdaxiləsinə qadağa qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qərarı iddia tələbi təmin edilmişdir. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı ona məxsus torpaq sahəsində müvafiq layihə üzrə fərdi yaaşyış evinin tikintisi niyyəti barədə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məlumat vermiş, cavabdeh isə hər hansı bir irad bildirmədən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun hərəkət etməyi tövsiyə etmiş, xx.xx.2017-ci il tarixdə isə yenidən tikintiyə icazə verilməsi barədə sərəncam vermişdir. Lakin, işdən müəyyən olunur ki, daha sonra digər şəxslərin tikinti aparılmasına dair narazılıqları əsas götürülərək cavabdehlər tərəfindən faktiki xarakterli hərəkətlə iddiaçı tərəfindən müvafiq tikinti işlərinin aparılması dayandırılmışdır. Bu halı iddiaçının cavabdehlərə ünvanlanmış tikinti işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması barədə müraciətinə cavab olaraq cavabdehlərin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları təsdiq edir, hansı ki, həmin məktubda cavabdehlər tikinti işlərinə hər hansı bir maneçilik törədilmədiyini deyil, məsələ mübahisəli olduğundan məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi də, öz izahatında həmin ərazidə qonşular tərəfindən narazılıq olduğunu nəzərə alaraq tərəflərindən tikinti işlərinin aparılmasına icazə verilmədiyini qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1, 92.1.1, 92.1.2, 92.1.3, 92.1.4, 92.4, 92.4.1, 92.4.2, 92.4.3, 92.4.4, 92.4.5, 92.5, 92.7, 92.8, 92.9-cu maddələrinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə əsasən hesab etmişdir ki, yerli icra hakimiyyəti orqanları tikinti norma və qaydalarına riayət olunmadığını aşkat etdikdə, tikintinin dayandırılmasını özü həyata keçirməməli, bunun üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidir. Qanunvericiliyə əsasən həmçinin fiziki və hüquqi şəxslər də, belə bir ərizə ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi isə həmin müraciətlər əsasında, yaxud öz təşəbbüsü ilə məlumatlandırma icraatının tətbiq olunduğu hallarda layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş ölan bölmələrinə uyğun aparılmadığını və ya digər pozuntuları müəyyən etdikdə: 1. Tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə icrası məcburi olan yazılı göstəriş təqdim edir; 2. Sifarişçi ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə məlumatın vermədiyi hallarda ilkin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır;
3. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradn qaldırılmadığı müəyyən edildikdə, sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 4. İlk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda isə hr bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaql) dayandırılması barədə qərar qəbul edir. Beləliklə, qanunvericiliyin tələbindən aydın olur ki, tikintiyə nəzarət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir və yalnız həmin inzibati orqan tikintinin dayandırılması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Buna görə də, məhkəmə hesabe dir ki, cavabdehlərin iddiaçı tərəfindən aparılan tikintiyə hər hansı müdaxilə etməsinin hüquqi əsası olmamışdır və bu səbəbdən iddia təmin olmalıdır.
13. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olmuş 2-1(001)-1614/2019 nömrəli iş üzrə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16412 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiq olunan torpaq sahəsində inşaası nəzərdə tutulan yaşayış evinin tikintisi üçün İddiaçı tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edildiyini, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 167 saylı sərəncamına əsasən İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmməduluzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində təqdim olunmuş layihə əsasıda tikinti işləri aparılmasına icazə verildiyini və layihə sənədlərinin təsdiq edildiyini, layihəyə əsasən tikintisi nəzərdə tutulan yaşayış evinin ölçülərinin, həmin sahədə əvvəllər mövcud olmuş yaşayış evinin yerləşdiyi sahədən kənara çıxmadığını nəzərə alaraq, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X2 küçəsi 3 H ünvanında yaşayış evinin tikintisinə dair Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tikinti layihəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində qeyd edilən normalara uyğun olduğu müəyyən edilir. Qərardadın 2-ci sualı ilə əlaqədar qeyd olunur ki, tədqiq olunan sahədə aparılacaq tikinti işlərinin həmin sahədə əvvəllər mövcud olmuş yaşayış evinin yerləşdiyi sahədən kənara çıxmadığını, qonşu sahədə olan yaşayış evlərindən aralıda yerləşdiyini və hər hansı keçid yolunu tutmadığını nəzərə alaraq, həmin tikinti işlərinin qonşu evlərə hər hansı maneə törətməsi müəyyən edilməmişdir.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-22353/2025 nömrəli məktubla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X2 küçəsi, ev 3 H ünvanına dair müvafiq sənədləri və ortofo görüntüsü məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsində müvafiq layihə üzrə fərdi yaşayış evinin tikintisi niyyəti barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məlumat vermiş, sonuncu tərəfindən isə hər hansı bir irad bildirilmədən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun hərəkət etməyi tövsiyə etmiş, xx.xx.2017-ci il tarixdə isə yenidən tikintiyə icazə verilməsi barədə sərəncam vermişdir. İddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsində təqdim olunmuş layihə əsasında fərdi yaşayış evi inşa edilmişdir. 2019-cu ildə mülki məhkəmə icraatı qaydasında iddiaçı və digər fiziki şəxslər arasında olmuş məhkəmə mübahisəsi üzrə əldə edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X2 küçəsi 3 H ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə dair Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tikinti layihəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində qeyd edilən normalara uyğun olmuş, tədqiq olunan sahədə aparılacaq tikinti işlərinin həmin sahədə əvvəllər mövcud olmuş yaşayış evinin yerləşdiyi sahədən kənara çıxmadığını, qonşu sahədə olan yaşayış evlərindən aralıda yerləşdiyini və hər hansı keçid yolunu tutmadığını nəzərə alaraq, həmin tikinti işlərinin qonşu evlərə hər hansı maneə törətməsi müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evi qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış layihə əsasında inşa edilmişdir və hər hansı qonşu evlərə menaə törətməmişdir.
21. Bundan əlavə, iş materiallarında olan digər sənədlərə əsasən müəyyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisəli fərdi yaşayı evinin Memarlıq və Planlaşdırma Bölməsi həlli məlumatlandırma icraatı qaydasında 2024-cü ildə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə təqdim edilmiş və sonuncu tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq bununla hər hansı bir etiraz irəli sürülməmişdir. 2022-ci ildə iddiaçı ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti arasında qonşuların müraciətinə əsasn tikinin aparılmasına müdaxilənin qadağan olunması ilə bağlı mübahisə olsa da, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə fərdi yaşayış evinin tikintisinin aparılmasına müdaxilə edilməsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qadağan edilmişdir.
22. Göründüyü kimi, işdə olan kifayət qədər mötəbər sübutlarla iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu, Məcəllənin tələblərinə əsasən müvafiq sahədə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanları tərəfindən mübahisəli fərdi yaşayış evinin tikintisi ilə bağlı hər hansı bir iradın bildirilməsi müəyyən edilməmişdir.
23. Eyni zamanda, cavabdeh fərdi yaşayış evinin bir hissəsinin ona mxəsus torpaq sahəsindən kənarda inşa edilməsini və torpaq sahəsinin perimetrik və konfiqurasiya fərqinin olduğunu bildirsə də, cavabdehin bu dəlili qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən (ekspert rəyi və s.) göründüyü kimi, torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və yeni inşa edilmiş fərdi yaşayış evi əvvəlcədən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin yerində inşa edilmişdir və əvvəl inşa edilmiş fərdi yaşayış evi və torpaq sahəsinin texniki ölçülərinə uyğun cavabdeh tərəfindən texniki pasport tərtib edilmişdir ki, həmin ölçülərin dəqiqliyinə də, cavabdeh orqan özü məsuldur.
24. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən sahənin yaxınlığından orta qaz xəttinin keçməsinə istinad edilsə də, sözügedən ünvanda yerləşən torpaq sahəsi və əvvəlki fərdi yaşayış evi, yeni inşa edilmiş fərdi yaşayış evindən çox öncədən iddiaçının xüsusi mülkiyyətində olmuş və əvvəllər iddiaçının adına torpaq sahəsi və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən bu hala istinad edilməmiş, imtina əsası kimi göstərilməmişdir. Həmçinin, məhkəmə xüsusi ilə qeyd etməyi zərurui hesab edir ki, torpaq sahəsinin və fərdi yaşayış evinin qaz xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bununla da, cavabdeh tərəfindən iddiaçının cavabdehin əvvəlki praktikasına olan və qanunla qorunan etimad hüququ pozulmuşdur.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. Göründüyü kimi, iddiaçının sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-8.0.10.2-ci maddəsində nəzərdə tutulan nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri mövcud olmuşdur.
24. Beləliklə, işin yuxarıda göstərilmiş hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
27. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X2 küçəsi, ev 3 H ünvanında inşa edilmiş fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva