Məhkəmə qərarları › İş №2-1(112)-843/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-843/2023

04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-843/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməyən hissəsinin birdəfəyə ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş, lakin dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin birdəfəyə ona ödənlməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri yaş həddinə çatdığından, qanunla müəyyən edilmiş həm ümumi sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajına malik olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 12 il ərzində vaxtı-vaxtında həmin pensiya ödənişləri edilmişdir. Lakin, 2020-ci ilin avqust ayında ona heç bir xəbərdarlıq edilmədən əmək pensiyası ödənişi dayandırılmışdır. Pensiya ödənişlərinin dayandırılmasının səbəbləri ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun aidiyyəti qurumlarına çoxsaylı müraciətlər edilmiş, heç bir nəticə əldə edilməmiş, 19 mart 2021-ci il tarixli cavab məktubunda nazirlik bildirmişdir ki, pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Eyni zamanda məktubda vurğulanmışdır ki, AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə məxsus götürülmüş maddi sübutlar araşdırılarkən Sizə əmək pensiyası təyin olunması üçün zəruri sənədlərlə yanaşı onların surətləri və digər faktlar aşkar edilmiş, müvafiq qurumun müraciətinə əsasən aşkar olunmuş həmin sənədlər əsasında Sizə təyinat aparılaraq ödənilmiş pensiya işinin qanunvericiliyə uyğunluğunun Nazirlik tərəfindən araşdırılmasına başlanılmışdır. Pensiya ödənişi qanunsuz dayandırmaqla iddiaçının sosial təminat hüququ kobudcasına pozvılmuş və bununla da ona maddi və mənəvi zərər vurmaqda əlverişsiz şəraitə salınmışdır. İddiaçı 2008-ci ildə pensiya hüququ yarandıqdan sonra əmək pensiyasının təyin olunması üçün müraciət etmiş və əmək pensiyası təyinatı üçün sənədlərə baxılaraq qanuni əsaslarla, yəni sığorta stajı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajı, yaşım nəzərə alınmaqla, işlədiyi peşə sahələri "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" ilə uyğun gəldiyindən, pensiya hüququ yarandığı tarixdən həmin dövrdən qüvvədə olan qanunvericiliyə əsasən, ona müvafiq yaşdan pensiya təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşlər zamanı, şifahi olaraq qeyd edilən pensiya təyin edilərkən, təqdim olunmuş sənədlərin qaydasında olduğu və hər hansı bir qanun pozuntusuna yol verilmədiyi bildirilməsinə baxmayaraq, onun adına guya əlavə pensiya kartının olmasını əsas gətirərək, pensiyasını dayandırmışlar. Lakin, dəfələrlə onlara bildirmişdir ki, həmin kartdan onun xəbəri yoxdur. O, 12 il ərzində Beynəlxalq Bank tərəfindən təqdim edilən pensiya kartından istifadə etmiş və ödənişləridə həmin kartdan çıxarmışdır. Onun adından qanunsuz pensiya kartının açılmasının məsuliyyətini o daşıya bilməz, bu hal qeyd edilən pensiyanın dayandırılması üçün əsas ola bilməz. Eyni zamanda, hesab edirlər ki, hüquq mühafizə orqanlarının araşdırma dövründə pensiya ödənişinin dayandırılması qanunsuz bir hərəkətdir. Əgər iddiaçının təqsiri müəyyən edilməyibsə və ümumiyyətlə onun barəsində cinayət işi mövcud deyilsə pensiyası dayandırıla bilməz. Qanunda belə bir əsas göstərilməyib. Buna görə də, ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlər qanunsuz və əsassızdır, 1 ildən artıqdır ki, iddiaçının pensiya ödənişləri dayandırılmış və guya araşdırma aparıldığı bildirilir. Lakin, həmin araşdırmanın nə vaxt başa çatacağı bəlli deyil. İddiaçının 64 yaşı var. Heç bir yerdə işləmir və yeganə gəlir mənbəyi aldığı pensiyadır. Həmin pensiyanın kəsilməsi maddi çətinliklər yaratmaqdadır. İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilərək, qeyd olunanları nəzərə alaraq, dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsini və bu müddətdəki ödənilməyən məbləğin birdəfəyə ona ödənilməsi xahiş edilsə də, lakin cavabdeh inzibati orqan bu vaxtadək müraciətinə cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 24 sentyabr 2021-ci il və 27 sentyabr 2021-ci il tarixlərində daxil olmuş müraciətlərinə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılarkən qanunazidd faktlar aşkarlanıb. Həmin faktlara hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək ödənilməyən məbləğin birdəfəyə İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, ********* nömrəli məktubunda bildirilmişdir ki, əvvəllər Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləmiş X2 və qeyrilərinin saxta əmək kitabçaları hazırlayıb müvafiq məhkəmə instansiyaları tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə, həmçinin müvafiq sənədləri saxtalaşdıraraq əlillik nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə nail olması və bu səbəbdən də Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələri tərəfindən pensiyanın təyin edilməsi, yenidən hesablanması nəticəsində İddiaçı və digərlərinin plastik kart hesablarına əsassız olaraq pul vəsaitlərinin köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-in 178.3.2, 308.1, 313, 320.1 və 320.2-ci maddələri ilə ********* №-li cinayət işinin istintaqı aparılır. İstintaq zamanı İddiaçı ona təyin edilmiş əsassız pensiya ilə bağlı şahid qismində dindirilmişdir. Hazırda qeyd edilən cinayət işi üzrə istintaq davam etdirilərək nəticəsindən asılı olaraq təqsirli şəxslərin əməllərinə cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla istintaqın yekununda hüquqi qiymət veriləcəkdir. Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş pensiya işlərinə dair sənədlərin surətlərindən görünür ki: -Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Səbail şöbəsinin pensiya işinə əsasən, Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Səbail rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 1212/3198 nömrəli xx.xx.2010-cu il tarixli qərarı ilə İddiaçı 1 nömrəli siyahı ilə yaşa görə xx.xx.2009-cu ildən ömürlük 2673,58 manat məbləğində pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Abşeron şöbəsinin 911110 nömrəli pensiya işinə əsasən Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Abşeron rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli 2292 nömrəli qərarı ilə İddiaçı 1 nömrəli siyahı ilə yaşa görə xx.xx.2007-ci ildən ömürlük 2673,58 manat məbləğində pensiya təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2023-cü il tarixli, **********2 nömrəli məktubu ilə göndərilmiş pensiya işi və inzibati icraat materiallarının surətindən görünür ki: -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarı ilə İddiaçı ödənilən pensiya dayandırılmışdır. Sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr xx.xx.2020-xx.xx.2020-ci il, məbləğ 4862 manat 10 qəpik. -Pensiya təyinatı alt sistemindən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Sabunçu rayon şöbəsinin xx.xx.2010-cu il tarixli 78 nömrəli qərarı ilə xx.xx.2009-cu il tarixdən 1 nömrəli siyahı ilə güzəştli şərtlərlə yaş görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2020-ci il tarixdə pensiya ödənişi edilmiş, daha sonra xx.xx.2023-cü il tarixdən pensiya ödənişi bərpa edilmişdir. Həmin məktuba əlavə edilmiş ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək pensiya ödənişinin bərpa edilməsini, eyni zamanda qanunvericiliyin tələblərin zidd olaraq təyin olunmuş digər pensiya işi üzrə əsassız ödənilmiş məbləğin qanunvericiliyə müvafiq qaydada pensiya məbləğindən tutulmasını, müvafiq icra hakimiyyəti orqanı trəfindən aparılan araşdırmanın nəticəsi olaraq hüquqi qiymətin verilməsindən sonra pensiyanın məbləğinə yenidən baxılması üçün göstəriş verilməsini xahiş etmişdir. Həmçinin, bildirilmişdir ki, təqdim etdiyi ərizəyə aidiyyəti üzrə tərəfindən rəsmi qaydada cavab verilməsinə ehtiyac yoxdur. İddiaçı ünvanlanmış Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.20201-ci il tarixli **********4 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 24 sentyabr 2021-ci il və 27 sentyabr 2021-ci il tarixlərində daxil olmuş müraciətlərinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılarkən qanunazidd faktlar aşkarlanıb. Həmin faktlara hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Qeyd olunan faktlarla bağlı aidiyyəti orqanların yekun qərarı ilə bağlı məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra pensiya ödənişinizin bərpa edilib-edilməməsinə baxılacaqdır. İddiaçı ünvanlanmış **********5 nömrəli xx.xx.2020-ci il tarixli Güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyanın ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmaai oiaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Eyni zamanda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə məxsus götürülmüş maddi sübutlar araşdırılarkən Sizə əmək pensiyası təyin olunması üçün zəruri sənədlərlə yanaşı onların surətləri və digər faktlar aşkar edilmiş, müvafiq qurumun müraciətinə əsasən aşkar olunmuş həmin sənədlər əsasında Sizə təyinat aparılaraq ödənilmiş pensiya işinin qanunvericiliyə uyğunluğunun Nazirlik tərəfindən araşdırılmasına başlanılmışdır. Qeyd olunanlarla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq Sizə müvafiq növə görə əmək pensiyası hüququ yaradan zəruri sənədlərin üzləşdirilərək araşdırılması məqsədi ilə onların əsllərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tərəfinizdən təqdim edilməsi xahiş olunur. Əlavə məlumat almaq üçün (012)596-49-55 , (012)596-50-14 nömrəli telefon və ya Elektron ünvan elektron poçt Ünvanı vasitəsilə müraciət edə bilərsiniz. Araşdırılmanın nəticəsindən asılı olaraq Sizin əmək pensiyası hüququnuza müvafiq hakimiyyəti orqanı tərəfindən yenidən baxılacaqdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 30 avqust 2023-cü il tarixli, 3-17-1/2-198910/2023 nömrəli məktubunda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından adıçəkilən şəxsin pensiya ödənişi xx.xx.2020-ci ildə dayandırılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, İddiaçı xx.xx.2009-cu il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla yanaşı adıçəkilən şəxsə həm də Fondun Abşeron rayon şöbəsi tərəfindən eyni tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2012-ci il tarixinədək ödənilmişdir. Bununla əlaqədar olaraq, İddiaçı ümumilikdə 155097,52 manat artıq pensiya məbləği ödənilib. İddiaçı ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək əmək pensiyaları haqqında qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu nəzərə alaraq pensiya ödənişinin bərpa edilməsini, ona əsassız ödənilmiş məbləğin qanunvericiliyə müvafiq qaydada pensiyasının məbləğindən tutulmasını xahiş etmişdir (surəti əlavə olunur). Adıçəkilən şəxsin ərizəsi nəzərə alınaraq, ona qanunvericiliyin tələblərinə uyğun qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixində bərpa edilmişdir. Eyni zamanda, İddiaçı xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 175842,33 manat məbləğdən ona artıq ödənilmiş 155097,52 manat çıxılmış, qalan 20744,81 (175842,33-155097,52) manatdan ona 65 yaşının tamam olması ilə əlaqədar avtomatlaşdırılmış qaydada təyin olunaraq xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş 4080,71 manat və pensiya məbləğlərinin indeksləşdirilməsi nəticəsində texniki səhv səbəbindən ödənilmiş 11234,40 manat çıxılaraq büdcəyə bərpa edilmişdir. Nəticədə ona ödənilməli olan qalıq 5429,70 manat pul vəsaiti “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada hər ay 319,39 manat olmaqla adıçəkilən şəxsin pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin hallarından görünür ki, iddiaçıya Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Səbail rayon şöbəsi tərəfinin 1212/3198 nömrəli xx.xx.2010-cu il tarixli qərarı ilə 1 nömrəli siyahı ilə yaşa görə xx.xx.2009-cu ildən, eyni zamanda Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli 2292 nömrəli qərarı ilə 1 nömrəli siyahı ilə yaşa görə xx.xx.2007-ci ildən pensiya təyin edilmiş, pensiya məbləğləri ilkin olaraq 2673,58 manat məbləğində pensiya müəyyən edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarı ilə iddiaçıya ödənilən 4862,10 manat məbləğində pensiya ödənişi dayandırılmışdır Sonuncu dəfə məhkəmə icraatı gedişində cavabdeh tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixdən olan pensiya ödənişi bərpa edilmişdir. Hazırkı iddiasında iddiaçı pensiyanın dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edildiyi xx.xx.2023-cü il tarixədək olan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsini mübahisələndirir. “Əmək pensiyaları haqqında” Qanunun: -37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Qanunvericiliyin tələbindən görünür ki, əmək pensiyasını təyin edən orqanın əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar etdikdə təyin etdiyi pensiya ödənişini dayandırmaq hüququ vardır. Pensiyanın dayandırılması şəxs barəsində olan əliverişli inzibati aktın-pensiya təyinatı barədə qərarın ləğvi deyil, pensiya təyinatı ilə bağlı aşkar olunan və gələcəkdə pensiya təyinatna birbaşa təsir edə biləcək halların müəyyən edilməsi və qiymətləndirilməsi məqsədilə inzibati orqan tərəfindən keçirilən tədbirdir. Pensiyanın dayandırılmasına əsas olan hal qalxdıqda pensiya ödənişi bərpa edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Sözügedən normaları hazırkı işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçıya DSMF Səbail rayon Şöbəsi tərəfindən xx.xx.2009-cu ildən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə və ödənilməsinə baxmayaraq ona paralel olaraq DSMF-nin Abşeron rayon Şöbəsi tərəfindən eyni əsaslarla xx.xx.2007-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2009-cu il tarixdən ödənişə başlanılmış, ilkin olaraq təyin edilmiş 2673,58 manat aylıq məbləğ sonrakı illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və baza hissə artırılmaqla xx.xx.2010-cu il tarixdən 2712,56 manat, xx.xx.2010-cu il tarixdən 2722,56 manat, xx.xx.2011-ci il tarixdən 2872,90 manat, xx.xx.2012-ci ildən 3093,14 manat məbləğində pensiya məbləği hesablanaraq ödənilmişdir. İddiaçıya Abşeron rayon Şöbəsi tərəfindən ödənilmiş pensiya işi ləğv edilsə də xx.xx.2012-ci il tarixədək onun bank hesabına 155097,52 manat məbləğində pensiya məbləği ödənilmişdir. Qeyd edilən hallarla bağlı araşdırma ilə əlaqədar iddiaçıya pensiya işi üzrə ödənişlər dayandırılmış, bu barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçının çoxsaylı müraciətləri və inzibati orqanın apardığı inzibati icraat zamanı pensiyanın dayandırılmasına əsas olmuş hallar araşdırılmış və nəticə etibarı ilə iddiaçı xx.xx.2023-cü il tarixdə qanunvericiliyin tələblərinə zidd olaraq təyin edilmiş pensiya işi üzrə əsassız ödənilmiş məbləğin tutulmasına razılığını vermiş, ona verilməli olan pensiyanın məbləğini qanunun tələbinə uyğun qiymət verilməsini xahiş etmişdir. Nəticə etibarı ilə iddiaçının əsassız olaraq ikinci pensiya işi üzrə ödənilmiş pensiya məbləğinin tutulmasına razılığı nəzərə alınaraq xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 175842,33 manat məbləğdən ona artıq ödənilmiş 155097,52 manat çıxılmış, qalan 20744,81 manatdan ona 65 yaşının tamam olması ilə əlaqədar avtomatlaşdırılmış qaydada təyin olunaraq xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş 4080,71 manat və pensiya məbləğlərinin indeksləşdirilməsi nəticəsində texniki səhv səbəbindən ödənilmiş 11234,40 manat çıxılaraq büdcəyə bərpa edilmiş, ödənilməli olan qalıq 5429,70 manat pul vəsaiti “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada hər ay 319,39 manat olmaqla pensiyanın üzərinə əlavə olunaraq pensiyanın ödənişi xx.xx.2023-cü il tarixində bərpa edilmişdir. İddiaçının pensiyası dayandırılarkən inzibati icraat qaydalarına riayət edilməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının pensiya təyinatı düzgün aparılmadığından, inzibati orqanın dayandırma barədə hərəkətləri formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə qanunsuz hesab edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Beləliklə, işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının pensiyanın dayandırılmasına qanuni əsaslar mövcud olmuş, iddiaçının da razılığı ilə həmin hallar aradan qalxdıqdan sonra inzibati orqan pensiya ödənişini bərpa etmişdir. Odur ki, cavabdehin pensiyanın xx.xx.2020-ci il tarixdən dayandırması və pensiya ödənişini xx.xx.2023-cü il tarixindən bərpa etməsi barədə hərəkətləri qanunazidd hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməyən hissəsinin birdəfəyə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar