Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8430/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı, 11.02.1985-ci ildə vəfat etmiş X4 adına elekron çıxarışın tərtib edilərək, verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 0,10 ha torpaq sahəsi ilə birlikdə qanun üzrə vərəsəlik əsasında əldə etmişdir ki, bu hal Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-533/2021 saylı iş üzrə 15.02.2021 -ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamə ilə habelə müəyyən edilmişdir ki, yuxanda göstərilən əmlak, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Qasımov küçəsi, 6 saylı fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə Əzizbəyov rayon X13 İcraiyyə Komitəsi tərəfindən 1940-cı ildə daimi istifadə etmək məqsədilə dövlət fondundan X16 verilmişdir. Sonuncu qeyd olunan ünvana köçüb özünə fərdi yaşayış evi inşa etmiş və həmin ev rayon inventar şöbəsində uçota alınmışdır. Əzizbəyov Rayon Xalq Məhkəməsinin 2-232 nömrəli, 21.08.1959-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri X13 İcraiyyə Komitəsi Bağ təsərrüfatı trestinin cavabdeh X10 bağ tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Əjdər Əliyevin vəfatından sonra həmin yaşayış evi sonuncunun həyat yoldaşı X4 adına sənədləşdirilmiş, həmin şəxs isə 01 iyun 1982- ci ildə Bakı şəhəri 10 saylı notariat kontorunda bağlanmış müqavilə əsasında yaşayış evini X8 bağışlamışdır. Göstərilən torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququna dair çıxarışın verilməsi barədə cavabdehə ünvanladığı müraciət təmin edilməmişdir. Belə ki, cavabdehin 25.05.2021 -ci il tarixli **********21 saylı cavabında göstərilmişdir ki, "Müraciətilə əlaqədar olaraq bildirirlər ki, fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Oanıınu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Habelə həmin məktubla məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Aşağıdakılara əsasən göstərilən cavab məktubu ilə razı deyil və hesab edir ki, məsələ məhkəmə müstəvisində həll edilməlidir: Müraciətinə əlavə edilmiş sənədlərdən başqa digər hər hansı bir sənədin əlavə edilməsi ondan asılı olmayan səbəblərdən mümkün deyildir ki, bu hal, təqdim etdiyi arxiv arayışları ilə də təsdiq olunur. Ona görə də hər hansı bir digər sənəd əlavə etməklə cavabdehə yenidən müraciət etmək üçün heç bir əsasa malik deyil, bu səbəbdən də mübahisənin həllinin məhkəmə yolunu seçmək məcburiyyətindədir. Digər tərəfdən, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək ətdə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əhlə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə bağlı qeyd etməlidir ki, həmin huquqmüəyyənedici sənədlər qismində yuxarıda göstərilən Əzizbəyov Rayon Xalq Məhkəməsinin 2- 232 nömrəli, 21.08.1959-cu il tarixli qətnaməsi, habelə həmin qətnamə ilə müəyyən edilmiş hallardır (eləcə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-533/2021 saylı iş üzrə 15.02.202 J-ci il tarixli qətnaməsi). Belə ki, cavabdehə təqdim edilmiş Əzizbəyov Rayon Xalq Məhkəməsinin 2-232 nömrəli, 21.08.1959-cu il tarixli qətnaməsinin əsaslandırıcı hissəsi ilə müəyyən edilmişdir ki, “İşdən və eyni zamanda Əzizbəyov rayon maliyyə şöbəsinin 21/Vİİ-1959-cu il tarixli ev 13 nömrəli arayışdan aydın olur ki, yuxarıda göstərilən mübahisəli bağ 1940-cı ildən Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin sabiq rəhbərliyi tərəfindən daimi istifadə etmək məqsədi ilə dövlət fondundan ayrılmış və buna əsasən rayon maliyyə şöbəsində inventar siyahısında uçota alınaraq Əjdər Əliyevin adına qeyd edilmişdir.Göründüyü kimi, göstərilən torpaq sahəsi səlahiyyətli orqan olan Əzizbəyov Rayon X6 İcraiyyə Komitəsi tərəfindən daimi istifadə etmək məqsədi ilə dövlət fondundan X16 ayrılmış və rayon maliyyə şöbəsində inventar siyahısında uçota alınaraq onun adına qeyd edilmişdir və yuxarıda göstərildiyi kimi, Əjdər Əliyevin ölümündən sonra isə həmin yaşayış evi onun aarvadı X4 adına sənədləşdirilmiş, həmin şəxs isə 01 iyun 1982-ci ildə Bakı şəhəri 10 saylı notariat kontorunda bağlanmış müqavilə əsasında yaşayış evini X8 bağışlamışdır. Habelə cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı“nın 1-ci bəndində və həmin bəndin yarımbəndlərində Azərbaycan Respubliaksı Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin dairəsi müəyyən edimişdir. Göstərilən “Siyahı”nın 1.1 -ci və 1.2-ci bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasındandır. Belə ki, yuxarıda göstərilən mübahisəli bağ sahəsinin 1940-cı ildən Əzizbəyov rayon X6 İcraiyyə Komitəsi tərəfindən daimi istifadə etmək məqsədi ilə dövlət fondundan ayrılması və rayon maliyyə şöbəsində inventar siyahısında uçota alınaraq Əjdər Əliyevin adına qeyd edilməsi faktı “Siyahı”nın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən sənədlərlə eyniyyət təşkil edir. Göstərilən hüquqmüəyyənedici halların (sənədlərin) mövcudluğuna baxmayaraq, cavabdeh göstərilən daşınmaz əmlakla, yəni ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin olmamasına istinad etmişdir. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onlarım məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında “Təlimat”ın (2 nömrəli əlavə) 7.1 -ci bəndinə əsasən Qanunun ("Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu nəzərdə tutulur -id.) 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adma elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********28 №li 07.09.2021-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X17 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Şüvəlan qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatdadır. Əzizbəyov Rayon Xalq Məhkəməsi tərəfindən qəbul olunmuş 21 avqust 1959-cu il tarixli 2-232/1959 saylı qətnamənin surətindən müəyyən olunur ki, Bakı X5rşı iddia qaldıraraq Şüvəlan qəsəbəsində 66 nömrəli evdən köçürülməsini xahiş etmişdir. Əzizbəyov Rayon Xalq Məhkəməsi tərəfindən qəbul olunmuş 21 avqust 1959-cu il tarixli 2- 232/1959 saylı qətnaməsi ilə Bakı şəhər X13 İcrayyə Komitəsi Bağ təsərrüfatı trestinin cavabdeh X11 bağ tələbinin əsassız olduğundan rədd edilməsi, vətəndaş Əliyevə bir ay müddətində yaşadığı 6 nömrəli bağı Əzizbəyov rayon İcraiyyə komitəsi kommuunal təsərrüfatı şöbəsində rəsmiləşdirib qanuniləşdirməsinin təklif olunması qət olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(003)-533/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11.02.1986-cı ildə vəfat etmiş X1 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzrə bütöv miras üzrə əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(003)-533/2021 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, 11.02.1986-cı ildə vəfat etmiş X2 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzrə bötöv miras üzrə əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət olunmuşdur. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin X3 tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 17 mart 2021-ci il tarixli 244 nömrəli məktubu ilə, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olduğuğu, X4 11.02.1086-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 17.03.2021-cı il tarixli ərizəsi əsasında mərhumun vərəsələrinin İddiaçı olması barədə məlumat verildiyi bildirilmiş və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Qasımov küçəsi,ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə və-torpaq sahəşinə dair Çıxarış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli DA-00567-2021 saylı məktubda qeyd olunmuşdur ki, 1940-cı ilə dair Bakı şəhəri Əzizbəyov rayon ZDS İcraiyyə Komitəsinin sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 06 may 2021-ci il tarixli BA-01904-2021 saylı məktubunda qeyd olunmuşdur ki, keçmiş Əzizbəyov rayon ZDS İK-nin arxiv fondu üzrə 1940-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin sənədlərdə vətəndaş Əjdər Əliyev barədə heç bir məluumat yoxdur. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı (vəklinə) ünvanlanmış 25.08.2021-ci il tarixli **********83 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Qasımov küçəsi, 6 saylı fərdi yaşayış evi ilə əlaqədar X4 və X15 adlarına texniki pasportun torpaq sənədləri və cizginin tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. İddiaçı hazırkı tələblə bağlı 21.05.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq sonuncuya 25.05.2021-ci il tarixli, **********21 saylı cavab məktubunda bildirilmişdir ki, fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 7 Saylı Notariat ofisini cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı çıxmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-533/2021 saylı 15.02.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş 02 noyabr 10/219 saylı məktubunda qeyd olunmuşdur ki, Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin Mərkəzi Arxivdə kitab halında olan (ekspertizadan sonra cilidlənmiş) 1959cu ilə aid qətnamələr araşdırılmış və sorğuda qeyd olunan 2-232/1959-saylı qətnaməni aşkar etmək mümkün olmamışdır. - Daşınmaz Əmlakınn Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 03.11.2021-ci il tarixli **********57 saylı cavab mətubunda qeyd olunmuşdur ki, İddiaçı ilə bağlılığı olan ünvan 8 ünvanının qeydiyyata alınmasına, həmin ünvana dair texniki pasportun və digər sənədlərin tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. İdarənin arxivində eyni ünvan göstəricilərinə malik digər fiziki şəxsin adına tərtib edilmiş texniki pasport mövcuddur və həmin texnki pasportun surətini məlumat xarakterli göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (139-1.1.1); 2006- cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (139-1.1.5); 2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (139-1.1.7); "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (139-1.1.8). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;
3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;
4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən 8- ci maddəsinin müddəalarından göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasların dairəsini müəyyən etmişdir. Həmin normalarda göstərilən əsaslardan hər hansı biri iddiaçı tərəfindən təqdim olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin və həmin normanın tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin müddəalarının tətbiqinə gəldikdə, onların tətbiqi də "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara bağlıdır. Hazırkı halda, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin və həmin normanın tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin müddəalarının tətbiqi də istisna edilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev