Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8432/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin cizgi və xəritədən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının 29.10.1990-cı il tarixli, 19 saylı qərarına əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində mərhum əri X7 ayrılmış torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının 29.10.1990-cı il tarixli, 19 saylı qərarına əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində mərhum yoldaşı X7 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri 07 saylı xüsusi notariat ofisinə X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunmuş, mərhumun vərəsəsi olmağı barədə DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə məlumat verilmişdir. Daha sonra Bakı şəhəri Cavabdehnə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması ilə bağlı torpaq sahəsinin cizgi-planın (xəritədən çıxarışın) verilməsi üçün müraciət olunmuş, 09 iyun 2021-ci il tarixli məktubla cavab verilmişdir ki, fərdi yaşayış evi tikmək üçün mərhum X7 ayrılmış sahənin cizgi və xəritədən çıxarışın hazırlanması barədə Cavabdehnə ünvanlanan ərizə tapşırığa əsasən RİHB-nın Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrin əməkdaşları tərəfindən yerində araşdırılmış, məlumatda bildirilmişdir ki, istifadəsində olan torpaq sahəsinə aid bölgü sxeminin və həmin torpaq sahəsinin mərhuma aid olub-olmamasını müəyyən etmək mümkün olmadığından sözü gedən sahəyə dair cizgi və xəritədən çıxarışın verilməsi məqsədə uyğun sayılmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən iddia tələbinə diar yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin nümayəndəsi X9 iddianı qəbul etməyərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus ASAN 2 tərəfindən 25.12.2016-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı ildə Ucar rayonu, Çiyni kəndində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Əzizbəyov rayon X10 icraiyyə komitəsinin 29 oktyabr 1990-cı il tarixli 19 №li qərarından müəyyən olunur ki, X7 fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin X1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 27 aprel 2021-ci il tarixli 379 saylı məktubda qeyd olunmuşdur ki, X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X6 06.02.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 27.04.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin arvadı İddiaçı olması barədə məlumat verilir. ünvan 4 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə dair Çıxarış verilsin. Bakı şəhəri Cavabdeh Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdehnə ünvanlanmış 31.05.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı müraciəti ilə əlaqədar mərhum X7 ayrılmış torpaq sahəsinə yerində baxış keçirilmişdir. Mərhumun istifadəsinə verilmiş torpaq sahəsinə aid bölgü sxeminin və həmin torpaq sahəsinin mərhuma aid olub-olmaması barədə məlumatın olmaması səbəbindən torpaq sahəsinə cizginin və xəritədən çıxarışının verilməsi məqsədəuyğun deyildir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, Xəzər rayon İcra Hakmiyyəti tərəfindən verilmiş M—217-091 №li 09.06.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, fərdi yaşayış evi tikmək üçün mərhum X7 ayrılmış sahənin cizgi və xəritədən çıxarışının hazırlanması barədə rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəyə tapşırığa əsasən RİHB-nın Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Nümayəndəlikdən verilən məlumatda bildirilir ki, istifadədə olan torpaq sahəsinə aid bölgü sxeminin və həmin torpaq sahəsinin mərhuma aid olub-olmamasını müəyyən etmək mümkün olmadığından sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Azərbaycan Respuublikası Dövlət Arxivinin Bakı Filialının 20.08.2021-ci il tarixli BA- 03802-2021 nömrəli məktubunda qeyd olunmuşdur ki, keçmiş Əzizbəyov rayon XDS İKnin (indiki Xəzər rayon İH) 1990-cı ilə dair, o cümlədən 29.10.1990-cı il tarixli, 19 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin Arxivinə müraciət olunması tövsiyə olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin 28 sentyabr 2021-ci il tarixli 7-4067/17 saylı məktubunda qeyd olumuşdur ki, vətəndaş X7 Binə qəsəbəsində verilmiş Əzizibəyov rayon XDS İK-nin 29.10.1990-cı il tarixli, 19/1806 №-li qərarının təsdiqlənmiş kserosurəti məhkəməyə göndərilmiş və bildirilmişdir ki, Əzizbəyov rayon XDS İK-nin 01.06.1989-cu il tarixli, 9 saylı qərarı böyük həcmlidir və həmin qərar ilə vətəndaş T.Ə.Məmmədova Binə qəsəbəsində torpaq sahəsinin ayrılması aşkar edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş Əzizbəyov rayon X10 icraiyyə komitəsinin 29 oktyabr 1990-cı il tarixli 19 №li qərarında X7 Binə qəsəbəsində fərdi ev tikmək üçün 600 kv. metr torpaq sahəsi ayrıldığı qeyd olunmuşdur. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh iddiaçının iddiasına cavab verməli orqan deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (Maddə 48.2). Həmin Məcəlləyə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər (Maddə 83.1). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Maddə 65.5.). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (Maddə 65.8). Həmin Məcəlləyə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Maddə 68). Maddələrin ümumiləşdirilmiş təhlilinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 775 nömrəli Fərmanı ilə 2.2-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasınən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı tərəfindən hazırki iddia tələbi yönəlmiş inzibati orqan iddiaya cavab verməli şəxs deyil, bununla yanaşı iddiaçı tərəfindən iddiaya cavab verməli orqana məhkəməyədək icraat zamanı müraciət olunmadığından, məhkəmə əsl olmayan cavabdehin, əsl cavabdehlə əvəz olunmasını məqsədə müvafiq hesab etməmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8432/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8432/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver