Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8438/2025 24.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X42 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxslər X25 və X3 iştirakları ilə, İddiaçı üçüncü şəxslər X18, X19, X4, X20, X28, X25, X21, X29, X15, X7, X39 cəlb olunmaqla cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı ″X18, X19, X4, X20, X28, X25, X21, X29, X15, X7, X30 iddiaçının mülkiyyətində olan Bakı şəhər, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1, mənzil 37 (yeni qaydalarla ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 xalası X27 məxsus olmuşdur. Ailəsi və övladları olmuşdur. xx.xx.2004-cü il tarixdə həmin mənzili ona vəsiyyət etmişdir. Mənzil verilərkən texniki səhvə yol verilmişdir. Yəni 1 saylı çoxmənzilli binanın bir neçə mənzilinə 37 ünvanı verilmişdir. Xalasına məxsus mənzildə heç vaxt, heç kim yaşamamış və qeydiyyatda olmamışdır.Mənzili öz mülkiyyətinə keçirdikdən sonra bu fakt ona məlum olmuşdur.Ərazi üzrə 2 saylı MKİS tərəfindən ona bildirilmişdir ki, mənzillərə ilkin order verilərkən texniki səhvə yol verilmişdir. Problemi həll etmək üçün mənzilə yeni ünvan alınmasını təklif etmişlər və bu fakt təsdiq edən arayışda vermişlər. Həmin arayışı və digər hüquqmüəyyənedici sənədlərlə birlikdə yeni ünvan almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Xidmətin Bakı Ərazi İdarəsi tərəfindən yeni çıxarış verilmişdir. Çıxarışa əsasən ünvan 2 ünvanı dəyişdirilərək yeni qaydalarla AZ1123 ünvan 3 ünvanı verilmişdir.Bundan sonra cavabdehə müraciət edərək yeni ünvandakı mənzildə qeydiyyatda olan şəxslər barədə xx.xx.2024-cü il tarixdə ******* saylı arayış almışdır. Arayışı aldıqdan sonra ona məlum olur ki, onun mənzilinə heç bir aidiyyəti olmayan şəxslər yenidən qeydiyyatda qalmışlar. Bu səbəbdən mənzili sata bilmirlər. Həm də həmin şəxslərdən heç kimi tanımır. Məhkəmənin 2-1(112)-8438/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə X18, X19, X4, X20, X28, X25, X21, X29, X15, X7, X39 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində zəruri cəlb edilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslər X25 və X7 məhkəmə iclasında çıxarış əsasında eyni ünvan üzrə qeydiyatlarının olmasını bildirmişər. III. Tədqiq edilən sübutlar: Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-13-55/2-İ-7404 saylı xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyiniz halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, ünvan 4 Yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsi, giriş 407A, M1, m1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 016185 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X14 mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 174634 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X12 mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X18, X19, X4, X20, X28, X25, X21, X29, X15, X39 ünvan 4 Yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsi, giriş 407A, M1, m1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X18, X19, X4, X20, X28, X25, X21, X29, X15, X39 ünvan 4 ünvanında qeydiyyatdadırlar. 2 saylı MKİS-in xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 2 saylı MKİS-nin ərazisində olan 8 Noyabr (Zığ yolu ) küçəsi ev 1 mənzil 37 iinvanı ********** nömrəli xx.xx.2024 cü il tarixli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən vətəndaş İddiaçı adınadır. Eyni zamanda 8 Noyabr (Zığ yolu ) küçəsi ev 1 mənzil 37 ünvanında daha bir neçə evin ünvanı 8 Noyabr (Zığ yolu ) küçəsi ev 1 mənzil 37-dir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2 nömrəli Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 42 saylı məktubundan görünür ki, xx.xx.1949-cu ildə anadan olmuş İddiaçı 8 Noyabr pr. (Zığ-yolu küç.) ev 1, mənzil 37-də ona aid olan çıxarışlı (№**********) 36.3 kv.m mənzilin sahibidir. X15 və ailə üzvləri isə 8 Noyabr pr. (Zığ-yolu küç.) ev-1, mənzil 37-də Qeydiyyat Vəsiqəsi (№ 30/8719) 30.0m2 olan şəxsi mənzildə yaşayırlar və həmin ünvanda qeydiyyatdadırlar. Qeyd edilir ki, yuxarıda göstərilən mənzillərin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli 2V-126 nömrəli şəhadətnamədən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil üzrə X23 vərəsəsi İddiaçıdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-32809/2025-ci il tarixli məktubundan görünür ki, ünvan 4 (yeni qaydalarla: AZ 1123, ünvan 5 ünvanına dair hüquqmüəyyənedici sənədlərin surətini, həmçinin X8, X9, X1, X10, X16, X13, X11, X17, X5, X3 və X30 həmin ünvana istifadə hüququnun olubolmaması ilə bağlı məlumatların verilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildilir ki, sorğuda qeyd edilən şəxslərin ünvan 4 (yeni qaydalarla: AZ 1123, ünvan 5 ünvanı üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. IV. İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları: Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları: Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İşin faktiki hallarına görə, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1, mənzil 37 (yeni qaydalarla: AZ 1123, Bakı şəhəri , Xətai rayonu, Orxan İsmayılov küçəsi, giriş 407A, M1, m1 iddiaçının mülkiyyətindədir. Həmçinin Bakı şəhər, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1, mənzil 37 üçüncü şəxs X5 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. İddiaçının hazırkı iddia üzrə hüquqi marağı üçüncü şəxslərin həmin ünvandan pasport qeydiyyatından çıxarmasına nail olmaqdır. Göründüyü kimi, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə deyil, özünə məxsus, eyni ünvanda, lakin faktiki ayrı mənzildə qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxsin mülkiyyətində olan evin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalması qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. İş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzilin ünvanı üzrə deyil, eyni ünvan rekvizitlərinə malik olan ayrıca daşınmaz əmlakın mülkiyyətçisi olmaqla ünvan üzrə daimi qeydiyyatdadır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Baxılan işlə əlaqədar oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-266/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2- 1(102)-1700/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında da qeyd edilmişdir. 2-1(102)-1700/2023 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni ünvan göstəricisinə malik X2 adına xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, eləcə də X6 aid dövlət reyestrində qeydiyyata alınmamış əmlakın olması iddiaçının eyni ünvan, lakin müxtəlif evlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir”. 2-1(102)-266/2024 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onunla ilə eyni ünvan göstəricilərinə malik başqa bir evdə qeydiyyatda olmaqla yaşayırlar. Belə olan halda, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir”. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X45
Məhkəmə qərarları › İş №2-1(112)-8438/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8438/2025
24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver