Məhkəmə qərarları › İş №2-1(112)-844/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-844/2020

01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-844/2020 01.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bаkı İnzibаti Məhkəməsi hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, İddiаçının nümayəndəsi və vəkili X3 (Laçın rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir) , Cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Güzəştli təminat verilən şəxslərəpensiya təyinatı sektorunun məsləhətçisi işləyir) iştirakı ilə iddiaçı Qasımov Rüfət Yaşar oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qаrşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qоyulmаsı barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Qasımov Rüfət Yaşar oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu 12 mart 2019-cu il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1967-ci il tarixdə doğulmuşdur, 01.09.1982-ci il tarixdən 18 iyul 1985-ci il tarixədək Bakı şəhəri 79 saylı Texniki Peşə Məktəbində təhsil almış, 02 sentyabr 1985-ci il tarixdən 17 oktyabr 1985-ci il tarixədək Bakı zərgərlik zavodunda dəzgahçı-çilingər vəzifəsində işləmiş,09 oktyabr 1985ci il tarixdən 11 noyabr 1988-ci il tarixənədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 10 yanvar 1989-cu il tarixdən 12 mart 1989-cu il tarixinədək “Xəzərqazmaneftqazsənaye” İB-nin “Şelf-3” üzən qazma qurğusunda takelajçı, 12 mart 1989-cu il tarixdən 08 may 1991-ci il tarixinədək həmin buruqlara xidmət üzrə çilingər (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod 1100000a-19497), 08 may 1991-ci il tarixdən 01 iyul 1997-ci il tarixinədək həmin qurğuda və “Şelf”-5 qurğusunda radioelektronçıhazçısı, 01 iyul 1997-ci il tarixdən 28 avqust 2007-ci il tarixinədək həmin qurğuda həmçinin “Xəzər-4” və “Xəzər-5 ” qurğularında buruqlara xidmət üzrə elektrik montyoru (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod 1100000a-19838) peşəsində işləmiş, 29 avqust 2007-ci il tarixdən bu günə kimi "xxxx" MMC-də qazma şlamının yığılması avadanlığı üzrə operator və baş operator vəzifələrində işləyir. 01 yanvar 2006-ci il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 23 il 25 gün təşkil etmiş və həmin staj illərinin 10 il 7 ay 26 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. İddiaçı 52 yaşı tamam olduğu 12 mart 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06 mart 2007-сi il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iş stajına dair 29.04.2019-cu il tarixli SOCAR **********80020115X0112 nömrəli arxiv arayışından görünür ki, onun fəaliyyət göstərdiyi sahələr dənizdə üzən qurğulara xidmətlə bağlı olmuşdur. Bu da Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1nömrəli Siyahının 1100000a-11294 şifrinə(dənizdə üzən buruq aqreqatlarının qazmaçıları) uyğun gəlir ki, burada buruqlara xidmət üzrə çılingər və buruqlara xidmət üzrə elektrik montyoru vəzifələri qeyd olunmamışdır. Bundan əlavə hazırkı qanunvericiliyə əsasən təhsil müddəti ümumi iş stajına daxil edilmir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiаçının nümayəndəsi və vəkili X5 məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа ərizəsinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının, hərbi biletinin, texniki peşə təhsili haqqında diplomun surətləri, SOCAR-ın 29.04.2019-cu il tarixli arxiv arayışı, cavabdehin imtina məktubu təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1967-cı il təvəllüdlüdür, 07.11.1985-ci ildən 11.11.1988-cı ilə qədər hərbi xidmətdə olmuşdur, 01 sentyabr 1982-ci il tarixindən 18.07.1985-ci il tarixədək Bakı şəhəri 79 saylı Texniki peşə məktəbində təhsil almış, 02 sentyabr 1985-ci il tarixdən 17 oktyabr 1985-ci il tarixədək Bakı zərgərlik zavodunda dəzgahçı-çilingər vəzifəsində, 10 yanvar 1989-cu il tarixdən 12 mart 1989-cu il tarixinədək “Xəzərqazmaneftqazsənaye” İB-nin “Şelf-3” üzən qazma qurğusunda takelajçı, 12 mart 1989-cu il tarixdən 08 may 1991-ci il tarixdən 01 iyul 1997-ci il tarixinədək həmin buruqlara xidmət üzrə çilingər, 08 may 1991-ci il tarixdən 01 iyul 1997ci il tarixinədək həmin qurğuda və “Şelf”-5 qurğusunda radioelektron çıhazçısı, 01 iyul 1997-ci il tarixdən 28 avqust 2007-ci il tarixinədək həmin qurğuda həmçinin “Xəzər-4” və “Xəzər-5 ” qurğularında buruqlara xidmət üzrə elektrik montyoru peşəsində, 29 avqust 2007-ci il tarixdən bu günə kimi "xxxx" MMC-də qazma şlamının yığılması avadanlığı üzrə operator və baş operator vəzifələrində işləyir. 01.01.2006-ci il tarixinə ümumi iş stajı 23 il,həmin stajın 10 il 07 ay 28 gün güzəştli staj təşkil etdiyindən iddiaçı 52 yaşından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 52 yaşının tamam olduğu 12.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. Məhkəmə iddiaçı Qasımov Rüfət Yaşar oğlunun iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı, cavabdehin imtinasını isə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İddiaçının təhsil aldığı 01.09.1982-ci - 18.07.1985-ci illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunuqüvvədə olmuşdur. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədəkqüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1ci maddəsinin “v” bəndinəəsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 1982-ci ildən 1985-ci ilə qədər Bakı şəhəri 79 nömrəli texniki peşə məktəbində təhsil almışdır. Yuxarıda istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi təhsil müddəti onun iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçı Qasımov Rüfət Yaşar oğlunun «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər ümumi iş stajı 23 (iyirmi üç) il (3 il hərbi xidmətdə olduğu müddət və texniki peşə təhsili müddəti nəzərə alınmaqla), 01.01.2006-cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (kod 1100000a-18497 və 1100000a-19838) nəzərdə tutulan peşələrdə iş stajı 10 ildən çox olduğundan 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı Qasımov Rüfət Yaşar oğluna “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu 12 mart 2019-cu il tarixindən təyin olunması vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-ci, 69cu, 85-ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə qərаrа аldı: İddia tələbi təmin edilsin. İddiaçı Qasımov Rüfət Yaşar oğluna “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşı tamam olduğu 12 mart 2019-cu il tarixindən təyin olunması vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar