Məhkəmə qərarları › İş №2-1(112)-844/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-844/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-844/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qeyriyaşayış obyektinin istismarına icazə verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı ünvan 2 ünvanında mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq istismarına icazə verilməsi məqsədi ilə müvafiq razılıqların verilməsi üçün cavabdeh inzibati orqana müraciətlər etmişdir. Cavabdeh orqan isə sonuncu dəfə 02 fevral 2024-cü il tarixli məktubla qeyd olunan Fərmanın 1.7-ci bəndinə istinad edərək imtina etmiş və imtinaya əsas kimi qeyriyaşayış obyektinin yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətməsi ilə əlaqələndirmişdir. Belə ki, cavabdehin əsası ilə qeyri-yaşayış obyekti vətəndaşların ümümi istifadəsində olan ərazidə yerləşməsi və insanların asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş ərazi olması, o cümlədən, yaşayış və avtomobil yoluna bitişik olmaqla piyadaların hərəkətinə maneə yaratdığı qeyd olunmuşdur. Cavabdeh inzibati orqanın bu cür qanunsuz süründürməçilik hərəkətləri qanunlarin aliliyinə hörmət edilməməsinin birbaşa nəticəsidir. Çünki, cavabdeh inzibati orqanın mütəxəssisləri qeyd etdikləri bəhanələrin qanundan kənar olduğunu çox yaxşı bilirlər. Çünki, onun mülkiyyətində olan torpaq sahəmdə inşa edilmiş 1 mərtəbəli qeyri-yaşayış obyekti nə piyadaların hərəkətinə maneə yaradır, nə park, nə də ki, yaşıllıq ərazidir. Başa düşmək olmur ki, sıra boyunca yerləşən obyektlərin cərgəsində olmaqla heç bir maneəçiliyi olmayan obyektin olduğu ərazi guya insanların asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş ərazi olması absutdur. Belə çıxır ki, onun mülkiyyət hüququ heç bir əhəmiyyət kəsb etmir və insanlar onun mülkiyyətində olan 34 kv.m torpaq sahəsində istirahət edirlər. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.2-ci bəndinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş qeyri-yaşayış binasının X4 Daşınmaz Əlakın Dövlət Reyestrində mövcud məlumatlarına dair Yerquruluşu planında göstərilir ki, torpağın mülkiyyətçisi dövlətdir və həmin torpaq sahəsi hansı ki, üzərində qeyri-yaşayış obyekti tikilmişdir, yaşayış binasına bitişik sakinlərin istifadəsində olan ərazidə inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəri Ərazi Tikinti-planlaşdırma Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatında qeyd olunur ki, həmin torpaq sahəsi ümumi istifadədə yerləşir. Obyekt vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə inşa edilmişdir. O cümlədən, yaşayış binasına və avtomobil yolun bitişik yerləşməklə piyadaların gediş-gəlişinə maneə törədir və ərazinin (məhəllənin) formalaşmış planlaşdırma həllinə uyğun deyildir. Həmin Fərmanın 1.7-ci bəndinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa ediliş qeyri-yaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə 3-cü hissəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 10-cu maddəsinin 1-ci hissəsinə əsasən torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddi nəzərdə tutulur. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Habelə həmin Məcəllənin 73-cü maddəsində torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsaslarından biri kimi, torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi halı əsas göstərilmişdir. Həmin ərazidə iddiaçının qeyd etdiyi kimi bir neçə obyektin yerləşməsi faktının mövcud olması həmin obyektlərin qanunauyğun olması anlamına gəlməməlidir. Həmin ərazidə tikilən bu kimi qeyri-yaşayış obyektləri digər vətəndaşların və sakinlərin gediş-gəliş, eyni zamanda istirahət hüququnun pozulmasına gətirib çıxrır. Eyni zamanda, işin faktiki hallarından da, aydın olur ki, burada sözügedən qeyri-yaşayı obyektinin tikintisi həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə uyğun olmamaqla, məqsədli istifadə və ahəngdar fəaliyyəti də pozmaqdadır. Göründüyü kimi, hər bir halda müəyyən qeyriyaşayış obyektinin fəaliyyəti ərazinin məqsədli ifadəsinə uyğun olmalı və ahəngdar mane törətməməlidir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən sonuncu dəfə xx.xx.2024-cü il tarilxi, 3-3501/2-V-28-36-169/2024 nömrəli məktubla imtina edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasının X4 və daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlarına dair yerquruluşu planı tərtib edilmişdir.

9. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 004434 nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”yə əsasən İddiaçı həqiqətən ünvan 4 ünvanında yerləşən 34.0 kv.m torpaq sahəsinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Əmlkaın tərkibi bu şəhadətnamənin ayrılmış hissəsi olan əlavədə göstərilir. Bu şəhadətnamə ilə rəsmiləşdirilən 34.0 kv.m torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

10. İş materiallarına əmlakın fotoşəkilləri, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə ünvanlanmış məktubun surəti əlavə edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-10070/2024 **********0 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı adına ünvan 5 ünvanında inşa edilmiş 1 mərtəbəli qeyri-yaşayış obyektinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

12. Məhkəməin 2-1(112)-6627/2024 nömrəli, xx.xx.2024-cü il tarixli iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/6127/2024 nömrəli məktubla təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10/6127 nömrəli ekspert rəyinə əsasən qərardadın birinci və üçüncü sualları üzrə tədqiqatın nəticəsi aşağıdakı kimi olmuşdur: iddiaçının istifadəsində olan ünvan 6 ünvanında inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə deyil, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Seriya №004434 saylı Şəhadətnamə ilə iddiaçının mülkiyyətinə verilmiş ünvan 4 ünvanında yerləşən 34.0 kv.metr torpaq sahəsinin, yəni iddiaçının özünə aid olan ərazidə yerləşir. Qərardadın ikinci sualı üzrə tədqiqatın nəticəsi aşağıdakı kimi olmuşdur: Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan ünvan 6 ünvanında inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin yanından piyadaların gediş-gəlişi üçün piyada səkisi və binanın həyətinə sərbəst formada giriş üçün yol mövcuddur. Qeyriyaşayış obyektinin yaşayış binasına və avtomobil yoluna bitişik yerləşməklə piyadaların gediş-gəlişinə maneə yaradıb-yaratmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyindən, həmin sualın cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir.

13. Məhkəmənin “ünvan 7 ünvanında yerləşən əmlaka dair xx.xx.2005-ci il tarixli 004434 nömrəli şəhadətnamənin, onun verilməsinə əsas olmuş sənədlərin, həmçinin həmin obyektinin qonşuluğunda və ətrafında qeydiyyatdan keçmiş əmlaklara dair müvafiq sənədlərin surətinin verilməsi ilə bağlı” sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-22121/2025 məktubla sorğuda qeyd olunan şəhadətnamənin və onun verilməsinə əsas olmuş sənədlərin, həmçinin elektron baza məlumatlara əsasən **********05-06301 reyestr nömrəsi və **********80-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış əmlaklara dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 24446/2025 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, 102 saylı qeyri-yaşayış binası X3, ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış binası İddiaçı adına qeydiyyatdan keçmişdir. Müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

15. İddiaçı tərəfindən məhkəməyə Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

17. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

20. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsi və müraciəti təmin edilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır.

23. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

25. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanı:

1. Müəyyən edilsin ki: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşibyerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; 1.1.3. Nazirlik:

1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 30 (otuz) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda, habelə infrastruktur obyektinə münasibətdə həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndiskommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir;

2. bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini onun tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərir; 1.1.4. Mərkəz bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən göndərilmiş layihəni və rəyi aldıqdan sonra 3 (üç) iş günü müddətində həmin sənədləri kameral şəraitdə təhlil edir və qeyri-yaşayış binası (infrastruktur obyekti) barədə məlumatları Tikintilərin Dövlət reyestrində uçota alınmaq üçün Komitəyə təqdim edir; 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:

1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının (infrastruktur obyektinin) istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;

2. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür;

3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir; 1.2. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət bu müraciəti edən şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyriyaşayış binası (infrastruktur obyekti) ilə bağlı olduğu halda şəxs müraciətinə torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədin surətini, müraciət başqa fiziki və ya qeyridövlət hüquqi şəxsin xüsusi mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (infrastruktur obyekti) ilə bağlı olduqda isə müraciət edən şəxs müraciətinə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini əlavə edir; 1.3. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət edən şəxs müraciətinə bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasında göstərilən layihəni əlavə edir; ...

26. Hazırki işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 34.0 kv.m torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. O, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanından irəli gələn hüquqlarının realizəsi məqsədilə xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsinə dair istismara qəbul aktının verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən – torpaq sahəsinin dövlət mülkiyyətində olmasına, üzərində inşa edilmiş qeyri-yaşayış binasının yaşayış binasına bitişik sakinlərin istifadəsində olan ərazidə inşa edilməsinə, Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.1.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəri Ərazi Tikinti-planlaşdırma Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumata əsasən həmin torpaq sahəsinin ümumi istifadə yerləşməsinə, obyektin vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə inşa edilmişməsinə, o cümlədən, yaşayış binasına və avtomobil yoluna bitişik yerləşməklə piyadaların gediş-gəlişinə maneə törətməsinə və ərazinin (məhəllənin) formalaşmış planlaşdırma həllinə uyğun olmamasına istinad edilmişdir.

27. Cavabdehin imtinasının və etirazının dəlillərinin araşdırılması məqsədilə məhkəmə tərəfindən iş üzrə təyin edilmiş məhkəmə tikinti ekspertizasının icrası ilə əlaqədar əldə edilmiş ekspert rəyinə, aidiyyəti qurumlardan əldə edilmiş sorğulara cavab məktublarına və iddiaçının öz təşəbbüsü ilə məhkəmə araşdırmasına təqdim edilmiş iş üzrə mühüm əhəmiyyət kəsb edən digər sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdehin dəlillərinin əksinə iddiaçının istifadəsində olan ünvan 6 ünvanında inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyekti vətəndaşların ümumi istifadəsi (yaşıllıq zolağı) və asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə deyil, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Seriya № 004434 saylı Şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş ünvan 4 ünvanında yerləşən 34.0 kv.metr torpaq sahəsinin, yəni iddiaçının özünə aid olan ərazidə yerləşir. Həmin 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin yanından piyadaların gediş-gəlişi üçün piyada səkisi və binanın həyətinə sərbəst formada giriş üçün yol mövcuddur. Bundan əlavə, mübahisə predmeti təşkil edən qeyri-yaşayış sahəsi ilə bir cərgədə yerləşən digər qeyri-yaşayış sahələri mövcuddur ki, həmin qeyri-yaşayış sahələrinə dair mülkiyyətçilərin hüquqları artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla həmin mülkiyyətçilərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.

28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının istifadəsində olan qeyriyaşayış sahəsinə dair istismara qəbul aktının əldə edilməsi ilə bağlı son məqsədi həmin daşınmaz əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarət olduğundan, həmin qeyri-yaşayış sahəsinə dair istismara qəbul aktının verilməsindən cavabdehin imtinasının dəlillərinin əsassız olması məhkəmə araşdırması zamanı işdə olan mötəbər sübutlarla tam şəkildə təsdiq olunduğundan və eləcə də, mübahisəli qeyri-yaşayış sahəsinin qonşuluğunda yerləşən qeyri-yaşayış obyektlərinə dair daşınmaz əmlakın dövlət reyestrindən digər şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verildiyindən iddiaçıya münasibətdə fərqli münasibətin sərgilənməsi həm qanunçuluq, həm bərabərlik, həm də, etimad hüququnun pozulması kimi qiymətləndirilməklə iddiaçının tələbi əsaslı hesab edilərək təmin edilməlidir.

30. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-cü il tarixli, 10/6127 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır və iddiaçıdan 50 (əlli) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektinin istismarına icazə sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar