Məhkəmə qərarları › İş №2-1(112)-8440/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8440/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8440/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X8 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinə qarşı “istehsalat zədəsinə görə müvafiq ödəncin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X8 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinə qarşı “istehsalat zədəsinə görə müvafiq ödəncin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X8 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Sığorta və X1rşı istehsalat zədəsinə görə ödənilməyən pulların ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1962-ci ildən 2014-cü ilə kimi rabitə sahəsində işləməyə başlamışdır. Xidməti ilə rabitə sahəsinin zirvəsinə qalxmışdır. Əməkdar Rabitəçi, Əmək Veteranı, 2 orden, 20 medal qazanmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Rabitə sahəsində gənc olarkən 1966-cı ildə, istehsalat zədəsi almışdır. İstehsalat zədəsinə görə, 1966-cı ildən, 1972-ci ilə qədər 2-ci qrup “X11 travması” ilə əlil olmuşdur. Yaşa görə pensiyaya çıxanda 2014-cü ildə, 1966-cı ildən 1972-ci ilə qədər 6 il əlil olduğu illəri iş stajına əlavə edərək nəzərə alınmışdır. Bu da, istehsalat zədəsini bir daha əsaslandırır. İstehsalat zədəsi olmayan vətəndaşlara illər stajının üstünə hesablanmır. İşlədiyi dövürlər ərzində istehsalat zədəsini aldığına görə, ona idarə tərəfdən heçbir yardımlar və aylıq ödəmələr olunmamışdır. Rəbitə Nazirliyinin X5 (hal hazırda adı dəyişilərək Rəqəmsal inkişaf və Nəgliyyat Nazirliyi X3 1 saylı Rabitə Xidmətləri Mərkəzi sayılır) “kabel lehimləyici” vəzifəsində çalışmışdır. İşlədiyi “kabel lehimləyici” vəzifəsi ağır iş olduğu üçün güzətli şərtlərlə pensiyaya çıxaraq, yenidən öz işində işləyərək 2014-cü ildə pensiyaya çıxmışdır. Heç bir hallarda ona aldığı istehsalat zədəsinə görə hər ay üçün pul ödənilməyib. Bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna da, müraciət etmişdir. Müraciətinə cavab olaraq “Выписка ИЗ АКТА ОСВИДЕТЕЛЬСТВОВАНИЯ № 1116” əsas müayinə aktının Dövlət Sosial Müdafiə Fondunun 15 dekabr 2022-ci il tarixli **********3 nömrəli məktubu vasitəsi ilə təqdim etmişdir. Onun Dövlət Sosial Müdafiə Fonduna müraciətinə əsas xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək X2 keçirilmiş “kəllə beyin travması” ilə bağlı müalicə və müayinə, 1966-cı ildə aldığı “istehsalat zədəsi” travması olmuşdur. Onun hər iki travmasının nəticəsində qulaqlarının süni yuxu altında testi, 33, 1 rate, 2000 sweep click şiddətində aparılan test zamanı sol qulaq 70 dBnHL intensevlikdə dalğa əldə edildi, sağ qulaqda 3-cü dərəcə neyrosensor tip ağır eşitmə qeyd edilmişdir. 1966-cı ildə aldığı travma nəticəsində gözündə katarakta xəstəliyi yaranaraq nəticədə sol gözü çıxarılmışdır. 3-cü qrup gözdən əlildir. Travması ağrılarını getdikcə göstərir, qulaqlarının hər ikisinin 3-4 ağır eşitmə nəticəsində, yoxlamadan keçərək dövlət tərəfindən iki eşitmə aparatı ona verilmişdir. xx.xx.2022-ci ildə göndərişlər Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının “Bera” testindən keçərək bu faktlarda protezləşmə tövsiyə olunaraq əldə etmişdir. Bununa yanaşı, X10 müayinələr zamanı başının və ayaqlarının qan dövranının pozulması, dizdən aşağı ətraflarda keyləşmələr aşkarlanmışdır ki, epikrizdə xüsusi damar dopleri olunaraq rəy qeyd olunmuşdur.

3. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 2-ci qrup gözdən əlil olaraq hər ay işlədiyi müəssisə tərəfindən istehsalat zədəsinə görə aylıq 80 faiz ödəncin 2023-cü ildən etibarən verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

4. Məhkəmənin 2-1(112)-8440/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Sığorta və X6 münasibətdə mümkün sayılmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, keçmiş adla X9 indiki yeni adla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Rabitə Xidmətləri Mərkəzində “kabel lehimləyici” vəzifəsində işlədiyi vaxtlarda təxminən 1966-cı il tarixində istehsalatda iş başında olarkən bədbəxt hadisə nəticəsində aldığı (X11 travmasl) xəsarətləri olmuşdur. Həmin xəsarətlər nəticəsində ona aidiyyəti orqan tərəfindən 1966-cı il tarixindən - 1972-ci il tarixinə kimi 6 il müddətində əlillik dərəcəsi müəyyən edilmişdir. İddiaçının bildirdiyinə görə həmin illər ərzində ona tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərində və kollektiv müqavilənin bəndlərində nəzərdə tutulan öhdəliklər (əlilliyə aid hissədə əmək haqqına əlavə, yardım, güzəşt və imtiyazlar və.s) ona münasibətdə şamil edilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd edilən tələb əsassızdır və heç bir halda Cəmiyyət tərəfindən (texniki səhvlər istisna olmaqla) işçinin hüquqları pozula bilməz, çünki tələb bir-iki ayı yox 6 (altı) ili əhatə edir. Bu o deməkdir ki, dövlət müəssisəsi olaraq Mərkəzin mühasibləri qanun pozuntusuna 72 ay ərzində yol vermiş və hər ay üçün əmək haqqı hesablananarkən əlavələr (mükafatlar) nəzərə alınmamışdır ?. Bu öz növbəsində absurd məsələdir və həqiqəti əks elətdirmir. Bundan başqa həmin illərdə iddiaçı barədə əlillik dərəcəsi müəyyən olunmuşdursa, o zaman əlilliyi təsdiq edən pensiya vəsiqəsini rabitə idarəsinə təqdim etmiş və aidiyyəti bütün hüquqlarla (imtiyaz və güzəştlər) təmin edilmişdir. Əks təqdirdə əlillik qrupunu təsdiq edən sənədi təqdim edilmədikdə daxili əmrə əsasən əmək və kollektiv müqavilənin şərtlərində nəzərdə tutulan hüquqlar (əlilliyə aid hissədə) şamil edilə bilməz. Əlavə olaraq bildiririk ki, iddiaçının tələbində göstərdiyi məsələlərin üzərindən 57 il keçdiyindən təlimat və qaydalara uyğun formada sənədlər arxivdə saxlanılması üçün təhvil verilmiş, sonra is Nazirlər Kabinetinin qərar və qaydalarına əsasən müəyyən müddət keçdikdən sonra aktlaşdırılaraq məhv edilmişdir. Uzun illər (57 il) keçdiyindən iddiaçıya aid sənədlərin məhkəməyə təqdim edilməsi mümkünsüzdür. Bundan başqa zərərli işə görə əmək stajı isə əmək kitabçasında qeydlər aparılmışdır və Nazirlər Kabinetinin zərərli işlərin siyahısında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.1-ci maddəsində qeyd edilir ki, ümumi iddia müddəti on il təşkil edir və göründüyü kimi tələb etmə müddəti bitmişdir. Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Bundan başqa Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbində isə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Eyni zamanda maddənin 1091,2-ci bəndinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mübahisəli məsələdə xüsusilə qeyd olunmalıdır ki, iddiaçının ərizəsində olan tələblər 57 il bundan (1966-1972-ci il ərzində) əvvəl istehsalat müəssisəsində işlədiyi müddətdə hər bir işçi kimi onunda bütün hüquqları təmin edildiyindən iddia tələbi rədd edilməlidir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X8 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir.

10. İddiaçının müraciətinə əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən 15 dekabr 2022-ci il tarilxi **********3 nömrəli məktubla iddiaçının əlilliyini təsdiq edən tibbi sosial ekspert komissiyasının müayinə aktlarından çıxarışın surətləri təqdim edilmişdir. Həmin təqdim edilmiş sənədlərdəki İZ aktlarında qeyd edilmişdir ki, baş verən hadisə texniki təhlükəsizlik şərtlərinin pozulması səbəbindən və işçilərdən asılı olmayan səbəbdən tamamilə təsadüfən baş verdiyindən hər hansı bir tədbir görülməsi qeyrimümkün olmuşdur.

11. İddiaçının müraciətinə əsasən cavabdeh tərəfindən onun əmək müqaviləsinə 1966-cı ildə əliliklə əlaqədar xitam verilməsi barədə Azərbaycan Respubliksaının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilən əmrlərin surəti 2 vərəqdən ibarət olmaqla təqdim edilmişdir. Həmin əmrlərə əsasən müəyyən edilmişdir ki, X3 (X4) kabel briqadasının 5-ci dərəcəli kabelçisi İddiaçı ikinci qrup əlilliklə pensiya çıxması ilə əlaqədar xx.xx.1966-cı il tarixdən tutduğu vəzifədən azad edilmiş və əmək haqqı fərqinin səksən faizinədək ödənilməsi barədə ödənilməsi qeyd edilmişdir.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komisisyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən iddiaçıya “ümumi xəstəlik” səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir.

13. İddiaçı tərəfindən iş materiallarına əmək kitabçasının surəti, müayinə aktından çıxarışlar, əmək haqqından bank çıxarışları və digər aidiyyəti orqanlara edilmiş müraciətlərə verilmiş cavab məktublarının surətləri təqdim edilmişdir.

14. Cavabdeh tərəfindən ididaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubuna əsaəsn bildirilmişdir ki, müraciətlərinə əlavə edilən sənədlərdə onun 1966-cı ildə X5 iş vaxtı ərzində istehsalat zədəsinin alınması barədə hüquqmüəyyənedici sənədlər aşkarlanmamışdır. İstehsalat zədəsinin alınması ilə bağlı hüquqmüəyyənedici sənədlər olduğu təqdirdə, ödənişin olunması məsələsinə baxıla bilər.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

21. Məhkəmə hazırki iddia tələbi ilə bağlı qanunvericiliyin aşağıda qeyd edilən normalarına istinad etməyi zəruri hesab edir:

22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. - 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. - 239-cu maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Qaydaların: - 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. - 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. - 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. - 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X7 Xidmətinin yerli bölməsinə məlumat verməlidir. - 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. - 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X7 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X7 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydaları, şərtləri və məbləğləri: - 1.3-cü bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. - 3.2-ci bəndinə əsasən zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə – mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq.

24. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin faktiki hallarına tətbiq edərək bildirir ki, iddiaçının hazırki mərhələdə üçüncü dərəcəli əlilliyə (əlillin səbəb əlaqəsi istehsalat zədəsi deyil, ümumi səbəbdən qeyd edilmişdir) malik olması və istehsalatda baş vermiş bədbəxt hadisə barədə İZ aktının mövcudluğu, iddiaçıya əmək vəzifələrini yerinə yetirərkən xəsarət almağı səbəbi ilə ona dəymiş zərərə görə müvafiq ödəncin tələb edilməsi hüququnu vermir. Şəxsin bu ödənci tələb etmək hüququ yalnız o halda yarana bilər ki, əgər istehsalat qəzası nəticəsində işçinin səhhətinə vurulan zərər bilavasitə işəgötürənin təqsiri (tam və ya qismən) ilə bağlı olsun.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarına əsasən: - AR Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar yaranan maddi məsuliyyət həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxıçından yanız işəgötürən təqsirli olduqda yaranır AR Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasında asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

26. Məhkəmə həmin normaların tələblərini nəzərə alaraq qeyd edir ki, işçiyə əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclərin, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin ödənilməsi yalnız işəgötürənin təqsiri olduqda yol verilir.

27. Həmçinin, qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən edib.

28. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

29. Məhkəmə qeyd edir ki, hazırki halda işəgötürənin təqsiri iş materialları ilə müəyyən edilmir. Belə ki, iş üzrə iş materiallarında olan iz aktına (tədqiqat aktına) əsasən müəyyən edilmişdir ki, baş verən hadisə texniki təhlükəsizlik şərtlərinin pozulması səbəbindən və işçilərdən asılı olmayan səbəbdən tamamilə təsadüfdən baş vermişdir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar