Məhkəmə qərarları › İş №2-1(112)-845/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-845/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-845/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X21 Ağa qızının katibliyi, İddiaçı1, İddiaçı4 və İddiaçı5 Qurbanəli qızının vəkili Vəkil Qurbanəli oğlunun, Cavabdehin nümayəndəsi X6, 3-cü şəxs X9, 3-cü şəxsin nümayəndəsi və vəkili Nümayəndə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Cavabdeh1 başçısının 26 fevral 2022-ci il tarixli 67 saylı sərəncamının ləğv edilməsi, cavabdeh tərəfindən X9 adına ünvan 2 ünvanın qeyri-yaşayış shaəsi olmasına dair inventar nömrəsi xx.xx.2022-ci il tarixli 04/3236 saylı, reyestr nömrəsi **********08-05***-******* olan, əmlakın xx.xx.2022-ci il tarixinə tərtib olunmuş texniki pasport və həmin ünvanın ümumi sahəsi 60.10 kv.m olan qeyri-yaşayış sahəsi kimi X9 adına xx.xx.2022-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrinə aid verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ünvan 3 ünvanda yerləşən 38 saylı mənzil iddiaçılar İddiaçı5 və 70 saylı mənzil isə İddiaçı4 mülkiyyətində olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Həmin bina 3 (üç) blokdan və 3 (üç) mərtəbədən və ümumilikdə 66 mənzildən ibarətdir. Onların yaşadığı blokda bərabər 4 (dörd) ailə, ümumilikdə ailə üzvləri ilə birlikdə faktiki olaraq 12 nəfər yaşayır. Yaşadıqları mənzillər mübahisəli sahələrin yerləşdiyi binanın 1-ci girişinin 2-ci və 3-cü mərtəbəsində yerləşir. Həmin girişin 1-ci mərtəbəsində yerləşən 2 saylı mənzilin sahibi X14 yaşadıqları mənzillərin yerləşdiyi girişin birinci mərtəbəsində ümumi istifadədə olan sahəni qanunsuz olaraq özbaşına tam zəbt edərək heç bir İcazə sənədi olmadan özbaşına tikililər inşa etmiş, blokun girişin sağ tərəfində avibiletlərin satış yeri, blokun 2-ci mərtəbəyə qalxan pilləkən meydançasının (qəfəsə) alt hissəsini və həmin hissədən başlayaraq ümumi istifadədə olan bütün sahəni daşla hörərək dəmir qapı quraşdırmış, blokun girişindən sol tərəfdə yerləşən sahədə pilləkən meydançasının (qəfəsə) alt hissəsində dönərxanapivəxana, qəlyanaltı verilməsi və dönərxana müştərilərinin qəbul edilməsi üçün oturaq stollar qoyulmuş, dəmir qapı ilə üzbəüz və dönərxana ilə paralel istiqamətdə kişi bərbər salonu, ayaqqabı təmiri emalatxanası, kişi geyimləri üçün dərzi salon-emalatxanası, sağ tərəfdə qadın geyimləri üçün dərzi salon-emalatxanası, ümumilikdə 6 (altı) ədəd iaşə obeykti quraşdırmış və həmin obyektlər faktiki olaraq tam fəaliyyət göstərirlər. Bundan əlavə, cavabdeh X4 mülkiyyətində və X8 istifadəsində olan ünvan 7 saylı evin özünə məxsus mənzilin divarından qanunsuz açılmış qapının qarşısında pilləkən quraşdıraraq oradan ticarət obyekti kimi istifadə olunur. X10 məxsus qeyd edilən obyektlərdən günün bütün saatları ərzində fasiləsiz olaraq istifadə olunmaları nəticəsində bina sakinləri daxil olmaqla onlar və digər ailə üzvlərimiz üçün mütəmadi olaraq hüquqlarının pozulmasına səbəb olan ciddi narahatlıqlar yaranmış və mütəmadi olaraq davam etməkdədir. Bu cür özbaşınalığın və qanunsuzluğun qarşısının alınması məqsədi ilə müxtəlif qurumlara etdikləri müraciətlər nəticəsiz qalmışdır. Ona görə də cavabdehlər X12, X11 və X7 və Bakı şəhəri Cavabdeh1nə qarşı “qanunsuz inşa edilmiş tikililərin özbaşına tikili hesab edilməsi, həmin tikililərin X9 hesabına sökülməsinin təmin edilməsi, cavabdeh E.Fərəcovun istifadəsindəki mənzil sahəsinin pəncərəsini sökülməklə əvəzində açılmış giriş qapısının qarşısında pilləkənin sökülərək həmin qapının E.Fərəcovun hesabına qapadılmasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişlər. Məhkəmə tərəfindən qeyd olunan mülki iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparılmaqla xx.xx.2022-ci il tarixli iş №2(006)-339/2022-ci il saylı qətnaməsi ilə qanuni qərar qəbul etmişdir.ünvan 7 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində cavabdeh R.Əsgərovun istifadəsində olan 24.5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edimiş tikililər özbaşına tikili hesab edilmiş, həmin tikililərin R.Əsgərovun hesabına sökülməsi, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin M.Eyvazovanın mülkiyyətində və E.Fərəcovun istifadəsində olan mənzilin pəncərəsinin quraşdırılmış taxta pilləkənin cavabdeh E.Fərəcovun hesabına sökülməsi qət edilmişdir. Məlumat üçün bildirirlər ki, qeyd olunan mülki işin məhkəmə baxışı zamanı onlara ünvan 7/8 saylı evin X10 məxsus 2 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Bakı şəhəri Cavabdeh1 başçısının 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncamın verildiyi müəyyən edilmişdir. Həmçinin, Cavabdeh1 qeyd olunan sərəncamı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən icarəçisi və ya istifadəçisi olan X9 adına ünvan 4 ünvanın qeyri-yaşayış sahəsi olmasına dair inventar nömrəsi xx.xx.2022-ci il tarixli 04/3236 saylı, Reyestr nömrəsi **********08-05101-083003 olan, Pasport xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş Texniki Pasport və həmin ünvanın ümumi sahəsi 60.10 kvadratmetr olan qeyri-yaşayış sahəsi kimi X9 adına xx.xx.2022-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Hazırda həmin mülki iş Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Aşağıdakı əsaslara görə hesab edirlər ki, Cavabdeh1 başçısının 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncamı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş yuxarıda qeyd olunan Texniki Pasport və Çıxarış qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. Cavabdeh1 tərəfindən ünvan 7/8 saylı evin R.Əsgərova məxsus 2 saylı mənzilinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə Bakı şəhəri Nəsimi RİH tərəfindən 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncam qəbul edildikdə Mənzil Məcəlləsinin və Şəhərsalma Haqqında Qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bildirirlər ki, yuxarıda qeyd olunan tələblə bağlı iddia ərizələri əsasında Nəsimi Rayon Məhkəməsi tərəfindən işə baxılarkən yaranmış zərurətlə bağlı 15 oktyabr 2021-cİ il tarixli qərardadı ilə “Tikinti-texniki” ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısında qoyulan suallar Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın cavabdehlərə məxsus 1-ci mərtəbədə yerləşən mənzillərdə və blokda qanunsuz əlavə tikili, artırma və əlavə quraşdırma olubolmaması, orada qanunsuz fəaliyyət göstərən obyektlərin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğunluğu və qanunsuz fəaliyyət göstərən obyektlərdə artırma həmin obyektin texniki pasportunda nəzərdə tutulub-tutulınaması barədə olmuşdur. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Ekspert tərəfindən 05 mart 2022-cİ İl tarixdə rəy verilmiş və həmin tarixli 10/6160 saylı məktubla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, həmin iş üzrə Cavabdeh1 də 3-cü şəxs qismində cəlb olunmasına və iş üzrə təyin edilmiş ekspertiza rəyinin məhkəməyə daxil olmadığı və mülki iş icraatda olmasına baxmayaraq ünvan 7/8 saylı evin X10 məxsus 2 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Cavabdeh1 tərəfindən tam əsassız olaraq 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncam verilmişdir. Bundan başqa, qeyd olunan mülki iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən də eyni qanun pozuntusuna yol verilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin iddianın qismən təmin edilməsi barədə 06 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında həmin mülki iş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verildiyi müddətdə Nəsimi RİH-nin qeyd olunan sərəncamı əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən hüquq subyekti kimi cavabdeh R.Əsgərovun adına Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 239/8 (yeni qaydalarla: AZ 1010, ünvan 5 ünvanı qeyri-yaşayış sahəsi olmasına dair inventar nömrəsi xx.xx.2022-ci il tarixli 04/3236 saylı, Reyestr nömrəsi **********0805101-083003 olan, Pasport xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki pasport verilmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 239/8 (yeni qaydalarla: AZ 1010, ünvan 6 ünvan üzrə ümumi sahəsi 60.10 kvadratmetr olan qeyri-yaşayış sahəsi kimi X9 adına xx.xx.2022-ci il tarixdə qeydiyyat nömrəsi 1 ********* olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinə aid çıxarış verilmişdir. Göründüyü kimi, iddia ərizəsi əsasında müraciətləri üzrə Nəsimi Rayon Məhkəməsində mülki işə baxıldığı müddətdə ünvan 7 ünvanda cavabdeh X14 tərəfindən ona məxsus 30.0 kv.m yaşayış sahəsindən qeyri-yaşayış sahəsindən istifadə etməsinə və 30 kv.m (baxmayaraq digər bütün sənədlərdə əlavə sahə 24.5 kv.m təşkil edildiyi göstərilmişdir) həmin blokda yaşayan onların və digər sakinlərin ümumi istifadəsində olan blokun giriş hissəsində-pilləkən meydançasında qanunsuz inşa edimiş tikililərlə bağlı Cavabdeh1 tərəfindən qanuni tədbir görülməli olduğu halda, əksinə, qeyd olunan sərəncamı qəbul etməklə R.Əsgərovun qanunsuz hərəkətlərini qanuniləşdirməyə tam şərait yaratmış, nəticədə həmin sahəyə cavabdeh R.Əsgərov mülkiyyət hüququ əldə etmişdir. Lakin, Cavabdeh1 tərəfindən qeyd olunan sərəncam qəbul edilməklə qanunla nəzərdə tutulmuş onların hüquq və qanuni mənafeləri, mənzil fondunun istifadə və onun qorunması, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti təmin edilməsinin tələbləri kobud şəkildə pozulmuş, kommunal xidmətlərdən normal istifadə etmələrinə maneə yaradılmaqla bu xidmətlərdən istifadə etmək hüquqlarını məhdudlaşdırılmışdır. Bundan başqa, Cavabdeh1 tərəfindən qeyd olunan sərəncamın qəbul edilməsinə əsas kimi X9 ərizəsi və 17 saylı MKİS-nin xx.xx.2022-ci İl tarixli aktı və akta əlavə olunmuş cizgi (plan-sxem) əsas kimi götürülmüşdür. Lakin, Nəsimi RİH-i sərəncam verilməsi üçün R.Əsgərovun ərizəsini və 17 saylı MKİS-nın aktını və 2 saylı mənzilə dair cizgini (plan-sxemi) əsas götürməkdə haqlı olmamış, bununla da bir çox qanunsuzluqlara yol vermişdir. Belə ki, qeyd olunan sərəncamın giriş hissəsindən də, görünür ki, X5 rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin ona məxsus 2 saylı mənzilin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müraciət etmişdir. Lakin qəbul edilmiş sərəncamda isə R.Əsgərovun qanunsuz olaraq zəbt etdiyi binanın girişindəki ümumi istifadədə olan 30 kv.m olan sahəni mənzilin ümumi sahəsinin ölçülərinə aid etməklə ümumi sahəsi 60.10 kv.m olan sahə kimi dəqiqləşdirilmə adı altında qeyri-yaşayış sahasinə keçirilməsi barədə qanunsuz sərəncam verilmişdir. Baxmayaraq ki, qeyd olunan sərəncamda da Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin R.Əsgərova 2 saylı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya-MN, ******* nömrəli, xx.xx.2007-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ümumi sahəsi 30,0 m2-dən ibarət olduğu göstərilmişdir. Bundan başqa, mülki işin 72-ci vərəqində 70 saylı MKİS-i tərəfindən tərtib edilmiş plan sxemə əsasən Nəsimi rayonu D.Əliyeva küçəsi, 239 №-li evin R.Əsgərova məxsus 2 saylı mənzilin yaşayış sahəsi 24.4 m2 olan, o cümlədən 17.6 m2qonaq otağından, 6.8 m2 yataq otağından,qeyri-yaşayış sahəsi isə 4.5m2 mətbəxdən və 18m2 sanitar qovşağından ibarət olmaqla cəmi 30.7 m2 təşkil etmişdir. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MN, №0066239, reyestr nömrəsi **********08-05101-093007, qeydiyyat nömrəsi 110726918, qeydiyyat tarixli xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinə aid çıxarışda qeyd olunur ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.1172 ha torpaq sahəsində yerləşən 239/8 nömrəli, 3 mərtəbəli binanın 1-ci mərtəbəsində, 30.0 kv.nı ümumi, 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 374 nömrəli reyestr kitabının 34879 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh1 tərəfindən 28 fevral 2022cİ İl tarixli 67 saylı Sərəncamla R.Əsgərovun müraciəti üzrə yalnız ünvan 7/8 saylı evin ona məxsus ümumi sahəsi 30,0 m2-dən ibarət olan mülkiyyətçisi olduğu 2 saylı mənzilini qeyri-yaşayış sahəsinə deyil, eyni zamanda həmin evin 2-ci və 3-cü mərtəbəsində yaşayan onların və ailə üzvlərinin ümumi istifadəsində olan, eləcə də yanğın təhlükəsizliyi, sanitar-gigiyena, ekoloji tələbat baxımından zəruri əhəmiyyət kəsb edən blokun giriş hissəsinin 1-ci mərtəbəsinin qanunsuz olaraq zəbt etmiş olduğu hissəsini də R.Əsgərovun mülkiyyətində olan 30.0 m2 olan sahəyə əlavə etmiş, nəticədə R.Əsgərovun adına 60.10 kv.m qeyri-yaşayış sahəsi kimi qanunsuz olaraq rəsmiləşdirilmişdir. Baxmayaraq ki, R.Əsgərovun müraciəti Cavabdeh1 tərəfindən ciddi araşdırılacağı, o cümlədən bina sakinlərinin fikri soruşulacağı təqdirdə hüquqlarının və qanuni mənafelərinin, yanğın təhlükəsizliyi tələblərinin, sanitariya-gigiyenanın, ekoloji tələblərin və qanunvericiliyin digər tələblərinin mütəmadi olaraq kobud şəkildə pozulmasının müəyyən ediləcəyi öz təsdiqini tapmış olardı. Bildirirlər ki, onların və orada yaşayan digər sakinlərin ümumi istifadəsində olan blokun giriş hissəsi-pilləkən meydançasında cavabdeh R.Əsgərv tərəfindən qanunsuz olaraq özbaşına quraşdırılmış dönərxanaya və pivəxanaya, kişi bərbər salonuna, ayaqqabı təmiri emalatxanasına, kişi geyimləri üçün dərzi salon-emalatxanasına, qadın geyimləri üçün dərzi salonemalatxanasına, aviabiletlərin satıldığı obyektə, ümumilikdə 6 (altı) ədəd iaşə obyektinə gün ərzində gələn yüzlərlə müştərilərin və digər şəxslərin ucadan yaratdıqları səs-küyü, tez-tez kimlərinsə öz aralarında dalaşmalarına görə nalayiq ifadələr işlətmələri, qeyri- etik hərəkətlərə yol vermələri və müxtəlif vaxtlarda tanımadıqları özlərini çox şübhəli aparan nabələd şəxslərin blokun 2-ci və 3-cü mərtəbəsində mənzillərimizin qarşısında görünmələri və sair bu kimi hadisələr tez-tez rast gəlinən hallardır. Bundan başqa, həmin obyektlərə gələn şəxslərin istifadə etdikləri pilləkənlərin üzərində təbii ehtiyaclarını (yüngül-ağır) ödəməklə natəmiz-iyrənc mühit yaratmaları, ətrafı zibilləmələri, antisanitariya hallarına yol verilməsi də belə hallardandır. Bundan başqa, Cavabdeh1 tərəfindən nəzərə alınmamışdır ki, R.Əsgərov tərəfindən qanunsuz olaraq özbaşına quraşdırılmış iaşə obyektlərinin heç birində yanğın təhlükəsizliyi və digər texnikitəhlükəsizlik tədbirlərinin görülməsi qanunla müəyyən edilmiş normativlərə uyğun təmin edilməmişdir. Həmin ünvana verilmiş inventar nömrəsi xx.xx.2022-ci il tarixli 04/3236 saylı, xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş Texniki Pasportunda binanın texniki təsvirində dam örtüyünün ağac konstruksiyası olması öz əksini tapmışdır. Göstərilən ünvanda yerləşən binanın 1902-ci ildə inşa edilməsi nəzərə alındıqda belə bir nəticəyə gəlməyə əsas verir ki, həmin iaşə obyektlərində yanğın-təhlükəsizliyi, eləcə də sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblər texnikitəhlükəsizlik tədbirləri barədə normativlərə cavab verilmədiyinə görə qaz balonlarının partlaması, elektrik cihazlarının qısa qapanması və digər qəzalar zamanı yarana biləcək hər hansı bir təhlükənin qarşısının alınmasının mümkün olmayacağı Cavabdeh1 tərəfindən nəzərə alınmamışdır. Halbuki, R.Əsgərovun ona məxsus mənzil sahəsini və ümumi istifadələrində olan blokun giriş hissəsi-pilləkən meydançasının qeyri yaşayış sahəsinə keçirilməsi barədə müraciətinə Cavabdeh1 tərəfindən baxıldıqda yaşayış sahəsinin təyinatının və həmin sahədə yaşayan digər şəxslərin hüquqlarının qorunması barədə Mənzil Məcəlləsinin 14 və 15-ci maddələrində nəzərdə tutulmuş tələblərinə əməl edilməli idi. Bundan başqa, Cavabdeh1 tərəfindən sərəncamın verilməsi üçün R.N.Əsgərovun ərizəsindən əlavə, eyni zamanda 17 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli aktı və akta əlavə olunmuş cizgi (plan-sxem) əsas kimi götürüldükdə nə səbəbə görəsə nəzərə almaq istənilməmişdir ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı yaşayış binası Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 17 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidmət dairəsində və istismarında deyil, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil- X2 balansında və həmin Birliyin tabeliyindəki 70 saylı MKİS-nin xidməti dairəsində və istismarındadır. Bundan əlavə, Bakı Şəhəri İcra Hakimiyyəti MƏnzil- Koınmunal Təsərrüfatı Departamentinə edilmiş sorğuya verilmiş xx.xx.2023-cÜ il tarixli 3- 52-13/2- 151/2023 saylı məktubdan da görünür ki, ünvan 8 ünvanında yerləşən, 1902-ci ildə inşa edilmiş 3 mərtəbəli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001 -ci il tarixli, 193 saylı Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2001 -ci il tarixli, 46/H saylı əmri ilə yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və istismar edilməsi üçün Birliyin 70 saylı MKİS-nin xidməti dairəsinə verilmişdir. Bina qəbul edilərkən aparılan təhvil-təslim zamanı Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239 saylı binanın texniki pasportu binanın əvvəllər məxsus olduğu təşkilat tərəfindən təhvil verilmədiyindən təqdim edilməsi mümkün olmamışdır. Qeyd edilən ünvanda yerləşən yaşayış binası dövlət mənzil fondunun növünə aiddir. Lakin qeyd olunan sərəncamın məzmunundan görünür ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı yaşayış binasının 2 saylı mənzilinin qeyri yaşayış sahəsinə keçirilməsi üçün zəruri sənədlər həmin binanın balansında olduğu Bakı Şəhər İcra Hakimiyyəti MKT Departamentinin 2 saylı XTMKTB-nin 70 saylı MKİS-i tərəfindən deyil, həmin sahəyə heç bir aidiyyəti olmayan 17 saylı MKİS-İ tərfındən verilmiş düzgün olmayan sənədlər və yanlış məlumatlar əsasında hazırlanmış və orada yaşayan digər mülkiyyətçilər, yəni onlar Mənzil Məcəlləsinin 21.5-ci maddəsinə əsasən bu barədə məlumatlandırılmamışlar. Bundan başqa, Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə bu barədə R.Əsgərov tərəfindən əvvəlcədən Nəsimi RİH-nə müvafiq müraciəti və həmin müraciəti əsasında ona müəyyən razılığın verilməsi müəyyən edilməmişdir. Ona görə də, Nəsimi RİH qəbul etdiyi sərəncamda 70 saylı MKİS-i tərəfindən tərtib edilmiş plan-sxemə deyil, balansına aidiyyəti olmayan sahə üzrə hüquqverici sənəd vermək səlahiyyəti olmayan 17 saylı MKİS-i tərəfindən tərtib edilmiş həqiqətə uyğun olmayan plan-sxemin əsas götürülməsi qanunsuzdur. Bundan əlavə, sərəncamda R.N.Əsgərova məxsus sözügedən mənzilin faktiki ümumi sahəsinin ilkin olaraq 30.0 kv.m təşkil etdiyi, lakin sonradan 30.0 kv.m sahənin artırılaraq 60.0 kv.m-nin necə və hansı şəraitdə artması, genişlənməsinin əsaslandırılması üçün Nəsimi RİH 17 saylı MKİS tərəfindən tərtib edilmiş akta istinad edilmişdir. Həmin aktda yaşayış və ümumi sahələrdəki fərqin uzun illər öncə mənzildə aparılmış rekonstruksiya və əsaslı təmir işləri səbəbindən yarandığı göstərilmişdir. Lakin, tərəfindən R.Əsgərova məxsus 2 saylı mənzilinin yaşayış və ümumi sahələrdəki fərqin uzun illər öncə mənzildə aparılmış rekonstruksiya və əsaslı təmir işləri səbəbindən yarandığının həqiqətə uyğun olub-olmaması Nəsimi RİH tərəfindən məqsədli olaraq araşdırılmamışdır. Bundan əlavə, R.Əsgərov tərəfindən ona məxsus 30.0 kv.m mənzilində rekonstruksiya və əsaslı təmir işləri aparmış olduğu müəyyən edildiyi təqdirdə belə onun zəbt etmiş olduğu və qanunsuz inşa etdiyi özbaşına tikililərinin rekonstruksiyaya və əsaslı təmir işlərinə heç bir aidiyyətinin olmadığı Nəsimi RİH tərəfindən bilərəkdən əhəmiyyət verilməmiş, R.Əsgərovun inzibati və mülki məsuliyyətə cəlb olunması barədə tədbir görməli olduğu halda əksinə, onun qanunsuz hərəkətlərini qanunsuz sərəncamı ilə qanuniləşdirmişdir. Bundan başqa, Cavabdeh1 tərəfindən R.Əsgərova məxsu 30 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Sərəncam qəbul edildikdə həmin mənzilin 1-ci mərtəbədə yerləşməsinə baxmayaraq onun həmin mənzilə olan girişinin ümumi istifadələrində olan blokun giriş sahəsi-pilləkən meydançasından olmuş, mənzilindən küçə tərəfə açılası pəncərəsi və ya qapısı olmamışdır. R.Əsgərovun mənzilinə girişi ümumi istifadələrində olan blokun giriş hissəsindən-pilləkən meydançasından olduğuna görə həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün onların razılığı olmadan belə bir sərəncamın verilməsi tam qanunsuzdur. Bundan əlavə, Cavabdeh1 tərəfindən həmin sərəncamın qəbul edilməsinə əsas kimi 17 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli aktı əsas götürüldüyü qeyd edilməsinə baxmayaraq mülki iş materiallarında belə bir aktın mövcud olmadığı müəyyən edilmişdir. 17 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 143 saylı arayışdaBakı şəhəri Dilarə Əliyeva küçəsi, 237 və 239 saylı yaşayış binalarının fasad üzlükləri, binaların ətrafındakı dəmir barmaqlıqlı hasarlar və binalara giriş pilləkənləri "xxxx" MMC tərəfindən həyata keçirilməsi göstərilmişdir. Nəsimi RİH tərəfindən R.Əsgərova məxsus mənzilin yaşayış və ümumi sahələrdəki fərqin uzun illər öncə mənzildə aparılmış rekonstruksiya və əsaslı təmir işləri səbəbindən yarandığı əsas götürüldükdə bunun 17 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 143 saylı arayışda göstərilənləri əsas götürməklə tam yanlış qərar qəbul etmişdir. Çünki, həmin ünvanda aparılmış abadlıq işləri mənzildə və blokların girişində deyil, binanın ümumi fasad hissələrində aparılmışdır. Bundan əlavə, 17 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Vəkili tərəfindən verilmiş sorğuya əsasən Bakı şəhəri, D.Əliyeva küçəsi 239 saylı yaşayış binasına yerində baxış keçirildiyi və həmin binanın Bakı şəhər İcra Hakimiyyəti XTMKT Birliyinin 70 saylı MKİS-nin balansında olduğu göstərilmişdir. Lakin 17 saylı MKİS- nin xx.xx.2022-ci il tarixli 143 saylı arayışında isə Bakı şəhəri, D.Əliyeva küçəsi 237 və 238 saylı yaşayış binalarının onların xidməti ərazilərində yerləşdiyi qeyd edilmişdir. Həmçinin, hazırda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan mülki işə əlavə edilmiş 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin İstismar Sahəsi qeyd olunan ərazidə xidmət göstərmədiyi halda orada yaşayan və ya qeydiyyatda olmuş şəxslərlə bağlı məlumat verilmişdr. Bundan başqa, 17 saylı MKİS-i həmin aktda 70 saylı MKİS-nin verdiyi (mülki iş materiallarına əlavə olunmamışdır, arayışın kimə və hara təqdim edilməsi məlum deyil) arayışa istinad edərək ünvan 8 saylı binada aparılmış rekonstruksiya işlərinin binada yaşayan sakinlərin gediş-gəlişinə heç bir maneçilik olmadığını və yaratmadığını qeyd etmişdir. Bundan başqa, Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 237 və 239 saylı yaşayış binalarının fasad üzlükləri, binaların ətrafındakı dəmir barmaqlıqlı hasarlar və binalara giriş pilləkənləri "xxxx" MMC tərəfindən həyata keçirilməsi barədə 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixli 143 saylı arayışda verilmiş və həmin arayış da qeyd olunan mülki işə əlavə olunmuşdur. Arayışın “Sizin şifahi sorğunuza cavab olaraq....” yazılsa da həmin arayışın kimə ünvanlanması da məlum deyildir. Qeyd edilən sərəncama əlavə edilmiş Bakı şəhəri Nəsimi RİH nəzdində fəaliyyət göstəm İdarələrarası Texniki Komissiyasının xx.xx.2022-ci il tarixli 33 saylı rəyi və Bakı şəhəri Nəsimi RİH nəzdində fəaliyyət göstərən Texniki Komissiyanın həmin rəyin mətni sözbəsöz köçürülməklə eyni məzmunlu, eyni tarixli və eyni saylı xx.xx.2022-ci il tarixli 33 saylı qəbul aktındaNəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzili DƏDRX-nin Seriya-MN, ******* nömrəli, xx.xx.2007-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ümumi sahəsi 30,0 m2-dən ibarət olmaqla tam mülkiyyət hüququ ilə X1 məxsus olması, onun həmin mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri yaşayış sahəsinə keçirilməsi barədə müraciət etməsi, 17 saylı MKİS-i tərəfindən tərtib edilmiş akta əsasən ünvanda aparılan yenidən ölçmə zamanı qeyd olunan mənzilin faktiki ümumi sahəsinin 60.0 m2 olması, yaşayış və ümumi sahələrdəki fərqin, uzun illər öncə mənzildə aparılmış rekonstuksiya və əsaslı təmir işləri səbəbindən yarandığı göstərilmiş və bu məlumatlar əsasında yaşayış sahəsi qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilmişdir. Lakin, həmin sahədə apanlacaq yenidənqurma və əsaslı təmirlə bağlı hər hansı müraciətin olması, bunula bağlı müvafiq komissuyanın rəyi və qəbul aktı müəyyən edilməmiş, yalnız R.Əsgərovun qanunsuz olaraq heç bir qanuni icazə olmadan və digər mülkiyyətçilərin hüquqları kobud şəkildə pozulmaqla zəbt etmiş olduğu sahədəki özbaşına tikililər rəsmiləşdirilməklə qanunsuzluğa yol verilmişdir. Lakin, mülki iş materiallarında olan sərəncama əlavə edilmiş Bakı şəhəri Nəsimi RİH nəzdində X3 Texniki Komissiyasının xx.xx.2022-ci il tarixli 33 saylı rəyi və Bakı şəhəri Nəsimi RİH nəzdində fəaliyyət göstərən Texniki Komissiyanın həmin rəyin mətni sözbəsöz köçürülməklə eyni məzmunlu, eyni tarixli və eyni saylı 18.02,2022-ci il tarixli 33 saylı qəbul aktı R.Əsgərovun ona məxsus mənzilin və ümumi istifadədə olan sahələrin qeyri yaşayış sahəsinə keçirilməsi üçün əsas hesab edilə bilməz. Bundan əlavə, hazırda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan mülki işə əlavə edilmiş istər 17 saylı Mənzil Kommunal İstismar Sahəsi, istər 70 saylı Mənzil Kommunal İstismar Sahəsi, istərsə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi idarəsi tərəfindən tərtib edilmiş cizgilərin (plan-sxemlər) kəskin şəkildə bir- biri ziddiyyət təşkil etməsi də, nəzərə alınmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, xx.xx.2022-ci il tarixli 67 saylı sərəncamda Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzili Dövlət Əmlakının Dövlət Reyestr Xidmətinin Seriya-MN, ******* nömrəli, xx.xx.2007-ci İl tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ümumi sahəsi cəmi 30,0 m2-dən ibarət olmaqla ünvanda aparılan yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsinin 60.0 kv.m olması təşkil etdiyi göstərilmişdir. 17 saylı MKİS-i tərəfindən tərtib edilmiş və həmin sərəncama əlavə edilmiş cizgi (plansxemdə) də R.Əsgərova məxsus 2 saylı mənzilinin ümumi sahəsi cəmi 30.0m2 və digər sahələrin ümumi sahəsinin də 30.0 kv.m təşkil etdiyi, cəmi 60.0 kv.m təşkil edildiyi göstərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş Texniki Pasporta əlavə edilmiş cizgi (plan-sxemdə) mənzilin ümumi sahəsi 30.2 kv.m və digər sahələrin 29.9 kv.m, ümumilikdə 60.1 kv.m təşkii edildiyi göstərilmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli qərarı əsasında təyin edilmiş tikinti-texniki ekspertiza əsasında tədqiqat obyektinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. Ekspertizanın 05 mart 2022-ci il tarixli 10/6160 saylı rəyin Tədqiqatın nəticəsinə dair Qərardadın 1-ci sualı üzrə göstərilir ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın 1-ci mərtəbəsində, cavabdeh X9 faktiki istifadəsində olan sahədə X10 məxsus mənzilin planında qeyd olunmuş ümumi sahəsi 30.7 kv.m sahədən əlavə 24.5 kv.m sahənin mövcud olduğu və həmin sahənin 12.3 kv.m hissəsi mənzilin pilləkən cəftəsinin alt hissəsində, 12.2 kv.m hissəsinin cavabdehə məxsus mənzilin planında göstərilmiş giriş qapısının (dəhlizin) önündə yerləşdiyi müəyyən edilir. Həmin rəyin Tədqiqatın nəticəsinə dair Qərardadın 2-ci sualı üzrə göstərilir ki, R.Əsgərovun faktiki istifadəsində olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi müəyyən edilir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra-keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. İş materiallarına R.Əsgərova məxsus əmlakın mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi barədə hər hansı qərar əlavə edilmədiyinəndən eyni zamanda tərəflərin iştirakı ilə tədqiqat obyektlərinə baxış zamanı hər hansı qərar təqdim edilmədiyindən və hüquqmüəyyənedici sənədlərdə R.Əsgərovun adına qeydiyyata alınmış sahənin mənzil (yaşayış sahəsi) olmasını nəzərə alaraq həmin mənzilin qeyriyaşayış sahəsi ümumi istifadə edilməsinin Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Rəydə Qərardadın 3-cü sualı üzrə R.Əsgərova münasibətdə göstərilir ki, Bakı şəhəri. Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın 1-ci mərtəbəsində, cavabdeh X9 faktiki istifadəsində olan sahədə X10 məxsus mənzilin planında qeyd olunmuş ümumi sahəsi 30.7 kv.m sahədən əlavə 24.5 kv.m sahənin mövcud olduğu müəyyən edilir. Bundan əlavə, Nəsimi RİH-nin 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncamında və həmin sərəncama əlavə edilmiş Nəsimi RİH nəzdində X3 Texniki Komissiyasının xx.xx.2022-ci il tarixli 33 saylı rəyində və Nəsimi RİH nəzdində fəaliyyət göstərən Texniki Komissiyanın xx.xx.2022-ci il tarixli 33 saylı qəbul aktında Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilə aid Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli Çıxarışın nömrəsi ******* göstərildiyi halda, mülki işə əlavə edilmiş qeyd olunan tarixdə verilmiş Çıxarışın nömrəsi faktiki olaraq ******* nömrəli olması müəyyən edilmişdir. Lakin istər Cavabdeh1, istərsə də Əmlak Məsələləri Dövlət Xidməti Daşınmz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu ziddiyyətlərin nə ilə əlaqədar olduğu və onlara hüquqi qiymət verilməsi təmin olunmamışdır. Mənzil Məcəlləsini 22-ci maddəsinə əsasən R.Əsgərov tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müraciəti həmin Məcəllənin 20 və 21-ci maddələrinin tələblərinə uyğun olmadığına görə Nəsimi RİH imtina verməli olduğu halda qeyd olunan qanunsuz qərarı qəbul etmişdir.

3. Məhkəmənin 2-1(112)-7034/2023 saylı 21 fevral 2023-cü il tarixli qərardadına əsasən X14 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Məhkəmənin 2-1(112)-845/2024 saylı 27 iyun 2024-cü il tarixli qərardadı ilə iddia tələbi digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə münasibətdə mümkün sayılmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Azərbaycan Dövlət Dəmir Yoluna məxsus yaşayış binalarının balansa götürülməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 2001-ci il 15 mart tarixli 193 nömrəli sərəncamına əsasən Bakı şəhəri ərazisində Azərbaycan Dövlət Dəmir Yoluna məxsus yaşayış binalarının (evlərin) ümumşəhər maraqları nöqteyi-nəzərindən vahid texniki istismarına riayət etməklə idarə olunmasını təmin etmək məqsədilə, Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2001-ci il tarixli, 41-N saylı və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2001-ci il tarixli 11/7-120 saylı müraciətlərinə əsaslanaraq: Azərbaycan Dövlət Dəmir Yoluna məxsus Binəqədi, Qaradağ, Əzizbəyov, Xətai, Nərimanov, Nəsimi, Nizami, Suraxanı, Sabunçu və Səbail şəhər rayonlarının ərazisində yerləşən, sahəsi 300263 kvadratmetr olan mövcud yaşayış fondu Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmiş o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binada. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilinin mülkiyyətçisi, Qarabağ Əllilər Cəmiyyətinin üzvü, müharibə veteranı X5 rayon İcra Hakimiyyətinə Ə-35-071 saylı, 15.02.22-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, ona məxsus Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri- yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, mülkiyyətində olan X1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilin DƏDRX-nin ********* saylı 04 aprel 2007-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 30 kvadrat metr, R. Əsgərovun mənzili dövlət qeydiyyatından yaşayış sahəsi kimi keçməsinə baxmayaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. Mənzilin faktiki sahəsi 60 kvadratmetrdir. Mənzilin ümumi sahəsindəki fərqin səbəbi 2008-2010-cu illərdə dövlət səviyyəsində Azər-Tikinti Bərpa İdarəsi tərəfindən Dilarə Əliyeva küçəsi 239 saylı binada aparılmış əsaslı təmir işləri olmuşdur (bax 2 saylı Xüsusi Təyinatli Mənzil-Kommunal Təsərrüfatı Birliyin 70 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli Akt). Mənzilin faktiki yerindəki parametləri (60 kvadratmetr) Nəsimi rayon rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 17 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli Akt ilə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “X1 məxsus mənzilin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” Bakı şəhəri Cavabdeh1 Başçısının 2022-ci il 28 dekabr tarixli, 67 nömrəli Sərəncamı ilə vətəndaş R.N.Əsgərova məxsus Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilinin ümumi sahəsi 60 kvadratmetr hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X9 adına ünvan 4 qeyri-yaşayış sahəsinə dair **********08-05101-083003 Reyestr nömrəli, xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki Pasport və ********** qeydiyyat nömrəli, 30 avqust 2022-ci il tarixli Çıxarış verilmişdir. Mübahisə üzrə məsələnin şərhi Qüvvədə olan mənzil qanunvericiliyinin tələbinə görə yaşayış sahəsinin qeyri- yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi bunun üçün əsaslar olub-olmaması müvafiq icra orqanı tərəfindən araşdırılaraq qəbul edilmiş qərar əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcələsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Məcəllənin qeyd olunan normalarının mənasından görüldüyü kimi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi binanın çıxarışlarını (əsli və ya notariat qaydasında təsdiqlənmiş surətini), keçirilən sahələrinin texniki pasportları ərizəyə əlavə etməli idi. Mənzil Məcəlləsinin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.4-cü maddəsinin tələblərinə görə yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır və digər tələblər. Beləliklə, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilinin ümumi sahəsi 60 kvadratmetr hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Cavabdeh iş üzrə iddiaçılar tərəfindən təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, digər iddiaçıların vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştikak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs, onun nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. İş materiallarına iddiaçılar tərəfindən mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar əlavə edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən cavbadeh xx.xx.2023-cü il tarixli 5-15/2-6- 529/23 saylı məktubla Cavabdeh1 başçısının 67 nömrəli 28 fevral 2022-ci il tarixli sərəncamının təsdiq edilmiş surəti və ona əlavə edilmiş sənədlər (rəy, qəbul aktı, bildiriş, sxem və s.) məhkəməyə təqdim edilmişdir. Sərəncama əsasən R.N.Əsgərovun ərizəsi və 17 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktı əsas götürülərək R.N.Əsgərova məxsus Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilinin ümumi sahəsi 60.0 kv.m hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Aktda mənzilin ümumi sahəsindəki ölçülərdəki fərqə səbəb 2008-2010-cu il tarixlərində dövlət səviyyəsində Azər-Tikinti Bərpa idarəsi tərəfindən D.Əliyev 239 saylı binada aparılmış əsaslı təmir işlərinin olması göstərilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-18465/2023 **********65 nömrəli məktubla Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 239/8 (ünvan 11 ünvanına dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

12. Tərəflərdən məhkəməyə fotoşəkillər, videogörüntülər və başqa məhkəmə icraatında aparılan mülki işlər üzrə məhkəmə aktları təqdim etmişlər.

13. Məhkəmənin 2-1(112)-7034/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, təyin edilmiş ekspertizanın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5708 nömrəli ekspert rəyinə əsasən X9 faktiki istifadəsində olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi müəyyən edilir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələblərinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirildiyini, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbədə yerləşən, X9 istifadəsində olan bütün tikililər xx.xx.2022-ci il tarixli, 04/3236 invertar nömrəli Texniki Pasporta öz əksini tapmığını nəzərə alaraq, Bakı şəhəri Cavabdeh1 başçısının 28 fevral 2022-ci il tarixli 67 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239/8 (yeni qaydalarla: AZ1010, ünvan 11 ünvanında yerləşən X9 faktiki istifadəsində və mülkiyyətində olan 2 saylı mənzilə sonradan mənzildə aparılmış rekonstruksiya, yenidən bərpa, təmir tikintisi nəticəsində yaranmış əlavə 30 kv.m sahənin əlavə edilməklə mənzilin yaşayışsahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qüvvədə olan Mənzil Məcəlləsinin və tikinti-norma və qaydalarının tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

14. Məhkəmə iclasında iştirak etmiş 18 dekabr 2023-cü il tarixli 3-16-16/2- 10/5708 nömrəli ekspert rəyini vermiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin böyük eksperti Xəyyam İsgəndərov tərəfindən təqdim edilmiş rəydə göstərilənlərə uyğun izahat verərək, tərəfindən təqdim edilmiş rəyin qanuni və əsaslı olduğunu, yaranmış əlavə sahənin ümumi istifadədə olmayan sahə olduğunu bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

20. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

21. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

22. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, iddiaçılar cavabdehin mübahisəli sərəncamının mövcudluğundan digər məhkəmə icraatı araşdırması zamanı məlumat əldə etmiş və bundan sonrakı hazırki tələblə məhkəməyə müraciət etmişlər.

23. Məhkəmə hesab edir ki, iddiaçılar qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməmişlər. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməmişdir.

25. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********08-05101-093007 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli MH- 0066239 saylı çıxarış sənədinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239/8 nömrəli, 3 mərtəbəli binanın 1-ci mərtəbəsində, 30.0 kv.m ümumi, 18 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 374 nömrəli reyestr kitabının 34879 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin mənzilə dair 70 saylı MKİS tərəfindən verilmiş planda qeyd edilmişdir ki, mənzil 17,6 kv.m qonaq otağı, 6,8 kv.m yataq otağı, 4,5 kv.m dəhliz və 1,8 kv.m sanitar qovşağından ibarət olmuşdur. 3-cü şəxs cavabdehə müraciət edərək ona məxsus Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Mənzil Kommunal Təsərrüfatı İstismarı Sahəsi tərəfindən təsdiq edilmiş akta əsasən ünvanda aparılan yenidən ölçmə zamanı 3-cü şəxsə məxsus sözügedən mənzilin faktiki ümumi shaəsinin 60.0 kv.m təşkil etməsi, yaşayış və ümumi sahələrdəki fərqin 2008-2010-cu il tarixlərində dövlət səviyyəsində Azər-Tikinti Bərpa İdarəsi tərəfindən D.Əliyev 239 saylı binada aparılmış əsaslı təmir işləri nəticəsində yaranmasını göstərmişdir. Cavabdeh1 nəzdində X3 Texniki Komissiya qeyd edilən sənədlərə, komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən 3-cü şəxsə məxsus Dilarə Əliyeva küçəsi, 239/8 saylı evin 2 saylı mənzilinin ümumi sahəsinin 60.0 kv.m hesab olunmaqla yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsini məqsədə uyğun hesab etmişdir. Həmin sənədlərə əsasən Mənzil Məcəlləsinin 20 və 21-ci maddələri rəhbər tutularaq R.N.Əsgərovun ərizəsi və 17 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktı əsas götürülərək R.N.Əsgərova məxsus Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilinin ümumi sahəsi 60.0 kv.m hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Sözügedən sərəncamının əsaslılığının ətraflı araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası da, təyin edilmiş, təyin edilmiş ekspertizanın icrası ilə əlaqədar təqdim edilmiş ekspert rəyinə əsasən Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbədə yerləşən, X9 istifadəsində olan bütün tikililər xx.xx.2022-ci il tarixli, 04/3236 invertar nömrəli texniki pasportda öz əksini tapmasını nəzərə alaraq, Bakı şəhəri Cavabdeh1 başçısının 28 fevral 2022-ci il tarixli 67 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239/8 (yeni qaydalarla: AZ1010, ünvan 11 ünvanında yerləşən X9 faktiki istifadəsində və mülkiyyətində olan 2 saylı mənzilə sonradan mənzildə aparılmış rekonstruksiya, yenidən bərpa, təmir tikintisi nəticəsində yaranmış əlavə 30 kv.m sahənin əlavə edilməklə mənzilin yaşayış-sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinin qüvvədə olan Mənzil Məcəlləsinin və tikinti-norma və qaydalarının tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

26. Məhkəmə həmin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapdığından həmin ekspert rəyi mötəbər qiymətləndirilir.

27. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

29. Beləliklə sadalanan xüsusatlara hüquqi qiymət verərək məhkəmə mübahisə ilə bağlı belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi müəyyən edilmədiyindən iddiaçıların tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar