Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8451/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı və vəkili X11 iştirakları ilə İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “bağışlama müqaviləsində aşkar səhvlərinin düzəldilməsi və müvafiq qeydlərin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ü ə y y ə n e t d i: İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı məhkəməyə müraciət edərək 2 saylı Bakı “ASAN Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş 4Ə-2596 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinin 1-ci bəndində “Hədiyyə verən X18 paylı mülkiyyət üzrə özünə məxsus olan 1\6 hissədən “B" tikilisi y\s 17.3 kv.metr his. “qeyd edilmiş aşkar səhvləri düzəldərək Bakı şəhəri Texniki İnventarlaşdırma və MHQ İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 30\65 saylı 1 nömrəli Forma üzrə Arayışdakı və DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 09Az\4671 saylı, xx.xx.2014 tarixli Arayışdakı qeydlər kimi “Hədiyyə verən X18 paylı mülkiyyət üzrə özünə məxsus olan 1\6 hissədən yaşayış sahəsi latın qrafikası ilə “V” tik.-y/s 22,4 kv.metr qeyd edilməsi öhdəliyinin cavabdeh 2 saylı Bakı “ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının anası, X18 ilə X19 oglu arasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov (keçmiş Kooperativ) küçəsindəki 12 saylı mülkün alqı-satqı müqaviləsi Bakı şəhəri Texniki İnventarlaşdırma və MHQ İdarəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 30\411 (kitab 201 ,səh. 11116) Qeydiyyat vəsiqəsi və xx.xx.2002-ci il tarixli 30\65 saylı 1 nömrəli Forma üzrə Arayış və digər sənədlər əsasında rəsmiləşdirilmişdir. Bakı şəhəri Texniki İnventarlaşdırma və MHQ İdarəsinin xx.xx.2002-ci il tarixli , 30\65 saylı 1 nömrəli Forma üzrə Arayışdan görünür ki, həmin mülkün X5 məxsus olan 1\6 (altıda bir) hissəsi ”S” (kiril qrafikası ilə “ C”) və “ V” (kiril qrafikası ilə “B” ) yaşayış evlərindən ibarətdir. X9 ünvan 2 ünvanda xüsusi mülkiyyətində olan 1\6 hissədən “C” (latın qrafikası ilə S) yaşayış sahəsində yerləşən 3 otaqlı evi 23 saylı DNK qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X1 sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı №0100666 saylı, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində istifadədə olan 0.06548 ha torpaq sahəsində yerləşən l-(4) mərtəbəli, 12 otaqlı, 195 kv.m yaşayış, 152,5 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X6 1/6 hissədən C tik.-3 otaq y/s 36,8 kv.m, X14 2/6 hissədənqalan hissə, X3 1/6 hissə, X13 1/6 hissədən B tik.-y/s 17,3 kv.m, X7 1/6 hissə, X10 1/6 hissə, X4 2/6 hissədən - 1 otaq y/s 17,3 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 6298 nömrəli vərəqində qeydiyyata alınmışdır. MH seriyalı №0100666 saylı çıxarışda X5 məxsus olan 1\6 (altıda bir) hissədən yaşayış sahəsi latın qrafikası ilə “V” tik.-y/s 22,4 kv.metr kimi qeyd edilməli olduğu halda səhfən köhnə kiril qrafikası ilə B tik.-y/s 17,3 kv.m kimi göstərilmişdir. Bu səbəbdən də 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X25 tərəfindən təsdiqlənmiş 30 noyabr 2015-ci il tarixli mənzilin bağışlama müqaviləsi ilə X9 ünvan 3 ünvanında yerləşən 352,55 kv.m ümumi sahəsi olan 12 otaqlı fərdi yaşayış evinin ƏMDK-nın yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə ona verilmiş **********09- 10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə ona məxsus olan 17,3 kv.m hissəsini iddiaçı, İddiaçı bağışladığı göstərilmişdir. Əslində isə, tikilmə tarixi 1935-ci il, y\s 10,90 kv.m, köməkçi sahəsi 11,50 kv.m, ümumi sahəsi 22,40 kv.m olan, sahibliyində və istifadələrində olan, daimi yaşadıqları yaşayış evinin bağışlanması tərəflərin iradə ifadələri olmuşdur. Tərəflərin iradə ifadələrinin təsdiq olunması üçün müqavilə notarial qaydada təsdiq edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı №0786546 saylı çıxarışla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi ev 12 də 1\6 hissədən B tikilisi y/s 17,3 kv.m yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 6298 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Hansı ki, sənədlərdə latın qrafikası ilə “B” tik.-y/s 17,3 kv.m olan ev X14 mülkiyyətidir. Hazırda iddiaçının tərəfindən yerində ölcü işləri aparmaqla ona məlum olmuşdur ki, onun və valideynlərinin sahibliyində və istifadələrində olmuş və anasının iradə ifadəsi ilə ona bağışlanmış ev y\s 10,90 kv.m, köməkçi sahəsi 11,50 kv.m, ümumi sahəsi 22,40 kv.mdir. Bakı şəhəri Texniki İnventarlaşdırma və MHQ İdarəsinin xx.xx.2002-ci il tarixli 30\65 saylı 1 nömrəli Forma üzrə Arayışdan və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində evin bağışlanması əməliyyatını aparan notariat kontorunun xüsusi notariusu X22 DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 09Az\4671 saylı, xx.xx.2014 tarixli Arayışdan da görünür ki, “B“yaşayış evinin tikilmə tarixi 1959-cu il, ümumi sahəsi 29,5 kv.m, y\s 17,30 kv.m, köməkçi sahəsi 12,20 kv.m-dir. Onların sahiblikdə və istifadələrində olan, anası tərəfindən ona bağışlanmış “V” yaşayış evinin tikilmə tarixi 1935-ci il, y\s 10,90 kv.m, köməkçi sahəsi 11,50 kv.m, ümumi sahəsi 22,40 kv.m-dir. Həmin “V” tikilisinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 1 Saylı Bakı Ərazi idarəsinə müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-2596 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi M.Kazımov küçəsi 12 saylı fərdi yaşayış evi (1\6 hissədən B tikilisi, y\s 17.3 kv.m) üzərində mülkiyyət hüququnuz tanınmışdır. Ərizədə qeyd olunan “V” tikilisinin adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edəcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafıq qaydada baxılacaqdır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X25 DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 09Az\4671 saylı, xx.xx.2014 tarixli Arayışa əsaslanmaqla evin bağışlanma əməliyyatını aparmalı olduğu halda bunu etməmişdir. X28 evini ona bağışladıqdan təxminən bir ildən sonra, yəni xx.xx.2016-cı ildə ölmüşdür. Belə ki, X28 hazırda həyatda yoxdur və təbii ki, notariat kontorunda anası tərəfindən evin yenidən ona bağışlanması barədə notariat kontorunda müqavilənin təsdiq edilməsi və ya “V” tikilisinə dair adına hüquqmüəyyənedici sənədlərin anasının iştirakı ilə təqdim ediləcəyi mümkünsüz haldır. X5 məxsus olan kiril qrafikası ilə olmuş “B” yaşayış evi 2015-ci ildə bağışlama hərəkətləri aparılan zaman notariat kontorunun xüsusi notariusu X25 tərəfindən latın qrafikası ilə “V” kimi qeyd edilmək əvəzinə bağışlama müqaviləsində yaşayış evi əvvəllər istifadə edilmiş kiril qrafikası ilə “B” olaraq qeyd edilmişdir. Bundan əvvəlki vaxtlarda da X9 ilə X12 arasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov (keçmiş Kooperativ) küçəsindəki 12 saylı mülkün alqı-satqı müqaviləsi bağlanarkən də Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontorunun Dövlət Notariusu A.M.Əfəndiyev xx.xx.2002-ci il tarixli 30\65 saylı 1 nömrəli Forma üzrə Arayışı səhv təsvir edərək həmin mülkün X5 məxsus olan 1\6 hissəsinin “S” və “B” yaşayış hissələrindən ibarət olduğunu qeyd etmiş və belə aşkar səhvlər səbəbindən əvvəlcə anasına və sonra da iddiaçıya mülkə dair düzgün olmayan çıxarışlar verilmişdir. Notariusların aşkar səhvləri nəticəsində ona maddi ziyan vurulmuş olur. Anasının iradə ifadəsi ilə ona verilmiş yaşayış evi bağışlama müqaviləsində səhvən kiril qrafikası ilə “B" olaraq qeyd edildiyindən, hüquqverən sənədlərdə kiril qrafikası ilə “B” kimi qeyd edilən yaşayış evi isə başqa paylı mülkiyyətçiyə məxsus olduğundan anasının iradə ifadəsi ilə ona bağışladığı yaşayış evi üzərində sərəncam verə bilmir mülkiyyət hüququndan məhrum olur. Lakin, cavabdeh etdiyi aşkar səhvləri düzəltməyərək 624 №-li, 31 mart 2022-ci il tarixli imtina məktubu verməklə kifayətlənmişdir. Cavabdeh 2 saylı Bakı “ASAN Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış 20 may 2022-ci il tarixli, 982 nömrəli yazılı etirazında qeyd edilmişdir ki, mərhum MəmmədovaFatma Əsəd qızı özünə məxsus Bakı şəhəri, Keşlə qəsəbəsi Məşədi Kazımov küçəsi 12 nömrəli fərdi yaşayış evində paylı mülkiyyətdə olan 1/6 hissədən “B" tiklisi yaşayış sahəsi 17.3 kv/m olan otağını İddiaçı bağışlamışdır. Sonradan İddiaçı müraciət edərək müqavilədə səhv olduğunu bildirmişdir. Sənədlərə vətəndaşla birlikdə baxış zamanı aşkar olunmuşdur ki, notariat ofisində bağlanan müqavilədə heç bir səhvə yol verilməmişdir. X2 təqdim olunmuş Bakı şəhəri DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2007-ci il tarixli ******* nömrəli çıxarışında latın qrafiki ilə “B” tiklisi yaşayış sahəsi 17.3 kv/m yazılıb. Çıxarışdan əlavə təqdim edilmiş qeydiyyat və hüquqların məhdudlaşdırılmasına yüklülüyünə dair arayış və ailə tərkibi haqqında arayışda da "B” tikilisi y/s 17.3 kv/m latın qrafiki ilə aydın yazılıb. İddiaçı izah edilmişdir ki, notariat işində sənədlər hüquq müəyyənedici sənədlərə əsasən yazılır. Əgər hesab edirsə çıxarış, yüklülük haqqında arayış səhvdir, o halda Əmlak Komitəsinə müraciət edin. Vətəndaşa izah edilmişdi ki, notariat ofisi tərəfindən edilən aşkar səhvlər düzəldilə bilər, lakin digər orqanların etdiyi aşkar səhvlərinə düzəliş edə bilməz. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin hazırlıq icraatında iddiaçıya və nümayəndəsinə iddia tələbi ilə baglı müvafiq səlahiyyətli məhkəməyə və inzibati orqanlara müraciət etməsinin məqsədəuyğunluğu izah edilmiş, iddiaçı və onun nümayəndəsi iddia tələbinə olduğu kimi baxılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə nümayəndəsinin iştirakı olmadan baxllmasını xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və vəkilinin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə görə məhkəmə notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində aşağıdakılar göstərilmişdir: notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1 – 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə, iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi notariat hərəkətləri ilə bağlı olduğundan, hazırkı işə mülki xarakterli mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 23.1 və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6akim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8451/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8451/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver