Məhkəmə qərarları › İş №2-1(112)-8455/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8455/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8455/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçıun nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “vergi uçotundan çıxarılma” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotundan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən ünvanlanmış **********293300 saylı, xx.xx.2023-cü il tarixli bildirişdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində qeydiyyata alınmış iddiaçıya aid məlumatların yoxlanıldığı və əldə edildiyi, vergi ödəyicisi kimi vergi orqanında uçota alınmadığımın müəyyən edildiyi və sonradan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə uyğun olaraq, vergi uçotuna alındığı qeyd edilmişdir. İddiaçı barəsində aparılmış inzibati icraatın səbəbləri və əsasları barədə məlumatların, həmçinin inzibati icraat materiallarının surətlərinin təqdim edilməsinə dair xx.xx.2023-cü il tarixli müraciətimə vergi orqanının xx.xx.2023-cü il tarixli, **********905000 nömrəli cavabından isə görünür ki, vergi orqanı adıma qeydiyyata alınmış nəqliyyat vasitələrinin sayına əsasən iddiaçının hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olduğu qənaətinə gəlmiş, daha doğrusu, bu halı ehtimal etmişdir. Nəticə olaraq isə iddiaçı sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs olaraq vergi orqanında qeydiyyata alınmışdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi iddiaçıya ********** VÖEN təyin edilmişdir. İddiaçı qeyd edir ki, müvafiq hüquqi və faktiki əsaslandırmalar aparılmaqla İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotundan çıxarılması və barəsində vergi ödəyicisi kimi aparılmış qeydiyyatın ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə müraciət etmişdir. Müraciət xx.xx.2024-cü il tarixdə İdarəyə daxil olsa da, hazırkı tarixədək müraciət üzrə heç bir məlumat verilməmişdir. Həmin müraciətin xx.xx.2024-cü il tarixdə İdarəyə daxil olması iddia ərizəsinə əlavə olunmuş SX004648762AZ tranzaksiya nömrəli xəbərnamə ilə təsdiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsində fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması qənaətinə gəlmək üçün onun mülkiyyətində olan əmlakların sayının əsas götürülməsi ilə bağlı heç bir müddəa təsbit edilməmişdir. İddiaçı qeyd edilənlərə əsasən hesab edir ki, vergi orqanı tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi uçota alınmağı qanunsuz və əsassız olmuşdur. İddiaçı o halı da xüsusi qeyd edir ki, bir neçə hüquqi şəxsin ("xxxx" MMC, "xxxx" MMC və s.) təsisçisidir. Göründüyü kimi, iddiaçı hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Deməli, cavabdeh inzibati orqanının qeydiyyat üçün əsas kimi qəbul etdiyi hallardan digəri də təkzib edilir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş X7 tərəfindən aparılmış auditin nəticələrinə əsasən adlarına avtonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxili olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlil zamanı İddiaçı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınma təmin edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində aparılmış audit nəticəsində adlarına qeydiyyata alınmış nəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər barədə məlumatlar zəruri tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Bildirilir ki, iddiaçının adına məktuba əlavə olunmuş siyahıda qeyd edilən 11 nəqliyyat vasitəsi olduğu üçün Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs olaraq vergi qeydiyyatına alındığı müəyyən edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Hesablama Palatasından “Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər barədə zəruri tədbirlərin görülməsi haqqında” xx.xx.2023-cü il tarixli 2-3/2- 894/2023 nömrəli (AVİS: xx.xx.2023-cü il tarixli **********718700 nömrəli) məktub Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesablama Palatasının məktubunda Baş X7 İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 10 - 453 say intervalında avtomotonəqliyyat vasitəsinin qeydiyyata alındığı, siyahının araşdırılması zamanı 2681 fiziki şəxsdən 943-nün vergi uçotunda olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2023-cü il tarixli **********479200 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş-xəbərdarlıq göndərilmişdir. Bildirilir ki, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər Vergi Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, iddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış və fiziki şəxs İddiaçı (VÖEN: **********) vergi uçotuna alınması barədə xx.xx.2023-cü il tarixli **********479200 nömrəli bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Eyni zamanda qeyd etmək istəyirik ki, 9 dekabr 2022-ci il tarixli № 677-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanunauyğun şəkildə olmuşdur. İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinin tələblərinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin məcəllənin 35.1-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

6. Cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı mülkiyyətində olan nəqliyyat vasitələri barədə elektron sistemdən çıxarış iş materiallarına əlavə olunmuşdur.

7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışlara əsasən iddiaçı təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı ilə məşğul olan kommersiya hüquqi şəxslərin təsisçilərindən biridir.

8. Belə ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X2 (1%) və İddiaçıdur (1%).

9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X1r (2%).

10. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır, təsisçilər X2 (50%) və İddiaçıdur (50%).

11. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X2 (1%) və İddiaçıdur (1%).

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********): Əsas fəaliyyət növü: Təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı (fəaliyyət kodu: 4511201)

13. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X1r (2%).

14. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2********) xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır, təsisçilər təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X2 (1%) və İddiaçıdur (1%).

15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2********): Əsas fəaliyyət növü: Təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı (fəaliyyət kodu: 4511201)

16. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (98%), X2 (1%) və İddiaçıdur (1%).

17. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən "xxxx" Məhdud məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır, təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (9%), X2 (45%) və İddiaçıdur (45%).

18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********): Əsas fəaliyyət növü: Təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı (fəaliyyət kodu: 4511201)

19. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

20. Məhkəmə hesab edir ki, vergi ödəyicisi kimi uçota alınması (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçotunun (qeydiyyatının) ləğv edilməsi mübahisələndirmə növündə iddiadır.

21. Belə ki, xx.xx.2023-cü il tarixli **********479200 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş hüquqi nəticə doğurdan inzibati aktdır. Lakin həmin bildirişin iddiaçıya nə vaxt təqdim edilməsi müəyyən olunmur. İddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla onun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunun müəyyən edildiyi qeyd edilmişdir (“Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş təqdim edilmədən). Həmin məktubda yenə də iddiaçıya hər hansı hüquqi müdafiə vasitəsi izah edilmir və onun iddiaçıya nə vaxt təqdim edildiyi aydın deyil.

22. “İnzibati icraat haqqında” 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

23. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.

24. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. ... 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir... ...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

26. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2022ci il tarixli 677-VİQD nömrəli Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir.

27. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

28. Hazırkı işin hallarına uyğun olaraq vergi uçotuna (məcburi) alınma inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq məqsədilə iddiaçı üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin uçot hər hansı qərar qəbul edilmədən faktiki hərəkətlərlə həyata keçirilmişdir.

29. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02 №-li qərardadda ifadə edilən mövqeyə əsasən:

37. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyriiradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür.

50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər.

30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı adına qeydiyyatda olan nəqliyyat vasitələri barədə DİN Baş X7 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışına əsasən İddiaçı mülkiyyətində 9 nəqliyyat vasitəsi mövcuddur. Həmin nəqliyyat vasitələrini iddiaçı müxtəlif illərdə (ZİM 12 MİNİK xx.xx.2015-ci il tarixdə, Mercedes Benz E 63 AMG Minik xx.xx.2017ci il tarixdə, BMW M3 Minik xx.xx.2017-ci il tarixdə, Mercedes Benz E55 AMG Minik xx.xx.2018-ci il tarixdə, BMW 318 Minik xx.xx.2018-ci il tarixdə, BMW M3 Minik xx.xx.2019-cu il tarixdə, Mercedes Benz CLK230 Minik xx.xx.2019-cu il tarixdə, Lada 21214 Urban Minik xx.xx.2022-ci il tarixdə, BMW 535İ Minik xx.xx.2022-ci il tarixdə, Leapmotor T03 Minik xx.xx.2023-cü il tarixdə) əldə etmişdir. Cavabdeh isə yazılı etirazında bildirmişdir ki, iddiaçının mülkiyyətində çox sayda nəqliyyat vasitəsinin olması (Azərbaycan Respublikasının Hesablama Palatasının “Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər barədə zəruri tədbirlərin görülməsi haqqında” xx.xx.2023-cü il tarixli 2-3/2-894/2023 nömrəli məktubuna əsasən müəyyən edilmişdir) əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu hesab olunaraq vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına alınmışdır.

31. Məhkəmə qeyd edir ki, fiziki şəxsin vergi ödəyicisi kimi məcburi qeydiyyata alınması üçün əsas meyar məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Vergi Məcəlləsində müəyyən edilmişdir ki, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

32. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən, «Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz». Həmin maddənin X hissəsinə əsasən, «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər». Birbaşa qüvvədə olan həmin normalara əsasən, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq dövlət orqanları həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun.

33. Məhkəmə qeyd edir ki, eyni yanaşma normanın dövlət orqanı tərəfindən tətbiqi şərtlərinə də aiddir. Belə ki, normanın məzmunu və tətbiqi şərtləri öngürüləbilənlik meyarına uyğun gəlməlidir. Bu, “qanunun keyfiyyəti” konsepsiyasından irəli gəlir.

34. Belə ki, “Qanun” anlayışını təfsir edən X5 Məhkəməsi qərarlarında qeyd edir ki, həmin konsepsiyaya əsasən həyata keçirilən tədbir mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Eyni zamanda, həmin məsələ qanunun keyfiyyətinə aiddir. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən öngörünən olmalıdır (baxın, Rafiq Əliyev Azərbaycana qarşı no 45875/06, 06 dekabr 2011-ci il § 120 Spacek, s.r.o. Çexiyaya qarşı, no. 26449/95, 09 noyabr 1999-cu il, § 54 və yuxarıda qeyd edilən Baklanov Rusiyaya qarşı, no. 68443/01, 09 iyun 2005-ci il, § 40), Beyeler İtaliyaya qarşı (BP), no. 33202/96, § 109, İHAM 2000-İ).

35. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən dövlət qurumları tərəfindən mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasına birinci və ən vacib tələb həmin məhdudlaşdırmanın qanuni olmasıdır. İkinci bəndə əsasən Dövlətin milli qanunvericiliyə uyğun olaraq əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi hüququ tanınır. Eyni zamanda, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi prinsipi Konvensiyanın hər bir maddəsinə aiddir. Ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsi yalnız müdaxilənin qanunilik və əsaslılıq tələblərinə uyğun olmasının müəyyənləşdirilməsindən sonra yaranır (baxın, digər qərarlarla yanaşı, Rafiq Əliyev Azərbaycana qarşı no 45875/06, 06 dekabr 2011-ci il § 119, Baklanov Rusiyaya qarşı, no. 68443/01, 09 iyun 2005-ci il, § 39 və Frizen Rusiyaya qarşı, no. 58254/00, 24 mart 2005-ci il, § 33).

36. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

37. Məhkəmə hesab edir ki, şəxsin mülkiyyətində çox sayda nəqliyyat vasitəsinin olması (məsələn, şəxs maşın həvəskarı ola bilər) özlüyündə birmənalı olaraq fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kimi qəbul edilə bilməz (qanunvericilikdə belə bir əsas müəyyən edilməmişdir). Belə ki sahibkarlıq fəaliyyətinin mövcud olması üçün fiziki şəxs əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir əldə etmiş olmalıdır.

38. Odur ki, vergi orqanı şəxsi vergi ödəyicisi kimi məcburi vergi uçotuna alarkən məhz qeyd edilən fəaliyyətin mövcudluğunu, yəni əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir götürməsini sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir.

39. Məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

40. Məhkəmə qeyd edir ki, İddiaçı vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına alınarkən onun mülkiyyətində olan nəqliyyat vasitələrinin təqdim edilməsindən, istifadə edilməsindən və ya həmin nəqliyyat vasitələri ilə xidmət göstərilməsindən gəlir əldə etmiş olması faktı cavabdeh vergi orqanı tərəfindən sübut edilməli idi. Lakin vergi orqanı tərəfindən bu halı (iddiaçının sahibkarlıq fəaliyyəti məşğul olması) təsdiqləyən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.

41. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında olan bir neçə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlardan da göründüyü kimi iddiaçı təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı ilə məşğul olan kommersiya hüquqi şəxslərin təsisçilərindən biridir, odur ki, iddiaçının fərdi qaydada - kommersiya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma ehtiyacının olmamasına dair dəlillərini inandırıcı və ağlabatan hesab edir.

42. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

43. Məhkəmə hesab edir ki, sübutetmə yükünün müəyyən edilməsində eyni qayda (müəyyən etmə və ya tanınmaya dair iddialara da aiddir.

44. Məhkəmə qeyd edir ki, şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı təsdiq edilmədən vergi orqanında vergi ödəyicisi kimi məcburi qeydiyyata alınması qanunvericilik normalarının məzmununa ziddir.

45. Məhkəmə nəzərə alır ki, vergi orqanı tərəfindən qanunun normasının qeyd olunan formada tətbiqi qanunun keyfiyyəti konsepsiyası baxımından onun öngörüləbilənlik meyarına uyğun gəlmir.

46. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınasında dair hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

47. Odur ki, iddia təmin edilməlidir, İddiaçı vergi orqanı tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotuna alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilməli və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu və xx.xx.2023-cü il tarixli **********479200 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş ləğv edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2023-ci il tarixdə həyata keçirilmiş uçotun (qeydiyyatın) ləğvi nəticə etibarilə xx.xx.2023-cü il tarixli **********479200 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildirişin ləğvini şərtləndirdiyindən həmin bildirişin ləğvi iddiaçının hüquqi marağı ilə və qaldırılmış iddia tələbi ilə əhatə olunur.

48. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

49. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotuna alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilsin. İddiaçının İddiaçı ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) və xx.xx.2023-cü il tarixli **********479200 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar