Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-846/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikasının “Ukrayna Milli Mülki Müdafiə Universitetinin” 25 may 2018-ci il tarixdə onun adına verilmiş B18 № 019430 saylı “Bakalavr diplomunun” tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Ukrayna Respublikasının “Ukrayna Milli Mülki Müdafiə Universitetin”-də “Yanğın təhlükəsizliyi” ixtisası üzrə 25 may 2018-ci il tarixdə ona verilmiş, B 18, 019430 №-li bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 sentyabr 2013-cü il tarixdən 25 may 2018-ci il tarixə qədər dörd il doqquz ay müddətinə Ukrayna milli mülki universitetində “yanğın təhlükəsizliyi” ixtisası və “yanğınaqarşı təhlükəsizlik üzrə mütəxəssis”ixtisası üzrə bakalavr təhsili almışdır. 25 may 2018-ci il tarixdə təqdim olunmuş Bİ 8 №019430 saylı Bakalavr diplomu və Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən təqdim olunmuş diploma əlavə müvafiq qaydada Apostil edilmişdir. Ukrayna Milli Mülki Müdafiə Universitetinin 28 may 2018-ci ildə ona təqdim etdiyi Bİ 8 №019430 saylı “Bakalavr diplomu” 15 iyun 2018-ci il tarixdə “Apostil” edilmişdir. Təqdim olunmuş diplomda qeyd olunur ki, o, qeyd olunan universiteti 2018-ci ildə “Yanğın təhlükəsizliyi” istiqaməti üzrə “təhlükəsizlik üzrə ekspert” Bakalavr dərəcəsi ilə təltif edilmişdir. Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən 25.05.2018-ci il tarixdə ona təqdim olunmuş “Diploma Əlavə” də qeyd olunur ki, “Yanğın təhlükəsizliyi” ixtisası və “Yanğınaqarşı təhlükəsizlik üzrə mütəxəssis” üzrə bakalavr təhsili səviyyəsi üzrə ona ixtisas verilmişdir. Bakalavr dərəcəsi üzrə 4 il 9 ay proqram müddəti olmuşdur. Diploma əlavə, müvafiq qaydada 15.06.2018-ci il tarixdə “Apostil” olunmuşdur. AR DİN-nin 13.09.2019-cu il tarixli Q-2635 saylı arayışı əsasında onun heç bir məhkumluğu yoxdur. Habelə 01.08.2013-cü il tarixdə ona verilmiş və 29.07.2023-cü il tarixə qədər etibarlı olan Ümumvətəndaş pasportu ilə də, 2013-2018-ci il tarixlərdə Ukrayna Respublikasında olduğu öz təsdiqini tapmışdır. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, Ukrayna Milli Mülki Müdafiə Universiteti tərəfindən ona verilmiş Bİ8 №019430 nömrəli Bakalavr diplomu üzrə ixtisasın tanınmasına dair ekvivalentlik (nostrifıkasiya) haqqında şəhadətnamə verilməsini xahiş emişdir. 15.03.2021-ci il tarixli məktubla müraciətinə dair imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə sonuncu məhkəmə iclası 19.05.2022-ci il tarixə təyin olunmuş, iddiaçıya sonuncunun iddia ərizəsində qeyd olunmuş ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmuşdur. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, nə hazırlıq icraatı üzrə məhkəmə iclasına, nə də ki, şifahi məhkəmə baxış iclaslarına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-nin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 49, 55 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət məhkəmə qərardadı tərəflərə rəsmi qaydada təqdim edildikdən 10 gün sonra verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-846/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-846/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver