Məhkəmə qərarları › İş №2-1(112)-846/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-846/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-846/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X8, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və Cavabdeh1nə qarşı “pozulmuş patent hüquqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlər görmək vəzifəsinin səlahiyyətləri çərçivəsində cavabdehlərin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və Cavabdeh1nə qarşı pozulmuş patent hüquqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlər görmək vəzifəsinin səlahiyyətləri çərçivəsində cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Standartlaşdırma, Metorologiya və Patent üzrə Dövlət Komitəsi tərəfındən verilmiş, xx.xx.2016-cı il tarixli Dövlət reyestrində qeyd olunmuş Ağcaqanad toru adlı faydalı modelin patenti əldə edilmişdir. Son dövrlərdə bir sıra mağaza, sex və zavodlarda ona məxsus olan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada F 20160004 saylı Patent üzrə onun patent hüquqlarının pozulması yolu ilə, icazəsi olmadan mallar və onların hissələri istehsal olunur və satılır. Sonradan iddiaçıya məlum olmuşdur ki, bu məhsullar X10 tərəfindən istehsal olunur və satılır. Patent haqqında Azərbaycan Respublikasının qanununa (bundan sonra Patent haqqında qanun adlanacaq) əsasən qurğuya aid olan texniki həllər faydalı model sayılır, Patent ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən mühafizə sənədidir, ixtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə təsdiq edilir. Mühafizə olunan sənaye nümunəsinin sahibi onun icazəsi olmadan üçüncü şəxs tərəfindən həmin nümunənin və ya ona bənzər olan nümunənin surətini özündə daşıyan və ya tərkibinə daxil edən məmulatın kommersiya məqsədilə hazırlanmasının, satışının və ya idxalının qarşısını almaq hüququna malikdir (maddə 14.2.). Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (Bundan sonra Agentlik adlanacaq) Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətlərinə əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasmda iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək, əqli mülkiyyət hüquqları sahəsində tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək, əqli mülkiyyət hüquqlarının hüquqi qorunmasını təmin etmək, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısını almaq və bununla bağlı müvafiq tədbirlər görmək, əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək də aiddir (maddə 2.2.). Agentliyin hüquq və vəzifələri sihasına hüquq sahiblərinə keyfiyyətli və səmərəli xidmət göstərmək üçün tədbirlər görmək, əqli mülkiyyət obyektlərindən istifadə ilə bağlı sağlam rəqabət prinsiplərinin təmin edilməsi, əqli mülkiyyətə əsaslanan sənayedə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin mənafelərinin qorunması məqsədilə əqli mülkiyyət hüquqları obyektlərindən qanunsuz istifadəyə və piratçılığa qarşı tədbirlər görmək, əqli mülkiyyət hüquqları sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək; pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq sahiblərinin təşəbbüsü ilə və digər hallarda müvafiq məhkəmələrdə iddia qaldırmaq və hüquq sahiblərinin mənafelərini müdafiə etmək, müvafiq dövlət və məhkəmə orqanlarının sorğusu əsasında ekspert rəyləri hazırlamaq, məhkəmədə və digər səlahiyyətli orqanlar tərəfindən keçirilən tədbirlərdə ekspert və nümayəndə qismində iştirak etmək, əqli mülkiyyət hüquqları sahəsində qanun pozuntuları ilə əlaqədar işlərin uçotunu və təhlilini aparmaq, toplanmış məlumatları sistemləşdirmək daxildir (maddə 3.1.). Əqli mülkiyyət hüquqları sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək (maddə 3.1.37.); əqli mülkiyyət hüquqları sahəsinə nəzarət çərçivəsində yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək (maddə 3.2.4.) Tərəfindən dəfələrlə Agentliyə müraciət olunsa da patent hüquqlarının müdafiəsi təmin olunmamış, əvəzində qanunvericiliyə uyğun olmayan rəy verməklə vəzifələrin icrasından yayınmışlar. Belə ki, Agentliyə tərəfindən tamamilə eyni olan iki nümunə təqdim olunsa da, həmin orqan əsassız üç bəhanə ilə hüquqlarının pozulmamasını bildirmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (Bundan sonra Xidmət adlandırılacaq) Əsasnaməsinə əsasən Xidmət antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində (bundan sonra - müvafiq sahə) dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) strukturuna daxil olan qurumdur. Xidmətin vəzifələri siyahısına digərləri ilə birikdə istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, eləcə də ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra - təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri görmək də aiddir. Tərəfindən hüquqlarının pozulması ilə bağlı Xidmətə müraciət olunmuş, digər halarla yanaşı hüququnu pozan şəxslərin hərəkətlərində haqsız rəqabətin olub-olmamasının araşdırılması xahiş olunmuşdur. Göstərilmişdir ki, X10 tərəfindən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi, digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması halı açıq aşkardır və bu özbaşınalığa qarşı tədbirlər görülməlidir. Lakin Xidmət tərəfindən üzərlərinə düşən vəzifələr icra olunmamış pozulmuş hüquqlarımın bərpası istiqamətində addımlar atılmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında bildirmişdir ki,iddia ərizəsindən görünür ki, iddiaçı özünə məxsus F 2016 0004 saylı “Ağcaqanad toru” faydalı modelinin qanunsuz təqlid edildiyini vurğulamış və bunun Dövlət Xidməti tərəfindən təsdiqlənsə də heç bir addım atılmadığını, bununla yanaşı həqiqəti əks etdirməyən halları qeyd etmişdir. İddiaçı Dövlət Xidmətinə xx.xx.2021-ci il tarixli (daxilolma qeydiyyatı: xx.xx.2021-ci il, 5/2801) ərizə ilə müraciət etmiş, Dövlət Xidməti tərəfindən İddiaçı məxsus F 20160004 saylı “ağcaqand toru" faydalı modeli ilə qeyri-qanuni istehsal olunduğu iddia olunan məhsulun oxşar olub-olmaması barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə xx.xx.2021-ci il tarixli AlBNDX-05/01-3/545 nömrəli məktubla müraciət edilmiş, müraciət əsasında konstruktiv qurğuların müqayisəli analizi keçirilmiş və xx.xx.2021-ci il tarixli PHŞ/2-2-2021-501 nömrəli ekspert rəyi tərtib olunmuşdur. Ekspert rəyində sözügedən faydalı modelə qarşı qoyulmuş torun müqayisəli analizi obyektlərin tam eyni konstruktiv elementlərə malik olmadığı göstərilmişdir, bu barədə vətəndaşa xx.xx.2021-ci il tarixli AİBNDX -05/01—5/3220 nömrəli məktubla cavab verilmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Dövlət Xidmətinə ünvanlanmış eyni məzmunlu daha iki müraciətinə “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun cavab verilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xx.xx.2021-ci il tarixli PHŞ/2-2-2021-501 nömrəli ekspert rəyindən görünür ki, hər iki obyektin konstruktiv əlamətləri tam eyni deyil və sözügedən hal digər təsərrüfat subyektinin məhsulunun birbaşa təkrarlanması hesab edilə bilməz. Göründüyü kimi, Dövlət Xidməti tərəfindən hərəkətsizlik olmamış, əksinə vətəndaş müraciəti əsasında qanunauyğun araşdırma aparılmışdır. Belə ki, Dövlət Xidməti iddiaçının müraciəti əsasında təqlid (təkrarlanma) halının olub-olmamasının araşdırılması məqsədilə səlahiyyətli orqan olan Əqli Mülkiyyət Agentliyinə məktub ünvanlamış və Agentliyin ekspert rəyi əsasında öz mövqeyini müəyyənləşdirmiş və iddiaçıya müvafiq cavab vermişdir. Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında bildirmişdir ki, Agentliyin tabeliyində olan Patent və X3 Mərkəzi tərəfindən iddiaçıya məxsus F 2016 0004 nömrəli patentlə mühafizə edilən “Ağcaqanad toru" adlı faydalı modeldən (bundan sonra-faydalı model) qeyri-qanuni istifadə ilə bağlı həmin faydalı model və qarşı qoyulmuş qurğunun konstruktiv quruluşlarının müqayisəli analizinin nəticələrinə dair ekspert rəyi hazırlanmışdır. F 2016 0004 nömrəli patentlə mühafizə edilən faydalı model və 2020-ci il 20 oktyabr tarixində Agentliyə təqdim edilmiş qarşı qoyulmuş qurğunun (bundan sonra- qarşı qoyulmuş qurğu) patent qanunvericiliyinin tələblərinə uyğun olaraq müqayisəli təhlil edilmişdir. Müqayisəli təhlil zamanı həmin qurğuların konstruktiv fərqli əlamətlərə malik olduqları müəyyən edilmişdir. Qeyd edilməlidir ki, faydalı model kimi təqdim edilmiş konstruktiv qurğu patentləşdirilmiş faydalı modelin düsturuna uyğun olmadığından müqayisə patentlə mühafizə olunan qurğunun düsturu və əsas əlamətləri üzrə aparılmışdır. Belə ki, F 2016 0004 nömrəli patentlə mühafizə olunan “Ağcaqanad toru”nun çərçivəsinin orta hissəsində üfüqi yerləşdirilmiş və öndən lövhə ilə üzlənmiş profil vardır. Qarşı qoyulmuş torun çərçivə əsasının orta hissəsi isə üfüqi yerləşdirilmiş profilə malik deyil. İddiaçının nümayəndəsi və vəkilinin şifahi izahatında həmin profilin əlavə, yəni daim istifadəsi nəzərdə tutulmayan element kimi faydalı modelin tərkib hissəsi olması, düsturunda “əlavə olaraq çərçivə əsasının orta hissəsində üfüqi yerləşdirilmiş və öndən lövhə ilə üzlənmiş profil” şəklində qeyd olunmasının onun əlavə element kimi nəzərdə tutulmasına əsas olması” barədə dəlillər irəli sürülmüşdür ki, bu dəlilləri əsassız hesab edirik. Çünki, faydalı modelin düsturunda “əlavə olaraq çərçivə əsasının orta hissəsində üfüqi yerləşdirilmiş və öndən lövhə ilə üzlənmiş profil” kimi qeyd olunması həmin elementin faydalı modeli digər qurğulardan məhz həmin konstruktiv əlamətə görə fərqləndiyini, digərlərindən fərqli olaraq mühafizə edilən torda əlavə olaraq belə profilin quraşdırıldığını bildirir. Həmin profilin faydalı modelin əsas tərkib hissəsi kimi nəzərdə tutulmuşdur. Digər tərəfdən, ekspert rəyindən də göründüyü kimi, iki qurğu arasında əsas fərqlərdən biri də yan profildə quraşdırılmış rəzələrin fərqli yerinə yetirilməsidir. Belə ki, qarşı qoyulmuş qurğuda yerləşdirilmiş rəzənin dilinin ortasında uzununa çıxıntı var, lakin patentlə mühafizə edilən ağcaqanad torunda qeyd olunan hal müşahidə olunmur. Həmçinin, qurğular müqayisə edildikdə müəyyən olunur ki, künc kronşteyrləri də fərqli yerinə yetirilmişdir. Qarşı qoyulmuş qurğudakı künc kronşteynerlərində tora birləşən pillədən aşağı səviyyə yaratma imkanı ilə daxili boşluq mövcuddur. Hər iki qurğunun oxşar əlamətləri (məsələn: torlu taxma hissə, çərçivə əsası profil və künc kronşteynerləri və.s) isə, həmin qurğuya yenilik gətirməyən elementlərdir. Faydalı modelə dair F 2016 0004 nömrəli patentin qüvvədə olma müddəti qısa zaman kəsiyində başa çatacaqdır. Belə ki, F 2016 0004 nömrəli patentin Azərbaycan Respublikası ərazisində qüvvədə olma müddəti 2017-ci il 21 avqust tarixində bitmiş və iddiaçının vəsatəti əsasında həmin müddət növbəti 5 il üçün, yəni 2022ci il 21 avqust tarixinədək uzadılmışdır. Patent haqqında qanunvericiliyə əsasən, faydalı model üçün patentin qüvvədə olma müddəti iddia sənədi verildiyi gündən 10 il müəyyən edilmişdir və patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti əlavə olaraq daha 5 ilə qədər uzadıla bilər. Patent haqqında qanunvericiliyə əsasən, 5 il uzadıldıqdan sonra patentin qüvvəddə olma müddətinin yenidən uzadılmasına yol verilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı bundan sonra iddia ərizəsinə əlavə verərək, Cavabdeh1 üzərinə X7 pozuntusunun dayandırılması və onun nəticəsinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstəriş vermək; cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin üzərinə patent hüququnun pozulmasının dayandırılmasına dair göstəriş vermək, məsələni araşdıraraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehlərə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehlərə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı onun patent ilə mühafizə olunan faydalı model” ağcaqanad toru” üzrə müəlliflik hüquqlarının üçüncü şəxslər tərəfindən pozulması ilə əlaqədar olaraq cavabdehlərə müraciət edərək iddiaçının patent üzrə hüquqlarının qorunmasının təmin edilməsinin öz səlahiyyətləri çərçivəsində hər iki cavabdeh- Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən və Cavabdeh1ndən tələb etmişdir. İddiaçının irəli sürdüyü iddia tələbi hər iki cavabdehə münasibətdə eyni iddia predmeti barədə (iddiaçının patent hüququnun pozulması ilə bağlı olması ) və eyni hüquqi əsaslara, eyni faktiki hallara əsaslandığı üçün, məhkəmə hər iki cavabdehə qarşı hazırkı iddianın bir icraatda baxılmasını mümkün hesab edir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Ə.Əliyev iddiaya etirazına uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi S.Bağırov iddiaya etirazına uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehlərin nümayəndələrinin izаhаtlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: Sənaye mülkiyyəti obyektlərinin qeydiyyat və reyestrdən Çıxarışına əsasən, qeydiyyat nömrəsi F 20160004; patent sahibinin adı: İddiaçı, Şuşa rayonu, Qaybalı kəndi(Az), qeydiyyat tarixi xx.xx.2016; qeydiyyat qüvvədə olma müddəti xx.xx.2017; iddia sənədinin nömrəsi U20150020, iddia sənədinin daxil olma tarixi xx.xx.2015, ilkinliyi tarixi 21.08. 2015,X6 : E06B 7/00(206.01) F2016 0004 Faydalı modelin Düsturu: Ağcaqanad toru və ya başqa oyuğa təsbit edilmək imkanı ilə çərçivə əsasına yerləşdirilmiş torlu taxma hissəsindən ibarət olub, onunla fərqlənir ki, çərçivəyə əsaslı profil və künc kronşteynlərindən yerinə yetirilib, və əlavə olaraq çərçivə əsasının orta hissəsində üfuqi yerləşdirilmiş və ondan lövhə ilə üzlənmiş profillə təchiz olunub, hər bir üfuqi yerləşdirilmiş qıraqdakı profildə isə rəzə quraşdırılıb. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş FM 000014 nömrəli patentə görə faydalı model F 2016 0004 – ağcaqanad torunun müəlifi və patentin sahibi İddiaçıdur; iddia sənədinin nömrəsi U 2015 0020; ilkin tarixi xx.xx.2015 dövlət reystrində xx.xx.2016-ci il tarixində qeyd olunub. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin iddiaçıya patent hüququ üzrə məxsus olan F2016 0004 nömrəli patentlə mühafizə olunan faydali model “Ağcaqanad toru”nun Təsvirində göstərilmişdir: Faydalı model uçan cücülərin otağa daxil olmasına qarşı istifadə olunan konstruksiyaya aiddir. Ağcaqanadlara qarşı tor yaşayış və ya ictimai binaların, digər mənzillərin pəncərə, qapı və ya başqa giriş yerlərinə quraşdırılmaqla milçək, mığmığa, ağcaqanad və digər uçan cücülərin otaqlara daxil olmalarının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Faydalı modelin mahiyyəti ondan ibarətdir ki, pəncərə və ya başqa oyuğa təsbit edilmək imkanı ilə çərçivə əsasına yerləşdirilmiş torlu taxma hissədən ibarət olan ağcaqanad torunda, faydalı modelə görə, çərçivə əsası profil və künc kronşteynlərindən yerinə yetirilib, və əlavə olaraq çərçivə əsasının orta hissəsində üfüqi yerləşdirilmiş və öndən lövhə ilə üzlənmiş profillə təchiz olunub, hər bir üfüqi yerləşdirilmiş qıraqdakı profildə isə rəzə quraşdırılıb. Faydalı model uçan cücülərin otağa daxil olmasına qarşı istifadə olunan konstruksiyaya aiddir. Ağcaqanadlara qarşı tor yaşayış və ya ictimai binaların, digər mənzillərin pəncərə, qapı və ya başqa giriş yerlərinə quraşdırılmaqla milçək, mığmığa, ağcaqanad və digər uçan cücülərin otaqlara daxil olmalarının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Texnikanın səviyyəsində uçan cücülərin pəncərə və qapılardan otaqlara daxil olmasının qarşısını almaq üçün müxtəlif qurğular mövcuddur. Məsələn, üzərinə tor çəkilərək əlavə taylarla quraşdırılan və zərurət yarandığı halda isə qarşılıqlı şəkildə dəyişdirməyə imkan verən ağcaqanadlara qarşı istifadə olunan tor məlumdur ( bax. RU 58587 U1, E06B 3/46, dərc olunub. xx.xx.2006). Onun çatışmayan cəhəti qapı və ya pəncərələrə yerləşdirilən ağcaqanadlara qarşı torların stasionar olaraq bərk quraşdırılmasından ibarətdir. Variantlardan biri kimi, çərçivəyə bərkidilmiş maqnit vasitəsilə pəncərə və ya hər hansı giriş yerlərinə quraşdırılan və çərçivə üzərində ağcaqanadlara qarşı istifadə olunan tor məlumdur (bax. RU 126041 U1, E06B 7/00, dərc olunub xx.xx.2013). Başqa variantlardan fərqli olaraq, bu variantda verilən çərçivə əsaslı tor materialın maqnitləşməsinə əsaslanır. Bunun çatışmayan cəhəti tərkibində metal olmayan plastik pəncərələrdə onun istifadəsinin mürəkkəb olmasından ibarətdir. Faydalı modelin məqsədi, bütün müasir pəncərələrdə və taxta qapılarda istifadəyə yararlı olan ağcaqanadlara qarşı dayanıqlı tor yaratmaqdan ibarətdir. Qarşıya qoyulan məqsəd onunla həll olunur ki, ağcaqanad toru pəncərə və ya başqa oyuğa təsbit edilmək imkanı ilə çərçivə əsasına yerləşdirilmiş torlu taxma hissədən ibarət olub, onunla fərqlənir ki, çərçivə əsası profil və künc kronşteynlərindən yerinə yetirilib, və əlavə olaraq çərçivə əsasının orta hissəsində üfüqi yerləşdirilmiş və öndən lövhə ilə üzlənmiş profillə təchiz olunub, hər bir üfüqi yerləşdirilmiş qıraqdakı profildə isə rəzə quraşdırılıb. Siyirmənin şaquli yerləşdirilən künc dirsəklərdə olması, ağcaqanadlara qarşı toru istənilən ölçülü girişlərdə asan və rahat şəkildə yerləşdirməyə və çıxarmağa imkan verir. Bu zaman çərçivəni yeni petlə ilə təchiz etmək, onda deşiklər açmaq və s. kimi əlavə işlər görməyə ehtiyac duyulmur. Ağcaqanadlara qarşı tordan istifadəyə zərurət olmadığı halda, pəncərə və ya qapı girişlərində heç bir əlavə ış və dəyişiklik etmədən,çərçivə pəncərə və ya qapı girişlərindən asanlıqla çıxarılır. Bununla da pəncərə və qapıların istifadə müddəti uzun müddət saxlanılır. Bununla yanaşı çərçivədə siyirmənin olması, pəncərə və ya qapı girişlərində ağcaqanadlara qarşı torun dayanıqlı olmasını təmin edir. Eyni zamanda ağcaqanadlara qarşı torun pəncərə və ya qapı girişlərində kip oturmasını təmin edir ki, bununla da çəçivənin yerləşdirildiyi girişdə cücülərin keçə biləcəyi hər hansı yarıqlar olmur. Çərçivənin orta hissəsində şaquli yerləşən yanlığın olması isə toru küləyin təsirinə qarşı daha möhkəm və dartılmış vəziyyətdə saxlamağa şərait yaradır, hava şəraitindən və digər təsirlərdən asılılğı aradan qaldırır. Faydalı modelin mahiyyəti cizgilərə uyğun olaraq aşağıdakı şəkildə izah edilir: 1-ci şəkil ağcaqanadlara qarşı torun arxadan ümumi görünüşüdür. 2-ci şəkil ağcaqanadlara qarşı torun qabaqdan, 3-cü şəkil ağcaqanadlara qarşı torun arxadan, 4cü şəkil ağcaqanadlara qarşı torun sağ yandan, 5-ci şəkil ağcaqanadlara qarşı torun sol yandan, 6-ci şəkil ağcaqanadlara qarşı torun aşağıdan, 7-ci şəkil ağcaqanadlara qarşı torun yuxarıdan və 8-ci şəkil perspekivdə ağcaqanadlara qarşı torun künc yığılmalarının görünüşüdür. Ağcaqanadlara qarşı tor, yanlıqlardan ibarət mürəkkəb konfiqurasiyaya malik çərçivə əsasında yığılmadan (1) və künc dirsəklərdən ibarətdir (2). Çərçivə konstruksiyanın orta hissəsində əlavə yönəldici şaquli yanlıqlar yerləşdirilmişdir (3). Yanlıqların ucları çərçivə konstruksiyasının divarlarına söykənir. 3-cü şəkildə siyirmənin yerləşmə yeri (4) və (4a), onun pəncərə və ya qapı girişlərində ağcaqanadlara qarşı torun bəkidilməsinə təmin edən vəziyyəti verilmişdir. Çərçivə konstruksiyanın qabaq hissəsində olan yanlıqda (3) dekorativ funksiyanı daşıyan lövhə (5) yerləşdirilmişdir. Torlu taxma (6), (1) və (3) yanlıqlarin arasında bərkidilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzinin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin 05 avqust 2022-ci il tarixli “Ağcaqanad toru” adlı faydalı modeldən qeyri-qanuni istifadə ilə bağlı həmin faydalı model və qarşı qoyulmuş qurğunun konstruktiv quruluşlarının müqayisəli analizinin nəticəsinə dair Ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, F 2016 0004 nömrəli patentlə mühafizə olunan faydalı modelə aid konstruktiv quruluş “orijinal” kimi təqdim olunmuş nümunədə öz əksini tapmayıb. Yuxarıda göstərilən konstruktiv elementlər üzrə müqayisəli analiz 2020-ci il 20 oktyabr tarixində Əqli Mülkiyyət Agentliyinə təqdim olunmuş nümunə əsasında aparılmışdır. Cavabdeh1 iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, daxil olmuş ekspert rəyində qeyd olunan qurğuların konstruktiv quruluşuna dair müqayisəli analiz aparıldığı, onlarda oxşar və fərqli əlamətlərin olduğu və nəticədə ekspertizaya təqdim edilən patentlə mühafizə edilən “Ağcaqand toru” adlı faydalı modeli ilə qarşı qoyulmuş torun müqayisəli analizi obyektlərin tam eyni konstruktiv elementlərə malik olmadığına əsas verdiyi bildirilmiş, müraciətlə əlaqədar qəbul edilmiş bu qərarla razılaşmadığı halda "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ olması izah olunmuşdur. İddiaçı X2 patent ilə təsdiq edilmiş faydalı model-“ağcaqanad toru” üzrə müəlliflik və ilkinlik hüququnun pozulub pozulmamasının müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 28 iyul 2022-ci il tarixli qərardadı ilə əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı məxsus olan F 20160004 nömrəli patentlə mühafizə olunan “Ağcaqanad toyu” adlı faydalı model və qarşı qoyulmuş ağcaqanad torun fərqli əlamətləri mövcuddurmu? Fərqlilik nədən ibarətdir?; 2) İddiaçı patent hüququ pozulubdurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 5/1118-6/52xx-xx/6042 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinin “tədqiqatın nəticə” hissəsində göstərilmişdir: “1. Təqdim edilmiş İddiaçı məxsus xx.xx.2016-cı il tarixli F 20160004 saylı patentlə mühafizə olan “Ağcaqanad toru” faydalı modelin düsturunda və təsvirində göstərilən konstruktiv elementlərə (çərçivnin orta hissəsinin üfüqi yerləşdirilmiş profilinə, rəzənin dilinin ortasının formasına və yerləşmə isitqamətinə, künc kronşteynlərin yuvalarına) görə “Orijinal” və “Saxta” yazısı olan qırmızı rəngli kağız yapışdırılmış ağcaqanad torlardan fərqlənir. 2. Ekspert qarşısında qoyulmuş “İddiaçı patent hüququ pozulubdurmu?” sualın həll edilməsi ekspertizanın predmetinə aid olmadığı üçün həmin sual üzrə tədqiqat aparılmadı. 3. Tədqiqata təqdim edilmiş metal nümunələr ölçülərinə və vahid uzunluğa düşən kütlələrinə görə bir birindən fərqlidir. Göstəricilər ayrı ayrılıqda rəyin “Tədqiqat prosesinin təsviri” hissəsində göstərilmişdir.” Ekpert rəyi onunla əsaslandırılmışdır ki, həmin faydalı modelin təyinatı - uçan cücülərin (milçək, mığmığa, ağcaqanad və sair) yaşayış və ya ictimai binaların pəncərə, qapı və ya başqa giriş yerlərinə quraşdırılmaqla otaqlara daxil olmalarının qarşısını almaq üçün nəzərdə tutulmuşdur; Faydalı modelin məqsədi - bütün müasir pəncərələrdə və taxta qapılarda istifadəyə yararlı olan dayanıqlı tor yaratmaqdan ibarətdir; Faydalı modelin konstruksiyası (şəkil 1.1.-1.4) - ağcaqanad toru pəncərə və ya başqa oyuğa təsbit edilmək imkanı ilə profil (yığılmadan) və künc kronşteynlərindən (künc dirsəklərdən) yerinə yetirilmiş çərçivə əsasına yerləşdirilmiş torlu taxma hissədən ibarətdir. Faydalı model onunla xarakterizə olunur ki, əlavə olaraq çərçivə əsasının orta hissəsində üfüqi yerləşdirilmiş və öndən lövhə ilə üzlənmiş profillə (yanlıqla) təchiz olunub (əlamət 1), onun ucları çırçivə konstruksiyasının divarlarına söykənmişdir (yanlıq toru küləyin təsirinə qarşı daha möhkəm və dartılmış vəziyyətdə saxlamağa şərait yaradır, hava şəraitindən və digər təsirlərdən asılılğı aradan qaldırır). Həmçinin hər bir üfüqi yerləşdirilmiş kənardakı profildə isə rəzə (siyirmə) quraşdırılıb, həmin rəzənin dil hissəsi profilin əks isitqamətində yerləşib, dilin ortası uzununa çıxıntısızdır (əlamət 2). Eyni zamanda künc kronşteynlərin profilə birləşməsi hissəsinin hər iki tərəfində dörd yuva vardır (əlamət 3). “Orijinal” və “Saxta” yazısı olan qırmızı rəngli kağız yapışdırılmış “Ağcaqanad toru”nun (şəkil 2.1.-2.5., şəkil 3.1.-3.5.) profil (yığılmadan) və künc kronşteynlərindən (künc dirsəklərdən) yerinə yetirilmiş çərçivə əsasına yerləşdirilmiş torlu taxma hissədən ibarətdir, onun bir üfüqi yerləşdirilmiş kənardakı profildə isə rəzə (siyirmə) quraşdırılıb, həmin rəzənin dil hissəsi profil isitqamətində yerləşib, dilin ortası uzununa çıxıntılıdır (əlamət 2). Həmçinin “Orijinal” yazısı olan qırmızı rəngli kağız yapışdırılmış “Ağcaqanad toru”nun künc kronşteynlərin profilə birləşməsi hissəsinin hər iki tərəfində iki yuva vardır (əlamət 3). “Saxta” yazısı olan qırmızı rəngli kağız yapışdırılmış “Ağcaqanad toru”nun nun künc kronşteynlərin profilə birləşməsi hissəsinin hər iki tərəfində yuxarısı açıq olan bir yuva vardır (əlamət 3). F 20160004 nömrəli patentlə mühafizə olunan “Ağcaqanad toru” adlı faydalı modelin “Orijinal” və “Saxta” yazısı olan qırmızı rəngli kağız yapışdırılmış ağcaqanad torların oxşar və ya fərqli olub-olmamasını müəyyən etmək üçün həmin faydalı modelin düsturunda və şəkillərdə göstərilən konstruktiv elementlər təqdim edilmiş ağcaqanad torların konstruktiv elementləri ilə müqayisəli tədqiq edildilər. Tədqiqat nəticəsində aşağıdakılar müəyyən olundu: Oxşar elementlər - profil və künc kronşteynlərindən qurulmuş çərçivə əsasına yerləşdirilmiş torlu taxma hissənin olması; üfüqi yerləşdirilmiş kənardakı profildə rəzənin quraşdırılması. Fərqli elementlər - 1) Faydalı modeldə çərçivə əsasının orta hissəsində üfüqi yerləşdirilmiş və öndən lövhə ilə üzlənmiş profillə təchiz olunub, onun ucları çərçivə konstruksiyasının divarlarına söykənmişdir (şəkil 1.1.-1.2., əlamət 1); “Orijinal” və “Saxta” yazısı olan qırmızı rəngli kağız yapışdırılmış ağcaqanad torlarında bu elementin olmaması (şəkil 2.1.-2.2., 3.1.-3.2.). 2) Patentlə mühafizə olunan faydalı modeldə rəzənin dil hissəsinin profilin əks isitqamətində yerləşməsi, dilin ortası uzununa çıxıntısız olması (şəkil 1.2.-1.3., əlamət 2); “Orijinal” və “Saxta” yazısı olan qırmızı rəngli kağız yapışdırılmış ağcaqanad torlarda rəzənin dil hissəsi profil isitqamətində yerləşib, dilin ortası uzununa çıxıntılıdır (şəkil 2.2.- 2.4., şəkil 3.2.-4.3., əlamət 2). 3) Faydalı modeldə künc kronşteynlərin profilə birləşməsi hissəsinin hər iki tərəfində dörd yuvanın olması (şəkil 1.4., əlamət 3); “Orijinal” yazısı olan qırmızı rəngli kağız yapışdırılmış ağcaqanad torda künc kronşteynlərin profilə birləşmiş hissəsinin hər iki tərəfində iki yuvanın olması (şəkil 2.5., əlamət 3). “Saxta” yazısı olan qırmızı rəngli kağız yapışdırılmış ağcaqanad torda künc kronşteynlərin profilə birləşmiş hissəsinin hər iki tərəfində yuxarısı açıq olan bir yuvanın olması (şəkil 3.5., əlamət 3). Müəyyən olunmuş əlamətlər onu göstərir ki, F 20160004 nömrəli patentlə mühafizə olunan “Ağcaqanad toru” adlı faydalı modelin düstüründa və təsvirində göstərilən konstruktiv elementlərə görə “Oijinal” və “Saxta” yazısı olan qırmızı rəngli kağız yapışdırılmış ağcaqanaq torlardan fərqlənir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən ixtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər; faydalı model qurğuya aid olan texniki həll; patent –– ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən mühafizə sənədidir; qurğu –– funksional-konstruktiv vəhdətdə olan konstruktiv elementlərdən və ya onların məcmusundan hazırlanmış məmulat, mexanizm, tikili; Həmin Qanunun 3-cü maddəsinə əsasən ixtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə təsdiq edilir. Patent, ixtira, faydalı model və sənaye nümunəsinə müəllifliyi və ilkinliyi təsdiq edir və onlardan istifadə etmək üçün müstəsna hüquq verir. Kommersiya məqsədləri üçün istifadəsi ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə zidd olan, insanların, heyvanların həyat və sağlamlıqlarına, bitkilərin mühafizəsinə, ətraf mühitə ciddi ziyan vuran ixtira, faydalı model və sənaye nümunəsi patentlə mühafizə edilmir və onun istifadəsi qadağandır. Həmin Qanunun 8-ci maddəsində göstərilmişdir: “1. Qurğu obyektləri faydalı model kimi mühafizə oluna bilər; 2. Yeni olan və sənayedə tətbiq edilə bilən faydalı modelə hüquqi mühafizə verilir; 3. Mühüm əlamətlərinin məcmusu mövcud bilgilərdən məlum olmayan faydalı model yeni hesab edilir. Mövcud bilgilər məcmusuna təklif olunan faydalı modelin ilkinliyi tarixinə qədər eyni təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə hamı üçün müyəssər olan məlumatlar aid edilir: Digər hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasında faydalı modellər barəsində verdikləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumunun rəsmi bülletenində dərc olunmuş iddia sənədləri də mövcud bilgilər məcmusuna aid edilir; 4. Faydalı model barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumuna verildiyi günə kimi 12 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa, bu hal iddia sənədində göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi vəzifəsi müəllif və ya iddiaçının üzərinə düşür.” Həmin Qanunun 11-ci maddəsinə əsasən ixtiranın, faydalı modelin və sənaye nümunəsini yaradıcı əməyi ilə yaradan şəxs müəllif sayılır. İxtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında bir neçə fiziki şəxs iştirak etdikdə onların hamısı müəllif sayılır. Müəlliflərə məxsus olan hüquqlardan istifadə qaydası onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir. Həmin Qanunun 14–cü maddəsinin 1-ci hissəsinə əsasən sənaye mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquq, digər patent sahiblərinin hüquqlarını və bu Qanunu pozmamaq şərtilə, patent sahibinə mənsubdur. 2-ci hissəsinə əsasən patent sahibi patentə görə aşağıdakı müstəsna hüquqlara malikdir: a) patentin obyekti məhsul (məmulat) olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən onun icazəsiz istehsalının, istifadəsinin, satış üçün təklif olunmasının, satışının və bu məqsədlər üçün idxalının qarşısını almaq; b) patentin obyekti üsul olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən bu üsulun tətbiqi ilə bağlı hərəkətlərin, habelə bilavasitə bu üsulla alınan məhsuldan istifadənin, məhsulun satışının, satış üçün təklif olunmasının və ya bu məqsədlər üçün idxalının qarşısını almaq. Həmin Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsinin tətbiqi ilə hazırlanan məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi, habelə patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsinin bütün mühüm əlamətlərini birləşdirən üsulun tətbiqi ixtira, faydalı model və sənaye nümunəsindən istifadə sayılır. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli 5 nömrəli Sərəncamının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmişdir. Həmin Sərəncamın 3-cü hissəsinə əsasən ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilmişdir. “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanmasına yol verilmir. Həmin Qanunun 11-ci “ Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri” adlı maddəsində göstərilmişdir: 1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə:müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər. 2. Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri:qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə;qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə;vurulmuş zərəri ödəməyə;tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. “ Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh1 Əsasnaməsinə əsasən -müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək(3.0.1); antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra – təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri görmək(3.0.3.); özgənin ticarət markalarından və əmtəə (xidmət) nişanlarından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan qeyri-qanuni istifadə olunmasına qarşı qanunla səlahiyyətlərinə aid edilmiş tədbirlər görmək, o cümlədən aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək(3.0.26.)- Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.5. hüquq sahiblərinə keyfiyyətli və səmərəli xidmət göstərmək üçün tədbirlər görmək; 3.1.11. qanunvericiliyə uyğun olaraq əqli mülkiyyət hüquqlarının hüquqi qorunmasını təmin etmək, onların tanınması barədə vəsatətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin, məlumat toplularının və inteqral sxem topologiyalarının (bu Nizamnamənin məqsədləri üçün – müəlliflik hüququ obyektləri), Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin orijinallığının müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təşkil etmək; 3.1.35. əqli mülkiyyət obyektlərindən istifadə ilə bağlı sağlam rəqabət prinsiplərinin təmin edilməsi, əqli mülkiyyətə əsaslanan sənayedə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin mənafelərinin qorunması məqsədilə əqli mülkiyyət hüquqları obyektlərindən qanunsuz istifadəyə və piratçılığa qarşı tədbirlər görmək; İddiaçı cavabdehlərdən yuxarıda göstərilmiş Əsasnamə və Nizamnamədə nəzərdə tutulmuş səlahiyyətlərinə uyğun olaraq iddiaçının patent üzrə hüquqlarının üçüncü şəxslər tərəfindən pozulması ilə bağlı müvafiq tədbirlərin görülməsini tələb edir. Lakin məhkəmə araşdırılması zamanı iddiaçının patent hüquqlarının pozulması öz təsdiqini tapmamışdır. Belə ki, əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası ilə müəyyən edilmişdir ki, iddiaçının patent ilə mühafizə olan “Ağcaqanad toru” adlı faydalı modelin düsturunda və təsvirində göstərilən konstruktiv elementlərə görə ekspertə təqdim edilmiş digər “orijinal” və “saxta” yazısı olan ağcaqanad torlardan fərqlənir. Məhkəmə ekspertiza zamanı, ekspert ona təqdilm edilmiş F ********* nömrəli patentlə mühafizə olunan ağcaqanad toru adlı faydalı modelin “orijinal” və “saxta” yazısı olan ağcaqanad torların oxşar və ya fərqli olubolmamasını müəyyən etmək üçün həmin faydalı modelin düsturunda və şəkillərdə göstərilən konstruktiv elementlər təqdim edilmiş ağcaqanad torların konstruktiv elementləri ilə müqayisəli tədqiq edildilər. Qanuna əsasən, faydalı model qurğuya aid olan texniki həll kimi müəyyən edildiyindən, F ********* nömrəli patentlə mühafizə olunan ağcaqanad toru və qarşı qoyulmuş ağcaqanad torları həmin qurğuya aid olan fərqli texniki həlləridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinin 2.0.1-ci bəndinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2-ci maddəsinin 2.0.2-ci bəndinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2-ci maddəsinin 2.0.3-cü bəndinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Beləliklə, məhkəmədə aparılan inzibati araşdırma zamanı cavabdehlər tərəfindən iddiaçıya münasibətdə qanuna zidd və ya əsassız hərəkətsizlik nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və Cavabdeh1nə qarşı “pozulmuş patent hüquqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlər görmək vəzifəsinin səlahiyyətləri çərçivəsində cavabdehlərin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) Apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar