Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8461/2025 30.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 129, ümumi sahəsi 54.25 kv.metr olan, yaşayış sahəsi 30.05 kv.metr olan 2 otaqlı 11 saylı mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 129, ümumi sahəsi 54.25 kv.metr olan, yaşayış sahəsi 30.05 kv.metr olan 2 otaqlı 11 saylı mənzil ona məxsusdur. Belə ki, həmin mənzil 1987-ci il tarixində mənzilin pay dəyəri tərəfindən ödənilmişdir. Bundan sonra xx.xx.1987-ci il tarixli, 256831 saylı order də ona təqdim edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Koorperativ Təsərrüfat İdarəsi Mənzil Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli, 3-102 saylı arayışına əsasən onun həmin tarixə borcu olmaması qeyd edilmişdir. Bu fakt bir daha onu təsdiq edir ki, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 129, ümumi sahəsi 54.25 kv.metr olan, yaşayış sahəsi 30.05 kv.metr olan 2 otaqlı 11 saylı mənzilin dəyəri tərəfindən tam ödənilməklə qanuni əsaslarla ona təqdim edilmiş, onun mülkiyyətinə verilmişdir. Həmin vaxtdan etibarən, 37 ildən artıqdır ki, o, ailə üzvləri ilə birlikdə sözügedən mənzildən istifadə edir. Ona məxsus əmlak üzərində sənədləşmə işlərinin aparılması, sərəncam hüquqlarının həyata keçirilməsi üçün həmin əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına zərurət yaranmışdır. Bununla bağlı olaraq Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-M-4737-8-5177/2024 saylı cavab məktubuna əsasən Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 72/2a saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi qeyd edilmişdir. Daha sonra, Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli, 3-52/2-M-596- 112/2024 saylı məktubuna əsasən İcra Hakimiyyəti tərəfindən verilmiş order və qərarların Bakı şəhər İcra Hakimiyyətində saxlanılmadığı ona bildirilmişdir. Eyni zamanda, Bakı şəhəri Xətai rayonu İcra hakimiyyətinə müraciət etsə də, 5-11/2-M-389-012/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən məsələnin səlahiyyətləri xaricində olmasını ona bildirdilər. Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 129, ümumi sahəsi 54.2,5 kv.metr olan, yaşayış sahəsi 30.05 kv.metr olan 2 otaqlı 11 saylı mənzil onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və buna müvafiq çıxarışın verilməsi məqsədilə tərəfindən cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edilmişdir. Həmin İdarə tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-M-1912-8/2024, **********17 saylı məktubla müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 72/2a saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilməmiş, beləliklə guya ona məxsus əmlakın dövlət reyestrində qeydə alınması qanunun tələbinə uyğun hesab edilməmişdir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair bütün sənədlər tərəfindən təqdim edilmişdir. Qanunla tələb edilən sənədlər tərəfindən təqdim edilsə də, cavabdeh heç bir hüquqi əsas olmadan, yalnız öz mülahizəsinə görə əmlakın qeydiyyatını aparmaqdan əsassız və qanunsuz olaraq imtina etmişdir. Mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların mövcudluğunu təsdiq edən sənəd qanunla müəyyən edilmiş tələblərə də uyğun olduğundan cavabdehin imtinasının qanunsuz olması bir daha öz təsdiqini tapır. Cavabdehin mübahisə predmeti olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməsinə dair məktubunda göstərilən əsas «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində təsbit edilməmişdir. Bu isə cavabdeh orqanın işin hallarını düzgün qiymətləndirmədiyinin, müraciətinə səthi yanaşdığının bariz sübutudur. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən onun hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Sözügedən hallar və faktlar tərəfindən təqdim edilmiş dəlillərlə bilavasitə aşkar olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində təsbit olunduğu kimi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Buna müvafiq olaraq, hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 129, ümumi sahəsi 54.25 kv.metr olan, yaşayış sahəsi 30.05 kv.metr olan 2 otaqlı 11 saylı mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və buna müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi məhz ona münasibətdə layiqli həyat səviyyəsinin təmin edilməsinə əsas verəcəkdir. İşin hallarından da göründüyü kimi, cavabdeh orqan iş üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Nəticə etibarilə, onun Konstitusion hüquqlarının kobud surətdə pozulmuşdur. Belə olan halda yeganə ümid yeri olaraq pozulmuş hüquqlarının bərpası, ədalət mühakiməsini həyata keçirən məhkəməyə əhalinin etimadının möhkəmləndirilməsi, cəmiyyətdə məhkəmə hakimiyyətinə, daha geniş mənada qanunun aliliyinə inamın artması, sosial ədalətin hüquqi sferada təcəssüm olunması məqsədilə məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab edir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri, Xətai rayonu, Lütfı Zadə küçəsi 129, ümumi sahəsi 54.25 kv.metr olan, yaşayış sahəsi 30.05 kv.metr olan 2 otaqlı 11 saylı mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və buna müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş edir.
3. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-M-4737-8-5177/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə keçmiş Şaumyan rayon XDS İK-nın (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 72/2a saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının 3-52/2- M-596-112/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhər Xətai rayon (keçmiş Şaumyan rayon XDS İK) İcra Hakimiyyəti tərəfindən verilən qərar və orderlərin Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin 5-11/2-M-389-012/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətə mahiyyəti üzrə baxılması imkan xaricində olduğu bildirilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, sənədlər toplusuna əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-M-4737-8-5177/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə keçmiş Şaumyan rayon XDS İK-nın (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 72/2a saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının 3-52/2-M-596-112/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhər Xətai Rayon (keçmiş Şaumyan rayon XDS İK) İcra Hakimiyyəti tərəfindən verilən qərar və orderlərin Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin 5-11/2-M-389-012/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətə mahiyyəti üzrə baxılması imkan xaricində olduğu bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfat İdarəsinin 162 nömrəli Mənzil Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli 3-101 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin pay haqqı ödənilmiş, kommunal xidmətlər üçün borcu yoxdur.
6. Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-M-4737-8-5177/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 72/2a saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir.
7. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli 3-52/2-M-596- 112/2024 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayon (keçmiş Şaumyan rayon X5 İcraiyyə Komitəsi) İcra Hakimiyyəti tərəfindən verilən qərar və orderlər Bakı şəhəri Xətai rayon (keçmiş Şaumyan rayon X5 İcraiyyə Komitəsi) İcra Hakimiyyəti tərəfindən verilən qərar və orderlər Bakı şəhəri İcra Hakimiyyətinin arxivində saxlanılmır.
8. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli 5- 11/2-M-389-012/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətə mahiyyəti üzrə baxılması imkan xaricindədir.
9. Keçmiş Şaumyan rayon X5 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 256831 saylı orderə əsasən, Bakı şəhəri, 1733 keçid, ev 8, mənzil 11 dair İddiaçı verilmişdir.
10. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan SSR Bakı şəhəri X2 İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli 162459 nömrəli orderində qeyd edilmişdir ki, Bakı şəhəri, Əhmədli küçəsi, ev 8, mənzil 184-ə dair order M.Q.Həmidova və onun ailə üzvlərinə verilmişdir.
11. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ********** qeydiyyat nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu Lütfi zadə küçəsi, ev 8 mənzil 184 xüsusi mülkiyyət hüququ əsasında G.F. Həmidovanın adına xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
12. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan SSR Bakı şəhəri X2 İcraiyyə Komitəsi xx.xx.1977-ci il tarixli 153773 nömrəli orderdə qeyd edilmişdir ki, Bakı şəhəri, Əhmədli küçəsi, ev 8, mənzil 62-ə dair order S.F. İsmayılovaya və onun ailə üzvlərinə verilmişdir.
13. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ********** qeydiyyat nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, mənzil 62 xüsusi mülkiyyət hüququ əsasında M.B. İsmayılovun adınaxx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
14. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 6 saylı ASAN Xidmətinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışda qeyd edilmişdir ki, Ş.İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.
15. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 6 saylı ASAN Xidmətinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışda qeyd edilmişdir ki, İ.İddiaçı, Ş.S. Mustafayev, Ü.S. Həsənova və M.İ.Həsənova ünvan 3 ünvanında qeydiyyatdadır.
16. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Lütfi zadə küçəsi, ev 8, mənzil 11, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir, hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 54.15 kv.m, yaşayış sahəsi 30,05 kv.m. təşkil edir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
19. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
21. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
24. “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: -keçmiş Şaumyan rayon X5 İcraiyyə Komitəsi tərəfindən Bakı şəhəri, 1733 keçid, ev 8, mənzil 11-ə dair İddiaçı adına xx.xx.1987-ci il tarixli 256831 saylı order verilmişdir; -İddiaçı yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilin pay haqqı ödənilmiş, kommunal xidmətlər üçün borcu yoxdur;
29. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 256831 nömrəli order iddiaçının İddiaçı Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 129, 11 saylı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X6 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
30. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, Şaumyan rayon XDS İK-nın (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 72/2a saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
31. Məhkəmə hesab edir ki, arxivə təqdim olunmuş sənədlərdə qərar və orderin aşkar olunmaması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur və bu hal mənzilə dair hüquqların qeydiyyata alınmamasına əsas vermir. Belə ki, orderin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən əslinə baxış keçirilmişdir.
32. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının mərhum ərinin ona verilmiş fərdi yaşayış evinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 54.25 kv.metr olan, yaşayış sahəsi 30.05 kv.metr olan 2 otaqlı 11 saylı mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva