Məhkəmə qərarları › İş №2-1(112)-8462/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8462/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8462/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “istismara icazə verilməməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsi əsasında cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, "xxxx" M.M.C. tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsi üzərində, qanun pozuntuları ilə inşa edilmiş hissəsinin (200 kv.m. x 13 mərtəbə = 2600 kv.m.) istismarına icazə verilməməsi barədə qərar qəbul edilməyini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa etdiyi 13 mərtəbədən ibarət olan olan yaşayış ”b” binasının , iddiaçıya məxsus olan Təbriz küçəsi, ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan, M.M.C tərəfindən qanunun tələblərinin kobud pozulması ilə zəbt edilmiş 200 kv.m.-lik həyətyanı torpaq sahəsi üzərindəki hissəsinin (200 kv.m. x 13 mərtəbə = 2600 kv.m.-lik qeyri-yaşayış və yaşayış sahəsi) istismarına icazə verməkdən çəkinməlidir. İddiaçı hesab edir ki, binanın Təbriz küçəsi, ev 34 ünvanında zəbt yolu ilə inşa edilmiş hissəsinin istismarına icazə verilməməlidir. İddiaçı qeyd edir ki, bina ”b” Təbriz küçəsi, ev 34 ünvana aid olan həyətyanı torpaq sahəsinin "xxxx" MMC tərəfindən qanunsuz zəbt edilməsi ilə inşa edilmişdir. İddiaçı Təbriz küçəsi, ev 34 ünvanında zəbtdən salamat çıxmış, iddiaçıya məxsus olan ”B” (118,4 kv.m.) tikiliyə münasibətdə, MMC tərəfindən ”b” binasının inşası zamanı Şəhərsalma və Tikintiyə dair normativ sənədlərin tələbləri kobudcasına pozulduğunu qeyd edir. İddiaçı Nərimanov Rayon İcra Hakimiyyətinin 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının 3.6-cı və 4-cü bəndlərinin tələbləriтшт MMC tərəfindən pozulduğunu bildirir. Sərəncam özü Təbriz küçəsi, ev 34 ünvana aid olan hissəsində daha üstün hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlara – Konstitusiyaya, Fərmana, qanuna ziddir, qeyri-normativ aktdır. İddiaçı qeyd edir ki, sərəncam əsasında MMC-nin istifadə (və digər) hüququ Təbriz küçəsi, ev 34 ünvana münasibətdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən "xxxx" dövlət qeydiyyatına alınmamışdır. MMC-nin Təbriz küçəsi, ev 34 ünvanına müdaxiləsi və inşaat işlərinə başlaması nəticəsində həm ünvanın mülkiyyətçilərinin mülki hüquqlarının pozulması, həm də məhkəmənin – Nərimanov rayon Məhkəməsinin qərardadlarının MMC üçün qadağanedici tələblərinin qəsdən arxayıncasına pozulması baş vermişdir. İddiaçı bildirir ki, qeyd edilən və digər əsaslı səbəblərə görə MMC-nin Təbriz küçəsində inşa etdiyi 13 mərtəbəli ”b” binasının Təbriz küçəsi, ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsi üzərindəki hissəsinin istismarına rəsmi icazə verilməməlidir. X3 ünvan 3 ünvanında salamat qalmış yeganə ”B” (118,4 kv.m.) tikilisinin tam hissəsinin, Təbriz küçəsi, ev 34 ünvanda mövcud olmuş, MMC tərəfindən məhv edilmiş, ”A” (111,5 kv.m.) tikilisinin isə 13/256 hissəsinin hüquq sahibi (çıxarış -xx.xx.2023-cü il tarixli əlavə olunur) olmuşdur. Həm də 50 il müddətində faktiki istifadəçisi olmuşdur. 1 saylı Asan Xidmət Mərkəzinin notariat ofisindən aldığı xx.xx.2023-cü il tarixli Vərəsəlik Şəhadətnaməsində iddiaçı və bacısı Qurbanova İ.A mərhumun hüquqi varisləri olaraq tanımışdırlar.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, bununla əlaqədar olaraq bildirilir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hər hansı digər fiziki bağlı məlumat İdarədə aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, ərizədə qeyd olunan Azərbaycan Respublikası Ali və ya hüquqi şəxsin istifadəsinə verilməsi ilə Əlavə olaraq bildiririk ki, ərizədə Məhkəməsinin 2(102)-5603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsi üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin bildirilir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4265/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12508/2017 saylı, xx.xx.2017-ci il tarixli bildirişləri İdarəyə daxil olmuşdur.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış evinə dair 10 may 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən 26 sentyabr 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Müxtəlif dövrlərdə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələri və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında sözügedən yaşayış evinin hissələrinə münasibətdə müxtəlif hüquq əldə edənlərin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. Hazırda həmin yaşayış evi X1, X7, X8, X4, X11 və X2 paylı mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sözügedən yaşayış evinə dair Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1961-ci ilin iyun ayında texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin müvafiq ünvanda yerləşən yaşayış evinin payları ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olduğundan və həmin mübahisənin başa çatmasını təsdiq edən yekun məhkəmə qərarı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmadığından, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxılması mümkün olmamışdır. Belə ki, “payların bölüşdürülməsi və s.” tələblərə dair məhkəmə mübahisəsi barədə Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(103)-12508/2017 nömrəli və Ali Məhkəmənin 11 may 2018-ci il tarixli, 2(102)-4265/2018 nömrəli bildirişləri 1 saylı Bakı Ərazi idarəsinə daxil olsa da, iş üzrə mübahisənin yekunlaşmasını təsdiq edən məhkəmə aktı barədə hər hansı məlumat mövcud deyildir. Göstərilənlərə əsasən bildiririk ki, iş üzrə yekun məhkəmə qərarı rəsmi qaydada daxil olduqdan sonra sözügedən yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (paylı) X5 (A tikilisindən 38/256 hissə) xx.xx.2015-ci il tarixdə, X12 (A tikilisindən 16/32 hissə) xx.xx.2010-cu il tarixdə, X17 (A tikilisindən 5/256 hissə açıq saxlanılır), X10 (A tikilisindən 1/32 hissə), X18 (A tikilisindən 8/32 hissə) və X6 (A tikilisindən 13/256 hissə və B tikilisi) adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdırlar.

6. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrası məqsədilə Nərimanov RİH başçısının 23 06.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli: yaşayış binalarının tikintisinin aparılması “RNQ GROUP' MMC-yə həvalə edilmişdir. Həmin ərazidə ‘RNQ GROUP" MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə ‘RNQ GROUP' MMC-nin adına layihələndirilməsi Nərimanov RİH-in xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı ilə razılaşdırılmışdır. Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 161 №-li Sərəncamı ilə RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilmiş və Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması “Qaya Qala’ MMCyə həvalə edilmişdir (Nərimanov RİH başçısının sözügedən sərəncamı hal-hazırda hüquqi qüvvəsindədir). Ərizədə toxunulan xüsusatla da əlaqəli hüquq münasibətlərinə çoxsaylı məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, eləcə də mübahisə predmeti üzrə digər şəxslərin hüquq və mənafelərinin pozulmaması baxımından Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 161 №-li Sərəncamının tam və ya hissəvi ləğv edilməsi yolverilməzdir. Müraciətdə toxunulan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102J-5603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə qüvvədə saxlanılan. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-675/2022 nömrəli. 14.01 2022-ci il tarixli Qətnaməsi həmin ərazidə daş hasarın tikintisi üçün əsas vermir. Eləcə də bildirilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 7272/2023 nömrəli iş üzrə Qərardadı ilə vəsatət təmin olunmuşdur, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir, həll edilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarış əsasında iddiaçı X1 istifadəsində və sahibliyində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 34 ünvanında yerləşən tikiliyə "xxxx" MMC-nin apardığı qazıntı və söküntü işləri nəticəsində maddi ziyan dəymişdirmi, dəymişsə ziyanın məbləği nə qədərdir? 2. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarış əsasında X1 istifadəsində və sahibliyində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 34 ünvanında yerləşən tikili və həmin tikiliyə aid həyətyanı torpaq sahəsi "xxxx" MMC tərəfindən zəbt olunmuşdurmu? Zəbt faktı varsa, hansı hissədə olduğu müəyyən edilsin. 3.Aparılan qazıntı və söküntü işləri nəticəsində iddiaçının (hüquqi varislərin) ona məxsus tikilidən və həmin tikliyə aid torpaq sahəsindən istifadəsinə hər hansı məhudiyyət yaradılmışdırmı? Rəy verilməsi üçün ekspertlərə mülki işin materialları təqdim edilməyi, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılması, mülki iş üzrə icraat dayandırılması, ekspertiza iş materiallarına əsasən həyata keçirilməsi qərara alınmışdır.

8. Məhkəmə iclasında tərəflər iştirak etmir.

II. İddianın mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

10. X29 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

11. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X19rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X20rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

12. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisənin mövcud olması əsaslandırılmamışdır.

13. İddia tələbində iddiaçının hüquqi marağının nədən ibarət olması aydın olmadığından məhkəmə tələbin dəyişdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsini mümkün hesab etmir.

14. X29 Məhkəməsinin presedent hüququna əsasən: “Mübahisə” sözü (Fransız dilində “contestation” formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X27rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -“Mübahisə” real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). - Mülki “hüquq” un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X23rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X9rşı, § 38). - Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi “contestations sur (des) droits et obligations de caractère sivil” nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki “... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi” mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

15. Odur ki, iddia tələbində iddiaçının hüquqi marağı aydın ifadə edilməyib və tələb özlüyündə aydın deyil. Hazırkı iddianı qaldırmaqda nail olmaq istədiyi məqsəd əsaslandırılmamışdır.

16. Məhkəmə hesab edir ki, idda mümkün sayılmadığından iddia ərizəsində qeyd edilən xüsusi qərardad qəbul edilməsinə və ekspertiza təyin edilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməlidir.

17. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq olmadığından həmin hüququn məhdudlaşdırılması hazırki işdə olduğu kimi məhkəməyə müraciət etmə hüququndan sui-istifadə edildiyi halda yol veriləndir. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

18. İddiaçının məhkəmənin icraatında eyni xarakterli çoxsaylı iddia tələbləri olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsini mümkün hesab etmir.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Vəsatətin təmin edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar