Məhkəmə qərarları › İş №2-1(112)-847/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-847/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-847/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və s.” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 09.10.1989-cu il tarixli, 11/387 saylı sərəncamı və keçmiş Azərbaycan Neft və X2 İttifaqının 20 oktyabr 1989-cu il tarixli, 11 saylı protokoluna əsasən Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan ərazidə, "Gülüstan-2" bağ sahəsində 17 saylı torpaq sahəsinin (500 kv.m) mərhum əri X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-cizginin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 09.10.1989-cu il tarixli, 11/387 saylı sərəncamı və keçmiş Azərbaycan Neft və X2 İttifaqının 20 oktyabr 1989-cu il tarixli, 11 saylı protokoluna əsasən Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan ərazidə, "Gülüstan-2" bağ sahəsində 17 saylı torpaq sahəsinə (500 kv.m) mülkiyyət hüququnun mərhum əri X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhər İcra hakimiyyəti Başçısının 09.10.1989-cu il tarixli, 11/387 saylı sərəncamı və keçmiş Azərbaycan Neft və X2 İttifaqının 20 oktyabr 1989-cu il tarixli, 11 saylı protokoluna əsasən Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan ərazidə, "Gülüstan-2" bağ sahəsində 17 saylı torpaq sahəsi (500 kv.m) mərhum əri X7 ayrılmışdır. Keçmiş Azərbaycan Respublikasının Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən 28 yanvar 2013-cü il tarixdə həmin torpaq sahəsinin plan və ölçüsü verilmişdir. 08 oktyabr 2019-cu il tarixdə əri X9 vəfat etmişdir. Bundan sonra o, həmin torpaq sahəsini vərəsəlik qaydasında öz adına keçirmək üçün 38 saylı notariat kontoruna müraciət etmişdir. Həmin notariat kontorunun cavabdehə ünvanladığı 30 dekabr 2019-cu il tarixli, 1763 saylı məktubla onun mərhum əri X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsinin təmin edilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi isə 10.06.2020-ci il tarixli məktubla hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. İmtinaya əsas kimi Azərbaycan Dövlət Neft Akademiyasına 09.10.1989-cu il tarixli, 11/387 saylı sərəncamla verilmiş bağ sahələrinə dair kitabça və orderlərin ləğv edildiyi göstərilmişdir. Lakin imtina məktubuna 09.10.1989-cu il tarixli, 11/387 saylı sərəncamın ləğvini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Buna görə də 02 fevral 2021-ci il tarixdə yenidən cavabdehə müraciət edərək 10 iyun 2020-ci il tarixli imtina məktubunda istinad olunan sənədlər verilmədiyi üçün imtinanın əsassız olduğuna görə göstərilən torpaq sahəsinə mərhum əri X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh yenidən 09 mart 2021-ci il tarixli məktubla göstərilən torpaq sahəsinə mərhum əri X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh guya Bakı ŞİHB-nın 13.07.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə əlaqədar tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş 03.09.2005-ci il tarixli akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına 09.10.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv edildiyini bildirmişdir. Lakin dəfələrlə müraciət etsə də, həmin akt ona təqdim edilməmişdir. Həmin akt ümumiyyətlə yoxdur. Belə bir akt olsaydı cavabdeh bunu ona təqdim edərdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 13.07.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş 03.09.2005ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına 09.10.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 10.06.2020-ci il tarixli **********86 saylı imtina bildirişində qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 17 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 20.02.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Bakı ŞlHB-nın 13.07.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş 03.09.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına 09.10.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. Həmçinin, bu məsələ ilə bağlı aidiyyəti üzrə göndərilmiş sorğuya cavab verilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanlanmış 09.03.2021-ci il tarixli **********18 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 17 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 02.02.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, bağ sahəsi ilə bağlı 10.06.2020-ci il tarixli, **********86 nömrəli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan ünvan 3 ünvanlanmış 30.12.2019-cu il tarixli 1763 nömrəli mətkubdan görünür ki, İddiaçı 15.09.2019-cu ildə vəfat etmiş X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciəti əsasında miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın verilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 06.05.2021-ci il tarixli BA-01890-2021 saylı məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər X10 İcraiyyə Komitəsinin 09.10.1989-cu il tarixli 11/387 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki (arxiv çıxarışı), kollektiv bağçılığın yaradılması məqsədi ilə Azərbaycan Neft və X6 qəsəbəsinin şimal-qərbində bağçılıq yoldaşlıq massivinin ərazisində 50 üzv üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qeyd: qərara adlı siyahı və digər sənədlər əlavə edilməmişdir. İş materiallarında olan Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 11 saylı 20 oktyabr 1989-cu il tarixli protokolundan çıxarışın surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 09.10.1989-cu il tarixli 11/387 nömrəli qərarına əsasən Nardaran qəsəbəsi yaxınlığında Ləhiş torpaq sahəsində «Gülüstan-2» bağ sahəsində 17 saylı torpaq sahəsinin (500 kv.m) X4 adına hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən 23.03.1991-ci ildə verilmiş 156 nömrəli üzvlük kitabçanın surətindən görünür ki, X9 bağçılıq yoldaşlığın üzvlüyünə 10.03.1989-cu il tarixdə qəbul olunmuşdur, bağ sahəsi №17. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına Bakı şəhər XDS İK-nin 09.10.1989-cu il tarixli 11/387 saylı qərarı və «Gülüstan-2» b/y-nin 20.10.198-cu il tarixli 11 saylı protokolu ilə 500 kv.m 17 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edlmişdir, X12 kitabında 28.01.2013-cü il tarixdə 33386 nömrə ilə uçota alınmışdır (A №426807). İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən 10.07.1982-ci ildə verilmiş İİİ-JQ seriyalı 273584 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 10.07.1982-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 08.10.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 046987 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15.09.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 18.01.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» 13.07.1992-ci il tarixli 941 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti apparatının deputatları ilə birlikdə bağtikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21.05.2021-ci il tarixli **********64 saylı məktubla məhkəməyə təqdim edilmiş «Gülüstan-2» bağçılıq yoldaşlıq təsərrüfatına dair arxiv qovluğunda olan 03.09.2005-ci il tarixli aktın və Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» 13.07.1992-ci il tarixli 941 nömrəli sərəncamının surətindən görünür ki, Ləhiş ərazisində Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış torpaq sahələrinə Bakı şəhər İcra Hakimiyyəti başçısının 13.07.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən baxış keçirilmiş və həmin bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər X10 İcraiyyə Komitəsinin 09.10.1989-cu il tarixli 11/387 nömrəli qərarına əsasən kollektiv bağçılığın yaradılması məqsədi ilə Azərbaycan Neft və X6 qəsəbəsinin şimal-qərbində bağçılıq yoldaşlıq massivinin ərazisində 50 üzv üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 11 saylı 20 oktyabr 1989-cu il tarixli protokoluna əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 09.10.1989-cu il tarixli 11/387 nömrəli qərarına əsasən Nardaran qəsəbəsi yaxınlığında Ləhiş torpaq sahəsində «Gülüstan-2» bağ sahəsində 17 saylı torpaq sahəsinin (500 kv.m) X4 adına hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» 13.07.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti apparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır. Bundan sonra «Gülüstan-2» bağçılıq yoldaşlıq təsərrüfatına dair 03.09.2005-ci il tarixli akt tərtib edilərək Ləhiş ərazisində Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış torpaq sahələrinə Bakı şəhər İcra Hakimiyyəti başçısının 13.07.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən baxış keçirilmiş və həmin bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir. Göründüyü kimi, X7 ayrılmış torpaq sahəsi geri alınmış və torpaq sahəsinə dair sənədlər etibarsız sayılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar