Məhkəmə qərarları › İş №2-1(112)-8478/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8478/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8478/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Cavabdeh xx.xx.2023-cü il tarixli, 2936/Ş nömrəli əmrinin ləğv edilməsi, İddiaçı təkrar işə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilməsi və mediasiya sessiyası üçün ödənilmiş 60 manat xərcin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizədə cavabdeh qismində Azərbaycan Respublikası Cavabdeh nəzərə alınmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixli 0124/Ş sayılı əmrə əsasən Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinə işə qəbul olunmuşdur. Bu vəzifədə 13 (on üç) il qüsursuz xidmət göstərmişdir. İddiaçı işlədiyi müddətdə işində heç bir nöqsana yol verməmiş və bu barədə rəhbərliyin heç bir iradı, töhməti və əmri olmamışdır. Ancaq, xx.xx.2023-cü il tarixdə iddiaçının heç bir günahı olmadan və yanlış anlaşılmış hadisə nəticəsində heç bir ciddi araşdırma aparılmadan, xx.xx.2023-cü il tarixdə, 2936/Ş əmrə əsasən iddiaçı və digər iki əməkdaş X1 xaric edilmişdirlər.

4. İş materiallarına əlavə olunmuş əmək kitabçasına əsasına İddiaçı xx.xx.2023-cü il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrinə əsasən (intizam tənbehi qaydası) fövqəladə halları orqanlarından xaric edilmişdir.

5. Azərbaycan Respublikasının Cavabdeh xx.xx.2023-cü il tarixli, 2936/ş nömrəli Əmrə əsasən vəzifələrinin icrası zamanı kobud pozuntulara görə Nazirliyin X3 Xidmətinin Bakı şəhəri Nərimanov rayon X3 hissəsinin 17 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəsinin köməkçisi daxili xidmət baş leytenantı X5, bölmənin dispetçeri daxili xidmət çavuşu İddiaçı, X3 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 52 nömrəli Yanğından mühafizə hissəsinin böyük sürücüsü daxili xidmət baş çavuşu X6 X1 xaric edilmişdirlər.

6. Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” Arayış iş materiallarına əlavə edilmişdir. Mübahisənin növü (işarə etmək) Əmək mübahisəsi Mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2024 Təklifdə göstərilən mübahisənin Əmək münasibətləri, işə bərpa olunma və predmeti təzminat tələbləri İMS-də iştirak edən tərəf X2 AA*******, FİN: xxxxxxx, xx.xx.1992 İMS üçün ərizənin tarixi xx.xx.2024 İMS-də iştirak etməyən və ya Azərbaycan Respublikasının Cavabdeh iştiraketməkdən yazılı şəkildə imtina edən tərəf Tərəf(lər)ə göndərilən bildirişin tarixi və xx.xx.2024, çatıb tərəflərə çatma tarixi İMS-in keçirildiyi tarix, yer və vaxt xx.xx.2024, saat 11:00, Algi plaza

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2323/2024 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. xx.xx.2024-cü il tarixli, 31434 nömrəli ödəniş qəbzinə əsasən Azərbaycan Respublikası Hökümət Ödəniş Portalı və ya “Asan Pay” vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfndən İddiaçı qaytarılmışdır. İddiaçı izah edilmişdir ki, hazırki iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “prosessual müddətin bərpası barədə” ərizədə qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, 2936/Ş əmrə əsasən, iddiaçı və digər iki əmakdaş X1 xaric edilmişdirlər. İddiaçı və digər iki əməkdaş Əmrdən çıxarışı çox gec tarixdə əldə etmişdirlər. İddiaçı əmrdən çıxarış aldıqdan sonra məhkəmə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə deyil, səhvən xx.xx.2024-cü il tarixdə Mediasiya Şurası, Bakı 18 sayılı Mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı Bakı 18 saylı Mediasiya təşkilatından xx.xx.2024-cü il tarixdə, MŞB/18/2024-00128 sayılı Mediasiya arayışını almışdır (mediasiya arayışının surəti və poçt qəbzlərinin surətləri də Vəsatətə əlavə edilmişdir). İddiaçı daha sonra yenə də məhkəmə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə deyil, səhvən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Yasamal Rayon Məhkəməsinin 2(004)-2323/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadının mahiyyətini öyrəndikdən sonra xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə idiia ərizəsi ilə müraciət etmişdir. (vəsatətə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2323/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadının surətini də əlavə edilmişdir). Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli, 2936/Ş Əmrdən çıxarışdan vaxtında Bakı İnzibati Məhkəməsinə şikayət ərizəsi verilməmişdir. İddiaçı hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq, buraxılmış prosessual müddət bərpa edilməlidir.

9. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ünvanlamış və iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə çatmışdır.

10. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ünvanlamışdır və iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə çatmışdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, medasiya bildirişini xx.xx.2024-cü il tarixdə əldə etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, № 02, 24-cü bənd)

13. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

14. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik xx.xx.2023-cü il tarixli, 2936/Ş nömrəli əmrin ləğv edilməsini tələb edir.

15. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarından: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

18. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X4rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).

19. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 48.4-cü maddəsinə əsasən inzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır.

21. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

22. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir.

23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 2936/Ş nömrəli əmr əsasında X1 xaric edilmişdir.

24. Məhkəmə nəzərə alır ki, hazırki iş üzrə mübahisələndirilən əmr xx.xx.2023-cü il tarixdə qəbul ediliyi halda iddiaçı Bakı İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ünvanlamışdır (iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə çatmışdır). Odur ki, iddiaçı müvafiq əmrin qəbul edilməsindən (xx.xx.2023-cü il tarixindən) təxminən 03 ay 16 gün sonra inzibati məhkəməyə şikayət etmişdir.

25. İddiaçı məhkəməyə prosessual müddətin bərpası barədə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, 2936/Ş əmrə əsasən iddiaçı X1 xaric edilmişdirlər. İddiaçı Əmrdən çıxarışı çox gec tarixdə əldə etmişdir. İddiaçı əmrdən çıxarış aldıqdan sonra məhkəmə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə deyil, səhvən xx.xx.2024-cü il tarixdə Mediasiya Şurası, Bakı 18 sayılı Mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı Bakı 18 saylı Mediasiya təşkilatından xx.xx.2024-cü il tarixdə, MŞB/18/2024-00128 sayılı Mediasiya arayışını almışdır. İddiaçı daha sonra yenə də məhkəmə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə deyil, səhvən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Yasamal Rayon Məhkəməsinin 2(004)-2323/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadının mahiyyətini öyrəndikdən sonra xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli 2936/Ş Əmrdən çıxarışdan vaxtında Bakı İnzibati Məhkəməsinə şikayət ərizəsi verilməmişdir. İddiaçı hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq, buraxılmış prosessual müddət bərpa edilməlidir.

26. Məhkəmə nəzərə alır ki, Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” Arayış xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir (bu hal iddiaçının izahatı ilə də təsdiq edilmişdir). İddiaçı ilkin olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ünvanlamışdır (iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə çatmışdır). Odur ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etdikdə də prosessual müddəti ötürmüşdür. Belə ki, iddiaçı mediasiya arayışını əldə etdikdən 01 ay 16 gün sonra ümumi məhkəməyə müraciət etmişdir.

27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Belə ki, müddətin bərpasını əsaslandıran hər hansı hal mövcud deyil.

28. Odur ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu əsaslandırmamışdır və məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Odur ki, qərar(lar)ın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

29. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

31. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar