Məhkəmə qərarları › İş №2-1(112)-848/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-848/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-848/2020 25.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı pul vəsaitinin ayrılması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı pul vəsaitinin ayrılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindn hərbi xidmətdən ehtiyata buraxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1728/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı bu günə qədər icra olunmamışdır. 2016-cı ildən bu günə kimi 3 il keçməsinə baxmayaraq ona ödənilməli olan əşya əmlakı əvəzinə pul kompensasiyası ödənilməmişdir. Onun tərəfindən dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq, müraciətinə baxılmamışdır. Fövqəladə Hallar Nazirliyi səbəbi Maliyyə Nazirliyi tərəfindən pul ayrılmamasını göstərir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət edərək, Maliyyə Nazirliyindən xərclər smetasından bu xərclər üçün pul vəsaitinin ayrılmasını tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxıla bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə Fövqəladə hallar orqanlarından ehtiyata buraxılmışdır. Məhkəmə qərarına əsasən ona ödənilməmiş əşya əmlakı əvəzinə pul kompensasiyasını Fövqəladə Hallar Nazirliyindən tutularaq ona ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar iddiaçı ona ödənilməli olan əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etsə də, sonuncu tərəfindən müxtəlif tarixli məktublarla ona cavab verilərək bildirilmişdir ki, tələb olunan pul vəsaiti ayrıldığı təqdirdə onun iddiası təmin ediləcəkdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edərək əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Maliyyə Nazirliyi tərəfindən onun müraciətinə cavab olaraq bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 iyul tarixli, 2-1(81)-1728/2019 saylı Qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində hərbi xidmət müddəti ərzində almadığı əşya əmlakı əvəzinə 1144.52 manat məbləğində pul kompensasiyasının ödənilməsi vəzifəsi cavabdeh Fövqəladə hallar Nazirliyinin üzərinə qoyulmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə qərarlarının icrası ilə bağlı prosessual hərəkətlər həmin qərarla cavabdeh (borclu) kimi tanınan qurum tərəfindən həyata keçirilməlidir. Həmçinin qanunvericiliyin tələblərinə görə Maliyyə Nazirliyi hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişləri əsasında maliyyələşdirir. Maliyyə Nazirliyini kredit sərəncamçılarının (bu halda Fövqəladə Hallar Nazirliyinin) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Alki Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə prses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Daha sonra həmin Qərarda qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırlması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının tələb etdiyi pul məbləği məhkəmə qərarına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən ona ödənilməli olan pul məbləği olub, həmin məbləğin Fövqəladə Hallar Nazirliyindən tutularaq ona ödənilməsi bir başa məhkəmə qərarının icrası ilə bağlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdehə qarşı iddia əsaslandırılmadığından bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar