Məhkəmə qərarları › İş №2-1(112)-848/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-848/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-848/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rəna Şirağa qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il təvəllüdlüdür, hazırda 58 yaşı tamam olmuşdur. O, xx.xx.1981-ci il tarixdən etibarən 39 il əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti müddətinin əhəmiyyətli bir hissəsini, təxminən 36 ildən çox müddətini insan sağlamlığı üçün olduqca zərərli olan peşə fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda, onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ xx.xx.2020-ci il tarixdən yaranmışdır. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Ona görə də, hesab edir ki, Azərbaycan Respublikası Nazirər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən onun xx.xx.2020ci il tarixdən etibarən, yəni 57 yaşının tamam olmasının səhəri günündən etibarən güzəştli şərtlərlə yaşa görə pensiyasına çıxmaq hüququ yaranmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixdək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqunda” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi satajı olan və bu stajın ən azı 12 il 6 ayını Vzərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı təsdiq olunmuş 2 No-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixənədək güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 28 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümükün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun çıxış edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19 noyabr 2020-ci il tarixli, **********9 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazilər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır olan işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 28 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1982, xx.xx.1985-xx.xx.1987, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.1993, xx.xx.1993-xx.xx.1994, xx.xx.1994-xx.xx.1995-ci il tarixiləri arasında müxtəlif peşələrdə işləmişdir və xx.xx.1995-ci ildən hall-hazıradək Dövlət Neft Şirkəti Heydər Əliyev adına X7 işləyir. İşdə olan iddiaçıya məxsus DT-İ seriyalı 772444 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1978-1982-ci illər ərzində Bakı Baza Energetika texnikumunda təhsil almışdır. İşdə olan Bakı Neft-Energetika Kollecinin 557 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 26 avqust 1978-ci il tarixində 243 saylı əmrlə Bakı baza energetika texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 06 mart 1982-ci il tarixində 42 saylı əmrlə “Enerji sistemlərinin rele mühafizəsi və avtomatikası” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnikelektrik” ixtisas dərəcəsi və DT-İ No772444 saylı diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakı Neft-Energetika texnikumu birləşdirilərək Bakı Energetika Kolleci yaradılmışdır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İşdə olan SOCAR Heydər Əliyev adına X5 xx.xx.2020-ciil tarixli SOCAR**********81200601A00034 nömrəli zərərli iş şəraiti haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən hal-hazıradək 10 No-li sex elektrik sahəsi, elktrik montyoru, neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 No-li sahə elektrik avadanlığının nəzarət ölçü cihazları və avtomatika vasitələrini təmiri üzrə sahə, elektrik avdanlıqlarının təmiri və xidməti üzrə elktrik montyoru peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) və Azərbaycan Repsublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 10.5 neftin, qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinə əsasən zərərli iş şəraiti müəyyən edilir. Məhkəmənin İddiaçı xx.xx.1981-xx.xx.1982-ci ilədək “Bakı Pivə” İcarə Birliyində fermentasiya sexində işlədiyi 4-cü dərəcəli apartçı, xx.xx.1985-xx.xx.1987-ci il tarixlərdə “Bakı Pivə” İcarə Birliyində fermantasiya sexində işlədiyi 3-cü dərəcəli mayalayıcı peşələrinin xarakteristikası və funksiyaları barədə məlumatı, eləcə də, 4-cü dərəcəli aparatçı və 3-cü dərəcəli mayalayıcı peşələrində çalışarkən İddiaçı güzəştli iş şəraitində işlədiyinə görə əmək haqqına əlavələrin hesablanıb-hesablanmaması, hesablandığı təqdirdə müvafq təsdiqedici sənədlərin məhkəməyə təqdim edilməsi barədə sorğularına “Garlsberq Azerbaijan” LLC tərəfindən verilmiş 1169 nömrəli xx.xx.2022-ci il tarixli və 1153 nömrəli xx.xx.2022-ci i tarixli arayışlardan görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixində “Bakı Pivə” İcarə birliyinə fermentasiya sexinə 4-cü dərəcəli aparatçı kimi işə qəbul edilib, xx.xx.1982-ci il tarixində hərbi xidmətə çağrıldığı üçün xx.xx.1982-ci il tarixli əmrlə işdə azad olunub. xx.xx.1985-ci il tarixində “Bakı Pivə” İcarə birliyinin fermentasiya sexinə 3-cü dərəcəli mayalayıcı kimi işə qəbul edilib və xx.xx.1987-ci il tarixində öz xahişi ilə əlaqədar işdən azad edilib Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 №-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə yaşa göə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında fermentasiya sahəsi öz əksini tapmışdır. İşçinin çalışdığı peşələr fəhlə kateqoriyasına aid edilir. X2 çalışdığı vəzifə fermentasiya kameralarının doldurucuları-boşaldıcıları yarımbəndinə (kod 2240400a-12108) aid edilir. Məhkəmə cavabdehin imtinasında və etirazında qeyd olunan dəlilləri, iş materiallarına əlavə olunmuş sübutlarla birlikdə tədqiq edərək belə bir qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehin etirazında və imtinasında qeyd olunan dəlillərlə razılaşaraq qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçının hazırki tələbinin hüquqi əsasını ona xx.xx.2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda, əgər iddiaçının ümumi və xüsusi iş stajı imkan verərsə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox olsa da, xüsusi iş stajı isə 12 il 6 aydan azdır. Belə ki, işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək Heydər Əliyev adına X7 işlədiyi dövrdə güzəştli iş stajı stajı 12 il 6 aydan az olmaqla 10 il 8 ay 28 gün təşkil edir. “Garlsberq Azerbaijan” LLC tərəfindən verilmiş arayışlarda iddiaçının xx.xx.1981-ci il tarixindən-xx.xx.1982-ci il tarixədək “Bakı Pivə” İcarə birliyində fermentasiya sexində 4-cü dərəcəli aparatçı kimi, xx.xx.1985-ci il tarixidən-xx.xx.1987-ci il tarixədək “Bakı Pivə” İcarə Birliyinin fermentasiya sexində 3-cü dərəcəli mayalayıcı kimi işlədiyi dövrün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 №-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında fermentasiya sahəsi öz əksini tapması, iddiaçının çalışdığı peşələrin fəhlə kateqoriyasına aid edilməsi və onun çalışdığı vəzifə fermentasiya kameralarının doldurucuları-boşaldıcıları yarımbəndinə (kod 2240400a-12108) aid edilməsi göstərilsə də, məhkəmə hesab edir ki, həmin dövr güzəşli iş stajı kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 No-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə yaşa göə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında kod 22404000 fermentasiya istesalı 22404000a a) yarımbəndində fəhlələr, 2240400a-12108 altyarımbəndində fermentasiya kameralarının doldurucu-boşaldıcıları; 2240400a-13823 altyarımbəndində tütünü fermentasiyaya hazırlayan xəttin maşinistləri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının “Bakı Pivə” İcarə birliyində işlədiyi fermentasiya sexində 4-cü dərəcəli aparatçı və 3-cü dərəcəli mayalayıcı peşələri həmin siyahıda öz əkisini tapmamışdır. İddiaçının işlədiyi peşələrin, fermentasiya istesalı - 22404000a bəndinin yarımbəndlərində göstərilmiş peşələrlə vəzifə təlimatlarının və funksiyalarının eyni olması barədə iddiaçı və onun işlədiyi müəssisə tərəfindən məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 60 yaşına çatmamışdır. Bu səbəbdən də, iddiaçı 60 yaşına çatmadığından onun hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən pensiya hüququnun yoxlanılmasına zərurət yoxdur. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar