Məhkəmə qərarları › İş №2-1(112)-849/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-849/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-849/2020 10.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi öhdəliklərin pozulması nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə 2.000 (iki min) manat məbləğində kompensasiyanın cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 30.12.2016-cı ildə Azərbaycan Respublikası Cavabdeh hərbi xidmətindən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən əşya əmlak əvəzinə pul kompensasiyasının ödənilməsi üçün arayış verilməsinə baxmayaraq, ona pul kompensasiyası ödənilməmişdir. Belə ki, hərbi hissə komandirinin əmrilə hərbi hissənin bütün növ təminatlardan və şəxsi heyətin siyahısından çıxarıldığı gün qanunvericiliklə hərbi qulluqçunun bütün növ maliyyə məsələləri həll olunub ödənilməlidir. Dəfələrlə müraciətləri olmuşdur. 2016-cı ildən bügünə qədər 3 il keçməsinə və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81) 1728/2019 saylı 19.07.2019-cu il tarixli qərarının olmasına baxmayaraq, icra edilməmişdir. Beləliklə, İPM-in 34.1-ci maddəsinə əsaslanaraq cavabdeh tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş 2000 manat maddi və mənəvi ziyanın ödənilməsi tələb edilir. Əvvəlki Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia ərizəsinə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verərək bildirmişdir ki, hazırki iddia mümkün sayılmamalıdır, çünki, bu digər bir iddia tələbi üzrə qəbul edilmiş qərarın icrası ilə bağlıdır. Hazırki halda inzibati orqanın hər hansı bir hərəkətsizliyindən söhbət gedə bilməz. Həmin məhkəmə qərarının icra edilməməsinin səbəbi isə odur ki, xərclər smetasında sözügedən xərc maddəsi üzə vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən qərarın icrasını təmin etmək həmin dövrdə mümkün olmamışdır. Lakin, sözügedən qərar üzrə ödənişin həyata keçirilməsi 2020-ci ildə nəzərə alınacaqdır. İş üzrə məhkəmə hazırlıq icraatının növbəti iclası 10 iyun 2020-ci il tarixə təyin edilmiş, cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın mümkün sayılaraq, təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1728/2019 saylı, 19 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçı Mustafayev Elşən Əsəd oğlunun iddiası təmin edilmiş, iddiaçı Mustafayev Elşən Əsəd oğluna Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində hərbi xidmət müddəti ərzində almadığı əşya əmlakı əvəzinə 1144,52 manat məbləğində pul kompensasiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cavabdeh Mülki Müdafiə Qoşunlarının 10 iyun 2020-ci il tarixli, 37/34-00467 saylı məktubundan görünür ki, İddiaçı oğluna ödənilməli olan əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənişi icra olunmuşdur. İşin mübahisələndirilən halı odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə 2019-cu il tarixdə qəbul olunmuş məhkəmə qərarı ilə təmin edilmiş pul kompensasiyasının inzibati orqan tərəfindən icra edilməməsi nəticəsində dəymiş ziyanının ödənilməsini tələb edir və bu halı İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin tələbləri ilə əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin, inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə həmçinin, qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinin inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılması inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Yuxarıda qeyd edilən normalara əsasən qanunverici inzibati orqanların hərəkətsizliyini inzibati mübahisələrin predmeti kimi müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialar (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair- öhdəliyin icrası haqqında iddialar (maddə 2.2.3) və inzibati orqanların hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar nəzərdə tutulmuşdur ( maddə 2.2.7). İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia növü ilə məhkəməyə müraciət etmiş, əşya əmlak əvəzinə pul kompensasiyasının ödənilməsini tələb etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1728/2019 saylı, 19 iyul 2019-cu il tarixli qərarı ilə İPM-in 2.2.3 və 34.1-ci maddəsinin tələblərinə istinad edilməklə, iddia tələbi təmin edilmişdir. Hazırki halda iddiaçı həmin məhkəmə qərarı ilə təmin edilmiş əşya əmlak əvəzinə pul kompensasiyasının ödənilməməsinə görə dəymiş maddi və mənəvi ziyanı tələb edir. Bununla bağlı, Məhkəmə hesab edir ki, məhkəmə qərarının inzibati orqan tərəfindən vaxtında icra edilməməsi isə inzibati orqanın hərəkətsizliyi olsa belə, həmin hərəkətsizlik İPM-in 2.2.7-ci maddəsində istifadə olunan “hərəkətsizlik” anlayışını əhatə etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1 cə 79.2-ci maddələrinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur.Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 120.1-ci və 120.2-ci maddələrinə əsasən, bu Məcəllənin 33.4-cü, 40cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Qüvvədə olan qanunvericiliyin tələblərindən görünür ki, məhkəmə qərarı qanuni qüvvəsini aldığından sonra həmin qərarın icrası tərəflər üçün məcburidir. İnzibati orqan tərəfindən qərarın icrası könüllü olaraq təmin olunmadığı təqdirdə, məhkəmə öz xidməti vəzifəsinə və ya tələbkarın ərizəsi əsasında inzibati orqanı cərimələmək və ya “İcra haqqında” Qanunun norması əsasında məhkəmə qərarı əsasında icra vərəqəsi vermək səlahiyyətinə malikdir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1.5-ci maddəsinə əsasən, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirinə aiddir. Məhz, “Homsbi” Yunanıstana qarşı işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir” Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə, icra sənədlərinin icra edilməsinə nəzarəti icra qurumunun rəhbəri ilə yanaşı həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərdən keçirərək və işin faktiki hallarına ümumilikdə qiymət verərək bildirir ki, iddiaçının hazırki iddia ərizəsi ilə tələb etdiyi dəymiş ziyan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1728/2019 saylı, 19 iyul 2019-cu il tarixli qərarı əsasında inzibati orqanının hərəkətsizliyiməhkəmə qərarının icra edilməməsi ilə bağlıdır. Nəzərə alsaq ki, inzibati orqan, yəni hazırki cavabdeh tərəfindən yol verilən hal hərəkətsizlik sayılsa da, həmin hərəkətsizlik iddiaçının İPM-nin 2.2.7-ci maddəsi ilə, həmçinin, İPM-in 34.1-ci maddəsinə istinad etməklə (öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə) kompensasiya ödənilməsini tələb etməsinə əsas vermir. Qeyd olunmalıdır ki, məhkəmə qərarının icrasına nəzarət isə həm məhkəmənin, icra sənədi verildiyi təqdirdə isə icra məmurunun səlahiyyətlərinə aid edilir. Məhkəmə öz xidmətini vəzifəsinə uyğun olaraq qərarın icra olunması ilə bağlı müvafiq hərəkətləri həyata keçirsə də, iddiaçı icra gedişatı zamanı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1728/2019 saylı, 19 iyul 2019-cu il tarixli qərarının icra olunmaması ilə əlaqədar olaraq müvafiq olaraq inzibati orqanın cərimələnməsi ilə bağlı və ya məcburi icra tədbirlərinin görülməsi ilə bağlı ərizə vermək, həmçinin, icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət vermək hüququna malik idi. Bu səbəbdən, Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi birbaşa olaraq qərarın icrası ilə bağlı olduğundan və həmin tələb İPM-nin 2.2.7-ci maddəsinin normasını əhatə etmədiyindən, iddia mümkün sayılmamalıdır. Həmçinin, Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, hazırki iddia tələbinin əsasında duran 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22-1(81)-1728/2019 saylı, 19 iyul 2019-cu il tarixli qərarı 10 iyun 2020-ci il tarixində cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Hazırki halda, iddiaçının tələbi görünüş etibarilə müstəqil bir iddia növünə bənzəsə də, mahiyyət etibarilə, artıq məhkəmə qərarı ilə verilməli olan pul məbləğinin vaxtında verilməməsinə görə vurulmuş ziyanı tələb edir. Konkret halda isə hazırki tələbin yeni bir iddia tələbi kimi inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar