Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8490/2024 04.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialının üzərinə İddiaçı Füzuli rayonu Üzüm emalı zavodunda xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinə və xx.xx.1982-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək kitabçasında doldurulma tarixlərinin, möhürlərdə tarixlərin pozulduğunu və xx.xx.1986-cı il tarixindən 23 avqust 1993cü il tarixinə kimi işlədiyi müddəti ümumi iş stajına daxil etməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyamın yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyi qoyulsun öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinə kimi Füzuli adına sovxozda fəhlə kimi işləmişdir. xx.xx.1982-cı il tarixdə yenidən həmin sovxoza fəhlə kimi işə qəbul edilmişdir və 01,07.1986-cı il tarixinə kimi işləmişdir. xx.xx.1986-cı il tarixdən Füzuli adına sovxoz 4 saylı şərab emalı zavodunun tərkibinə daxil edilmişdir. xx.xx.1986-cı il tarixdən iddiaçı həmin zavodda fəhlə kimi işə qəbul edilmiş və 23 avqust 1993-cü il tarixinə kimi həmin zavodda işləyərək hər ay əmək haqqı almışdır. 23 avqust 1993-cü il tarixdən erməni işğalçıları və terroristləri tərəfindən Fizuli rayonu işğala məruz qaldığına görə İddiaçı ailəsi ilə birlikdə yaşayış yerini tərk edərək məcburi köçkün kimi Pirallahı rayonunda məskunlaşmışdır. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı onun əmək kitabçasında qeyd edilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixinə və xx.xx.1982-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrlərdə doldurulma tarixi pozulduğunu, işdənçıxma barədə qeydlərdə möhürün olmamasını əsas tutaraq sözügedən illəri sığorta stajıma daxil etməkdən və xx.xx.1986-cı ildən xx.xx.1993-cü il tarixinə kimi işdən çıxma haqqında əmək kitabçamda heç bir qeydiyyatın olmadığını əsas tutaraq yuxarıda göstərdiyi illəri pensiyanın üzərinə hesablamaqdan imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7- ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən qanunun 22-1.1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 240 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 2023-cü il fevralın 1-dən qüvvədə olan 6-1 -ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2023-cü il 1 fevral tarixindən 280 manat məbləğində müəyyən olunur. Beləliklə iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 275,28 manat müəyyən edilmiş və əmək pensiyasının minimum məbləğindən az olduğu üçün xx.xx.2023-cü il tarixdən minimuma (280 manat) çatdırılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən 01,09.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək əyani təhsil aldığı müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 11 il 6 ay 27 gün təşkil etdiyi halda iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarına əsasən əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Bildirilmişdir ki, sözügedən qaydalara əsasən, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu (işdənçıxma barədə qeydlərdə möhür olmadığından) üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddia ərizəsində xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması tələb edildiyi halda əmək kitabçasında son qeyd xx.xx.1986-cı il edilmişdir. Beləliklə, iddiaçı əmək kitabçasında qeyd edilməmiş dövrün sosial sığorta stajına daxil edilməsini tələb edir. Ötən dövr üzrə (xx.xx.2022-ci il tarixdən) hesablanmış əmək pensiyasının məbləği iddiaçının pensiyasının üzərinə əlavə edilməklə ona ödənilməkdədir. İddiaçının xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 11 il 6 ay 27 gün olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.3-cü maddəsinə əsasən yenidən hesablanaraq artırılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus İT-1 ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1977-cı ildə Füzuli Sovxozuna fəhlə qəbul edilmişdir, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Füzuli adına Sovxoza fəhlə qəbul edilmişdir,xx.xx.1982-ci ildə azad edilmiş və şərab emalı zavoduna fəhlə keçirilmişdir. xx.xx.1984-cü ildə Sovxozun şərab emalı zavodunun fəhləliyindən azad edilərək, şərab zavoduna laborant keçirilmişdir. xx.xx.1986-cı ildə şərab emalı zavodunun laborant vəzifəsindən azad edilərək, zavoda fəhlə keçirilmişdir. xx.xx.1986-cı ildə Azərbaycan SSR NS-nin xx.xx.1986-cı il tarixli 243 nömrəli qərarına əsasən Sovxozun şərab emalı zavodu xx.xx.1986-cı il tarixdən üzüm emalı zavoduna daxil edildiyinə görə həmin zavoda fəhlə keçirilmişdir. Pensiya işinə əlavə edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə “əmək pensiaysının təyin edilməsi barədə” qərara əsasən əmək pensiyasının npvü-yaşa görə, pensiya təyin edilməsi üçün Qanunun əsas götürüldüyü maddə 8.2, əmək pensiyası hüququ yarandığı tarix xx.xx.2022-ci il, əmək pensiyasının ödəniş tarixi xx.xx.2023-cü il. Məhkəmə sorğusun cavab olaraq X3 Filialının xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı işlədiyi Füzuli rayon Qaraxanbəyli kəndi “Füzuli adına sovxozun 1977-1982-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixində erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmişdir. 1982-1993-cü illərdə işlədiyi Füzuli Şərab zavodunun sənədləri isə arxivə təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 22-1.1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddələrin tələblərinə əsasən İddiaçı xx.xx.2022ci il tarixindən 240 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunur 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bır dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirili. Həmin Qanunun 2023-cü il fevralın 1-dən qüvvədə olan 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2023-cü il 1 fevral tarixindən 280 manat məbləğində müəyyən olunur. Pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 275.28 manat müəyyən edilib və əmək pensiyasının minimum məbləğindən az olduğu uçun xx.xx.2023-cü il tarixindən minimuma (280 manat) çatdırılmışdır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz o cümlədən 01,09.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək əyani təhsil aldığınız müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajınız 11 il 6 ay 27 gun təşkil etdiyi halda İddiaçı Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən 22 08.1979-cu il tarixinədək və xx.xx.1982-ci il tarixindən 01.01,1992-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu (işdənçıxma barədə qeydlərdə möhür yoxdur) uçun sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Eyni zamanda bildirilmişdir ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Əlavə olaraq bildirilmişdir ki, ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən) hesablanmış əmək pensiyasının məbləği pensiyanın üzərinə əlavə edilməklə ödənilməkdədir. Pensiya kartını ətdə etmək üçün İddiaçı "Kapital Bank” ASC-yə müraciət etməyi tövsiyə olunur. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. İddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərti də ödənilir. İddia mahiyyət üzrə əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən bu Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir. -22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. -22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;(..). Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya Qanunun 8.2 və 22-1.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı onun xx.xx.1977-xx.xx.1979-cu il və xx.xx.1982-xx.xx.1992-ci illər nəzərə alınmaqla faktiki staja uyğun pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh həmin dövrlə bağlı əmək kitabçasının doldurulma qaydasının qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas götürərək müraciəti təmin etməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Lakin “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın -1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -7.1-ci bəndinə görə bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. -7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və s. qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar və s. mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir. Hazırkı iş üzrə məhkəmə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün mübahisələndirilən iddiaçının xx.xx.1977-xx.xx.1979-cu il və xx.xx.1982-xx.xx.1992-ci il tarixədək olan dövrün onun ümumi stajına daxil edilməməsi əsası ilə razılaşır. Belə ki, iş materiallarəna iddiaçı əmək faəliyyətini əks etdirən iki əmək kitabçası təqdim etmişdir. Birincin ******* nömrəli əmək kitabçası xx.xx.2001-ci ildə doldurulmuş, həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan əmək fəaliyyəti dövrünü əhatə edir. (cavabdeh tərəfindən həmin dövr mübahisələndirilməmişdir). Digər əmək kitabçası ******* nömrəli əmək kitabçası olmaqla xx.xx.1987-ci ildə açılmış, əmək fəaliyyəti dövrü kitabçanın əvvəlində deyil ortasından doldurulmağa başlanmış, bu zaman xx.xx.2001-ci ildən olan əmək fəaliyyəti dövrü həmin kitabçada öz əksini tapmamışdır. Başqa sözlə, iddiaçının daha sonra başlayan əmək fəaliyyəti dövrü xx.xx.1977-ci il qeydi ilə başlayan əmək kitabçasına deyil, yeni əmək kitabçasına daxil edilməsinin, bir əmək kitabçası olduğu halda ikinci əmək kitabçasının açılmasının hansı zərurətdən olduğu müəyyən olunmamışdır. . İşə əlavə edilmiş ******* nömrəli əmək kitabçasının səhifələrindəki möhür əksləri oxunmamaqla yanaşı kitabçanın 1977-1986cı il tarixədək olan müxtəlif vaxtlara aid qeydlərin eyni qələmlə, eyni şəxs tərəfindən, eyni zamanda yazıldığı istər istifadə olunan diyircəkli qələmin rəngləri (yazı mətnlərinin bir, imzalarin isə digər eyni şəxs tərəfindən imzalandığını adi gözlə müşahidə etmək mümkündür. Beləlikə, qeydlərin eyni şəxs və eyni qələmlə icra olunduğu adi gözlə müşahidə olunur. Eyni zamanda iddiaçının adıçəkilən soxozda işləməsi arxiv sənədləri ilə də təsdiq olunmur. Beləliklə, iddiaçının .06.1977-xx.xx.1979-cu il və xx.xx.1982-xx.xx.1992-ci illərdə Füzuli adına sovxozda işləməsinə dair əmək kitabçasında, həmin illərə dair arxiv arayışı təqdim edilmədiyindən və bununla da həmin dövrün neçə il sosial sığorta stajı olmasını müəyyən etmək mümkün olmadığından qeyd edilən dövrün bütövlükdə sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün sosial sığorta stajı yetərli deyildir. Cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "yaşa görə əmək pensiyasının yenidın hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova