Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8491/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı “bələdiyyənin ehtiyat fondundan 1000 kv.m torpqa sahəsinin iddiaçıya ayrılması və adına sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı iddia qaldıraraq “bələdiyyənin ehtiyat fondundan 1000 kv.m torpağa sahəsinin iddiaçıya ayrılması və adına sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
İddianın əsaslandırılması:
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı ilə ona Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evi tikmək üçün 1000 kv.m. torpaq sahəsi ayrılmış, alqı-satqı müqaviləsi bağlanmış və akt tərtib edilmişdir. Tətrib edilmiş akt və ödəniş qəbzinə əsasən Maştağa Bələdiyyəsinin hesabına 8.800.000 manat pul ödəmişdir. O, həmin torpaq sahəsini mişar daşı ilə hasara alaraq, dəmir darvaza qoydurmuşdur. İşıq sayğacını çəkdirərək, adına sənədləşdirilmişdir. Həyat yoldaşı ağır xəstəlik keçirdiyinə görə torpaq sahəsində ev tikə bilməmişdir. Eyni zamanda 2018-ci ilə kimi bələdiyyəyə torpaq vergisi ödəmişdir. Növbəti dəfə 2018-ci ilin avqust ayında torpaq sahəsinə baş çəkərkən ona ayrılmış torpaq sahəsinin dəmir darvazasının qıfılının X2 və X3 adlı şəxslər tərəfindən sındırılaraq torpaq sahəsini zəbt etdiklərinin şahidi olmuşdur. Onlara qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, inşa edilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin şəxslərin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş, mülki iş aidiyyatı üzrə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(0030-4126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, torpaq sahəsi Xəzər rayonu ərazisində yerləşməklə Azərbaycan Respublikasdı Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməklə sənaye təyinatlı dövlət mülkiyyəti torpağıdır. O, Maştağa Bələdiyyəsi tərəfindən aldadılmışdır. Bunun nəticəsində həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Göstərilən səbəblərdən bələdiyyənin ehtiyat fondundan 1000 kv.m. torpaq sahəsi ayrılması və adına sənədləşdirilməsi barədə ərizə ilə cavabdeh Maştağa Bələdiyyəsinə müraciət etmişdir. Cavabdeh ona torpaq sahəsi ayrılmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdən bələdiyyələrin torpaq sahələrinin ayrılması səlahiyyəti dayandırılmışdır. Ona görə də şəraitin dəyişməsi ilə əlaqədar ərizəni müsbət həll etmək mümkün deyildir. Hesab edir ki, cavabdehin imtinası əsaslı sayıla bilməz. Belə ki, o, yeni torpaq sahəsi ayrılması üçün müraciət etmir. Cavabdehin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı ilə ona Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evi tikmək üçün 1000 kv.m. torpaq sahəsi ayrılmış, alqı-satqı müqaviləsi bağlanmış və akt tərtib edilmişdir. Həmin torpaq sahəsi isə Xəzər rayonunun inzibati ərazisinə aid olan torpaq sahəsi olmuşdur. Bələdiyyə onu aldadaraq, bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsini onun adına ayırmışdır.
Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin iştirakı və izahatları:
4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsəqəsinin surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin 11 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivindəki 1000 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı fərdi yaşayış evi tikintisi üçün ayrılması qərara alınmışdır. xx.xx.2005-ci il tarixli “Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqısatqı müqaviləsi”nin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivindəki 1000 kv.m. torpaq sahəsi İddiaçı satılmışdır. Torpaq sahəsi fərdi yaşayı evi tikintisi məqsədilə İddiaçı mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin satılmasına dair “Torpaqların alqı-satqısına dair” aktına əsasən, 2005-ci il 22 iyul tarixli 11 nömrəli qərara əsasən satılmış torpağa görə iddiaçı ******* AZM banka ödəmişdir; akt bələdiyyənin sədri və iddiaçı tərəfindən imzalanmışdır. Akt Torpaq və Xəritəçəkmə şöbəsində qeydiyyata alınmamıdır. İddiaçı tərəfindən “yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında” şəhadətnamənin surəti, mədaxil qəbzləri, tədiyyə (vergi) bildirişi və torpaq sahəsinin yerləşmə sxemi məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin 57 nömrəli, xx.xx.2018-ci il tarixli məktubunan görünür ki, bələdiyyənin 22 iyul 2005-ci il tarixli 11 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində adına 1000 kv.m. fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında və mülkiyyətinə verilməsi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsi və aktı barədə rəsmi sənədlər əsaslıdır və bələdiyyə arxivində qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********00 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, elektron kadastr baza məlumatına əsasən faktiki vəziyyətdə koordinatları verilmiş 0.098 ha torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşir. Qeyd edilən torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilindədir. Bundan əlavə olaraq, torpaq sahəsinin yerləşdiyi ərazinin Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisi olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 54 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2007-ci il tarixdən bələdiyyələrin torpaq sahələrin ayrılması salahiyyətləri dayandırılmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən: Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin 122 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, bələdiyyənin sənədləri müvafiq qaydada Dövlət Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Vergi ödəyicisinə dair şəhadətnamənin və tədiyyə bildirişinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.
Məhkəmənin mövqeyi.
8. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, iddiaçının iddiası əsassızdır. Azərbaycan Respublikasında torpaq sahələrinin xüsusi mülkiyyətə, istifadəyə və icarəyə veriməsi Torpaq Məcəlləsi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun), “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.
1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən:
- 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; - 48. (Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası) 1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. 2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunla tənzimlənir.
9. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
- 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar.
10. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; - 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir - 7-ci bəndin dördüncü cümləsinin 12 dekabr 2008-ci il tarixinə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir; - 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; - 18-ci bəndinin mübahisələndirilən qərarlar qəbul edilən zaman qüvvədə olan redaksiyasına əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; - 22-ci bəndinin və 23-cü bəndinin xx.xx.2008-ci il tarixə qədər qüvvədə olan redaksiyalarına əsasən: 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 23. bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Torpaq sahəsinin qiyməti bazar məzənnələri nəzərə alınmaqla bələdiyyə tərəfindən müəyyən edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü ərizəçiyə verir.
11. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002ci il tarixli, 696 nömrəli Fərmanına əsasən, 2.1 “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.2. həmin Əsasnamənin 10-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 2.3. həmin Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər; 2.4. həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; 2.5. həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; 2.6. həmin Əsasnamənin 23-cü maddəsinin səkkizinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur
12. İşin faktiki hallarına əsasən iddiaçının hazırki vəziyyətdə tələbi - bələdiyyənin ehtiyat fondundan 1000 kv.m torpaq sahəsinin iddiaçıya ayrılması və adına sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Belə ki, bələdiyyənin qərarı əsasında iddiaçıya 2005-ci ildə torpaq sahəsi satılmış, lakin həmin torpaq sahəsi dövlət torpağı olduğundan iddiaçı hal-hazırda istifadə edə bilmir. Buna görə də iddiaçı hesab edir ki cavabdeh həmin torpaq sahəsi əvəzinə bələdiyyənin ehtiyyat fondundan ona torpaq ayırmalıdır.
13. Lakin yuxarıda qeyd edilmiş qanun normalarından göründüyü kimi bələdiyyə tərəfindən torpaqların vətəndaşın bilavasitə mülkiyyətinə verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün deyildir. Qanunvericiliklə müəyyən edilmiş qaydalara görə fiziki şəxsin mülkiyyətinə (icarəsinə) torpaq sahəsi torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir.
14. Məhkəmə hesab edir ki, bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılmasından cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
16. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir.
17. . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
18. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı “bələdiyyənin ehtiyat fondundan 1000 kv.m torpqa sahəsinin iddiaçıya ayrılması və adına sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
19. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
NƏTİCƏVİ HİSSƏ
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova