Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8493/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və əmlakların hərracdan geri çağırılması barədə tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küç., 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus olan Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, 53, 54 saylı mənzil, Bakı şəhəri, Bül-bül pr, ev 63, 47/48/49 saylı mənzil, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 44/45 saylı mənzil, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 46 saylı mənzil və Bakı şəhəri, Nizami küçəsi, ev 86, 45 saylı mənzilin 1 otağına dair təkrar hərracın keçirilməsi ilə bağlı Cavabdeh icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və əmlakların hərracdan geri çağırılması barədə onun üzərinə vəzifə qoyulması ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. İddaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2091/2014 saylı 30 iyun 2014-cü il tarixli qətnaməsi ilə cavadehlər İddiaçı3 (hazırkı iş üzrə iddiaçı), İddiaçı1 (hazırkı iş üzrə iddiaçı), X1, X3 "Bank Standart" KB Bankının xeyirinə kredit müqavilələri üzrə borcun tutulması qət edilmişdir. Həmin kredit müqavilələri ipoteka ilə təminatlı olmadığı üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2091/2014 saylı 03 iyun 2014-cü il tarixli qərardadı ilə iddianın təmin tədbiri olaraq cavabdehlər İddiaçı3 (hazırkı iş üzrə iddiaçı), İddiaçı1 (hazırkı iş üzrə iddiaçı), X5, X4 daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulmuşdur. İddiaçı2 heç bir məhkəmə işi üzrə cavabdeh qismində cəlb olunmamış və ondan pul tutulması qət olunmamışdır. Daha sonra həmin qətnamə üzrə icra vərəqəsi verilmiş və tutma borcluların ipoteka predmenti olmayan əmaklarına yönəlmişdir. Cavadehlər İddiaçı3 (hazırkı iş üzrə iddiaçı), İddiaçı1 (hazırkı iş üzrə iddiaçı) və cavabdeh olmayan İddiaçı2 aşağıdakı əmlakları müəyyən edilmişdir. İddiaçı1 məxsus olan Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 53,54; İddiaçı1 məxsus olan Bakı şəhəri, Bül-bül pr, ev 63, mənzil 47/48/49; İddiaçı2 məxsus olan Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44/45; İddiaçı3 Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 46; İddiaçı3 Bakı şəhəri, Nizami küçəsi, ev 86, 45 saylı mənzilin 1 otağı; Yuxarıda qeyd olunan əmlaklar 2017-ci ildə hərraca çıxarılmış və hərracın alıcısı olmadığı üçün hərracın yekunlarına dair 10 oktyabr 2017-ci il tarixli protokollarla borcun əvəzi olaraq kreditor "Bank Standart" KB Bankı tərəfindən götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-(005)-290/2018 saylı 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə hərracın yekunlarına dair 10 oktyabr 2017-ci il tarixli protokollar və onun nəticəsində bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Həmçinin hərraca çıxarılan daşınmaz əmlakların əvvəlki "əmlakların qiymətləndirilməsi barədə hesabat" ləğv edilmiş və aşağıdakı qiymətlərlə hərraca çıxarılması qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra müvafiq icra vərəqəsi verilmişdir. 1) İddiaçı1 məxsus olan Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 53,54 İ (900.000 manat); 2) İddiaçı1 məxsus olan Bakı şəhəri, Bül-bül pr, ev 63, mənzil 47/48/49 (215.000 manat); 3) İddiaçı2 məxsus olan Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44/45 (240.000 manat) İddiaçı3 Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 46 (92.000 manat) İddiaçı3 Bakı şəhəri, Nizami küçəsi, ev 86, 45 saylı mənzilin 1 otağı (55.000 manat). Bundan sonra hərrac nəticələrinin ləğv olunması barədə qətnamədə göstərilən qiymətlərlə Cavabdeh 22.10.2018-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı sifarişlə "xxxx" MMC-yə müraciət etmişdirlər. Həmin əmlaklar ipoteka predmeti olmadığı halda hərracın keçirilməsi ilə bağlı sifarişdə qanunsuz olaraq ipoteka predmenti kimi göstərilmişdir "xxxx" MMC tərəfindən icra şöbəsinin sifarişi əsasında ipoteka predmenti olmadığı halda əmlakların qiymətini 15% aşağı salaraq iki dəfə hərrac keçirilmişdir. Bununla bağlı tərəflərlər 16 noyabr 2018-ci il və 07 dekabr 2018-ci il tarixli bildirişlər göndərilərək hərraclar keçirilmişdir. Hər iki hərrac nəticəsində əmlaklar satılmamışdır. "xxxx" MMC 11.01.2019-cu il tarixdə "Bank Standart" KB Bankına bildiriş göndərərək 11.02.2019-cu il tarixədək hərraca çıxarılmış əmlakları almadığı halda icra şöbəsinə geri qaytaracağını bildirmişdir. "Bank Standart" KB Bankı bildirişdə göstərilən tarixədək hərraca çıxarılmış əmlakları əldə etmədiyi üçün sifariş icra şöbəsinə geri qaytarılmışdır. İşin hallarından göründüyü kimi "Bank Standart" KB Bank hərraca çıxarılmış əmlakları əldə etməkdə maraqlı olmamışdır. Əvvəlki hərracın keçirilməsindən 3 il 3 ay müddət keçdikdən sonra Cavabdeh 08.04.2022-ci il tarixli sifarişlə yenidən həmin əmlakların təkrar hərraca çıxarılması ilə bağlı "xxxx" MMC-yə müraciət etmişdirlər. "xxxx" MMC tərəfindən tərəflərə göndərilmiş 152/22 saylı bildirişdə 04 May 2022-ci il tarixdə saat 11:00 da əmlakların açıq hərraca çıxarılacağı qeyd olunub. Cavabdeh tərəfindən yenidən hərracın keçirilməsi tamamilə qanunsuzdur. "Bank Standart" KB Bankı 11.02.2019-cu il tarixdə hərraca çıxarılmış əmlakları almaqdan imtina etdiyindən həmin əmlaklar barədə təkrar hərrac keçirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 31 may 2022-ci il tarixə təyin edilmişdir. Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçıların, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2091/2014 saylı 30.06.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq: - 15 fevral 2012-ci il tarixli 100/00/15832/12 saylı Kredit müqaviləsi üzrə yaranmış 6.000.000 (altı milyon) manat məbləğində əsas borc, 682.000 (altı yüz səksən iki min) manat məbləğində faiz borcu, ümumilikdə isə 6.682.000 ( altı milyon altı yüz səksən iki min) manat məbləğində pul vəsaitinin İddiaçı3 tutulub; - 15 fevral 2012-ci il tarixli 100/00/15830/12 saylı kredit müqaviləsi üzrə yaranmış 4225.000 (dörd milyon iki yüz iyirmi beş min) manat məbləğində əsas borc, 960.483.83 (doqquz yüz altmış min dörd yüz səksən üç manat otuz üç qəpik) məbləğində faiz borcu, ümumilikdə isə 5.185.483,33 (beş milyon bir yüz səksən beş min dörd yüz səksən beş min dörd yüz səksən üç manat otuz üç qəpik) məblğində pul vəsaiti X1 tutulub; -15 fevral 2012-ci il tarixli 100/00/15834/12 saylı kredit müqaviləsi üzrə yaranmış 4.225.00 (dörd milyon iki yüz iyirmi beş min) manat məbləğində əsas borc, 960483,33 (doqquz yüz altmış min dörd yüz səksən üç manat otuz üç qəpik) məbləğində faiz borcu, ümumilikdə isə 5.185.483,33 (beş milyon bir yüz səksən beş min dörd yüz səksən üç manat otuz üç qəpik) məbləğində pul vəsaiti X3 tutulub; - 15 fevral 2012-ci il tarixli 100/00/15K28/12 saylı kredit müqaviləsi üzrə yaranmış 3 620.000 (üç milyon altı yüz iyirmi min) manat məbləğində əsas borc, 411 473,33 (dörd yüz on bir min dörd yüz yetmiş iiç manat otuz üç qopik) məbləğində faiz borcu, ümumilikdə isə 4.031.473,33 (dörd milyon otuz bir min dörd yüz yetmiş üç manat otuz üç qəpik) məbləğində pul vəsaiti, - 15 fevral 2012-ci il tarixli 100/00/15826/12 saylı kredit müqaviləsi üzrə yaranmış 3 000.000 (üç milyon) manat məbləğində əsas borc, 341.000 (üç yüz qırx bir min) manat məbləğində faiz borcu, ümumilikdə isə 3 341.000 (üç milyon üç yüz qırx bir min) manat məbləğində pul vəsaiti, - 15 fevral 2012-ci il tarixli 100/00/15824/12 saylı kredit müqaviləsi üzrə yaranmış 2 400.000 (iki milyon dörd yüz min) manat məbləğində əsas borc, 237.200 (iki yüz otuz yeddi min iki yüz) manat məbləğində faiz borcu, ümumilikdə isə 2 637.200 (iki milyon altı yüz otuz yeddi min iki yüz) manat məbləğində pul vəsaiti, - 01 sentyabr 2009-cu il tarixli ********** sayh kredit müqaviləsi üzrə yaranmış 2 789.958 (iki milyon yeddi yüz səksən doqquz min doqquz yüz əlli səkkiz) manat məbləğində əsas borc, 1505727.31 (bir milyon beş yüz beş min yeddi yüz iyirmi yeddi manat otuz bir qopik) məbləğində faiz borcu, ümumilikdə isə 4 295.685,31 (dörd milyon iki yüz doxsan beş min altı yüz səksən beş manat otuz bir qəpik) məbləğində pul vəsaiti, - 01 sentyabr 2009-cu il tarixli ********** saylı kredit müqaviləsi üzrə yaranmış 724.512,61 (yeddi yüz iyirmi dörd min beş yüz on iki manat altmış bir qəpik) manat məbləğində əsas borc, 910.439,01 (doqqu2 yüz on min dörd yüz otuz doqquz manat bir qopik) manat məbləğində faiz borcu, ümumilikdə isə 1.634.951,62 (bir nülyon altı yüz otuz dörd min doqquz yüz əlli bir manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti, - 15 mart 2010-cu il tarixli 100/00/1223/10 saylı kredit müqaviləsi üzrə yaranmış 0.01 manat məbləğində əsas borc, 249 138.31 (iki yüz qırx doqquz min bir yüz otuz səkkiz manat otuz bir qopik) məbləğində faiz borcu, ümumilikdə isə 249 138.32 (iki yüz qırx doqquz min bir yüz otuz səkkiz manat otuz iki qopik) məbləğində pul vəsaiti İddiaçı1 tutulub Qapalı Səhmdar Cəmiyyət! «Bank Standard» Kommersiya Bankına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsümunun əvəzi cavabdehlər İddiaçı3, X1, X3 və İddiaçı1 müştərək qaydada tutulub Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilməsi qət olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.06.2014-cü il tarixli 2(009)-2091/2014 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, cavabdehlər İddiaçı3, X5, X6 və İddiaçı1 məxsus daşınar və daşınmaz əmlakları müəyyən edilməklə üzərlərinə həbs qoyulması, Cavabdehlər İddiaçı3, X5. X6 və İddiaçı1 Azərbaycan Respublikasının banklanndakı bank hesabları müəyyən edilməklə, İddiaçı3 hesabına 6 682.000 (altı milyon altı yüz səksən iki min) manat həcmində, X2 hesabına 5.185.483.33 (beş milyon bir yüz səksən beş min dörd yüz səksən üç) manat həcmində, X4 hesabına 5 185 483,33 (beş milyon bir yüz səksən beş min dörd yüz səksən üç) manat (otuz üç qəpik) həcmində, İddiaçı1 hesabına 16.189.448,58 (on altı milyon bir yüz səksən doqquz min dörd yüz qırx səkkiz) manat (əlli səkkiz qəpik) həcmində pul vəsaitlərinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(005)- 290/2018 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı1 məxsus Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53, 54 saylı mənzil, Bakı şəhəri, Bül-bül prospektində yerləşən 63 saylı evin, 47,48,49 saylı mənzil, İddiaçı2 məxsus Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saytı evin 44-45 saylı mənzil, İddiaçı3 məxsus Bakı şəhəri. Nizami küçəsində yerləşən 86 saylı evin 46 saylı mənzil, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı-evin 45 saylı -mənzil ilə bağlı hərracın yekunları barədə 40-oktyabr 2017-ci üdə tərtib olunmuş № Y-556, Na Y-557, Na Y-558, Na Y-559, Na Y-560 saylı protokollar və hərracın yekunları üzrə həmin tarixli əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi; "xxxx" MMC-i tərəfindən tərtib edilmiş ipoteka predmeti-olan Bakı şəhəri, Bül-Bül prospektində yerləşən 63 saylı evin 47, 48, 49 saylı mənzillərinin qiymətləndirilməsi barədə 13 oktyabr 2015-ci il tarixil 507/1 saylı, Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən 56 saylı evin 53, 54 saylı mənzillərinin qiymətləndirilməsi barədə 13 oktyabr 2015-ci il tarixli 508/4 saylı, Bakı şəhəri Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 saylı mənzillərinin qiymətləndirilməsi barədə 13 oktyabr 2015-ci il tarixli 507/2 saylı, Bakı şəhəri Nizami küçəsində yerləşən 86 saylı evin 45 saylı mənzilinin 1 otağının qiymətləndirilməsi barədə 13 oktyabr 2015-ci İİ tarixli 507/2 saylı və Bakı şəhəri Nizami küçəsində yerləşən 86 saylı evin 46 saytı mənzilinin qiymətləndirilməsi barədə 13 oktyabr 2015-ci il tarixli 507 saylı "əmlakın qiymətləndirilməsi barədə hesabat"ın ləğv edilməsi; iddiaçılar İddiaçı1 məxsus Bakı şəhəri. R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53, 54 saylı mənzilləri - 900 000 manat; İddiaçı1 məxsus Bakı şəhəri, Bül-bül prospektində yerləşən 63 saylı evin, 47.48.49 saylı mənzilləri - 215 000 manat; İddiaçı2 məxsus Bakı şəhəri. Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 saylı mənzilləri - 240 000 manat; İddiaçı3 məxsus Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 46 saylı mənzili - 92 000 manat; İddiaçı3 məxsus Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 45 saylı mənzilin bir otağı 55.000 manat məbləğində qiymətləndirilməsi və həmin qiymətlə hərraca çıxarılması və mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixdə 2(005)- 290/2018 saylı qətnaməsi 27 avqust 2018-ci il tarixdə qanuni qüvvəsini almış, qətnamənin icrası ilə bağlı icra vərəqəsi verilmişdir. Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin 22.10.2018-ci il tarixli 2593/2016-16-6-3392 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixdə 2(005)-290/2018 saylı qətnaməsinin icrası ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. Cavabdeh 04.04.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh tərəfindən Səbail Rayon Məhkəməsinin 2(009)-2295/2011 saylı 03.110.2011-ci il tarixli icra sənədinin icrası ilə bağlı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 08.04.2022-ci il tarixli 152/22 saylı Hərrac bildirişinin surətindən müəyyən olunur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3n məxsus əmlaklar "xxxx" məhdud məsuliyyətli cəmiyyət tərəfindən açıq hərraca çıxarılmışdır. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçılar Şöbənin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 2(009)-2091/2014 saylı mülki iş üzrə çıxarılmış 30 iyun 2014-cü il tarixli məhkəmə qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədi üzrə icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və əmlakların hərracdan geri çağırılması öhdəliyinin qoyulmasını xahiş edirlər. Məhkəmə iddiaçıların hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və əmlakların hərracdan geri çağırılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8493/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8493/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver