Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8494/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X13, üçüncü şəxs qismində göstərilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə “elektrik xəttinin yerinin dəyişdirilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6 kV-lıq elektrik xəttindən 132 №-li komplekt transformator məntəqəsinə (bundan sonra mətndə KTM) çəkilmiş elektrik xəttinin və 132 №-li KTM yerinin dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı evin torpaq sahəsi 1946-cı ildə Bakı şəhəri Duvanlı qəsəbə Sovetliyi tərəfindən atası X19 (Avaz) oğlunun adına fərdi yaşayış evi tikmək üçün Səngəçal qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmış və atası həmin ərazidə fərdi yaşayış evi tikmiş və həmin evdə yaşamışdır. 1951-cı ildə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşması və qiymətləndirilməsinə dair ” pasportunda qeyd edilmişdir. Texniki Pasport hər 3 (üç) ildən bir yenilənirdi. Onların bütün ailəsi həmin evdə böyüyüb başa çatmışdır. Atası xx.xx.2009-cu ildə ölmüşdür. O zaman atasının tikdiyi fərdi yaşayış evinə 1963-cü ilin avqust ayında “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventerizasiyası və qiymətləndirilməsinə aid Pasport” tərtib edilmiş və yeni yaşayış sahəsində ünvan 2 ünvan verilmişdir. Atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikilməsi ilə əlaqədar bütün sənədlər müxtəlif qurumlara təhvil verilmişdir. Ev şəxsi mülkiyyət hüququ ilə atası X5 adıma AR ƏMDK yanında Daşmmaz Əmlakın Dövlət Reyestr Qeydiyyatından keçmişdir. Hazırda həmin evdə onun ailəsi və iki bacısı qeydiyyatda olmaqla yaşayırlar. Onun övladları və iki bacısı xəstədir və daimi müalicəyə ehtiyacları vardır. Ona görə o, daimi yaxınlarının müalicəsi ilə məşğul olmağa məcburdur. Yaşadığı ev 1946-cı ildə inşa edilmiş evlərinin yaxınlığında heç bir kommunikasiya xətləri olmamışdır. 2000-ci ildə yaşadığı evdən 800 metr aralıda yerləşən Hərbi hissənin çəpərinin arxa tərəfində Elektrik yarım stansiyası tikilmiş və həmin ərazidə yaşayan sakinlərin evlərinə elektrik xətləri çəkilmişdir. Daha sonra 1976-cı ildə 6 KV-luq Elektrik yarımstansiya Hərbi hissənin yaxınlığından götürülərək yaşadığı evin giriş küçəsinin digər hissəsinə, yəni 15-20 metrliyinə köçürülmüşdür. Evlərinin yaxınlığına köçürüləndə yerli sakinlərin fikri öyrənilməmişdir və razılıqları alınmamışdır. 132 KTM yaşadıqları evin yaxınlığında, valideynləri evdə olmadığından istifadə edib, quraşdırılmışdır X11 evlərinin yaxınlığına köçürülən ərazi onun ailəsi üçün fərdi yaşayış evi tikilməsi üçün ayrılmış torpaq sahəsidir. Anası “Qəhrəman ana” olduğundan və ailə tərkibi 14 (on dörd) nəfər olduğundan və yaşadıqları ev onların ailəsi üçün darısqal olduğundan həmin torpaq sahəsi ailələrinə ayrılmışdır və həmin sənədə əsasən Bakı şəhəri Qaradağ rayon icra Hakimiyyəti Başçısının 276 №-li, xx.xx.2000-ci il sərəncamı ilə “Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi” ayrılmışdır. Mərhum babası həmin sahəni heç bir transformator olmayanda hasarlamışdı və torpaq sahəsində çoxsaylı meyvə ağacları əkmişdir və hazırda meyvə ağacları çox böyümüşdür. Həmin ərazidə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsinin "xxxx" ASC-nin işçilərinə bağının sənədini təqdim etsə də, əhəmiyyət vermədən, bağın içində bir neçə meyvə ağacına ziyan vurub, torpağı qazılaraq altından 6 kV-lıq elektrik xətti çəkilmişdir. Son bir neçə ildə, evlərinin yaxınlığında quraşdırılmış 6 kVlıq Elektrik Yarımstansiyadan ailə üzvlərini qorxu içində saxlayır, dəfələrlə partlayıb, cərəyanı çəpərə yayılır, yağışlı havalarda cərəyanı ətrafa yayaraq adamı titrədir.132 KTM yarımstansiya dəfələrlə qısa qapanmadan alışıb yanıb və yaxın ərazidə yaşayan sakinlərin bahalı məişət texnikaları yararsız hala düşüb. Eyni zamanda o, evinin dəyişdirilməsi və ona аyrı mənzil verilməsi üçün müraciətinə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavininin xx.xx.2019-cu il tarixli M-26-148 №li cavab məktubunda göstərilir ki, “Rayon İcra Hakimiyyətinin boş mənzil fondu olmadığından onu mənzillə təmin etmək imkan xaricindədir”.Ona görə müxtəlif orqanlara müraciət edərək Elektrik xəttinin və Yarımstansiyanın götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinn 1-ci X17 İdarəsinin xx.xx.2022-ci il tarixli xx/xx-00224e saylı məktubunda “elektrik stansiyasının və elektrik xəttinin yaşayış sahəsindən 24 və 50 metr məsafədə quraşdırılmalı olduğunu bildirmişdir.” X2 Agentliyinin xx.xx.2022-ci il tarixli AERA/20-1357 №li Aktında Elektrik xəttinin və yarımstansiyanın yaşayış evinə yaxın məsafədə olması təsdiq edilmişdir. Yarımstansiyanın və Elektrik xəttinin götürülməsi üçün ilkin olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Üçüncü şəxs qismində Nəsimi Rayon Məhkəməsinə dəvət olunmuş Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək bağın sənədinin Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verildiyini təstiq etdi, lakin həmin ərazidə transformator hansı sənədə yaxud layihəyə əsasən orda quraşdırılmasının səbəbindən təmsil etdiyi İcra Hakimiyyətinin xəbərsiz olduğunu bildirdi. Bu izahat Nəsimi Rayon Məhkəməsində məhkəmə iclasının protokolunda əksini tapıb. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mübahisənin Qaradağ Rayon Məhkəməsinə aidiyyatı olması əsası ilə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(02)-513 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş və evlərinin yaxınlığında quraşdırılmış yarımstansiyanın və elelktrik xəttinin mühafizə zonasından başqa yerə köçürülməsi qət edilmişdir. Həmin işdən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-165/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işin icraatına xitam verilmşdir. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkməsiniıı Plenumunun 2015-ci il 10 aprel tarixli 4 saylı Qərarının 13-14-cü bəndinə əsasən “tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərindən olduqları hallarda başqa, təbii inhisar sübyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarında, hərəkət və hərəkətsizliyindən irəli gələn mübahisələr İPM-nin 2.1-ci maddəsinin tələbinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılır.” İşin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan zaman çoxsaylı məhkəmə ekspertizaları keçirilmiş və qəbul edilmiş rəylərdə birmənalı olaraq göstərilmişdir ki, ünvan 3 ünvanın yaxınlığında quraşdırılmış elektrik yarımstansiya və 6 kV-lıq elektrik xətləri mühafizə zonalarının tələblərini pozmaqla çəkilmiş və stansiyanın və elektrik xəttinin yerinin dəyişdirilməsi zəruridir. Bunula əlaqədar yarımstansiyanın və elektrik xəttinin yaşayış evinə yaxınlığında quraşdırılması üçün çoxsaylı fotoşəkillər çəkilmiş və yarımstansiyanın gecə vaxtı elektrik şüalarının buraxmasının video görüntüləri çəkilmişdir. "xxxx" ASC-nin onun sahibliyində olan torpaq sahəsində və mülkiyyətlərində olan evin yaxınlığında elektrik yarımstansiyanın quraşdırılması qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının” 2-ci bəndinə əsasən “Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra)- elektrik şəbəkələri ” qorunmasının təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısının almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdiriməsini, tikilməsini istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. X24 şəbəkələrinin mühafizə zonaları müəyyən edilib. 1 kV- 20 kV-dək hava elektrik ötürücü xətləri boyunca kənar naqillər meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 10 m. olmalıdır."xxxx" ASC-i isə 6000 V-lıq hava elektrik xəttin mühafizə zonasını çıxarışlı torpaq sahəsinin sayəsində əldə edib, ondan başqa 6000 V-lıq yüksək gərginlik xəttinin bir dirəyi bir başa torpaq sahəsinin çəpərinə birləşdirilib. Bundan başqa elektrik avadanlıqların qaydalarına əsasən, 60 L-dən çox yağ tutumlu transformatorlar yaşayış evlərdən və tikililərdən azı 24 m. aralıda quraşdırılmalıdır. 132 KTM transformatoru isə "xxxx" ASC-i tərəfindən evindən cəmi 19 m., torpaq sahəsinin köməkçi tikililərindən isə 8 metrliyində quraşdırılıb. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddia ərizəsində üçüncü şəxs qismində göstərilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından daha sonra isə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Massiv 1, ünvanında qeydiyyatdadır. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 356488 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin 01 ayının 07 günündə 09 № ilə qeyd edilmişdir. Bakı şəhər 45 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-yə ünvanlanmış 153 №-li, xx.xx.2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2009-cu ildə vəfat etmiş X7 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X7 adına olan Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, massiv 1/24 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri 45 saylı notariat kontoruna göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinə dair X7 adına tərtib olunmuş Texniki pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.08537 ha, faktiki sahə 0.097 ha, tikinti altı sahə 0.03022 ha, digər sahələr 0.06678 ha təşkil edir. Fərdi yaşayış evi 1959-cu ildə inşa olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında 0.08537 ha torpaq sahəsi üzərində yerləşən 133,2 kv. metrdən ibarət fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 454 nömrəli reyestr kitabının 42552 nömrəli vərəqində X7 adına qeydə alınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib olunmuş və icra şöbəsinin möhürü ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2176-003 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Massiv 1 ünvanında yerləşən 24 B saylı (yeni nömrə 1) evə köçürülmüş və evdən istifadə qaydaları izah olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-732/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-yə qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) “elektrik yarımstansiyasının yerinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6.000 kv.lıq elektrik xəttindən 132 nömrəli KTM-yə çəkilmiş elektrik xəttinin və 132 nömrəli KTM-nin yerinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-732/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sullar qoyulmuşdur: - Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında yerləşən fərdi yaşayış evi hansı tarixdə tikilmişdir? - 132 saylı KTM hansı tarixdə quraşdırımışdır? - ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi ilə 132 saylı KTM arasında məsafə nə qədərdir? - Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 132 saylı KTM-nin mühafizə zonasına düşürmü? Əgər düşürsə həmin torpaq sahəsinin hansı hissəsini təşkil edir? - Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında yerləşən fərdi yaşayış evi 132 saylı KTM-nin mühafizə zonasına düşürmü? - Həmin ərazidə quraşdırılmış 6.000 kv.luq hava (elektrik) xəttləri hansı məsafədən sağlamlıq üçün təhlükəlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 2(006)-732/2021 saylı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli 10/1215 nömrəli ekspert rəyinin (surətinin) nəticə hissəsində qeyd olunmuşdur ki: - ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.08537 ha torpaq sahəsi Seriya RX ******* saylı çıxarışla vətəndaş X7 mülkiyyətindədir. Həmin çıxarışa əlavə edilmiş texniki pasportun göstəricilərində qeyd olunur ki, fərdi yaşayış evi 1959-cu il tarixində inşa edilmişdir. - Qaradağ rayon Enerji Təchizatı və Satış idarəsinin "xxxx" ASC-yə ünvanladığı məktuba əsasən 132 saylı KTM 29 olaraq balansa götürülmə tarixi 1976-cı ildir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq 330-500 kv-luq gərginlikdən yuxarı olan elektrik xəttinin mühafizə zolağı 30 metr təyin edilmişdir. Sözügedən 132 saylı KTM-dən torpaq sahəsinin 12 metr, fərdi yaşayış evinin 19 metr aralıda yerləşməsini nəzərə alaraq, torpaq sahəsinin və fərdi yaşayış evinin həmin xətlərin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. ünvan 13ı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ünvan 11 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6000 kv-luq elektrik xəttindən 132 KTM-ə çəkilmiş elektrik xəttinin və 132 №-li KTM-in yerinin dəyişdirilməsi barədə iddia tələbinin təmin olunması, cavabdeh "xxxx" ASC tərəfindən öz balansında olan və ünvan 12 ünvanında olan fədi yaşayış evinin yaxınlığında (həmin fərdi yaşayış evinin 19 metr aralı məsafədə, torpaq sahəsi ilə 12 metr aralı məsafədə) yerləşən 6000 kv-luq elektrik xəttindən 132 №-li KTM-ə çəkilmiş elektrik xəttinin və 132 №-li KTM-in yeri mühafizə zonasına aid tələblər nəzərə alınmaqla dəyişdirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədə (3-cü səhifənin 3-cü abzası) işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləyən Agentliyi Bakı şəhər Regional Bölmənin xx.xx.2018-ci il tarixli 23Ə/17-1-270 nömrəli məktubundan görünür ki, müraciətdə qeyd edilmiş ünvana baxış keçirilmiş, mövcud vəziyyət yerində araşdırılmış, sakinlərin iştirakı ilə akt tərtib edilmişdir.Yerində baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə olan 516 №-li yarımstansiyadan 132 №-li KTM çəkilmiş 6 kv-luq hava elektrik verilişi xəttinin və 250 KVA-lıq 6/0,4 kv-luq 132 №-li KTM-in mühafizə zonası pozulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2005-ci il, 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edimiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarına əsasən 6 KV-luq hava elektirk veriliş xəttinin və 132 №-li KTM mühafizə zonasının tələbləri ərazidə yaşayan sakinlər tərəfindən kobud şəkildə pozulmuşdur. 6 KV-luq hava elektrik veriliş xəttinin və 132 №-li KTM-in mühafizə zonasının tələblərinin pozulması nəticəsində Azərbaycan Respublikasının Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramının icrasında nəzərdə tutulmuş Y/st 516-dan 132 №-li KTM çəkilmiş 6 KV-luq hava xəttindən budaqlanma yolu ilə yeni KTM-ləri qidalandıracaq hava elektrik verilişi xəttinin çəkilişi işləri gecikdirilir və bunun da nəticəsi olaraq "xxxx" ASC tərəfindən Qaradağ RETSİ-in ərazisində görüləcək işlərin vaxtında yerinə yetirilməsində ciddi maneələr yaranır. "xxxx" ASC-in Qaradağ RETSİ-in QXM/302 B-li xx.xx.2018-ci il tarixli məktubunda, 132 №-li KTM-in yerinin dəyişdirilməsinin texniki cəhətdən mümkün olmadığı bildirilmişdir. Qətnamədə (3-cü səhifənin 7-ci abzası) həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X21 Xidməti 1-ci ərazi X21 İdarəsinin xx.xx.2021ci il tarixli 37/H-0/401 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə yanğıntexniki müayinə keçirilmiş, müayinə yerinin fotoşəkiləri çəkilmişdir. Sözügedən ünvanda İddiaçı məxsus fərdi yaşayış evindən 12 metr ara məsafəsində "xxxx" ASC tərəfindən quraşdırılmış 132 KTM gücünə malik elektrik transformatoru yerləşir və istismar edilir. Həmçinin şikayətçiyə məxsus fərdi yaşayış evinin və tikilisinin yanından torpaqaltı 6000 kVt gücünə malik elektrik kabeli keçir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2005-ci il,10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən elektrik şəbəkələrinin mühafizə zonalarının təsnifatı 30 metr məsafə olmasını eləcə də sözügedən ünvanda kütləvi insan tələfatı ilə müşahidə olunacaq və cəmiyyətdə geniş rezonansa səbəb ola biləcək yanğın hadisəsinin qarşısının əvvəlcədən alınması məqsədilə "xxxx" ASC tərəfindən quraşdırılmış 132 KTM gücünə malik elektrik transformatorun həmin ərazidən ləğv edilərək, təhlükəsiz əraziyə uzaqlaşdırılması üçün müvafiq göstəriş verilməsi məqsədilə tərəflərindən "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli xx/xx-00948 saylı məktub ünvanlanmışdır. ünvan 13ı xx.xx.2022-ci il tarixli qətnaməsindən narazı qalan "xxxx" ASC-nin apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2629/2023 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks əlavə mühəndis-texniki və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş və əlavə mühəndis-texniki ekspertizasının qarşısında aşağıdakı suallar qoyulmuşdur: - ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin yaxınlığından keçən və 132 saylı KTM-ə quraşdırılan elektrik xəttində gərginlik 6000 k.vt və ya 6 k.vt-durmu? - ünvan 9 ünvanında yerləşən fərdi yaşayı evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin yaxınlığından keçən və 132 saylı KTM-ə quraşdırılan elektrik xətti və transformator evdən və torpaq sahəsindən hansı məsafədə yerləşir? - Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin yaxınlığından keçən və 132 saylı KTM-ə quraşdırılan elektrik xətti və transformator (transformatorun gücü nəzərə alınmaqla) evə və torpaq sahəsinə münasibətdə mühafizə zonasına daxildirmi? Məhkəmə tikinti-texniki ekspertizası qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatorun olduğu torpaq sahəsi Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə aiddirmi? - ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatorun olduğu torpaq sahəsi mülki işin 6-cı səhifəsində olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 1624 saylı sərəncamı əsasında vətəndaş X9 ayrılmış 600 kv.m torpaq sahəsidirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 2(103)-2629/2022 saylı iş üzrə verilmiş 10/2285 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində (surəti) ekspertlər belə nəticəyə gəlmişdir ki: - Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin yaxınlığından keçən 132 saylı KTM-ə daxil olan hava elektrik xətti 6 kv-luqdur. - ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin yaxınlığından keçən və 132 saylı KTM-ə daxil olan 6 kv-luq hava elektrik xəttinin dirəyi bir-başa İddiaçı Məhəmməd oğlunun həyətyanı sahənin başlanğıcında yerləşir, həmin 6kv-luq hava elektrik xətti ilə İddiaçı məxsus qaraj arasında olan məsafə 8,7 m. təşkil edir. - “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 6 kv-luq hava elektrik xəttinin hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 m. müəyyən edilmişdir. - Qeyd olunanları, yəni həyətyanı sahə ilə qarajın, eləcə də mülki iş materiallarına əlavə edilmiş ortofoto və plansxemə görə trasformatorun yerləşdiyi torpaq sahəsinin İddiaçı istifadəsində olan torpaq sahəsinə aid olduğunu nəzərə aldıqda, ünvan 14 ünvanında İddiaçı məxsus həyətyanı sahə, qaraj və transformatorun yerləşdiyi torpaq sahəsi 6 kv.luq hava elektirk xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə Ekspertiza Mərkəzinin 2(103)-2629/2022 saylı iş üzrə verdiyi 10/7698 saylı 08 fevral 2023-cü il tarixli ekspert rəyindən (surəti) görünür ki ekspert belə nəticəyə gəlmişdir ki: -"xxxx" ASC tərəfindən təqdim edilmiş 132 saylı transformator məntəqəsinin pasportundan müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1ci massiv, 24B ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidən keçən transformatora birləşən hava elektrik xəttinin gərginliyi 6 kV-dur (6000 Volt). Gərginliyi 1000 voltdan yuxarı olan elektirk şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 6 kV-luq hava elektirik xəttinin hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 m. müəyyən edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, 24 B ünvanında İddiaçı məxsus həyətyanı sahədə yerləşən qarajla, ərazidən keçən qeyd olunan 6 kV-luq hava xətti arasında olan məsafənin 8 m. olduğunu nəzərə aldıqda, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən qaraj və qarajın yerləşdiyi həyətyanı sahənin ərazidən keçən 6 Kv-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, 24 GB ünvanında İddiaçı məxsus “A” literli fərdi yaşayış evi ilə 6 kV.-luq hava xətti arasında olan məsafənin 21.3 m. olduğunu nəzərə aldıqda, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən fərdi yaşayış evi qeyd olunan 6 kV-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilir. Ərazidə yerləşən 132 saylı 400 kVa tansformatorla qaraj arasında olan məsafə 11.8 m “A” literli fərdi yaşayış evi arasında olan məsafə isə 19 m təşkil edir. ünvan 14 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin, həmçinin həyətyanı sahəsində yerləşən qarajın odadavamlılıq dərəcəsinin 3-cü dərəcə olduğunu və 400 kVa gücündə olan transformatorların yağının çəkisinin 60 kq-dan çox olduğunu, həmçinin həmin ünvanda, ərazidə yerləşən 132 saylı 400 kVa transormatorla İddiaçı məxsus fərdi yaşayış evi arasında olan məsafənin 19 m, qarajla isə 11.8 m təşkil etdiyini nəzərə aldıqda, “Elektrik qurğularının quraşdıırlması Qaydası”nın 4.2.2.24 bəndinə əsasən fərdi yaşayış evi ilə qaraj həmin 400 kVa gücündə olan transformatoru yanğın təhlükəsizliyi məsafəsinə düşməklə mühafizə zonasında yerləşir. - Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 1-ci massiv, 24 B ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatorun olduğu torpaq sahəsinin ünvan 19 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olundu. - Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 06 iyun 2017-ci il tarixli, 1624 saylı sərəncamı əsasında X8 ayrılmış 600 kv. m. torpaq sahəsinin sxemi, döngə nöqtələrinin koordinatları olmadığına görə, ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatorun olduğu torpaq sahəsinin Bakı şəhəri, Qaradağ rayon icra Hakimiyyəti Başçısının 06 iyun 2017-ci il tarixli 1624 saylı sərəncamı əsasında vətəndaş X8 ayrılmış 600 kv.m. torpaq sahəsi olub-olmadığını müəyyən etmək mümkün olmadı. X3 Agentliyinin Bakı filialının aparıcı mühəndisi X10, mühəndis X16 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli AERA/20-1357 №-li aktda (surəti) qeyd olunmuşdur ki, akt tərtib edilib ondan ötrü ki, ünvan 20 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus 132 nömrəli KTM-nin yerinin dəyişdirilməsi barədə vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixli AERA-20-m-58/15.20/222 nömrəli müraciətinə əsasən yerində baxış keçirilmişdir. Baxış keçirilən zaman məlum olmuşdur ki, vətəndaş İddiaçı bildirdiyinə görə "xxxx" ASC-yə məxsus 35/6 kV-luq 516 saylı yarımstansiyadan çıxan 6 kV-luq massiv 1 xəttinin qidalandırdığı 630 kVa 6/0,04 kV-luq 132 saylı komplekt transformator məntəqəsi ona məxsus olan topraq sahəsində quraşdırılmışdır. Sözügedən KTM-dən çıxan 6 kV-luq kabel xətti torpaq sahəsinin təqribən 10 metr məsafəsindən keçərək "xxxx" ASC-nin digər transformator məntəqəsini əlaqələndirir. Sözügedən ərazi dəmiryol xəttindən 16 m. məsafədə yerləşir. Qeyd edək ki, 6 kV-luq hava elektrik verilişi xəttinin son dayağı sözügedən torpaq sahəsində yerləşir. Həmçinin 630 kVa-lıq transformator sözügedən ərazidə yerləşən fərdi yaşayış evinin torpaq sahəsindən təqribən 8 metr məsafədə yerləşir. Vətəndaş tərəfindən təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, sözügedən məsələ ilə bağlı (132 saylı KTM-nin yerinin dəyişdirilməsi və 6 kV-luq hava xəttinin yerinin dəyişdirilməsi) xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 513/2022 nömrəli qətnaməsi varıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından müəyyən olunur ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(002)-513/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “X11 yerinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilməsi qərara alınmışdır. Eyni zamanda qərardadda iddiaçıya izah edilmişdir ki, X11 yerinin dəyişdirilməsi ilə əlaqədar cavabdehin hərəkətindən və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157. Mülkiyyətin müdafiəsi. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 №-li Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması” Qaydaların 7.1.1.5-ci bəndinə əsasən müxtəlif təsisatların yataq korpuslarında, məktəb və digər təhsil müəssisələrində və s., içərisində və yanında yarımstansiyaların tikilməsinə icazə verilmir. Səlahiyyətli dövlət nəzarət orqanlarının razılığı əsasında, quru transformatorlardan istifadə etməklə yaşayış binalarının içərisində və ya yanında yarımstansiyaların yerləşməsinə icazə verilir. Bu halda qüvvədə olan standartlara müvafiq səs-küyün və titrəyişin məhdudlaşdırılması üzrə sanitar tələblər tam yerinə yetirilməlidir. Yaşayış binalarının içərisində və yanında, və ya ayrıca dayanan yarımstansiyaların qurulması və yerləşdirilməsi bu Qaydanın 2-ci hissəsinin tələblərinə müvafiq olaraq yerinə yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X4 Qaydaları”: Bənd 3.1. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçılarının, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydaları”na, tikinti normalarına və başqa texniki normativ hüquqi aktlara uyğun yerinə yetirilərək, müəyyən edilmiş qayda üzrə razılaşdırılmış tikinti layihəsi və texniki təhvil-təslim sənədləri ilə təmin edilməlidir. Bənd 3.2. Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçıların, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən elektrik qurğuları istismara buraxılmazdan əvvəl, onlar təhvil-təslim sınaqlarından keçirilərək, quraşdırma təşkilatından aktla sifarişçi tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularına münasibətdə sifarişçi öz elektrik qurğularına baxış keçirmək və istismara buraxılış aktı almaq üçün həmin qurğuları, eləcə də bu Qaydaların 3.2-1-ci bəndində qeyd edilən sənədləri X3 Agentliyinə təqdim etməlidir. X3 Agentliyi tərəfindən sifarişçinin, tikinti-quraşdırma işlərini yerinə yetirən müəssisənin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, enerji təchizatı layihəsinin, elektrik xətlərinin çəkilməsi və elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, X3 Agentliyi tərəfindən “Energetika haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elektrik qurğusuna istismara buraxılış aktı verilir. Bənd 3.6. Elektrik qurğularının quraşdırılmasında çatışmazlıqlar, qoşulma üçün verilmiş texniki şərtlərdən, “Elektrik qurğularının quraşdırılması qaydaları”ndan və başqa normativ sənədlərdən kənara çıxmalar aşkar edildikdə, yaxud həmin qurğulara xidmət etmək üçün hazırlanmış elektrotexniki heyət olmadıqda, göstərilən çatışmazlıqlar aradan qaldırılmayana kimi onların istismara buraxılmasına icazə verilmir. 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X3 Agentliyi həyata keçirir. 6.3. Dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. 10.21. Enerjitəchizatı müəssisəsi “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 1-ci maddəsinə əsasən mühafizə zonası dedikdə - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydaların 3-cü bəndinə əsasən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 4-cü bəndinə əsasən Elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Qaydaların 5-ci bəndində əsasən elektrik şəbəkələrinin mühafizə zonaları 330-250 kV-lıq gərginlikli yuxarı olan elektrik xəttinin mühafizə zolağı 30 metr təyin edilmişdir. Həmin Qaydaların 13-cü bəndinə əsasən gərginliyi 330 kV və yuxarı olan hava elektrik ötürücü xətlərinin yaxınlığında yerləşən müəssisələrin işçilərinin, əhalinin əməyinin və sağlamlığının mühafizəsini təmin edən şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılır. Həmin Qaydaların 17-ci bəndinə əsasən elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər.
Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia təmin olunmaldır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin nizamnaməsində göstərilmişdir ki, Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir (bənd 3.1.). Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: fəaliyyət məqsədlərinə uyğun olaraq, elektrik enerjisinin paylanması üçün lazım olan elektrik qurğularının (elektrik yarımstansiyalarının, trasformatorların, elektrik xətlərinin, qurğuların və digər avadanlıqların) quraşdırılması, idarə olunması, istismarı, təmiri, yenilənməsi və texniki xidmət göstərilməsi (bənd 3.2.2.). Hazırki iş üzrə iddiaçının mərhum atasına xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş və hazırda iddiaçının (ailə üzvləri ilə birgə) qanuni əsaslarla sahibliyində və istifadəsində olan mübahisəli fərdi yaşayış evi 1959-cu il tarixdə inşa edilmişdir. İddiaçı tərəfindən yerinin dəyişdirilməsi tələb olunan 6 kV-lıq elektrik xəttindən elektrik xətti çəkilmiş 132 №-li KTM 1976-cı ildən cavabdehin balansındadr. Müvafiq ekspertiza rəyləri ilə Bakı şəhəri, Qaradağ rayonu, Sangaçal qəsəbəsi, 1-ci massiv, 24 B ünvanında İddiaçı məxsus həyətyanı sahədə yerləşən qarajla, ərazidən keçən qeyd olunan 6 kV-luq hava xətti arasında olan məsafənin 8 m. olduğu nəzərə alınmaqla, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən qaraj və qarajın yerləşdiyi həyətyanı sahənin ərazidən keçən 6 Kvluq hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi; fərdi yaşayış evinin, həmçinin həyətyanı sahəsində yerləşən qarajın odadavamlılıq dərəcəsinin 3-cü dərəcə olması və 400 kVa gücündə olan transformatorların yağının çəkisinin 60 kq-dan çox olması, həmçinin həmin ünvanda, ərazidə yerləşən 132 saylı 400 kVa transormatorla İddiaçı məxsus fərdi yaşayış evi arasında olan məsafənin 19 m., qarajla isə 11.8 m. təşkil etdiyi nəzərə alınmaqla, “Elektrik qurğularının quraşdıırlması Qaydası”nın 4.2.2.24 bəndinə əsasən fərdi yaşayış evi ilə qarajın həmin 400 kVa gücündə olan transformatorun yanğın təhlükəsizliyi məsafəsinə düşməklə mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа” Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi mülkiyyətçiyə imkan verir ki, əşyanı götürmədən və ya ondan məhrum etmədən mülkiyyətə qəsd və ya başqa maneələr törədildiyi hallarda qəsd edəndən bu hərəkətlərə son qoymağı məhkəmədənkənar qaydada, bu cür hərəkətlər davam etdirildikdə isə məhkəmə vasitəsilə tələb etsin. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdır, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız əhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. ünvan 21 ünvanın yaxınlığında "xxxx" açıq səhmdar cəmiyyətinin 6 kV-lıq elektrik xəttindən 132 №-li komplekt transformator məntəqəsinə çəkilmiş elektrik xəttinin və 132 №-li komplekt transformator məntəqəsinin yerinin dəyişdirilməsi öhdəliyi cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev